Məhkəmə qərarları › İş №2-1(107)-14/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-14/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-14/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxslər Oğuz Rayon Xalxal Bələdiyyəsi, "xxxx" MMC) qarşı "Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 02.12.2019-cu il tarixli ********** nömrəli çıxarışın və A seriyalı 446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2- 1(116)-1093/2020 saylı qərarından iş üzrə üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 13.03.1998-ci il tarixli 59 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvləri X7, X3, X4, X6 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Lakin elektron kadastr məlumat bazasında həmin şəhadətnamə barədə məlumat mövcud olmadığına görə göstərilən 0,08 ha torpaq sahəsinə qeyd olunan şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "Oğuz rayonu Ərmənət kəndinin ərazisində JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə ailəsinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2018-ci il tarixli 2-1(84)-1268/2018-ci il nömrəli qərarına əsasən, iddia təmin edilmiş, Oğuz rayonu Ərmənət kəndi ərazisində yerləşən JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra 06.12.2019-cu ildə icra edilmiş, 0,08 ha torpaq sahəsinin koordinatları yerquruluşu qaydasında naturada müəyyən edilərək koordinatlar torpaqların elektron kadastr məlumat bazasına daxil edilmişdir. Bundan başqa, Oğuz Rayon Ərmənət Bələdiyyəsinin 10.07.2006-cı il tarixli 08 nömrəli qərarına əsasən, bələdiyyəyə məxsus 150 kv.m torpaq sahəsinin 10 il müddətinə "xxxx MMM" birgə müəssisəsinə icarəyə verilməsi qərara alınmışdır. Həmin 150 kv.m əkin torpaq sahəsinə "xxxx MMM" birgə müəssisəsinin adına Azərbaycan Respublikası DTXK tərəfindən A-359631 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 16.08.2011-ci ildə qeydə alınmışdır. Bundan sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Oğuz Rayon Xalxal (əvvəlki adı - Ərmənət) Bələdiyyəsinin adına həmin 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı 02.12.2019-cu il tarixli A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, eyni zamanda, həmin 0,015 ha torpaq sahəsinə Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ 02.12.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına verilmiş 02.12.2019-cu il tarixli A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün və eyni tarixli ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh 09.06.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın və "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi onun və ailə üzvlərinin adına olan JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür. Şəki İnzibati Məhkəməsinin 24.06.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs "xxxx" MMC 05.08.2020-ci il tarixli etirazında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə torpağı kimi "xxxx" MMC-nin icarəsinə verilməsinin müvafiq sənədlərlə təsdiq edilməsi iddiaçının təqdim etdiyi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi ilə "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin üst-üstə düşməsi ehtimalını aradan qaldırır və iddianın əsassız olduğunu göstərir. Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2-1(116)-1093/2020 saylı qərarı ilə, iddia təmin edilmiş, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 02.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 0.015 ha torpaq sahəsinə dair 02.12.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron baza məlumatlarında mövcud da Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hər hansı torpaq sahəsinin qeydə alınması mümkün olmayacaqdı. Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınan 0.015 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla qanunvericiliyə uyğun qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi uzun illərdir bələdiyyənin istifadəsində, sahibliyində və mülkiyyətindədir. Həmin torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilməsi də qanuni şəkildə həyata keçirilmiş və lazımi qaydada sənədləşdirilmişdir. İddiaçının təqdim etdiyi "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən torpaq sahəsi ilə "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinin üst-üstə düşməməsi daha öncə eyni tərəflər arasında eyni predmet barəsində olan məhkəmə mübahisələri zamanı verilmiş ekspert və mütəxəssis rəyləri ilə sübuta yetirilmişdir. Mübahisəli torpaq sahəsində fəaliyyət göstərən ötürücü qüllə 2006-cı ildən, yəni Ərmənət bələdiyyəsi bələdiyyəsi fəaliyyət göstərən dövrdə quraşdırılmış və bü günədək fəaliyyətdədir, Ərmənət bələdiyyəsi Xalxal bələdiyyəsinə birləşəndən sonra, yəni 2010-cu ildən həmin qüllə Xalxal bələdiyyəsinin ərazisinə verilmişdir. Keçən dövr ərzində “xxxx” MMC nadi olaraq icarə haqqını əvvəllər X5 bankın Oğuz rayon şöbəsində olan bank hesabına, 2010-cu ildən sonra isə Xalxal Bələdiyyəsinin bank hesabına köçürmüşdür. Ötürücü qüllə quraşdırılan zaman yer quruluşu layihə sənədləri müvafiq olaraq Ərmənət Bələdiyyəsinin 10 iyul 2006-cı il tarixli 08 saylı protokolu, DTXK-nin Oğuz rayon şöbəsinin rəyi, torpağın ayrılması eskizləri və yerquruluşu planına uyğun olaraq həmin sahə ayrılmış, “xxxx” MMC ilə Ərmənət bələdiyyəsi arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, həmin sahənin ətrafında olan sahələr də bələdiyyə torpaqlarıdır. İddiaçı olan şəhadətnaməni təsdiq edəcək heç bir sənəd bələdiyyədə yoxdur. “xxxx” MMC müvafiq stansiyanın quraşdırılması üçün Oğuz Rayon Ərmənət Bələdiyyəsinə rəsmi müraciət etmişdir. DTXK-nin Oğuz rayon şöbəsi tərəfindən GSM stansiyasının Ərmənət kəndində quraşdırılması üçün torpaq sahəsinin icarəyə verilməsi barədə rəyində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu göstərildiyinə görə “xxxx” MMC-yə uzunmüddətli icarəyə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Həmçinin DTXK-nin Oğuz rayon şöbəsi və Ərmənət Bələdiyyəsi tərəfindən torpaq sahəsini yerquruluşu planı tərtib edilmiş, Oğuz Rayonu Ərmənət Bələdiyyəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə 10 iyul 2006-cı il tarixli qərar qəbul edilmiş, tərəflər arasında 2006-06820 saylı 17 iyul 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır. DTXK-nin Oğuz rayon şöbəsinin və Ərmənət Bələdiyyəsinin vəzifəli şəxslərinin iştirakı ilə torpaq sahəsi faktiki olaraq “xxxx” MMC-nin nümayəndəsinə təhvil verilmiş və icarəyə götürülmüş 150 m2 torpaq sahəsində rcell Telekom” MMC radio-baza stansiyası qurmuşdur. Bundan əlavə iddiaçının ətinin yerində araşdırılması məqsədi ilə 25 iyul 2011-ci il tarixdə həmin rayonda DTXK- )ğuz rayon şöbəsinin, X17 Kadastr Mərkəzinin mütəxəssislərinin, Oğuz n Xalxal Bələdiyyəsinin sədrinin və sədr müavininin iştirakı ilə yerində araşdırma İmiş, nəticədə “xxxx” MMC-nin radio-baza stansiyasının yerləşdiyi torpaq ;inin Xalxal bələdiyyəsinə məxsus olduğu, iddiaçının təqdim etdiyi sənəd üzrə iinatların stansiyanın yerləşdiyi ərazidən kənara düşdüyü müəyyən edilmiş və mövcud yət aktlaşdırılmışdır(akt əlavə olunur). Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.12.2015-ci il tarixli 20901799 nömrəli mütəxəssis rəyində və 10.02.2016-cı il tarixli 02/04 arayışında qeyd nuşdur ki, 9 saylı TTİ-nin mütəxəssisləri mübahisə predmeti olan ərazidə olmuşlar və ada GPS aləti vasitəsilə ölçü işi aparılmışdır. Kameral şəkildə iş araşdırılarkən məlum şdur ki, A seriyalı 359631 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən inatlar Mərkəzin elektron kadastr bazasına əsasən qəbirstanlıq ərazisinə düşür. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2-1(116)-1093/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2 1(116)-1182/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Oğuz Rayon Xalxal Bələdiyyəsinin vəkili X13 oğlu Oğuz Rayon Xalxal Bələdiyyəsinin nümayəndəsi X2 ilə oxşar məzmunlu izahat verərək, Şəki İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2-1(116)-1182/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Üçüncü şəxs apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 85.2- ci maddəsi) vermişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.3-cü maddəsi). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı sahibliyində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasınfa tətqiq edilmiş: JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 13.03.1998-ci il tarixli 59 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvləri X7, X3, X4, X6 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2018-ci il tarixli 2-1(84)-1268/2018-ci il nömrəli qərarından görünür ki, Oğuz rayonu Ərmənət kəndi ərazisində yerləşən JN-022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada müəyyən edilərək elektron kadastr məlumat bazasına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar alınmışdır. A-446706 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"ndən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Oğuz Rayonu Xalxal Bələdiyyəsinə Oğuz rayonu Ərmənət kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,015 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi verilmişdir. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,015 ha torpaq sahəsi üzərində Oğuz Rayonu Xalxal Bələdiyyəsinin tam mülkiyyət hüququ 02.12.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. A-359631 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, Oğuz Rayon Ərmənət Bələdiyyəsinin 10.07.2006-cı il tarixli 08 nömrəli qərarı və 17.07.2006-cı il tarixli torpaq icarə müqaviləsi ilə "xxxx" MMC-ə teleqüllə tikintisi üçün 150 kv.m torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03.07.2020-ci il tarixli məktubundan görünür ki, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına hazırlanmış 02.12.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da və həmin torpaq sahəsinə dair tərtib edilmiş "Torpaq sahəsinin plan və ölçüsü" sənədində göstərilmiş 0.015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin 0,015 ha torpaq sahəsi üzərində "xxxx" MMC-yə məxsus ötürücü qurğu yerləşir. Bundan başqa, İddiaçı və ailə üzvülərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsinin elektron kadastr (DWJ) məlumat bazasında qeydiyyatı aparılmadığından 02.12.2019-cu il tarixdə 0,015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaq sahələrinin üst-üstə düşməsi faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09.07.2020-ci il tarixli **********88 nömrəli etiraz məktubundan görünür ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair 02.12.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adma tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Əgər belə bir hal olsaydı, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinin qeydə alınması mümkün olmazdı. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2018-ci il tarixli qərarına uyğun olaraq, JN- 022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsinin koordinatları 06.12.2019-cu ildə yerquruluşu qaydasında naturada müəyyən edilərək torpaqların elektron kadastr məlumat bazasına daxil edilmişdir. Bundan bir neçə gün əvvəl, 02.12.2019-cu ildə isə 0,015 ha torpaq sahəsinə Oğuz Rayon Xalxal Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh iddiaya 09.07.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinə dair 02.12.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilən zaman İddiaçı və ailə üzvlərinin adına tərtib edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" mövcud elektron baza məlumatlarına daxil edilməmişdir. Əgər belə bir hal olsaydı, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına 150 kv.m torpaq sahəsinin qeydə alınması mümkün olmazdı. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2018-ci il tarixli qərarına uyğun olaraq, JN- 022A kod 40508028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsin"də göstərilən 0,08 ha torpaq sahəsinin koordinatları 06.12.2019-cu ildə yerquruluşu qaydasında naturada müəyyən edilərək torpaqların elektron kadastr məlumat bazasına daxil edilmişdir. Bundan bir neçə gün əvvəl, 02.12.2019-cu ildə isə 0,015 ha torpaq sahəsinə Oğuz RayonXalxal Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İnzibati iş üzrə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə verilmiş 03.07.2020-ci il tarixli məktubdan və əlavə olunmuş sxemdən görünür ki, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşür, həmin 0,015 ha torpaq sahəsi üzərində "xxxx" MMC-yə məxsus ötürücü qurğu yerləşir. Məhkəmə qeyd olunan inzibati orqanın məktubuna istinad edərək, həmin orqanın inzibati iş üzrə cavabdeh olmasına baxmayaraq iddia tələbini təmin etmişdir. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq, yaranmış mübahisənin tam və hərtərəfli araşdırmaq məqsədilə 30.11.2020-ci il tarixli, 2-1(107)-447/2020 nömrəli inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən 2-1(107)-14/2021 saylı mülki iş üzrə 16 may 2021-ci il tarixli 10/1572 saylı ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi K.Mehmanzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən:Oğuz rayonu, Xalxal bələdiyyəsinin adına ********** qeydiyyat nömrəli 02.12.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və A-446706 nömrəli “Torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş 0,015 ha torpaq sahəsi İddiaçı adına olan JN-022 A kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və koordinatları elektron kadastr və məlumat bazasından çıxarışda göstərilmiş 0,08 ha torpaq sahələrinin harda yerləşməsi müəyyən edilmişdir. Həmin torpaq sahələri təsərrüfatın DWG faylına (Mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu lahiyəsinə) əsasən bir-biri ilə üstüstə düşmür. İddiaçıların iddia etdiyi torpaq sahəsinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları göstərilməklə sxem tərtib edilmiş və mütəxəssis rəyinə əlavə edilmişdir. Göründüyü kimi, Oğuz Rayonu Xalxal Bələdiyyəsinin adına qeydiyyata alınmış 0,015 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına tərtib olunmuş "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi və həmin torpaq sahələrinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları ekspert rəyi ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yalnış olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, məhkəməyə təqdim edilmiş sübutlar tam tədqiq edilməmiş, müvafiq ekspertiza keçirilməmiş və əsassız qərar qəbul edilmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 95 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X14 Məsuliyyətli Cəmiyyətinin hesabına (xxxx ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 210005, VÖEN **********, SWİFT BİK CTREAZ22, M/h AZ41NABZ********************, VÖEN **********, Hesab AZ34CTRE********************) İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Ona görə də üçüncü şəxslər Oğuz Rayon Xalxal Bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməli, Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 02.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbi rədd edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Oğuz rayon Xalxal Bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18.08.2020-ci il tarixli, 2-1(116)-1093/2020 nömrəli qərarı ləğv edilsin.Yeni qərar qəbul edilsin. Oğuz Rayon Xalxal Bələdiyyəsinin adına hazırlanmış 02.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və A-446706 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbi rədd edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 95 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X14 Məsuliyyətli Cəmiyyətinin hesabına (xxxx ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülsün. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat İddiaçı alınıb Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 210005, VÖEN **********, SWİFT BİK CTREAZ22, M/h AZ41NABZ********************, VÖEN **********, Hesab AZ34CTRE********************) Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar