Məhkəmə qərarları › İş №2-1(107)-138/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-138/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-138/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs Oğuz rayonu Xaçmaz bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət İddiaçı cavabdeh DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “dövlət aktının ləğv edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, ünvan 1i ünvanda yerləşən, ailə üzvlərinizin qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarışın verilməsi cavabdehə müraciət etmiş, lakin araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı onlara verilmiş həmin torpaq sahəsi onun və ailə üzvlərinin adına JN-189 KOD 40509018 nömrə ilə yazılsa da, torpaq sahəsinin 0.89 ha hissəsinə Dövlət Aktı, 0.30 ha və 0.07 ha hissələrinə isə müvafiq olaraq JN-472F və JN- 472G saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələr hazırlanmışdır. Qeyd edilən JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı və həmin Dövlət Aktında göstərilən 0.89 ha torpaq sahəsi onlara təqdim olunmamışdır. Həmin torpaq sahəsinin harada yerləşdiyi onlara məlum deyil və bir dəfə də olsa istifadə etməmişlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən mərhum atasına JN-189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edildiyi və istifadələrində olan 2.0 ha torpağa sənəd hazırlanacağı bildirilmişdir. Bundan başqa ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən verilmiş xx.xx.2011-ci il tarixli 128 nömrəli arayışın surətindən də göründüyü kimi bizim 4 nəfər ailə üzvlərinə 0.30 ha həyətyanı və 1.70 ha zəbt torpaq sahəsi verilmişdir. Eyni zamanda iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İdarədən verilmiş 18 dekabr 2020-ci il tarixli **********22 nömrəli cavab məktubunda onun müraciətinin icra olunmasından imtina edilmişdir. Həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən ona JN-189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsinin onların səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Qeyd edir ki, həmin 2.0 ha torpaq sahəsi hal-hazırda da onların istifadələrindədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilən 2,0 ha torpaq sahəsinin 0.30 ha və 0.07 ha hissəsinə Şəhadətnamələr əsasında, qalan 1.63 ha torpağa isə torpaq islahatı zamanı verilmiş qərarlar əsasında mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməlidir. Daha sonra iddiaçı tələbini dəyişərək “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərardadı ilə Oğuz rayonu Xaçmaz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı ünvan 1ində yerləşən iddia olunan torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, mövcud olan sənədlərdən başqa iddiaçının və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Dövlət Aktı hazırlanmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət leyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdilər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışından görünür ki, Oğuz rayon Xaçmaz kənd X8 20 iyun 1998-ci il tarixli 14 saylı yığıncaq qərarı təsdiq edilmiş, Oğuz rayon Xaçmaz kəndində özəlləşdirilərək torpaq paylarını bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahat Komissiyasından xahiş edilmiş, qərardan irəli gələn Yerquruluşu işlərinin yerinə yetirilməsinə köməklik göstərilməsi Respublika Torpaq Komitəsindən xahiş edilmişdir. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.30 ha torpaq sahəsi X9, X17, İddiaçı və X10 mülkiyyətinə verilmişdir. - KOD 40509018, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.07 ha torpaq sahəsi X9, X17, İddiaçı və X10 mülkiyyətinə verilmişdir. - JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 0.89 ha torpaq sahəsi X9, X19, X5, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. - Azərbaycan Respublikasl əmlak məsələləri dövlət komitəsi Daşinmaz əmlakın kadastrı və ünvan reyestri xidməti “kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı ona verilmiş 0.89 ha pay torpaq sahəsinin X14 Uçotunun İnformasiyası sisteminə əsasən 0.69 ha hissəsi (sxem 3),JN472G Şəhadətnamədə qeyd edilən 0.30 ha torpaq sahəsinin 2978 kv.m hissəsi (sxem 1), JN-472F saylı Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi isə (sxem 3) hazırda faktiki istifadələrində olan torpaq sahəsinin kordinatları ilə üstüstə düşür. İddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin sahəsi 2.28 ha. olmaqla yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutululub, elektron baza məlumatlarına əsasən mülkiyyətçiləri X9, İddiaçı, X18 və X11 (472G və JN-472F saylı Şəhadətnamələr) adınadır. Koordinatları, yerləşmə vəziyyəti tərtib edilmiş sxem-1, sxem-2 - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-189 kod 40509018 nömrəli Dövlət Aktında qeyd edilmiş 0,89 ha torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan 1,91 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. İddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Şəki İnzibati Məhkəməsinin (hаkim Vüqar Musayev) 31 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-51/2022 saylı qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Məhkəmədə onların gətidikləri dəlillərə diqqət yetirilməmişdir. Məhkəmə qanunun tələblərinə əməl etməmiş, bu da işin mühüm hallarının birtərəfli araşdırılmasına gətirib çıxarmışdır. Şəki İnzibati Məhkəməsi iş materiallarında olan və hazırki şikayətə əlavə olunan çox sayda sübutları nəzərə almamış, araşdırmamış və qiymətləndirilməmişdir. Məhkəmə qərarında onların mülkiyyətlərində olan torpaq sahələrinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən mübahisələndirilən 1,11 ha torpaq sahəsinin hələ islahatdan əvvəl, kolxoz vaxtında bizə verildiyi faktını araşdırmadan şikayət etdikləri qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın etirazında və mütəxəssis rəylərində qeyd etdiyi fərqli mövqeləri araşdırmadan birtərəfli qərar qəbul etmişdir. Qərarın əsaslandırıcı hissəsində məhkəmə cavabdeh inzibati orqanın verdiyi 2-ci mütəxəssis rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aid olmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Məhkəmə 1-ci rəydə (408 manat ödəniş etmişəm) həmin torpağın bələdiyyə mülkiyyətinə aid olması qeyd edilmir. Qərarın əsaslandırıcı hissəsində məhkəmə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 2,28 ha olduğunu, həmin torpaq sahəsinin iddia edilən torpaq sahəsindən artıq olduğunu qeyd etsə də islahat sənədlərində onun adına həmin torpaq sahəsinin 2,30 ha yazıldığını, iddia tələbində 1,11 ha qeyd edildiyini, 0.30 ha və 0.89 ha torpaq sahələrinə sənəd hazırlandığını nəzərə almamış və heç bir araşdırma aparmamışdır. Bundan başqa məhkəmə qərarın 3-cü səhifəsinin 1-ci abzasında iddiaçı və onun vəkilinin məhkəmədən iddianın təmin edilməməsini xahiş etdikləri qeyd edilir. Bu isə həqiqətə uyğun deyil. Məhkəməyə sübutların alınması üçün sorğu verilməsi barədə xahiş etsə də, onun vəsatəti təmin olunmamışdır. Ona görə də mövcud sənədlərin alınması üçün DƏDRX PHŞ-nə sorğu verilməsini və müvafiq ekspertiza keçirilməsini məhkəmədən xahiş edir. Eyni zamanda ekspertiza üçün rəyin verilməsinin cavabdehə həvalə edilməməsini məhkəmədən xahiş edir. Odur ki, Şəki İnzibati məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 51/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Oğuz rayonu Xaçmaz bələdiyyəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsi və digər üçüncü şəxslər X9, X19 və X5 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslər X9, X19 və X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan Oğuz rayon Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qərarında qeyd etmişdir ki, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarda qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən (Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşə materiallarında olan Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Oğuz rayon Xaçmaz kənd “Turan” kooperativi inzibati ərazisi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, X7 və onun ailə üzvləri olan X17, İddiaçı və X3 istifadəsində 0,30 ha (qaytan kitabda qeyd edilən həyətyanı sahə) və 2,00 ha (faktiki torpaq sahəsi) torpaq sahələri olmuşdur. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.30 ha həyətyanı torpaq sahəsi X9, X17, İddiaçı və X10 mülkiyyətinə verilmişdir və bunun əsasında KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.07 ha həyətyanı torpaq sahəsi X9, X17, İddiaçı və X10 mülkiyyətinə verilmişdir və bunun əsasında KOD 40509018, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 0.89 ha torpaq sahəsi X9, X19, X5, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir və bunun əsasında JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İşdə olan “Xaçmaz” –İ X27 Komissiyasının 20 iyun 1998-ci il tarixli 14 nömrəli protokol qərarından çıxarışdan görünür ki, həmin qərarın 5-ci bəndinə görə ailə başçılarının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələri onların mülkiyyətələrinə verilməsi, 6-cı bəndinə görə isə bu günə kimi ayrı-ayrı ailə tərəfindən salınmş bağ sahələri, onların mülkiyyətlərinə verilməklə onlara düşəcək torpaq payına daxil edilərək çıxılması qərara alınmışdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində 2,00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmasına baxmayaraq Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbi pozularaq ona 0,89 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş, 1,11 ha hissəsi isə verilməmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsi digər subyektlərin torpaq sahəsi ilə üst-üstə düşmür. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək iddiaçının və ailə üzvlərinin istifadəsində olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh iddiaçı X4 ünvan 1ində yerləşən, faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdi. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 09 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə “ünvan 1ində yerləşən, İddiaçı faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar