Məhkəmə qərarları › İş №2-1(107)-139/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-139/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-139/2022 29.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərarın ləğv edilməsi və həmin qərarda göstərilən ümumi məbləğ, maliyyə sanksiyası və hesablanan faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərarın ləğv edilməsi və həmin qərarda göstərilən ümumi məbləğ, maliyyə sanksiyası və hesablanan faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, AR Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərarı ilə İddiaçı MMCyə sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Bu qərarın qəbul edilməsinə səbəb və əsas 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-də həyata keçirilmiş növbədənkar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********150706 saylı akt olmuşdur.

3. İddiaçı hesab etmişdir ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi qanunvericiliyinin pozulması ilə aparılmış növbədənkar səyyar vergi yoxlamasının nəticəsində tərtib olunmuş xx.xx.2019 tarixli **********150706 saylı akt və bu akta əsasən verilmiş xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərar tamamilə əsassız və qanunsuzdur.

4. Belə ki, növbədənkar səyyar vergi yoxlaması xx.xx.2018-ci ildə başlanmış, xx.xx.2019-cu ildə başa çatmışdır. Göründüyü kimi, yoxlama 13 aydan da çox müddətdə aparılmışdır. Bu zaman vergi orqanı bir neçə dəfə onlara müraciət edərək yoxlamanın uzadılmasını xahiş etmiş, nəticədə yoxlama lüzumsuz olaraq 14 dəfə dayandırılmışdır.

5. 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" MMC-də həyata keçirilmiş növbədənkar səyyar vergi yoxlamasında heç bir ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır. Cavabdeh yoxlanma müddətinin uzadılması barədə hər hansı əsaslandırılmış qərar qəbul etməmişdir.

6. Bundan başqa, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının aparılması barədə xx.xx.2018-ci il tarixli qərarı və yoxlamanın uzadılması barədə qərarları da sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid reyestrində qeydiyyata alınmamışdır.

7. Bundan başqa, sadələşdirilmiş verginin azaldılmasına görə hesablanmış əlavə 8.087,89 manat da düzgün müəyyən edilməmişdir. Növbədənkar səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş xx.xx.2019 tarixli **********150706 saylı aktın 10-cu səhifəsində qeyd olunur ki, 3-cü rüb 2015 - 1-ci rüb 2017-ci ildə "xxxx" MMCdə 404.394,50 manat hasilat olmuş, amma guya iddiaçı bu məbləği həmin dövr üçün sadələşdirilmiş vergi bəyannamələrində göstərməmişdir. Halbuki, elə həmin aktın 6-cı səhifəsində vergi orqanı qeyd edir ki, "xxxx" MMC 2015, 2016, 2017 mənfəət vergisi bəyannamələri vermişdir. Həmin dövrlərdə mənfəət vergisi bəyannamələri o vaxt iddiaçının qeydiyyatda olduğu Bakı Lokal Gəlirlər Departamentinə təqdim edilib və onlar tərəfindən təsdiq olunub. Buna görə də, necə ola bilərdi ki, iddiaçı eyni zamanda həm mənfəət vergisi və həm də sadələşdirilmiş vergi ödəyicisi olsun?!

8. Həmçinin, mənfəət vergisinin azaldılmasına görə əlavə 69.930,30 manat da düzgün müəyyən edilməmişdir. Bu məbləği hesablayarkən vergi orqanı aktın 7-ci səhifəsində xərclərin sənədlərlə təsdiq edilmədiyini, gəlirdən çıxılmalı xərcləri müəyyən etməyin mümkün olmadığını qeyd edir. Bundan sonra isə vergi orqanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 №-li qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndinə əsasən şərti rentabellik normasına və Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən 2012-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəətinin 2.240.401,03 manat olduğu müəyyən edilməklə, ona həmin məbləğin 20 faizi, yəni 69.930,30 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

9. Cavabdeh xx.xx.2019-cu il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN **********) 2-1(84)-1770/2019 nömrəli inzibati iş üzrə cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191543 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi iddiaçı “DFE" MMC-nin iddia ərizəsində irəli sürdüyü iddia tələbinə qarşı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə, aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir:

11. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti uzadılmış və yoxlama lüzumsuz olaraq bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyata alınmamışdır. Onu da əlavə etmişdir ki, yoxlama zamanı heç bir ekspertiza aparılmamış, mütəxəssis rəyi alınmamışdır.

12. Qeyd olunan hallarla əlaqədar bildirilmişdir ki, vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində aranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərar və digər qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir.

13. Həmçinin, iddiaçı sadələşdirilmiş verginin azaldılmasına görə vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləğinin düzgün müəyyən edilmədiyini bildirmişdir.

14. Cavabdeh bildirmişdir ki, vergi ödəyicisi İddiaçı MMC vergi orqanına təqdim etdiyi 2015-ci ilin 3-cü rüb - 2017-ci ilin 1-ci rüb sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə göstərməmişdir. Yoxlama zamanı sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən 8.087,89 manat azaldıldığı aşkar edilmişdir. Bu səbəbdən kənarlaşma yaranmış və yaranmış kənarlaşmanın səbəbi təqdim olunan bəyannamələrdə müvafiq dövrlər üzrə vergi tutulan hasilatın düzgün göstərilməməsi olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərə və mənbəyi bəlli bank məlumatlarına əsasən müəssisə tərəfindən ekspeditor fəaliyyətindən və fındıq ləpəsinin ixracından əldə edilmiş 404.394,50 manat ümumi hasilatın məbləği vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində əks etdirilməmişdir (404.394,50 x 2%= 8.087,89).

15. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 69.930,30 manat verginin də düzgün müəyyən edilmədiyini və vergilər hesablanarkən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə olunmadığını bildirmişdir.

16. Qeyd olunanlarla bağlı bildirilir ki, araşdırma zamanı 13 saylı ƏVİ-nin əhatə dairəsinə aid olan ərazidə bu fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi olmadığına (tapılmadığına) görə Vergi Məcəlləsinin 67-ci maddəsinə (analoji vergi ödəyicisi) əsasən hesablama aparmaq mümkün olmamışdır (obyekt Zaqatala rayonu ərazisində yerləşir). İddiaçının iddia ərizəsində qeyd etdiyi formada, yəni internet saytlarında yerləşən məlumatlar isə vergilərin hesablanması üçün əsas deyildir (təsdiqedici sənəd deyildir məktub etiraza əlavə olunur). Dövlət Statistika Komitəsinin məktubu isə yoxlama başa çatdırıldıqdan sonra vergi orqanına təqdim edilmişdir. Vergi orqanına təqdim olunmuş bəyannamədəki xərclərin düzgünlüyü yoxlanılarkən xərclərin sənədlərlə təsdiq ediİmədiyi aşkar olunmuş, buna görə də müəssisənin gəlirin əldə edilməsi ilə bağlı və gəlirdən çıxılmalı olan xərclərini, nəticədə isə vergi tutulmalı olan mənfəətini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə 2017-ci il üçün mənfəət vergisi hesablanmışdır (2.240.401,03/120x20=373.400,17x20%=74.680,03 74.680,03-4.749,73= 69.930,30).

17. Eləcə də yoxlama zamanı vergi ödəyicisinin gəlirinin gömrük məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının ixracından və bank reyestri məlumatlarına əsasən ekspeditor fəaliyyətindən birgə 2.243.257,57 manat olduğu, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 2.856,57 manat mənfi məzənnə fərqi nəzərə alınmaqla, vergi tutulan ümumi gəlirinin 2.240.401,03 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğə də yuxarıda göstərilən qaydada mənfəət vergisi hesablanmışdır (2.243.257,57-2.856,57=2.240.401,03).

18. İddiaçı iddia ərizəsində fəaliyyətinin ekspeditor fəaliyyəti deyil, yükdaşıma fəaliyyəti olduğunu bildirmişdir.

19. Vergilər Nazirliyindən daxil olmuş xx.xx.2018-ci il tarixli, **********236700 nömrəli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadığından onun fəaliyyəti beynəlxalq yükdaşıma deyil, ekspeditor fəaliyyətidir. Ekspeditor 3-cü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergi tutulan əməliyyatlarına aid edilir.

20. Vergi ödəyicisinin ekspeditor fəaliyyətindən ümumilikdə 138.332,23 manat məbləğində xidmət haqqının əldə edildiyi, lakin həmin məbləğin ƏDV bəyannamələrində qeyd edilmədiyi və büdcəyə ƏDV-nin hesablanmadığı müəyyən edilmişdir (138.332,23x18%=24.899,80).

21. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********91543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmiş və eləcə də səyyar vergi yoxlaması aktına əsasən vergilər, qeyd olunan məsuliyyətə cəlb etmə qərarı qəbul olunduqdan sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilmişdir.

22. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

24. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərarının qismən, ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmış 2206,20 manat vergi məbləği, həmin məbləğə münasibətdə tətbiq edilmiş 1103,10 manat maliyyə sanksiyası və onlara münasibətdə hesablanmış faizlər istisna olmaqla, 2015-2017-ci illər üzrə hesablanmış mənfəət vergisi, 2017-2018-ci illər üzrə hesablanmış əlavə dəyər vergisi (ƏDV), 2015- 2017-ci illər üzrə hesablanmış sadələşdirilmiş verginin, həmin vergilərə münasibətdə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlərə aid hissədə ləğv edilməsi, qərarın həmin hissəsi əsasında İddiaçınə əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən məhkəmə-mühasibat ekspertizası üzrə 145 manat məbləğdə prosessual xərcin ödənilmiş tələblərə münasib olaraq tərəflərə aid edilməsi, İddiaçındən 45 manatın, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən 100 manat məbləğdə pulun tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X3, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, AZ34CTRE********************) ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən təkrar məhkəmə-mühasibat ekspertizası üzrə 150 manat məbləğdə prosessual xərcin ödənilmiş tələblərə münasib olaraq tərəflərə aid edilməsi, İddiaçındən 50 manatın, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən 100 manat məbləğdə pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı - X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır.

25. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

26. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2018-ci il tarixli qərarı əsasında növbədənkənar (VM 38.3.5) yoxlama təyin edilmiş, xx.xx.2019-cu il tarixdə akt tərtib olunmuş və xx.xx.2019-cu il tarixdə məsuliyyət qərarı qəbul edilmişdir (yoxlanılan dövr: avqust 2015-mart 2018). Yoxlama nəticəsində iddiaçıya aşağıdakı vergi məbləğləri hesablanmış və onların yayındırılmasına görə maliyyə sanksiyaları tətbiq edlmişdir: • 8087,89 manat sadələşdirilmiş vergi; • 69930,30 manat mənfəət vergisi; • 24899,80 manat əlavə dəyər vergisi (ƏDV); • 2206,20 manat ödəmə mənbəyində tutulan vergi (ÖMV); • vergi məbləğlərinin yayındırılmasına görə ümumilikdə tətbiq edilmiş 52320,78 manat maliyyə sanksiyası.

27. Hesablanmış vergilərin hesablanma əsasları ilə bağlı aşağıdakıları bildiririk: Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçot-hesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur. Mənfəət vergisi üzrə - araşdırma zamanı 13 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə aid olan ərazidə bu fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi olmadığına (tapılmadığına) görə Vergi Məcəlləsinin 67-ci maddəsinə (analoji vergi ödəyicisi) əsasən hesablama aparmaq mümkün olmamışdır (obyekt Zaqatala rayonu ərazisində yerləşir), iddiaçının iddia ərizəsində qeyd etdiyi formada, yəni internet saytlarında yerləşən məlumatlar isə vergilərin hesablanması üçün əsas deyildir (təsdiqedici sənəd deyildir - məktub etiraza əlavə olunmuşdur). Dövlət Statistika Komitəsinin məktubu isə yoxlama başa çatdırıldıqdan sonra vergi orqanına təqdim edilmişdir. Vergi orqanına təqdim olunmuş bəyannamədəki xərclərin düzgünlüyü yoxlanılarkən xərclərin sənədlərlə təsdiq edilmədiyi aşkar olunmuş, buna görə də müəssisənin gəlirin əldə edilməsi ilə bağlı və gəlirdən çıxılmalı olan xərclərini, nəticədə isə vergi tutulmalı olan mənfəətini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə 2017-ci il və üçün mənfəət vergisi hesablanmışdır (2240401,03/ 120 * 20=373400,17 * 20%= 74680,03 74680,03-4749,73= 69930,30). Eləcə də yoxlama zamanı vergi ödəyicisinin gəlirinin gömrük məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının ixracından və bank reyestri məlumatlarına əsasən ekspeditor fəaliyyətindən birgə 2243257,57 manat olduğu, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 2856,57 manat mənfi məzənnə fərqi nəzərə alınmaqla, vergi tutulan ümumi gəlirinin 2240401,03 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğə də yuxarıda göstərilən qaydada mənfəət vergisi hesablanmışdır (2243257,57-2856,57=2240401,03). Sadələşdirilmiş vergi üzrə - İddiaçı MMC vergi orqanına təqdim etdiyi 2015-ci ilin 3-cü rüb - 2017-ci ilin 1-ci rüb sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə göstərməmişdir. Yoxlama zamanı sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 8087,89 manat azaldıldığı aşkar edilmişdir. Bu səbəbdən kənarlaşma yaranmış və yaranmış kənarlaşmanın səbəbi təqdim olunan bəyannamələrdə müvafiq dövrlər üzrə vergi tutulan hasilatın düzgün göstərilməməsi olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərə və mənbəyi bəlli bank məlumatlarına əsasən müəssisə tərəfindən ekspeditor fəaliyyətindən və fındıq ləpəsinin ixracından əldə edilmiş 404394,50 manat ümumi hasilatın məbləği vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində əks etdirilməmişdir (404394,50 * 2%= 8087,89). Əlavə dəyər vergisi üzrə - Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2018-ci il tarixli, **********236700 nömrəli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadığından onun fəaliyyəti beynəlxalq yükdaşıma deyil, ekspeditor fəaliyyətidir. Ekspeditor 3-cü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergi tutulan əməliyyatlarına aid edilir. Vergi ödəyicisinin ekspeditor fəaliyyətindən ümumilikdə 138332,23 manat məbləğində xidmət haqqının əldə edildiyi, lakin həmin məbləğin ƏDV bəyannamələrində qeyd edilmədiyi və büdcəyə ƏDV-nin hesablanmadığı müəyyən edilmişdir (138332,23 * 18%= 24899,80). İşin yuxarıda müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməməli olduğu halda, əlavə araşdırma aparıb sübutlar tələb edib obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmişdir. Hesab etmişlər ki, inzibati məhkəmə icraatı sahəvi prinsiplərindən irəli gələrək obyektiv həqiqətin müəyyən edilməsi üzrə vəzifəli və yüklü olduğu üçün əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməli olduğu halda, yəni obyektiv, mütləq və real həqiqəti müəyyən etməli olduğu halda, mülki məhkəmə icraatı üçün kafi sayılan sübutların üstünlüyü sübutetmə standartından istifadə etmişdir ki, bu obyektiv həqiqət deyil, formal həqiqətin müəyyən edilməsi üçün tətbiq edilməli olan sübutetmə standartıdır.

