Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-134/2021 15.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" tələbi barədə iş üzrə aidiyyət məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-1183/2020 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə özünün mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh 9 saylı X2 ünvanı Göyçay şəhəri Əli Kərim küçəsi 112A olduğuna, Göyçay rayonu isə Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə uyğun olaraq, işə cavabdehin olduğu yer üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi iş materialları ilə tanış olaraq aşağıdakı nəticəyə gəlmişdir. Şəki İnzibаti Məhkəməsinin (hаkim Vidadi Qasımov) xx xxxxxx 2021-ci il tаrixli qərаrdаdınа əsаsən, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" tələbinə dair iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddia ərisəsindən görünür ki, iddiaçı "İddiaçı" MMC-nin ehtibarnamə üzrə nümayəndəsi cavabdeh 9 saylı X4 tərəfindən "İddiaçı" MMC-nin Kürdəmir filialı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********153399 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının barədə qərarın ləğv edilməsini xahiş edir. İş materiallarından müəyyən olunur ki, həmin filial Kürdəmir rayonu ərazisində yerləşir. Məlum olduğu kimi cavabdeh 9 saylı X2 səlahiyyəti Ağdaş, Ucar, Zərdab, Göyçay və Kürdəmir rayonlarının ərazilərini əhatə edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Ağdaş, Ucar, Zərdab və Göyçay rayonları Şəki İnzibati Məhkəməsinin, Kürdəmir rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək bu qənaətə gəlir ki, 9 saylı X2 səlahiyyəti, iki məhkəmənin (Şəki İnzibati Məhkəməsi və Şirvan İnzibati Məhkəməsi) yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı "İddiaçı" MMC-nin hüquqi ünvanı ünvan 2 olduğuna və Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğuna görə işə məhz həmin məhkəmədə baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin birinci cümləsindən göründüyü kimi, mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" tələbi barədə iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 80-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı X1rşı "cavabdehin xx.xx.2018-ci il tarixli **********153399 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv edilməsi" tələbi barədə iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-134/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-134/2021
15.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver