Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-137/2023 10.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “Xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-230/2022 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6475/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 2000-ci ildən 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində 2009-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının (Ləkin sərhəd komendantlığı) qərargah rəisi, 2014-cü ilin may ayından 2018-ci ilin iyun ayınadək N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının (Həzrə sərhəd komendantlığı) komendantı vəzifəsində xidmət etmişdir.
4. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd məntəqələri DSX rəisinin xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrində (yeni əmr xx.xx.2020-ci il № 041) xüsusi mürəkkəb xidmət şəraiti məntəqələri kimi qeyd olmasına baxmayaraq, xidməti müddətində ona xüsusi mürəkkəb xidmət şəraitinə görə veriləcək pul əlavəsi verilməmişdir. Xidmət etdiyi sərhəd komendantlığının tabeçiliyində olan bəzi sərhəd məntəqləri xüsusi mürəkkəb xidmət və yüksəkliyə görə pul əlavəsi aldığından və komendantlığın idarə heyətinin iş fəailiyyəti ilə əlaqədar olduğundan qeyd olunan sərhəd komendantlığı xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2021- ci il tarixli ərizə (DSX-nin ünvanına çatma xx.xx.2021 -ci il) ilə müraciət etmiş, lakin inzibati orqanın xx.xx.2021-ci il tarixli 10/4 nömrəli qərarı ilə (ünvanına çatma xx.xx.2021.) ərizəsinə əsaslı cavab vermədən tələbinin icrasından imtina edilmişdir. X5 Xidmətinə xx.xx.2021-ci il tarixli ərizə (DSX-nin ünvanına çatma xx.xx.2021-ci il) ilə müraciət etmiş, lakin inzibati orqan yenidən xx.xx.2021-ci il tarixli 10/37 nömrəli qərarı ilə (ünvanına çatma xx.xx.2021) tələbinin icrasından imtina edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti öz imtinasını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınmışdır. Əlavə olaraq bildirmişlər ki, 31 iyul 2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməyə uyğun aparılmış və həmin əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. Bununla razılaşmayaraq yenidən təkrar ərizə ilə müraciət etmiş, təkrar cavablandırmada DSX öz imtinasını onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidməti rəisi X1 14 fevral 2006-cı il tarixli müvafiq əmrinə əsasən xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş nsiyahısında həmin ərazilər üzrə xidmət edən hərbi qulluqçular ilə bağlı hər hansı bir faiz miqdarında ödəniş barədə bənd qeyd olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, N nömrəli hərbi hissə üzrə xidmət etdiyi dövrdə ona vəzifə maaşının 15%-i həcmində hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Komitə Sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmri əsasında İran İslam Respublikası ilə həmsərhəd olması ilə bağlı həyata keçirilmişdir. Hesab etmişdir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuz və əsasızdır, işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir.
6. Göründüyü kimi, inzibati orqan hesab edir ki, N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığında (Ləkin sərhdəd komendantlığı) xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alnmışdır. Burdan da görünür ki, DSX-nin imtina məktubunda qeyd etdiyi kimi 1-ci halda yəni N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığında (Ləkin sərhəd komendantlığı) xidmət müddətində 15% pul əlavələri ona ödənilib, lakin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığında (Həzrə sərhəd komendantlığı) xidmət müddətinə görə əlavələrin (15%) ödənilməsinə gəldikdə isə 31 iyul 2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında Əsasnaməyə uyğun aparılmasını qeyd edir və bildirir ki, həmin əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməsində xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamasına baxmayaraq Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli qərarının tələbləri və bu tələblərdən irəli gələn DSX rəisinin xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrində xüsusi (mürəkkəb) xidmət şəraitinə aid olmuş məntəqələrə pul əlavəsi verilməlidir. Bu səbəbdən hesab edir ki, inzibati orqanın müraciətinə verdiyi imtinası əsassızdır.
8. DSX-nin hərbi qulluqçularının güzəştlərə görə pul əlavələrin ödənişi DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin təsdiq edilməsinə qədər Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə, Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 14 sentyabr 1982-ci il tarixli 0555 №li əmrinə (“Об утверждении Инструкции о денежном содержании военнослужащих Комитета государственной безопастности СССР”), eləcə də Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 40 nömrəli əmrinə uyğun rəhbər tutularaq həyata keçirilirdi.
9. DSX tərəfindən ərizəyə imtina məktubundan da görünür ki, DSX-də xüsusi mürəkkəb şəraitə görə pul əlavələri, yəni DSX-də İran İslam Respublikası ilə həmsərhəd olan ərazilərdə xidmətə görə pul əlavələri Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sədrinin 1992-ci il tarixli 40 nömrəli əmri ilə tənzimlənir.
10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməsində, eləcədə DSX rəisinin 31 avqust 2018-ci tarixli 0251 №-li “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də İran İslam Respublikası ilə həmsərhəd ərazilərdə xidmətə görə pul əlavələrinin verilməsi nəzərdə tutulmasa da hazırkı müddətədək bu ödənişlər davam etdirilir.
11. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56 nömrəli, xx.xx.1992-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrini hərbi qulluqçuları üçün pul təminatları növündə xüsusi şəraitdə qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi nəzərdə tutulmuşdur.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 saylı, 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin, digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamədə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı pul əlavəsini verilməsi ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir:
13. 4.6.-cı bəndinə əsasən, Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə sörə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri (xx.xx.2006-cı il tarixli llvə xx.xx.2020-ci il tarixli 041№li ) ilə təsdiq edilir. (Bölmələrin siyahısında Ləkin və Həzrə öz əksini tapıb ) Pul əlavəsi hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla).
14. Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral 2006-cı il tarixli 11 nömrəli əmrinə (yeni əmr xx.xx.2020-ci 041 nömrəli) əsasən ona xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsi verilməli idi.
15. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissəsinin 2-ci (Həzrə) Sərhəd Komendatlığının komendantı vəzifəsində olduğu müddət (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri məhkəməyə təqdim etməklə bildirmişlər ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi 2-ci (Həzrə) X2 Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandantının xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısında qeyd olunduğu göstərilmişdir. xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi qaydaları müəyyən olunmuşdur. Qeyd olunan nəzərə alaraq bildirmişlər ki, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş 11 bənddən ibarət qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-230/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
18. Cavabdeh Dövlət Sərhəd Xidməti həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında qeyd etdiyi 2-ci (Həzrə) X2 Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısında qeyd olunduğu göstərilmişdir. xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd mətəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi qaydaları müəyyən olunmuşdur. Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş 11 bənddən ibarət qaylarında hər hansı bir faiz əlavəsinin ödənilməməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası DSX rəisinin 2018-ci il 31 avqust tarixli 0251 nömrəli əmrilə təsdiq olunmuş “DSX-nin hərbi qulluçularının pul təminatı haqqında Əsasnamə”yə əsaslanmışdır. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təsdiq edilir. Həmin əmrdə “Həzrə” məntəqəsi xüsusi mürəkkəb xidmət şəraiti olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nin hərbi qulluçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən iddiaçıya pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır və iddiaçının iddiasını təmin etmişdir. Lakin bildirilmişdir ki, xx.xx.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyul 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında Əsasnaməyə uyğun aparılmış və həmin əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya xx.xx.2018-ci il tarixədək “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndi üzrə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavəsinin hesablanması qanunaziddir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)- 230/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-230/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2- 1(116)-230/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - SHXÇDX-nin xx.xx.2022-ci il tarixli 1074 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-37/2021 nömrəli qərarının təsviri hissəsindən görünür ki, iddiaçı DSX-nin rəisinin xx.xx.2018-ci il tarixli 691 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin: 4.6-cı bəndinə əsasən, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan,iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). 4.6.1-ci bəndinə əsasən, bu Əsasnamənin 4.6-cı və 4.77-ci bəndində qeyd olunan əlavələrin hər ikisinə (yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi”) hüququ olan hərbi qulluqşulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla qeyd olunan əlavələrdən biri, ən yüksək olanı ödənilir. 4.77-ci bəndinə əsasən, yüksək dağlıq ərazilərində xidmətə görə faiz əlavəsi. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşən DSXnin hərbi hissələrində xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarına əlavə Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarı ilə tənzimlənir: (Bölmə və məntəqələrin siyahısı DSX rəisinin əmri ilə elan olunur). 4.77.1. hündürlük 1200 metrdən 1500 metrədək olduqda əmək haqqına artım əmsalı-1,1 (10%) 4.77.2. hündürlük 1500 metrdən 2000 metrədək olduqda əmək haqqına artım əmsalı-1,2 (20%) 4.77.3. hündürlük 2000 metrdən yuxarı olduqda əmək haqqına artım əmsalı -1,3 (30%)
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 saylı, 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin, digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
26. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdehə müvafiq sərəncam və sorğular ünvanlanaraq iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat materialları, arxiv arayışları, iddiaçının iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh orqan tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
33. İş materiallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd Komendantlığının komendantı vəzifəsində işlədiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək müddət üzrə (48 ay) qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh orqanın iddia tələbinə etirazından görünür ki, cavabdeh iddiaçının xx.xx.2014-xx.xx.2018-ci il tarixlərdə N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd Komendantlığında işləməsini mübahisələndirmir. Cavabdehin etirazının əsas dəlili xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrlə təsdiq edilmiş “xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi” Qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsinin nəzərdə tutulmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan iddiaçının xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqəsində xidmət etdiyini qəbul edir, lakin hesab edir ki, iddiaçıya xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi Qaydalarda nəzərdə tutulmamışdır.
34. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Həzrə” sərhəd komendantlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarına əlavə edilmiş 1 və 2 saylı əlavələrdə göstərilməsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 nömrəli, 1992-ci il 19 oktyabr tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir, göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 2018-ci il 31 avqust tarixli 0251 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təsdiq edilir. Həmin əmrdə “Həzrə” məntəqəsi xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqəsi (Həzra) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”–yə əsasən iddiaçıya pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır.
35. Bundan başqa cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilən və yuxarıda istinad edilən xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 4.6 bəndini nəzərə alaraq kollegiya qeyd edir ki, xidmət şəraiti ağır (mürəkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə).
36. Göründüyü kimi, iddiaçının yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmət etdiyi təsdiq olunur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-1452/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-230/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.