28. Hüquq nəzəriyyəsi hesab edir ki, sübutların üstünlüyü sübutetmə standartı formal həqiqətin müəyyən edilməsi üçün tətbiq edilən qiymətləndirmə standartıdır. Mülki məhkəmə icraatının prinsip və vəzifələrindən irəli gələn formal həqiqət prinsipi qəbul edilmiş məhkəmə aktının tərəflərin təqdim etdikləri sübutlardan ibarət olduğunu qəbul edir. Lakin inzibati məhkəmə icraatının sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipindən irəli gələrək obyektiv həqiqətin müəyyən edilməsi üçün mütləq əlavə və zəruri tədbirlər (şahidlərin çağırılması, sorğuların göndərilməsi, əlavə sübutların tələb edilməsi və s.) görməli olduğu halda görməmişdir.

29. Beləliklə hesab etmişlər ki, məhkəmə iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etmiş, lakin işin faktiki hallarına uyğun olaraq həmin maddi hüquq normalarını tətbiq etməmişdir.Bundan əlavə, vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir (ərizələr, qərarlar və ədliyyə çıxarışları birinci instansiya məhkəməsinə təqdim olunmuş etiraza əlavə edilmişdir). Həddən artıq formalizmi tətbiq etməklə cavabdehin məhkəməyə çatımlılıq hüququnu pozmuşdur. Məhkəmə qərarında qeyd edir ki, xərclərin tərkibi barədə bütün sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin həmin sənədlər yoxlayıcı tərəfindən xərc sənədləri olaraq nəzərə alınmamış, Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən (yəni, analoji müəssisənin olub-olmaması müəyyən edilmədən və s.) mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və AR NK-nin xx.xx.2001-ci il tarixli, 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi VM-in 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda AR VM-nin 83.9-cu maddəsinə və AR NK-nin müvafiq qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmalı idi. Məhkəmənin dəlilləri ilə bağlı bildirmişlər ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş olaraq qanunda müəyyən olunmamış və həmin maddənin hissələri maddənin məzmunundan da göründüyü kimi qarşılıqlı əlaqə şəklində tətbiq olunmalıdır. Məhkəmə maddi hüquq normasını yanlış təfsir və tətbiq edərək (mənfəət vergisi VM-in 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda AR VM-in 83.9-cu maddəsinə və AR NK-nin müvafiq qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmalı idi) cavabdeh tərəfindən müəyyən olunmuş vergilərin hesablanma əsaslarını şübhə altına almağa çalışmışdır. Belə ki, yoxlama ilə bağlı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatlar (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlirlər barədə məlumatlar) əsas götürülərək hesablama həyata keçirilmişdir. Bu baxımdan, əlaqəli məlumatlar müəyyən edilmədən və onlara istinad edilmədən şərti rentabellik nomrasının tətbiq edilməsi imkan xaricindədir. Yuxarıda qeyd edildiyi kimi qeyd olunan normaların tətbiqi qarşılıqlı əlaqə şəklində həyata keçirilməlidir ki, hüquq nomrası həqiqi mahiyyəti üzrə təyinatına uyğun tətbiq edilmiş olsun. Göründüyü kimi məhkəmənin mənfəət vergisinin hesablanması üzrə gəldiyi nəticə və bu nəticənin əsaslandırılması üzrə gətirdiyi dəlillər təhrif olunmuş arqumentlər olmaqla tam əsassız və qanunsuzdur. Nəticə etibarlı məhkəmə qərarında mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünü istisna edən hər hansı bir dəlil irəli sürməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə xərclərlə bağlı bütün zəruri sənədlərin iddiaçı tərəfindən yoxlamaya təqdim edilməsini dəlil olaraq ifadə etməsinə baxmayaraq, cavabdehin konkret olaraq iddiaçı tərəfindən hansı xərc sənədlərini təqdim etməməsi ilə bağlı dəlilinə münasibət bildirməmiş, ümumi ifadələrlə vergi orqanı tərəfindən aparılan hesablamaların qanunsuzluğunu sübut etməyə çalışmışdır. Halbuki, cavabdeh təqdim etdiyi iddia ərizəsinə olan etirazında təqdim edilməmiş sənədləri konkret ifadə etmiş və həmin sənədlərin təqdim edilməməsini vergi qanunvericiliyinin tələblərinin pozuntusu kimi dəyərləndirmişdir. Məhkəmə isə dəlillərini konkret şəkildə əsaslandırmamış, cavabdehin dəlillərini ümumi şəkildə rədd etmiş və həmin dəlillərə əsaslandırılmış münasibət bildirməmişdir. Bu da məhkəmənin qəbul etdiyi aktın qanunsuzluğundan və əsassılığından xəbər verməkdədir. Belə ki, mübahisə predmeti səyyar vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş qərarla bağlı olduğu halda, məhkəmə kollegiyası yanlış olaraq kameral vergi yoxlaması ilə əlaqədar münasibətləri tənzimləyən normalara istinad etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarına istinad etməsinə baxmayaraq, həmin normaların işin hansı faktiki halları baxımından qiymətləndirməsini və həmin normaların hansı faktiki hallara əsaslanaraq hüquqi dayaq yaratması barədə heç bir məlumat verməmişdir. Məhkəmənin qeyd edilən hüquq normalarına ümumi şəkildə münasibətdə bildirərək qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir.

30. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir.

31. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.

32. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Şəki inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Buna görə də qərar ləğv olunmalıdır. Həmçinin, iddiaçı məhkəmə prosesinin gedişatında ərizə təqdim edərək, əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini istəmiş və ərizə təmin edilərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-346/2020 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Daha sonra yaranmış ziddiyyətlə əlaqədar (cavabdeh vergi orqanının təqdim etdiyi ekspert rəyinə əsasən) xx.xx.2021-ci il tarixli 2-1(116)-42/2021 nömrəli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin hər iki qərardad üzrə təyin edilmiş və nəticədə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 9/4870 nömrəli ekspert rəyi də əvvəlki xx.xx.2021-ci il tarixli, 9/3942 nömrəli ekspert rəyi ilə eynilik təşkil edir. Hesab edirik ki, hər iki rəy əsassız olaraq tərtib edilmişdir və müstəqil ekspert araşdırmasından daha çox Vergi Məcəlləsinin bir neçə maddəsini təkrar olaraq sadalamaqdan ibarət olan söz toplusu təsiri bağışlayır. Başqa sözlə desək, rəydə ekspertin hansı metoddan (üsuldan) istifadə etməsi, ümumiyyətlə qoyulmuş suallarla bağlı ətraflı şəkildə hər hansı araşdırma, tədqiqat aparması müəyyən edilmir. Halbuki, İddiaçı MMC üzrə 108535,85 manat məbləğində külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 15 yanvar 2020-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı dövründə ‘‘Ekspertizanın təyin edilməsi haqqında” 18 mart 2020-ci il tarixli qərar qəbul edilmiş və hüquqi qiymət (rəy) verilməsi üçün materiallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 30 iyun 2020-ci il tarixli, 9/783 nömrəli ekspert rəyi ilə vergi orqanı tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktında (bütövlükdə akt üzrə) müvafiq vergilər üzrə əks etdirilmiş məbləğlər tamamilə öz təsdiqini tapmışdır. Daha sonra isə, eyni qurumun (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin) digər ekspertləri tərəfindən bir-birinə tamamilə zidd və aydın olmayan rəy verilmişdir. Halbuki, eyni qurum 30 iyun 2020-ci il tarixdə dolğun və hərtərəfli rəy vermişdir.

33. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, araşdırma zamanı 13 saylı ƏVİ-nin əhatə dairəsinə aid olan ərazidə bu fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi olmadığına (tapılmadığına) görə Vergi Məcəlləsinin 67-ci maddəsinə (analoji vergi ödəyicisi) əsasən hesablama aparmaq mümkün olmamışdır (obyekt Zaqatala rayonu ərazisində yerləşir). İddiaçının iddia ərizəsində qeyd etdiyi formada, yəni internet saytlarında yerləşən məlumatlar isə vergilərin hesablanması üçün əsas deyildir (təsdiqedici sənəd deyildir - məktub etiraza əlavə olunur). Dövlət Statistika Komitəsinin məktubu isə yoxlama başa çatdırıldıqdan sonra vergi orqanına təqdim edilmişdir. Həmçinin, aidiyyəti qurumun məktubunda malların pərakəndə satış qiymətləri göstərilmişdir. Vergi orqanına təqdim olunmuş bəyannamədəki xərclərin düzgünlüyü yoxlanılarkən xərclərin (fındığın, kartofun və pomidorun alış sənədləri yoxlamaya təqdim olunmadığına görə) sənədlərlə təsdiq edilmədiyi aşkar olunmuş, buna görə də müəssisənin gəlirin əldə edilməsi ilə bağlı və gəlirdən çıxılmalı olan xərclərini, nəticədə isə vergi tutulmalı olan mənfəətini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə 2017-ci il üçün mənfəət vergisi hesablanmışdır (2240401,03/ 120 * 20=373400,17 * 20%=74680,03 74680,03-4749,73= 69930,30). Eləcə də yoxlama zamanı vergi ödəyicisinin gəlirinin gömrük məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının ixracından və bank reyestri məlumatlarına əsasən ekspeditor fəaliyyətindən birgə 2243257,57 manat olduğu (o cümlədən fındıq ləpəsinin ixracı 1419190,4 manat, kartof və pomidor ixracı 699420,42 manat, həmçinin ekspeditor fəaliyyətindən 124646,78 manat) müəyyən edilmişdir. Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan 2856,57 manat mənfi məzənnə fərqi nəzərə alınmaqla, vergi tutulan ümumi gəlirinin 2240401,03 manat olduğu müəyyən edilmişdir ki, həmin məbləğə də yuxarıda göstərilən qaydada mənfəət vergisi hesablanmışdır (2243257,57-2856,57=2240401,03). Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

36. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********149807 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin etmiş və yoxlamanın müddətini 30 iş günü olaraq müəyyən etmişdir. Qərar İddiaçı MMCnin qanuni təmsilçisi (əsas: kommersiya qurumunun dövlət reyestrindən verilən xx.xx.2019-cu il tarixli **********786800 nömrəli çıxarış) X6 tərəfindən xx.xx.2018-ci ildə alınmışdır. - xx.xx.2018-ci il tarixdə çap edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, təyin edilmiş növbədənkənar səyyar vergi yoxlaması reyestrdə qeydiyyata alınmışdır və İddiaçı MMCnin qanuni təmsilçisi X2 çıxarışa imza edərək məlumatlı olmuşdur. - xx.xx.2018-ci il tarixli **********149992 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında” tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, vergi orqanı İddiaçı MMC-dən tələbnamədə qeyd edilən sənədlərin vergi orqanına 15 iş günü ərzində, yəni xx.xx.2018-ci il tarixədək təqdim edilməsi tələb etmişdir. Tələbnamə İddiaçı MMC-nin qanuni təmsilçisi X6 tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. - İddiaçı tərəfindən müxtəlif tarixlərdə (xx.xx.2018; xx.xx.2018; xx.xx.2018; xx.xx.2018 və s.) tərtib edilərək cavabdeh orqana ünvanlanan məktublardan görünür ki, İddiaçı MMC-nin qanuni təmsilçisi X1 olan problemlərlə əlaqədar müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyini qeyd etmiş və səyyar vergi yoxlamasının dayandırılmasına köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh orqan tərəfindən müxtəlif vaxtlarda qəbul edilmiş qərarların təsdiq edilmiş surətindən görünür ki, iddiaçı tərəfin ərizə və məktublarına əsasən təyin edilmiş səyyar vergi yoxlaması müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). (xx.xx.2019-cu il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” KY1********) - xx.xx.2019-cu il tarixli **********191543 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla iddiaçıya sadələşdirilmiş verginin azaldılmasına görə 8.087,89 manat, mənfəət vergisinin azaldılmasına görə 69.930 manat, əlavə dəyər vergisinin azaldılmasına görə 24.899,80 manat, ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2.206,20 manat, cəmi 103.276,37 manat əlavə vergilər hesablanmış və vergi qanunvericliyinin pozulmasına görə 52.320,78 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. - **********672300 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 103.276,37 manat əlavə vergi hesablanmış və 52.320,78 manat maliyyə sanksiyası tədbiq edilmişdir. Beləliklə iddiaçıdan 155.597,15 manat məbləğin büdcəyə ödənlməsi tələb edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

39. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X Fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 13.2.12. Gəlir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi ştirakdan gəlir, müəssisəyə məxsus, səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı amayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Maddə 108. Bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Maddə 165.1.4. Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti.Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Maddə 218.4.1. Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Maddə 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz tutulur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Məcəlləyə görə: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... 23.1.6-1. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək... Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 38. Səyyar vergi yoxlaması: 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur.

41. Dövlət rüsumu haqqında Qanun: Maddə 9.1.12. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

42. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

44. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

45. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

47. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-346/2020 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəməəmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır.

48. Məhkəmə ekspertizası tərəfindən xx.xx.2021-ci il tarixli 9/3942 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Məhsulların xx.xx.2016-xx.xx.2017-ci il tarixə nəzəri qaydada topdansatış qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəydə ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğdə ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir. Məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 9/3942 nömrəli ekspert rəyi cavabdeh orqana ünvanlanmış və rəydə qeyd edilənlərlə bağlı münasibət bildirilməsi təklif edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli “ekspert rəyinə münasibət” məktubunda ekspert rəyi ilə razılaşmadığını bildirmiş və etiraz məktubunda qeyd edilənləri əsas gətirərək sözügedən ekspert rəyinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Cavabdeh məktubunda həmçinin qeyd etmişdir ki, İddiaçı MMC ilə bağlı Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı dövründə “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və rəy verilməsi üçün materiallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmışdır. Verilmiş xx.xx.2020-ci il tarixli 9/783 nömrəli ekspert rəyində vergi orqanı tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktında (bütövlükdə akt üzrə) müvafiq vergilər üzrə əks etdirilmiş məbləğlər tamamilə öz təsdiqini tapmışdır. Bu səbəblə də həmin ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

49. Eyni orqan tərəfindən verilmiş müxtəlif tarixli ekspert rəyləri arasında kəskin fərqin olması səbəbilə birinci instansiya məhkəməsi tərəfindən təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir.

50. Birinci instansiya məhkəməsinə daxil olan xx.xx.2021-ci il tarixli 9/4870 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir.

51. Həmçinin, qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə 9/783 nömrəli rəy tərtib edilmişdir. Qeyd edilən rəydə əlavə materialların zəruriliyi ilə əlaqədar vergilərin hesablanması məqsədilə mühasibat sənədləri təqdim edilməmişdir. Həmin rəy iş materiallarında olan xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına və kameral vergi yoxlaması aktına əsasən tərtib edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə 9/3942 nömrəli rəy tərtib edilmişdir. Qeyd olunan rəy məhkəmə-əmtəəşünaslıq ekspertizasının və iş materiallarına əlavə olunmuş sənədlər əsasında tərtib edilmişdir.

52. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının vergi qanunvericiliynə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslı deyildir.

53. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən sonuncu ekspert rəyi də cavabdeh orqana münasibət bildirməsi üçün göndərilmişdir. Cavabdeh orqan xx.xx.2021ci il tarixli münasibət məktubunda yenidən etiraz məktubunda qeyd etdiklərini əsas gətirərək ekspertlər tərəfindən tamamilə zidd və aydın olmayan rəy verildiyini qeyd etmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını və xx.xx.2020-ci il tarixli 9/783 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir.

54. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli 9/3942 nömrəli və xx.xx.2021ci il tarixli 9/4870 nömrəli ekspert rəylərini iş materialları ilə birgə araşdıraraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

55. Belə ki, mənfəət vergisi üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 2017-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənəfəət vergisi 4.749,73 manat məbləğində göstərilmişdir.

56. Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın 7-ci səhifəsində göstərilmişdir ki, yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən və VM-nin 67-ci maddəsinin tətbiqi üsulları araşdırılarkən analoji vergi ödəyicisini müəyyən etmək mümkün olmadığından yoxlama zamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında müəyyən edilmiş qaydalar əsasında hesablanmışdır.

57. Müəssisə yoxlamanın əhatə etdiyi dövrdə meyvə tərəvəzin ixracı və beynəlxalq avtomobil nəqliyyatında yüklərin daşınması fəaliyyəti ilə məşğul olmuşdur.

58. İş materiallarında olan ixrac gömrük bəyannamələrinin məlumatlarından göründüyü kimi, İddiaçı MMC tərəfindən 2017-ci ildə 123.000 kq fındıq, 73.200 kq pomidor və 872.000 kq kartof ixrac edilmişdir.

59. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının gəldiyi nəticə nəzərə alınmaqla müəssisə tərəfindən 2017-ci ildə ödənilməli olan mənfəət vergisi aşağıdakı kimi müəyyən edilmişdir: ümumi gəlir 2.571.594,16 manat; cəmi xərclər 2.568.040,00 manat; balans mənfəəti (zərəri) 3.554,16 manat; mənfəətdən vergi (20%) 710,83 manat.

60. Göstərilən məlumatlara əsasən müəssisə üzrə 2017-ci ilin yekunlarına görə 3.554,16 manat məbləğdə vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20% dərəcəsi ilə 710,83 manat məbləğdə mənfəət vergisi hesablanır.

61. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 4.749,73 manat mənfəət vergisi nəzərə alınmaqla, müəssisə üzrə son nəticədə 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilir.

62. Əlavə dəyər vergisi üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə meyvə tərəvəzin ixracı və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur.

63. Səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən 138.332,23 manat məbləğində xidmət haqqına görə 24.899,80 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir.

64. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, belə olan halda Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə ƏDV-nin az hesablanması müəyyən edilmir.

65. Sadələşdirilmiş vergi üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən əldə edilmiş 404.394,50 manat məbləğində ümumi hasilat vergiyə cəlb olunmaqla 8.087,89 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır.

66. Yuxarıda qeyd olunduğu kimi, vergi ödəyicisi meyvə tərəvəzin ixracı və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur.

67. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilənlərə əsasən, yəni müəssisə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olduğu üçün həmin fəaliyyətə görə sadələşdirilmiş verginin hesablanması düzgün hesab edilməmişdir.

68. ÖMV üzrə aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi, müəssisə tərəfindən 2018-ci ilin 1-ci rübündə qeyri-rezident şəxslərə 36.770,00 manat məbləğində ödəniş aparılmışdır.

69. Göstərilənlərə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilmişdir.

70. Beləliklə, tədqiqat nəticəsində yoxlamanın əhatə etdiyi dövrdə “DFE" MMC tərəfindən aparılmış əməliyyatlara 2.206,20 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması və 4.038,90 manat məbləğində mənfəət vergisinin artıq hesablanması müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinin işin faktiki hallarına tətbiqi baxımından iddia tələbinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır.

72. Belə ki, cavabdehin mübahisəli qərarının qəbul edilməsinə əsas olmuş iddiaçı tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanılması ilə əlaqədar tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticənin əsassız olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli qərarla iddiaçıya münasibətdə əsassız olaraq mənfəət vergisi, ƏDV və sadələşdirilmiş vergilər üzrə borc, maliyyə sanksiyaları və onlara görə faizlər hesablanmışdır.

73. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********191543 nömrəli qərarı mənfəət vergisinə, əlavə dəyər vergisinə, sadələşdirilmiş vergiyə və həmin vergilərə görə hesablanmış maliyyə sanksiyalarına, eləcə də bu məbləğlərə hesablanmış faizlərə münasibətdə qanuni deyildir.

74. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qərarını artıq hesablanmış vergilər, maliyyə sanksiyaları və onlara görə faizlərə münasibətdə ləğv etməkdə haqlı olmuşdur.

75. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə qismən haqlı olmuşdur.

76. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən düzgün həll olunmuşdur.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

78. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2-1(116)-5/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar