Məhkəmə qərarları › İş №2-1(107)-14/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-14/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-14/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Vəliyəddin oğlu, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X4, Nümayəndə3, X9 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququ yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və pensiyanın təyin ediləcəyi günədək yığılmış pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixinədək kolxozda 2 ay 8 gün,müddətli hərbi xidmətdə 2 il, xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixinədək yenə kolxozda 6 ay 24 gün, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun gündüz hazırlıq şöbəsinə 9 aylıq tədris müddəti, xx.xx.1984-cü ildən xx.xx.1989-cu il tarixinədək 5 illik ali təhsil müddəti, xx.xx.1989-cu ildən xx.xx.2002-ci il tarixinədək “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün, işsizlik müavinəti aldığı xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək olan dövr üzrə 6 ay, habelə xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək olan dövr üzrə yenə 6 ay, xx.xx.2005-ci ildən xx.xx.2013-cü il tarixinədək “X7” ASC-də idarə heyətinin sədri vəzifəsində 8 il 6 ay 12 gün, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsində 4 il 8 ay 2 gün olmaqla toplamda 35 il 10 ay 16 gün əmək stajına, həmçinin (12 il 6 ay 7 gün + 8 il 6 ay 12 gün) 21 il 19 gün güzəştli şərtlərlə yaşa görə əmək stajına malikdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktuba əsasən tələbinin icrasından imtina edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında ona xx.xx.2002-ci ildə işsizliyə görə müavinətin təyin edildiyi, xx.xx.2002-ci ilə qədər ödənildiyi və xx.xx.2003-cü ildən yenidən işsizlik müavinəti təyin ediliyi qeyd olunmuşdur. İşsizlik müavinətinin təyin edildiyi tarix qeyd olunsa da, onun nə vaxta qədər ödənildiyi qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən mərkəzi filiala işsizlik müavinəti alması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının işsizlik müavinəti aldığı dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. xx.xx.2005-ci il tarixdə “X7'' ASC-də idarə heyətinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-nin sədri təyin edilmiş, xx.xx.2018-ci il tarixdə müəssisənin ləğv edilməsi səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilən sənədlərdə onun xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “X7” ASC-də mexanik vəzifəsində işlədiyi qeyd edilib. Sözügedən müəssisədəki iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq arxivdə saxlanılan sözügedən müəssisəyə dair sənədlərdə qeyd olunanlara əsasən 1999-cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında ona əmək haqqı hesablanmadığı bildirilib. Qeyd olunan fakt adıçəkilən müəssisə tərəfindən xx.xx.2022-ci il tarixli Akt ilə təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 6 gün (xx.xx.1989-cu il, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildirirlər ki, iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 9 ay 19 gün (xx.xx.1979 xx.xx.1980-ci il, xx.xx.1980 - xx.xx.1982-ci il, xx.xx.1989 - xx.xx.1999-cu il, xx.xx.2002-ci il, xx.xx.2005 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 8 il 2 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 17555,46 manat təşkil edir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli xx.xx.1980-ci il tarixdə tərtib olunmuş əmək kitabçası; - İddiaçıya məxsus PB № 043959 nömrəli xx.xx.1989-cu il tarixdə tərtib olunmuş diplom. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli T-222 (E) nömrəli arxiv arayışı; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X13 Məşğulluq fialının xx.xx.2023-cü il tarixli 3-17-2/2-12325/2023 nömrəli məktubu; - “X7” ASC-nin xx.xx.2023-cü il tarixli 424 və 425 nömrəli güzəştli arayışları; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 196 nömrəli arxiv arayışı;

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2023-cü il tarixli e-2- 1(116)-754/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyi qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

8. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır.Lakin həmin tarixdən sonra iddiaçı xx.xx.2018-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının ümumilikdə iş stajı 34 il 11 ay 2 gün,güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 17 il 7 ay 26 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır. - xx.xx.1979 - xx.xx.1980-ci il, Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün; - xx.xx.1980 - xx.xx.1980-ci il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 1 ay 21 gün (34x365:240=51 gün); - xx.xx.1980 - xx.xx.1982-ci il, müddətli hərbi xidmət 2 il 5 gün; - xx.xx.1983 - xx.xx.1983-cü il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 6 ay 24 gün; - xx.xx.1984 - xx.xx.1989-cu il, Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil müddəti; - 4 il 9 ay 28 gün xx.xx.1989- xx.xx.2002-ci il, “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 koduna uyğun olaraq); - xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003- xx.xx.2003-cü il İşsizlik müavinəti aldığı ümumi 1 il ; - xx.xx.2005- xx.xx.2013-cü il “X7” ASC-də 7-ci,9-cu dərəcə avadanlıqların təmiri üzrə usta, İdarə heyətinin sədri vəzifəsində,cəmi 8 il 6 ay 12 gün; - xx.xx.2013-xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsinin icrası 4 il 8 ay 2 gün;

9. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-754/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan kassasiya şikayəti vermişdir.

13. Kassasiya instansiya məhkəməsindəki icraat

Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(102)- 669/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birincisi, 1999cu ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmamışdır. Birinci instansiya məhkəməsi isə həmin dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan da göründüyü kimi əmək pensiyası şəxsin aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiya edilməsi məqsədilə ödənilir. 1999-u ilin 12 ayı üzrə və 2002-ci ilin yanvar, fevral aylarında iddiaçının adına əmək haqqı hesablanmadığı üçün həmin dövrlər onun sosial sığorta stajına daxil edilməməlidir. İkincisi, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Sazişə istinad etmiş, lakin nəyə əsasən, işin hansı halı ilə bağlı istinad etdiyini əsaslandırmamışdır. Qeyd edək ki, iş materiallarında iddiaçının Türkmənistanda əmək fəaliyyətini sübut edən heç bir fakt müəyyən edilməmişdir. Üçüncüsü, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istədiyini qeyd etsə də, birinci instansiya məhkəməsi proses zamanı iddia tələbini dəqiqləşdirərək iddianı xx.xx.2022-ci il tarixdən 60 yaşdan təmin etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək ali təhsil aldığı müddəti də onun ümumi sosial sığorta stajına daxil etmişdir. Halbuki, xx.xx.2022-ci i! tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müddəti vətəndaşın sosial sığorta stajına daxil edilmir. Dördüncüsü, birinci instansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 2 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X4, Nümayəndə3, X9, X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 754 /2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-754 /2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir.

21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

22. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyi qoyulmasını qərara alaraq iddianı tam təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

28. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşına görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını qismən yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 31 Cavabdehin apellyasiya şikayətindən müəyyən edilir ki, şikayətdə 2 xüsusatla bağlı, yəni həm iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi, həm də pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir.

32. Məhkəmə kollegiyası iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.

33. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

34. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmamışdır. Lakin həmin tarixdən sonra iddiaçı xx.xx.2018-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının ümumilikdə iş stajı 34 il 11 ay 2 gün, güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işlədiyi müddət 17 il 7 ay 26 gün olmaqla aşağıdakı kimi hesablanmalıdır. - xx.xx.1979 - xx.xx.1980-ci il, Ləki pambıq təmizləmə zavodunda 7 ay 23 gün; - xx.xx.1980 - xx.xx.1980-ci il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 1 ay 21 gün (34x365:240=51 gün); - xx.xx.1980 - xx.xx.1982-ci il, müddətli hərbi xidmət 2 il 5 gün; - xx.xx.1983 - xx.xx.1983-cü il, Ağdaş rayon Nehrəxəlil kəndi “ Özbəkistan” kolxozunda 6 ay 24 gün; - xx.xx.1984 - xx.xx.1989-cu il, Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil müddəti; 4 il 9 ay 28 gün - xx.xx.1989- xx.xx.2002-ci il, “Azrezintexnika” zavodunda pozvari qayışlar sexində 12 il 6 ay 7 gün (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 koduna uyğun olaraq); - xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2003- xx.xx.2003-cü il İşsizlik müavinəti aldığı ümumi 1 il; - xx.xx.2005-xx.xx.2013-cü il “X7” ASC-də 7-ci,9-cu dərəcə avadanlıqların təmiri üzrə usta, İdarə heyətinin sədri vəzifəsində,cəmi 8 il 6 ay 12 gün; xx.xx.2013-xx.xx.2018-ci il tarixinədək "xxxx" ASC-nin sədri vəzifəsinin icrası 4 il 8 ay 2 gün;

35. Nəzərə alınmalıdır ki, formalaşmış məhkəmə təcrübəsi və iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, iddiaçının yuxarıda qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur. Odur ki, həmin müddət xüsusi iş stajı kimi nəzərə alınmalıdır.

36. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2-1(102)-669/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2024-cü il tarixli, 2-1(107)-430/2023 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

37. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

38. Ali Məhkəmə hazırki iş üzrə 07 mart 2024-cü il tarixli, 2-1(102)-669/2024 nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi müəssisənin xarakterinə əsasən, onun qeyd edilən vəzifələrdə həyata keçirdiyi fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahıya əsasən 2110A010 kodunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Kimya istehsalatı bölməsinin 8.3.1ª bəndində nəzərdə tutulmuşdur. - Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. - Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. - Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. - Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. - Hazırkı mübahisəyə münasibətdə isə, iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi mexanik vəzifəsinin xüsusatları göstərilməmiş, ümumiyyətlə iddiaçının iddia olunan zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu barədə məlumat qeyd olunmamışdır. - Bu məqsədlə işə təkrar baxan apellyasiya məhkəməsi aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. - Bununla yanaşı qeyd olunmalıdır ki, birinci İnstansiya məhkəməsi iddianı təmin edərkən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən təyin olunması və pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci hissəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablananpensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Lakin apellyasiya məhkəməsi göstərilən maddi hüquq normasının tələblərinə zidd olaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. - Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. - Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. - “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. - Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı). - Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir. - Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

39. Qeyd edilən halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır. Ona görə də, məhkəmə sübutetmə yükünün bölüşdürülməsi qaydasından çıxış etməklə məsələni tərəflərlə müzakirə etməli, onlara müvafiq sübutları təqdim etmək hüququnu və təqdim etməmənin doğuracağı hüquqi nəticələri də izah etməlidir.

40. Məhkəmə kollegiyası tərəfindən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilmiş, iş yerindən izahlı arayış tələb olunmuşdur.

41. Hazırki qaydada işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 dekabr 2024-cü il tarixdə “X7” ASC-yə sorğu ünvanlanmış, “X7” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı zərərli iş şəraitində aşağıda göstərilən vəzifələrdə işləmişdir: -xx.xx.1989-ci il tarixdən zavodun 5N-li pazvari qayışları sexində zərərli iş şəraitində mexanik vəzifəsinə təyin edilib.Əmr N:-141/k xx.xx.1989-cu il -xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat vahidi ixtisara düşməsi ilə işdən azad edilib. Əmr N: 16/k xx.xx.2002-ci il -xx.xx.2005-ci il tarixdən zavodun Mexaniki Təmir sexinə 7-ci dərəcə ilə avadanlıqların təmiri üzrə usta qəbul edilib. Əmr N:-37/k. xx.xx.2005-ci il -xx.xx.2010-cu il tarixdən "xxxx" ASC-nin idarə heyyətinin Sədri vəzifəsinin icrası həvalə edilib.Əmr N:18/k xx.xx.2010-cu il -xx.xx.2013-cü il tarixdən ƏQM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Əmr N: 16/k xx.xx.2013-cü il - O, xx.xx.1989-cu il tarixdən X6 zavodunu Əmr N: 141/K xx.xx.1989. pazvari qayışlar sexində zərərli iş şəraitində vəzifə təlimatına uyğun olaraq mexanik vəzifəsinə təyin edilmişdir. Həmin müddətdə “Mingəçevir Texniki-Rezin" ASC (əvvəl X6 zavodu), “Azərkimya” istehsalat birliyinə tabe olmuşdur. İ və İİ kateqoriyalı zərərli və xüsusi zərərli istehsalat sahələrindən ibarət bir neçə sexlərə bölünmüş müsxtəlif rezin məmulatlarını istehsal edərək keçmiş SSRİ-nin mütəffiq ölkələrinə göndərirdi. Rezin məmulatlarının, istehsalında rezin xammalın tərkibinə insan organizmi üçun zərərli olan 17 adda xüsusi kimyəvi məhsullar əlavə olunurdu. Xammal hazırlanarkən həmin kimyəvi məhsullar ora əlavə edilir, xüsusi qəliblərə qoyularaq sobalarda bişirilirdi. Rezin məhsulunun bişən zaman çıxan xüsusi zərərli qazlar insan orqanizmi üçün təhlükəli sayılırdı Ona görə də müəssisədə çalışan işçilər üçün əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun tədbirlər həyata keçirilirdi. Bunun üçün bütün sexlərdə ventilyasiya sistemləri quraşdırımışdır. İşçilər üçün soyunub geyinmə otaqları, əlcəklər, Sabun və digər yuyucu vasitələr verilirdi, xüsusi qoruyucu kombinzonla təmin edilir. Süd va süd məhsulları ilə gündəlik təmin olunurdu. Məzuniyyət müddətində müxtəlif kurort və sanatoriyalara göndərilirdi. - İddiaçı xx.xx.1989-cu ildən fəaliyyətə başladığı (Mexanik vəzifəsində) 5 №-li pazvazi qayışlar sexi də yuxarı da adı sadalanan zərərli sexlər siyahısına aid idi. Yusibov Mexanik peşəsinin təlimatına uyğun olaraq həmin sexdə istifadə olunan rezinin qarışdırılması, kəsilməsi, və bişirilməsi üçün nəzərdə tutulan avadanlıqların quraşdırılması, təmiri və istismarı ilə məşğul olmuşdur. Sexdə olan avadanlıqların cari, orta və əsaslı təmizini il ərzində nəzərdə tutulmuş qrafikə uyğun təmin etmişdir. Gün ərzində 8 saatlıq iş müddətində həmin zərərli kimyəvi məhsullar və zərərli qazlarla təmasda olmuşdur. O da iş vaxtı xüsusi geyimlə və digər qoryucu vasitələrlə təmin edilmiş, Süd və süd məhsulları ilə daima qidalanmışdır. Məzuniyyət müddətində müxtəlif kurort və sanatoriyalara göndərilmişdir. Qanunvericilik də nəzərdə tutulan (zərərli iş şəraiti üçün bütün imtiyazlazdan istifadə etmişdir. - İddiaçı vəzifə təlimatına uyğun fəaliyyət göstərdiyi mexanik peşəsi, “Mingəçevir Texniki - Rezin ASC-nin xarakterinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir, 2 №-li siyahıya əsasən 2110 A010 kodunda və Azərbaycan Respeblikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş“ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin 8.3.1a bəndində nəzərdə tutulmuşdur.

42. İş materiallarına əlavə edilmiş “X7” ASC tərəfindən Vəkil1 Vəliyəddin oğluna ünvanlanmış məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixinədək fasiləsiz olaraq AzRezin Texnika İB-nin Mingəçevir X6 zavodunun 5 №-li pazvari qayışlar sexində zərərli iş şəraitində mexanik vəzifəsində çalışmışdır. İddiaçı vəzifə təlimatına uyğun fəaliyyət göstərdiyi mexanik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahısına əsasən 2110A010 koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına kimya istehsalatı bölməsinin 8.3.3-cü bəndinə uyğundur. Həmçinin İddiaçı vəzifə təlimatına uyğun vəzifə təlimatına uyğun fəaliyyət göstərdiyi mexanik peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyaları hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının kimya istehsalatı bölməsinin 8.31a bəndinə uyğundur.

43. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Güzəştli Arayış”-a əsasən, Cəmiyyətdə İstehsal olunan rezin məmulatlarına kifayət qədər təlabat olmadığı üçün istehsalın həcminin azalması ilə əlaqədar olaraq ərizəsinə və zavod üzrə verilmiş əmrlərə əsasən ona əmək haqqı ödənilməmək şərtilə məzuniyyət verilmiş və evə buraxılmışdır: Əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyət: -xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək.Əmr №40itş ,45/k -xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək.Əmr № 60itş,63/k -xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək.Əmr №14itş,21 itş -xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək.Əmr №68itş,02itş -xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək.Əmr №68itşJ4itş -xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək.Əmr №21 itş -xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək.Əmr №30itş,32itş,35itş -xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək.Əmr№05itş,07itş,09itş, 11 itş, 15itş, 17itş, 18itş,21 itş,24itş

44. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X7” ASC yaradılmışdır.

45. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayış”-dan görünür ki, İddiaçı aylar üzrə əmək haqqı cədvələrində 1999-cu ilin əmək haqları sex üzrə əmək haqqı kitabı itdiyi üçün göstərilməmişdir. Lakin əmək kitabçasında müvafiq əmrlə xx.xx.1989-cu il əmr N-141/k işə girməsi Əmr N-16/k xx.xx.2002-ci il tarixdə işdən azad olması qeyd olunub. Heç bir fasilə olunmayıb.

46. İş materiallarına əlavə edilmiş “X7” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayış-dan görünür ki, Verilir İddiaçı xx.xx.1962-ci il təvəllüdlü, ondan ötrü ki, o həqiqətən Azrezintexnika İBnin Mingəçevir X6 zavodunda zərərli iş şəraitində aşağıda göstərilən vəzifələrdə işləmişdir. -xx.xx.1989-cu il tarixdən zavodun 5№-li pazvari qayışlar sexində zərərli iş şəraitində mexanik vəzifəsinə təyin edilib. Əmr №-141/k xx.xx.1989-cu il -xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən ştat vahidinin ixtisara düşməsi ilə işdən azad edilib. Əmr№- 16/k xx.xx.2002-ci il -xx.xx.2005-ci il tarixdən zavodun Mexaniki Təmir sexinə 7 dərəcə ilə avadanlıqların təmiri üzrə usta qəbul edilib. Əmr №-37/k xx.xx.2005-ci il. -xx.xx.2010-ci il tarixdən "X7"ASC-nin idarə heyətinin Sədri vəzifəsinin icrası həvalə edilib. Əmr №-18/k xx.xx.2010-cu il. -xx.xx.2013-cü il tarixdən ƏQM-nin 68-ci maddəsinin 2 hissəsinin "a" bəndinə əsasən tutduğu vəzifədən azad edilib. Əmr№ 16/k xx.xx.2013-cü il.

47. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X7” ASC yaradılmışdır. O, Azərbaycan Respublikası Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən mexanik peşəsində işləmişdir.Həmin müddətdə “X7” ASC(Əvvəl X6 zavodu) X2 tabe olmuşdur.

48. İddiaçı aylar üzrə əmək haqqı cədvəllərində 1999-cu ilin əmək haqqları sex üzrə əmək haqqı kitabı itdiyi üçün göstərilməmişdir. Lakin əmək kitabçasında müvafiq əmrlə xx.xx.1989-cu il əmr №-141/k işə girməsi Əmr №-16/k xx.xx.2002-ci il tarixdə işdən azad olunması qeyd olunub. Heç bir fasilə olmamışdır.

49. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir.

50. Bundan başqa məhkəmə kollegiyası iddiaçıya pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni yanlış hesab edir.

51. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymuşdur.

52. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1- 1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

53. İstinad olunan qanunun normasından göründüyü kimi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği birdəfəlik qaydada deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

58. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

59. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

60. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

61. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasını təmin etməklə düzgün nəticəyə gəlmişdir.

62. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, nəticədə iddianı təmin edərkən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini də cavabdehin üzərinə qoymaqla səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən ləğv edilməlidir.

63. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-754/2023 nömrəli qərarı qismən, pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli 2-1(116)-754/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar