Məhkəmə qərarları › İş №2-1(107)-139/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-139/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-139/2023 05.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1703/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 noyabr 2022-ci il tarixli 2- 1(116)-1703/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1703/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan zaman İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etməsi barədə ərizə göndərərək nəzərə alınmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 5 aprel 2023-cü il tarixli iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: - 88.1-ci mаddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. - 88.3-cü mаddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin: - 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1703/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 11 yanvar 2023-cü il tarixli 2-1(107)-139/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 2-1(116)-1703/2022 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 11 yanvar 2023-cü il tarixli 2-1(107)-139/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “21 may 2010-cu il tarixdə 11 nömrəli protokola əsasən hərrac müsabiqə yolu ilə Yevlax Bələdiyyəsindən satın aldığı Yevlax şəhəri, Kamil Sabitov küçəsi ilə Q.Quliyev küçəsinin kəsişməsində yerləşən 0.012 ha sahibkarlıq təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar