Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-140/2022 28.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1083/2022 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Şəki bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 2006-cı il tarixdə ona torpaq ayrılması üçün Şəki bələdiyyəsinə müraciət etmiş, Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 15 saylı iclas protokolunun qərarı ilə ünvan 1 ünvanında yaşayan İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin 19 dekabr 2006-cı il tarixli 2963 saylı razılıq məktubu nəzərə alınaraq fərdi yaşayış evi tikimək məqsədi ilə bələdiyyənin perespektiv inkişaf fondundan 95-ci kvartaldan mülkiyyətinə 600 kv.metr torpaq sahəsi satılmş və həmin torpaq sahəsində yaşayış evi tikintisinə icazə verilmişdir. Bunula bağlı Şəki bələdiyyəsi akt tərtib etmiş və həmin qərarın 4-cü bəndinə uyğun olaraq torpağın dəyərinin ödənilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Belə ki, 19 dekabr 2006-cı il tarixli, 15 saylı iclas protokolunun qərarının 4-cü bəndinə əsasən torpağın dəyəri ödənildikdən sonra torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın qeydiyyata alınması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən xahiş olunmalı idi. Qeyd edir ki, iddiaçı torpaq üçün müəyyənləşdirilmiş 240 manat pulu Şəki bələdiyyəsinin hesabına keçirmiş, müvafiq icra orqanlarından texniki şərtlər alınmışdır. Habelə DTXK Şəki rayon şöbəsi tərəfindən torpaqların nömrələnmiş sixemi hazırlanmış və həmin sixem üzrə ayrılmış torpaq sahəsi, döngələri göstərilməklə İddiaçı təhvil verilmişdir. Şəki bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 15 saylı iclas protokol qərarı ilə ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə 20 aprel 2021-ci ildə cavabdehə müraciət edilmişdir. Cavabdeh bu müraciətə imtina vermiş və öz imtinasını belə əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmama dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında ” Əsasnamənin 1-ci bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim edilən sənədlərin araşdırılması zamanı əraziyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları” na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********03 nömrəli imtina məktubunda göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********71 nömrəli iddiaya qarşı münasibət məktubunda imtinada göstərilənlərə əlavə olaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt”ın olmadığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan Şəki bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 566 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı adma 95 kvartal da 600 kv metr torpaq sahəsi üçün Şəki Bələdiyyəsində 2021-ci ilə qədər torpaq vergisi borcu yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X5 fialının xx.xx.2021-ci il tarixli 173 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq, Şəki Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı iclas protokolu və İddiaçı adına torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş digər sənədlər məhkəməyə göndərilmişdir. Protokolun qərar hissəsinin 1.127-ci bəndinə əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yaşhayan İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2006-cı il tarixli, 2963 saylı razılıq məktubu nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan - 95-ci kvartalından onun mülkiyyətinə 600 kv.metr torpaq sahəsinin satılması və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. X5 fialının xx.xx.2021-ci il tarixli 173 nömrəli məktubuna DTXK Şəki rayon şöbəsinin rəyinin arxiv nüsxəsinin surəti əlavə edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli ödəniş qəbzin əslinə əsasən müəyyən edilmişdir ki, 240 manat məbləğdə torpağın satış pulu ABB Şəki filialında Şəki bələdiyyəsinin 336503 AZN 3308-01 nömrəli hesabına ödənilmişdir. İş materiallarında olan Əmlakin Kadastri və Ünvan Reyestri Xidmətinin xx.xx.2021ci il tarixli **********02 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, İddiaçı qızanın iddiasında göstərilən torpaq sahəsi faktiki 592 kv.metr olub, yaşayış məntəqəs torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Hal-hazırda İddiaçı faktiki istifadəsındədir,. döngə nöqtələri və koordinatları tərtib olunmuş Yerquruluşu planında göstərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Fərid İsmayılzadə) 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1083/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1083/2022 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(116)-1083/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi xanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı "Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına və iddiaçının nümayəndəsinin izahatına əsasən məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə görə ödəniş bələdiyyənin bank hesabına ödənilsə də iddiaçı ilə bələdiyyə arasında Dövlət Torpaq və Xəritəçəkınə Komitəsinin Şəki rayon şöbəsinin iştirakı ilə torpaq sahəsinin satılınası barədə müvafiq dövrdə qüvvədə olmuş qanunvericilik normalarının tələblərinə əsasən alqı-satqı aktı tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkınə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən qeydiyyata alınmalı olduğu halda, belə bir akt tərtib edilməmiş, dolayısı ilə qeydiyyata alınmamışdır. Qərarda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çalmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). İlk öncə torpaq sahəsinin alqı-satqısı ilə bağlı qeyd edir ki, Şəki Bələdiyyəsinin müvafiq qərarında mübahisəli torpaq sahəsinin dəyəri ödənilməklə "Şəki bələdiyyəsinin perespektiv inkişat fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0.06 ha torpaq sahəsi iddiaçıya satılınası, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi ilə yanaşı eyni zamanda, torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqısına dair tərtib edilmiş akf'ın qeydiyyata alınması və torpaq sahəsinə miivallq hüquqi sənədin hazırlanıb iddiaçıya verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Şəki Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına əsasən Şəki şəhərinin baş memarı tərəfindən "ev tikintisi üçün iddiaçıya ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yerləşən ərazinin sxematik planı" adlı sənəd tərtib olunaraq təsdiq edilməklə, təşkil olunmuş müvafiq komissiya tərəfindən təsdiq etdiyi ərazidən 0.06 ha torpaq sahəsi seçilmiş, bu barədə " Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq satılmasına dair Şəki Bələdiyyəsinin sözügedən qərarında göstərilən bütün proseduaralara (ilkin torpaq ayırma sənədləri -ərazinin sxematik planı tərtib olunaraq təsdiq olunmuş, həmin sxemdə göstərilən ərazidən 0.06 ha torpaq sahəsi sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri ödənilmiş) əməl olunmuş, yalnız tərəflər arasında torpaq sahəsinin alqı-satqı aktı bağlanmamışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinə 2006-cı ildən sahiblik edərək orada təyinatına uyğun istifadə etmişdir. Ötən müddət ərzində nə bələdiyyə, nə də başqaları iddiaçıya qeyd olunan çatışmazlığın aradan qaldırılmasını təklif etmiş, eləcə də həmin torpaq sahəsinə hər hansı tələbləri olmuşdur. Göründüyü kimi, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılınası haqqında qərar qəbul etməklə bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqısatqı müqaviləsi bağlanılmaqla torpağın dəyəri ödənilməlidir. Qeyd olunan müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Şəki Bələdiyyəsi özünün qərarı ilə ev tikmək üçün mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsinə iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmadığına görə həmin qərarın ləğvi ilə bağlı hər hansı bir sənəd işə baxan məhkəmələrə təqdim etməmişdir. Beləliklə, hesab edirlər ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olduğundan və iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş sənədlər onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qovulmalıdır. Odur ki, Şəki İnzibati məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1083/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1083/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1083/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə qərarında qeyd etmişdir ki, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməklə onunla bələdiyyə arasında müvafiq alqı-satqı aktı tərtib edilməli və akt müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalı olduğu halda, iş üzrə bu prosedur qaydalarına əməl edilməmişdir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbayean Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə istifadəyə və icarəyə verilir. 6.2-ei maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məlıdııdiv vətlər. müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli plenum qərarında qeyd edilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Cavabdeh tərəfin imtinasına o səbəb olmuşdur ki, məhkəmə kollegiyası "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad etməklə göstərmişdir ki, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Bununla yanaşı, məhkəmə kollegiyası həm də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddədə göstərilən qəbul olunmuş aktlar anlayışını geniş təfsir etməklə bələdiyyə qərarları kimi qəbul etməklə yanlış qərar qəbul etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanun və əsasnamədə söhbət alğı-satqı aktından, habelə alğı-satqı müqaviləsindən gedir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində dövlət qeydiyyatının əsası kimi bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt dedikdə, inzibati aktlar – qərarlar, sərəncamlar və s. nəzərdə tutulur. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.1-ci maddəsi konkret olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün bələdiyyə qərarını əsas hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016-cı il 4 oktyabr qərarında aşağıdakılar təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8- ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. . “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” İşin faktiki hallı ondan ibarətdir ki, bələdiyyənin xx.xx.2006-cü il tarixli 15 saylı iclasının qərarı ilə İddiaçı ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2006-cı il tarixli, 2963 saylı razılıq məktubu nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perespektiv inkişaf fondundan - 95-ci kvartalından onun mülkiyyətinə 600 kv.m torpaq sahəsinin satılması və yaşayış evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Torpağın dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətindədir. Həmin torpaq sahəsi hal-hazırda İddiaçı uzun müddətdir ki, istifadəsindədir və orada fərdi yaşayış evi tikərək ailəsi ilə yaşayır. Torpağın döngə nöqtələri və koordinatları tərtib olunmuş və yerquruluşu planında göstərilmişdir. O, hal-hazıra kimi həmin torpaq sahəsindən və evdən maneəsiz və etirasız istifadə etmişdir. Hal-hazırda torpaq sahəsinə dair yerli bələdiyyənin ona qarşı iddiası yoxdur. Mehkəmə kollegiyası onuda qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə sonuncu ilə arasında alqı-satqı aktının (müqavilənin) bağlanmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qevdiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri əsas götürərərək hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən vavabdeh orqanın imtinası əsassız olmuşdur və iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Odur ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1083/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iş üzrə iddia tələbi təmin edilməli, İddiaçı "Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1083/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı Şəki bələdiyyəsinin perespektiv inkişaf fondundan 95-ci kvartalda yerləşən, ev tikilməsi üçün ayrılmış 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-140/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-140/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver