Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-134/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X17, X15, X10 və X1 adına səhv verilmiş JN- 332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X11, X7 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək X17, X15, X10, X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə zəruri düzəlişlərin edilməsi, hüquqi sənədə iddiaçının adının işlənilməsi və Qax rayon AİK-nın 26.05.206-cı il tarixli 01 saylı qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi AİK-dan əvvəlki vaxtdan hal-hazıradək iddiaçının istifadəsindədir. AİK-nın səhvi üzündən torpaq sahəsi səhvən X17, X15, X10, X1 adına sənədləşdirilmişdir. Lakin Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XKya həvalə edilmişdir. Hazırkı vaxtadək AİKnın qərarı icra edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********71 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3,35 ha torpaq sahəsinə X27, X29, X30 və X18 adlarına 07 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 06 noyabr 2017-ci il tarixli A№ 201114 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-1(116)-130/2020 nömrəli qərarı ilə X12 və ailə üzvlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, üçüncü şəxslər X27 və digərlərinə qarşı "cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair ərizəsi təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********19 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında üçüncü şəxslər X17 və onun ailə üzvləri X2, X15, X10 və X1 adları qeyd olunan JN-332B, KOD 40304018 (0,08 ha), JN-332F, KOD 40304018 (0,29 ha), JN332H, KOD 40304018 (0,12 ha), JN-332G, KOD 40304018 (0,39 ha) və JN-332A, KOD 40304018 (0,12 ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair 5 ədəd şəhadətnamə mövcuddur. Lakin sözügedən şəhadətnamələrin hansı əsaslarla verilməsi haqqında sənədlər mövcud deyildir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-332H, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsini xahiş etmişdir. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
6. İddiaçının müraciətə əlavə etdiyi Almalı Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 01 saylı qərarı və Qax Rayon Aqrar İslahat Komissiyasının 26 may 2006-cı il tarixli, 01 saylı qərarı ilə müraciətin məzmunu uyğunsuzluq təşkil etdiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından Qax rayonu, Almalı kəndində yerləşən və JN-332H, kod 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X17 və ailə üzvlərinin adına verilmiş 0,12 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması mümkün olmamış və bu səbəbdən aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur.
7. İş üzrə üçüncü şəxslər üçüncü şəxslər X17, X15, X10 və X8 xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişlər ki, həqiqətən də Qax rayon AİKnın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən onlara 0,12 ha həyətyanı torpaq sahəsi səhvən verilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı verilməli idi. Belə olan halda onlar həmin torpaq sahəsinin hüquqi sənədinin əslini almaqdan imtina etmiş və həmin sənədi iddiaçıya qaytarmışlar. Bundan əlavə Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XKya həvalə edilmişdir. Hazırkı vaxtadək AİK-nın qərarı icra edilməmişdir.
8. Üçüncü şəxslər ərizədə iddiaçının adına çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər.
9. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “üçüncü şəxslər X17, X15, X10, X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X11, X7 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X17, X15, Mustafayeva (İsayeva) Aynur Məhəmməd qızı və Mustafayeva (Oruczadə) Nərgiz Məhəmməd qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X6, X11, X7 və X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarını mübahisələndirir. Belə ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə mübahisə predmeti olan torpaq sahəsi onların adına verilməli olduğu halda, torpaq sahəsi üçüncü şəxslərə verilərək onların adına şəhadətnamə tərtib edilmişdir. Göründüyü kimi, üçüncü şəxs X17 iddia tələbinə etiraz etmir. Lakin birinci instansiya məhkəməsi hazırkı işə 2 ilə yaxın müddətdə baxaraq sonda üçüncü şəxs X13 mübahisə predmeti olan torpaq sahəsini notariusda bağışlamağı təklif etmişdir. Bununla da birinci instansiya məhkəməsi heç bir əsas olmadan işə 2 ilə yaxın uzun müddət ərzində baxaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2- 1(116)-97/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər X15, X10 və X8, X6, X11, X7 və X5 məhkəmə iclasına gəlməmişlər.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda Almalı kənd sakinlərinin RAİK-na verilmiş çoxsaylı müraciətləri nəzərə alınmış, bir qrup Almalı kənd sakinlərinin mülkiyyətinə verilmiş Dövlət Aktlarında ölçmə nəticələrinə əsasən qismən düzəlişlərin edilməsi, düzəliş edilməsi nəzərdə tutulan Dövlət Aktlarının yığılıb qaytarılmasının təmin edilməsi qərara alınmış və qərarın icrası DTXK-nın rayon şöbəsinə tapşırılmışdır. JN-332H kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X3 verilmişdir. Almalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı iclas protokolundan çıxarışda qeyd edilir ki, Almalı kəndində islahat aparılan zaman İddiaçı zəbtində olan 0,12 ha fındıq bağı səhvən işlənməmiş və bələdiyyənin mülkiyyətinə vurulmuşdur. Həmin bağın öz sahibinə işlənərək, həmin əskikliyin əvəzlənməsinə Almalı bələdiyyəsi etiraz etmir. JN-332A kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X3 verilmişdir. JN-332G kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X3 verilmişdir. JN-332F kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,29 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X3 verilmişdir. JN-332B kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,08 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X3 verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********46 nömrəli məktubunda qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquq: şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında Qax rayon Aqrar islaha: Komissiyasının xx.xx.2006cı il tarixli, 01 saylı və 28 10.1998-ci il tarixli, 09 saylı iclas qərarlarının arxiv nüsxəli aşkar edilməmişdir. JN-309İ kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,23 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X11, X7 və X5 verilmişdir. JN-309H kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,61 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X11, X7 və X5 verilmişdir. JN-309G kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,32 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X11, X7 və X5 verilmişdir. JN-309F kod 40304018 nömrəli şəhadətnamədən görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X11, X7 və X5 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********57 nömrəli məktubunda qeyd olunmuşdur ki, JN 332 H saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsi ilə əlaqədar bildirilir ki, torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyası tərəfindən tərtib edilmiş siyahıya X9 adı dörd nəfər ailə üzvləri ilə birlikdə daxil edilmiş və qanuni istifadələrində 0,10 ha həyətyanı torpaq sahəsinin, zəbt kimi 0,98 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu məlumatlar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 və onun ailə üzvlərinə JN-332A (0,12ha), JN-332B (0,009 ha), JN-332F (0,29 ha), JN-332G (0,39 ha) və JN-332 H (0,12 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr tərtib edilmişdir. JN-332A (0,12 ha), JN-332B (0,009 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən torpaq sahələri yaşayış məntəqələri torpaqları, JN-332F (0,29 ha), JN-332G (0,39 ha) JN-332 H (0,12 ha) saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərdə göstərilən torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) kateqoriyasına aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli **********57 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsi 0,12 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı olmaqla xüsusi mülkiyyətdə olan əraziyə aiddir. X17 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN232/0,12 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst-üstə düşür. Digər mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsi 0,12 ha olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Torpaq sahəsi DWG (təsərrüfatın kompleks yerquruluşu layihə xəritəsi) faylına əsasən həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası həyətyanı olmaqla xüsusi mülkiyyətdə olan əraziyə aiddir. X17 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN- 332H/0,12 ha torpaq sahəsi ilə İddiaçı iddia etdiyi torpaq sahəsi üst- üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
24. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X35 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X35 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X35 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.
25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X35 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X14 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X35 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X35 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X35 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
26. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X33 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X14 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X33 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X33 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.
30. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
31. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.
33. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və tərə
36. Belə ki, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından müəyyən olundu ki, JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X17, X2, X15, X10 və X1 mülkiyyətinə verilmişdir.
37. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək göstərmişdir ki, iddiaçının hüquqi marağı üçüncü şəxslərin adına verilmiş JN-332H nömrəli çıxarışın ləğv edilərək həmin torpaq sahəsinin öz adına qeydə alınmasından ibarətdir. İddiaçı özü ilə bərabər üçüncü şəxslərə də eyni ölçüdə torpaq sahəsinin ayrılmasının AİK tərəfindən qərara alındığını, lakin onun istifadəsində olan torpaq sahəsinə üçüncü şəxslərin adına şəhadətnamə işlənildiyini bildirərək, göstərilən əsasla 0,12 ha torpaq sahəsinin ayrılmasına dair şəhadətnamənin ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxslərin iddia tələbinə etiraz etməməsinə baxmayaraq məhkəmə araşdırması ilə AİK qərarı ilə iddiaçıya ayrılmalı olan torpaq sahəsinin məhz üçüncü şəxslərin adına şəhadətnamə işlənmiş torpaq sahəsi olması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati məhkəmələrdə bu kimi tələblərin irəli sürülməsi mülki hüquqi əqdlərin bağlanmasından yayınma məqsədi kimi də qiymətləndirilə bilər. Məhkəmə araşdırması ilə iddiaçıya AİK qərarı ilə məhz üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin ayrılmalı olduğunu təsdiq edən sənədlər aşkar edilməmiş, iddiaçı bununla bağlı onun adına tərtib edilmiş texniki pasport, plan-ölçü sənədi və ya torpaq sahəsinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı sənəd təqdim etməmişdir. İddiaçının faktiki olaraq torpaq sahəsindən istifadə etməsi isə üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğvi ücün əsas deyil.
38. Göründüyü kimi, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X17, X2, X15, X10 və X1 adına 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir.
39. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi mümkün deyildir.
40. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarının hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün saymış və iddianı təmin etməmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
42. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
43. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
44. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.
45. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı “X17, X15, X10 və X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X11, X7 və X5 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməklə ilk növbədə Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarını mübahisələndirmiş, onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsini xahiş etmiş və izahatında da bunu təsdiq etmişdir.
46. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X17, X15, X10 və X1 adına səhv verilmiş JN- 332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X11, X7 və X5 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2-1(116)-97/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X17, X15, X10 və X1 adına səhv verilmiş JN- 332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X11, X7 və X5 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.