Məhkəmə qərarları › İş №2-1(107)-140/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-140/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-140/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə ilkin müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya 24 il 1 ay 3 gün təşkil edən güzəştli şəxsrtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhəri, Toxuculuq kombinatına 3-cü dərəcəli təmir üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə “Qafqazenerjitəmir” Mingəçevir sahəsinə turbin sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş və xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. Daha sonra xx.xx.1990-cı il tarixdə RTM zavodunun enerji sexinə 3-cü dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə qəbul olunmuş və xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “C" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Azərenerji DŞ-nin əmrinə əsasən turbin sexinə 6-cı dərəcəli turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, idarəyə təqdim edilən 13 sentyabr 1982-ci il tarixində açılmış əmək kitabçasında xx.xx.1990-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “X7” ASC- də işlədiyi nasos maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qeyd etmək təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qeyd etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-890/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqca azı 25 ıl sığorta staıina malik olduada və bu müddətin azı 12 il 6 avını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır: - Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda; - Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il); - Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası huququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İşin mübahisələndirilən halı aşağıda göstəriləndən ibarətdir: - İddiaçı güzəştli sosial sığorta stajı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həm 23 yanvar 2007-ci il tarixli 12 nömrəli, həm də 21 iyun 1993-cü il tarixli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 8-ci bəndində (kimya istehsalatı) nasos maşinisti peşəsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı “X7” ASC-də xx.xx.1990-xx.xx.2002-ci illər ərzində işlədiyi dövrlərin güzəştli hesab edilməsi mümkün deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının işlədiyi nasos maşinisti peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə ilkin müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Həmin tarixli birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 05 dekabr 2022-ci il tarixli, 2- 1(116)-890/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ilkin müraciət edilən xx.xx.2020-ci ildən əvvəlki 3 (üç) il üçün ödənilməmiş əmək pensiyası fərqinin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli ********** nömrəli ;güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir. İddiaçının Filiala təqdim etdiyi 13 sentyabr 1982-ci il tarixdə açılmış əmək kitabçasında xx.xx.1990-xx.xx.2002-ci il tarixlər arasındakı dövr ərzində “X7” ASC-də işlədiyi nasos maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, bu arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. İş materiallarında belə bir arayış mövcud deyil. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib- işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub- olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - məsələn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə. Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. İddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır. İddiaçının 2017-ci ilə qədər 57 yaşının tamam olması; İddiaçının 57 yaşı tamam olarkən azı 25 il ümumi ış stajının mövcud olması; İddiaçının 57 yaşı tamam olarkən azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Beləliklə İddiaçı “X7” ASC-də xx.xx.1990-xx.xx.2002-ci illər ərzində işlədiyi dövrlərin güzəştli hesab edilməsi mümkün deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının işlədiyi nasos maşinisti peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il 06 ay güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 saylı iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad etmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və cavabdeh iddiaçının həmin tarixli müraciətinə baxaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, güzəştli iş stajının az olması səbəbi ilə imtina verilmişdir X4 filialının xx.xx.2020-ci il tarixli 89 nömrəli məktubunda qeyd olunur ki, filialda mühafizə olunan arxiv fondunda X2 işçisi İddiaçı şəxsi vərəqələrində aşağıdakı kimi qeyd edilmişdir: 16 aprel 1979-cu il tarixli160/k saylı əmrinə əsasən xx.xx.1979-cu il tarixdən PVXya 3-cü dərəcə təmir üzrə çilingər; 16 sentyabr 1981-ci il tarixli 502/k saylı əmrinə əsasən xx.xx.1981-ci il tarixdən 4cü dərəcə çilingər; 14 sentyabr 1982-ci il tarixli 457 saylı əmrinə əsasən xx.xx.1982-ci il tarixdən işdən azad edilmişdir. X4 filialının xx.xx.2020-ci il tarixli 86 nömrəli məktubunda qeyd olunur ki, filialda mühafizə olunan X1 şəxsi heyət üzrə əmr kitablarında İddiaçı qeyd edilmişdir. X1 24 avqust 1974-cü il tarixli 246 saylı əmrinə əsasən İddiaçı Fərzali* oğlu “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisasına (10 illik təhsil əsasında azərb. dilində) İİ kursa texnikumun tələbələri sırasına qəbul edilmişdir. Texnikumun 02 noyabr 1974-cü il tarixli 310 saylı əmrinə əsasən gündüz şöbəsinin 264 qr. tələbəsi İddiaçı F. X8 çağırıldığı üçün müvəqqəti olaraq tələbələr sırasından azad edilmişdir. Texnikumun 11 dekabr 1976-cı il tarixıi 305 saylı əmrinə əsasən Sovet Ordusu sıralarından tərxis edilmiş texnikumun sabiq tələbəsi İddiaçı “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisasının İİ kursuna 266 №-li qrupuna təqaüd verilməklə bərpa edilmişdir. Texnikumun 13 mart 1979-cu il tarixli 71 saylı əmrinə əsasən gündüz şöbəsinin tələbəsinə İddiaçı Fərzali* oğ. “Soyuducu-kompressor maşınları və qurğuları” ixtisası üzrə texnik-mexanik ixtisası verilməklə diplom verilmişdir. Arxiv arayışında adın fərqli yazılması ilə bağlı ulduz işarəsi ilə qeyd aparılmışdır. 015823 nömrəli diplomun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1979-cu ilədək X5 Texnikomunda təhsil almışdır. SHXÇDX-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 179 nömrəli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı həqiqətən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçının iş illəri aşağıdakı kimidir: xx.xx.1979-cu ildə təmir üzrə 3-cü dərəcə çilingər; xx.xx.1981-ci ildə 4-cü dərəcə çilingər vəzifəsinə keçirilmiş; xx.xx.1982-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci ildə 3-cü dərəcə çilingər; xx.xx.1983-cü ildə 4-cü dərəcə çilingər; xx.xx.1985-ci ildə 5-ci dərəcə çilingər; xx.xx.1987-ci ildə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmiş; xx.xx.1988-ci ildə 6-cı dərəcə çilingər təyin edilmiş; xx.xx.1990-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1990-ci ildə 3-cü dərəcə çilingər; xx.xx.1991-ci ildə 4-cü dərəcə çilingər; xx.xx.1992-ci ildə 5-ci dərəcə çilingər kimi işləmiş; xx.xx.2002-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2002-ci ildə "xxxx" Azərbaycan-X9 Müəssisəsi”nin turbin sexinə 6-cı dərəcə turbin avadanlığın təmiri üzrə çilingər işinə qəbul edilmiş; xx.xx.2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan "xxxx" Azərbaycan-X9 Müəssisəsi” tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 13 nömrəli Güzəştli arayışa əsasən İddiaçı Farzalı oğlu 20.9.1982-ci il tarixindən (əmr № 51-KŞ xx.xx.1982-ci il) “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış İstehsalat İdarəsində qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir (əmr № 112-KŞ xx.xx.1990- cı il). xx.xx.2002-ci il tarixində Turbin sexinə turbin avadanlığının təmir üzrə 6 - cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir, (əmr № 27-KŞ xx.xx.2002 - ci il). xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir (əmr № 265-KŞ xx.xx.2005 - ci il). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı xx.xx.1993 - cü il tarixli Qərarının 2 saylı siyahısının Xİİİ yarımbölməsinin 1 - ci bəndinə əsasən güzəştli sayılır (kod: 2140100a18455). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli Qərarının 24 - cü bəndində qeyd edildiyi kimi bu vəzifələr Güzəştli şərtlərlə pensiya hüququna malikdir. Aryışda qeyd edilmişdir ki, "xxxx" Dövlət Şirkətinin xx.xx.1994 - cü il tarixli 61 saylı əmrinə əsasən “Qafqazenerjitəmir” İİB - i "xxxx" Azərbaycan - X10 Müəssisəsi adlandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 421 nömrəli “Güzəştli arayış”da qeyd edilir ki, iddiaçı “Azrezintexnika” istehsalat birliyinin X7 məmulatları zavodunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən aşağıda göstərilən peşədə tam iş günü ərzində işləmişdir. -xx.xx.1990-cı il tarixdən Enerji sexində zəhərli iş şəraitində,günəmuzd əmək haqqı ödə nilməklə 3-ci dərəcəilə təmizləyici qurğu sahəsinə maşinist qəbul edilib. Əmr №-133/k xx.xx.1990-cı il. -xx.xx.1991-ci il tarixdən istehsalat təhsilinin yekununa və imtahanın nəticəsinə görə nasos maşinisti 4-cü dərəcə verilmişdir. Əmr №-58/k xx.xx.1991-ci il. -xx.xx.1992-ci il tarixdən istehsalat təhsilinin yekununa və imtahanın nəticəsinə görə nasos maşinisti 5-ci dərəcə verilmişdir. Əmr №-25/k xx.xx.1992-ci il. -xx.xx.1994-cü il tarixdən istehsalat təhsilinin yekununa və imtahanın nəticəsinə görə nasos maşinisti 7-cü dərəcə verilmişdir. Əmr №-69/k xx.xx.1994-cü il. -xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmr №-20/k xx.xx.2002-ci il. Zavodda xammal və material çatışmamasını nəzərə alaraq zavod üzrə verilmiş əmrlərə əsasən ona taarif maaş qismən ödənilməklə və ödənilməməklə məzuniyyət verilmişdir: 2/3 tarif maaşı saxlanılmaqla: xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək. Əmr № 54/k.(2/3) xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək.Əmr № 78/k. (2/3) xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək.Əmr № 115/k. 119/k(2/3) xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək.Əmr № 73/k.(2/3) xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək.Əmr № 32/k.(2/3) xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək.Əmr № 44/k.(2/3) Minimum əmək haqqı ödənilməklə: xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək. Əmr № 45/k (minimum ə/h). Əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyət: xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək. Əmr № 86/k; (öz hesabına məzuniyyət) xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək. Əmr № 91/k. (öz hesabına məzuniyyət) xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək. Əmr № 54/k; (öz hesabına məzuniyyət) xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək. Əmr № 24/k; (öz hesabına məzuniyyət) xx.xx.1999-cu ildən xx.xx.1999-ci ilədək. Əmr № 07/k; (öz hesabına məzuniyyət) xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək. Əmr № 01/k; (öz hesabına məzuniyyət) xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək. Əmr № 01/k; (öz hesabına məzuniyyət) İşin xarakteri haqqında: İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Enerji sexində zəhərli iş şəraitində, 3-cü dərəcədə təmizləyici qurğu sahəsində maşinist işləyərək əsas sexlərdə dəzgahların altına tökülmüş işlənmiş yağların yığılması ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X7” ASC yaradılmışdır. İddiaçı isə həmin müəssisədə nasos maşinisti işləmişdir. İddiaçı gördüyü işlərin xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən 2 nömrəli Siyahının 8-ci bölməsində nəzərdə tutulmuş peşələrlə kod uyğunluğu olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə düzgün qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İddiaçı qanuna müəyyən edilən yaş həddinə çatmışdır. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı işlədiyi illər ərzində ən azı xx.xx.1982-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (8 il 2 ay 11 gün) tutduğu çilingər vəzifəsi, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (3 il 8 ay 25 gün) işlədiyi çilingər vəzifəsi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 24-cü bəndinə uyğundur, həmçinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda (Xİİİ yarımbölmə 1-ci bənd) göstərilən kod 2140100a-18455 vəzifəsinə uyğundur) və xx.xx.2022-ci il tarixli güzətşi arayışda göstərilən xx.xx.1990-xx.xx.2022-ci il tarixləri aralığında tutduğu vəzifələr üzrə ümumilikdə 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını birinci instansiya məhkəməsi iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etməkdə haqlı olmuş və düzgün hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Həmçinin iddiaçı tərəfindən güzəştli arayışlar birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Cavabdeh iddiaçının müraciətinə imtinasını güzəştli iş stajına malik olmaması ilə əsaslandırır ki, onun imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(116)-890/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar