Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-137/2024 16.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı X2 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X13 Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “X3 “artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi” hissəsində ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-1629/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X13 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X13 Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı 17 iyul 2023-cü il tarixində ərizə təqdim edərək iddia tələbinin “artıq ödənlmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş,cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən pensiya ödənişi dayandırılmışdır. Buna səbəb cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarı olmuşdur. Hesab edir ki, bu qərar qanunsuz və əsassızdır.
4. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını belə əsaslandırmışdır ki, İddiaçı daha öncə eyni tələblə “2022-ci ilin iyun ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-248/2023 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. X9 Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-248/2023 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)- 305/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra tərəfimizdən inzibati iş üzrə kassasiya şikayəti verilmişdir. Nəzərinizə çatdırırıq ki, hal-hazırda sözügedən inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmaqdadır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 noyabr 2023-ci il tarixli, 2- 1(116)-1629/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X13 Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulan xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarın 4-cü bəndində, “X4 artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülsün.'' kimi qeyd olunmuşdur. Yəni, inzibati orqanın qərarının sözügedən bəndində iddiaçıdan hər hansı məbləğin tutularaq dövlət büdcəsinə bərpa olunması ilə bağlı göstəriş qeyd olunmamışdır. Hətta, qeyd olunan qərardan sonra xx.xx.2022-ci il tarixli **********3 nömrəli pensiya ödənişinin dayandırılması barədə qərarın məzmunundan görünür ki, iddiaçıya ümumilikdə 23151,24 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və ona könüllü şəkildə həmin məbləğin büdcəyə qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin “X12 çıxarışdan da göründüyü kimi, iddiaçı X1 hər hansı tutulma aparılmamışdır. . Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-1629/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-1629/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)- 1629/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır.
16. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
17. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
18. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixində qəbul edilsə də iddiaçıya təqdim olunması iş materialları ilə müəyyən edilməmişdir.İddiaçı hazırkı qərarı pensiyanın bərpa olunması ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etdikdən sonra məlumatlı olmuşdur. Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı ondan cavabdeh orqanın qəbul etdiyi “artıq ödənilmiş pensiyanın tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğvinə nail olmaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, pensiyaçının razılığı olduqda artıq ödənilmiş pensiya məbləği onun pensiyasından pensiya təyin edən orqanın qərarı ilə tutula bilər ki, iddiaçının pensiya işində onun belə bir razılığının olmasına dair sübut mövcud deyildir. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi isə sonuncunun razılığının olmamasının sübutudur ki, cavabdehin onun razılığı olmadan pensiyasından tutulmanın həyata keçirilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
21. İddiaçıya müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi onun təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçı, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdir. Belə ki, iddiaçı ona ödənilmiş pul vəsaitini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
22. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra həmin məbləği geri tələb etməyə haqlı sayılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinin əsasını mübahisələndirilən qərarının sözügedən bəndində iddiaçıdan hər hansı məbləğin tutularaq dövlət büdcəsinə bərpa olunması ilə bağlı göstərişin qeyd olunmaması təşkil edir.
24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarın 4-cü bəndində, “X3 artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyun qaydada tədbirlər görülsün” kimi qeyd olunmuşdur.
25. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən qərarının 4-cü bəndində iddiaçıdan hər hansı məbləğin tutularaq dövlət büdcəsinə qaytarılması barədə göstəriş qeyd edilməmişdir.
26. Həmçinin iş materiallarında olan xx.xx.2023 tarixli “X12 çıxarışdan da görünür ki, iddiaçı X1 hər hansı tutulma aparılmamışdır.
27. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarını “ona əmək pensiyasının ödənişinin dayandırılması” hissəsini məhkəmədə mübahisələndirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-30/2024 nömrəli qərarı əsasında iş üzrə yenidən icraat aparılması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Bununla da, iddiaçının hazırda mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli ********** nömrəli qərara yenidən baxılmasına dair cabadeh orqan tərəfindən inzibati icraat aparılacaqdır.
28. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
29. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X13 Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “X3 “artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi” hissəsində ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X13 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2023-ci il tarixli, 2-1(116)-1629/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X13 Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının “X3 “artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi” hissəsində ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.