Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-140/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Göyçay rayon şöbəsi) qarşı “mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-295/2020 nömrəli qərarından DSMF-in Göyçay rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, xx.xx.1980-ci ildə Cəfərov Söhrab İsmayıl oğlu ilə nikaha daxil olmuşdur. İddiaçının əri Cəfərov Söhrab İsmayıl oğlu xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi işləmiş, lakin adına əmək kitabçası yazılmamış və xx.xx.2001-ci ildə o,vəfat etmişdir. İddiaçı xx.xx.2019-cu ildə 61 yaşına çatmışdır. O, mərhum ərinin xx.xx.1971-ci il tarixli 139 nömrəli əmrlə Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi qəbul edilməsi və xx.xx.1997-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilməsi barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialından aldığı xx.xx.2019-cu il tarixli 343 nömrəli arxiv arayışını DSMF-in Göyçay rayon şöbəsinə təqdim etmiş və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla bundan imtina edərək iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini, təqdim edilən arxiv arayışına əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmasının mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra iddiaçı “X2 adına yazılmış işəgirmə əmrinin Cəfərov Söhrab İsmayıl oğluna aid olması və mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, mərhum ərinin əmək kitabçası olmasa da, işə qəbul edilməsi və işdən çıxması barədə əmrlər dövlət arxivində saxlanılır. Cavabdeh xx.xx.2019-cu il tarixli **********8 nömrəli etirazında bildirmişdir ki, Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bu müddət 25 il 7 ay 14 gün təşkil edir. Qeyd olunan müddət məhkəmə qərarı əsasında nəzərə alınmaqla mərhumun sosial sığorta stajına daxil edildiyi halda, iddiaçının 61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyası hüququ yarandığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-295/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçının mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin DSMF-in Göyçay rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. DSMF-in Göyçay rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İV fəslinin 4.2.7-ci maddəsinə əsasən, pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çaılşmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 295/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. S.Cəfərovun iş stajı 1971.xx.xx-1997-03.03=25 il 7 ay 14 gün, ümumi staj: 25 il 7 ay 14 gün. Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiyası almaq hüququ yarana bilər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-in Göyçay rayon şöbəsinin nümayəndəsi X1 İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-295/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasına etirz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, Cəfərov Söhrab İsmayıl oğlu və İddiaçı xx.xx.1980-ci ildə nikah bağlamışlar. - xx.xx.2001-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Cəfərov Söhrab İsmayıl oğlu xx.xx.2001-ci ildə vəfat etmişdir. - Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 343 nömrəli arxiv arayışından görünür ki, Cəfərov Söhrab İsmayıl oğlu xx.xx.1971-ci il tarixli 139 nömrəli əmrlə Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi qəbul edilmiş və xx.xx.1997-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilmişdir. Birinci əmrdə onun adı Sahrab kimi yazılmışdır. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-295/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, xx.xx.1980-ci ildə Cəfərov Söhrab İsmayıl oğlu ilə nikaha daxil olmuşdur. İddiaçının əri Cəfərov Söhrab İsmayıl oğlu xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi işləmiş, lakin adına əmək kitabçası yazılmamış və xx.xx.2001-ci ildə o,vəfat etmişdir. İddiaçı xx.xx.2019-cu ildə 61 yaşına çatmışdır. O, mərhum ərinin xx.xx.1971-ci il tarixli 139 nömrəli əmrlə Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi qəbul edilməsi və xx.xx.1997-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilməsi barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialından aldığı xx.xx.2019-cu il tarixli 343 nömrəli arxiv arayışını DSMF-in Göyçay rayon şöbəsinə təqdim etmiş və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubla bundan imtina edərək iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini, təqdim edilən arxiv arayışına əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmasının mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra iddiaçı “X2 adına yazılmış işəgirmə əmrinin Cəfərov Söhrab İsmayıl oğluna aid olması və mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, mərhum ərinin əmək kitabçası olmasa da, işə qəbul edilməsi və işdən çıxması barədə əmrlər dövlət arxivində saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə yanaşı, həm də “X2 adına yazılmış işəgirmə əmrinin Cəfərov Söhrab İsmayıl oğluna aid olması” ifadəsini də yazsa da, məhkəmə hesab edir ki, həmin ifadə ayrıca iddia tələbi kimi nəzərə alına bilməz. İddiaçının hüquqi marağı mərhum ərinin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi yolu ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarət olduğuna görə əmrin Cəfərov Söhrab İsmayıl oğluna aid olub-olmaması məsələsinə əsas iddia tələbinin əsaslılığının yoxlanılması zamanı qiymət veriləcək. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: - 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 12.1-ci maddəsində isə deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçının yaşa görə əmək pensiyası yaşına çatması və onun mərhum ərinin 12 il 4 aydan az olmayan sosial sığorta stajına malik olmasıdır. Bu rəqəm aşağıdakı qaydada hesablanmışdır: mərhumun əmək qabiliyyətli yaş dövrü 37 ildir. Həmin 37 ilin hər biri üçün 4 ay sığorta stajı, yəni 148 ay=12 il 4 ay tələb olunur. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək pensiya yaşı qadınlar üçün 61 il olmuş və iddiaçı xx.xx.2019-cu ildə 61 yaşına çatmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək (25 il 7 ay 14 gün) Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi işləməsi barədə arxiv arayışı mövcud olduğu üçün həmin müddət onun sosial sığorta stajına daxil edilməlidir. Onun işə qəbul edilməsi barədə əmrdə adının Söhrab deyil, Sahrab yazılması isə həmin sənədin məhz göstərilən şəxsə aid olmasını istisna etmir. Həmin məsələni cavabdeh də mübahisələndirmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qeyd olunan Qanununu 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Yuxarıda qeyd olunan işin hallarını, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının mərhum ərinin işlədiyi 25 il 7 ay 14 gün müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Göyçay rayon şöbəsinin iddiaçının mərhum əri Cəfərov Söhrab İsmayıl oğlunun xx.xx.1971-ci ildən xx.xx.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-295/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-140/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-140/2020
12.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver