Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-141/2020 07.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X3 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X1rşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********264500 nömrəli, xx.xx.2019-cu il tarixli **********646400 nömrəli xx.xx.2019-cu il tarixli **********189600 nömrəli qərarların ləğv olunması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-138/2020nömrəli qərardadından iddiaçı “İddiaçı” MMCtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı “İddiaçı” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********264500 nömrəli, xx.xx.2019-cu il tarixli **********646400 nömrəli xx.xx.2019-cu il tarixli **********189600 nömrəli qərarların ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-138/2020 nömrəli qərardadı ilə iddiaçı “İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X1rşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********264500 nömrəli, xx.xx.2019-cu il tarixli **********646400 nömrəli xx.xx.2019-cu il tarixli **********189600 nömrəli qərarların ləğv olunması” barədə iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. X13 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-138/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı (iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslini və ya notarial təsdiq edilmiş surətini təqdim etmədiyi) üçün iddia ərizəsi geri götürülmüş hesab olunmalıdır.Aşağıda göstərilən səbəblərdən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)- 138/2020 nömrəli qərardadını tamamilə əsassız və qanunsuz hesab edirəm. Məhkəmənin nəzərinə çatdırım ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə tərəfimizdən Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Həmin iddia ərizəsinə mövcud olan sənədlər əlavə edilmiş və iddia tələbi ətraflı şəkildə əsaslandırılmışdır. Daha sonra cavabdeh vergi orqanı məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və iş üçün zəruri olan bütün sənədləri həmin etiraza əlavə etmişdir.Uzun illik məhkəmə təcrübəsindən də bəlli olduğu kimi, vergi orqanı ilə vergi ödəyiciləri, eləcə də iddiaçı arasında sənəd mübadiləsi bir qayda olaraq elektron şəkildə həyata keçirilir və bu səbəbdən də vergi ödəyiciləri məhkəmələrə sənədlərin əsillərini deyil, yalnız elektron kabinetdən çap edilmiş şəkildə təqdim etmək imkanına malik olurlar. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (116)-138/2020 nömrəli qərardadı ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X3 nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-138/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “İddiaçı” MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının iştirak etməməsinin üzrlü səbəbdən olması haqqında hər hansı sübut daxil olmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı “İddiaçı” MMC-nin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq geri götürülmüş hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İnzibati Prosessual Məcəllənin: 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. 49.1, 49.1.1-49.1.6-cı maddələrinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: 1 işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, habelə hüquqi mübahisəni barışıq yolu ilə nizama salmaq (həll etmək) və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçılarını dəvət etmək; 2 hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; 3 zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; 4 tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək; 5 proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək; 6 şahidləri və ekspertləri dəvət etmək. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında İPM-in 55.3-cü maddəsinə münasibət bildirmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə, eləcə də bir sıra Avropa məhkəmələrinin təcrübəsinə istinad edərək vurğulamışdır ki, inzibati məhkəmələr İPM-in 55.3-cü maddəsinə əsasən qərardad qəbul etməzdən əvvəl “mütləq” müvafiq qaydada iddiaçıdan icraatı davam etdirməsini tələb etmiş olmalıdırlar. Həmin tələbdə məhkəmənin iddiaçıdan koııket olaraq nə gözlədiyi göstərilməli (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.) və tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən edildiyi aşkar bilinməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun fikrincə, müvafiq tələb iddiaçıya çatdırılmalı (təqdim olunmalı) və orada tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsiəin' hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin Ödənilməsi vəzifəsi) ifadə olunmalıdır. Bu zaman İPM-in müvafiq maddəsinə istinad edilməlidir. Məhkəmələr bu göstərişlərə əməl etməlidirlər, əks halda onların İPM-in 55.3-cü maddəsinə istinadən qəbul etdikləri müvafiq qərardadlar qanunsuz olacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X7rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (xx xxxxxx 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X2rşı iş üzrə xx xxx 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X9rşı iş üzrə xx xxxxxxxx 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə x xxxxxx 1995-ci il tarixli Qərar, §31). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri- real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə x xxxx 2002-ci il tarixli Qərarı, § 25). Belə qərardadın (iddianın geri götürülmüş hesab edilməsi haqqında) çıxarılmasından öncəməhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olcfağunu iddiaçının nəzərinə çatdırır. Lakin işdə olan sənədlərdən görünür ki, iddia ərizəsinə iddiaçıda mövcud olan sənədlər əlavə edilmiş və iddia tələbi ətraflı şəkildə əsaslandırılmışdır. Daha sonra cavabdeh vergi orqanı məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və iş üçün zəruri olan bütün sənədləri həmin etiraza əlavə etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı geri götürülmüş saymaqda haqlı olmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı “İddiaçı” MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-138/2020nömrəli qərardadı ləğv edilsin. İddiaçı “İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X1rşı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********264500 nömrəli, xx.xx.2019-cu il tarixli **********646400 nömrəli xx.xx.2019-cu il tarixli **********189600 nömrəli qərarlarının ləğv olunması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-141/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-141/2020
07.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver