Məhkəmə qərarları › İş №2-1(107)-143/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-143/2021

02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-143/2021 02.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Məhərrəmov Mehman Ramazan oğlu cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ““Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1988-ci il tarixdə 92 saylı əmrlə AR DİN-nin Yanğından Mühafizə İdarəsinin 62 saylı İsmayıllı peşəkar yanğın hissəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul olunmuşdur. xx xxxxxxxx 1991-ci il tarixdə həmin idarədə yanğın təhlükəsizliyinə qarşı təlimatçı vəzifəsinə keçirilmişdir. xx xxxxxx 1992-ci il tarixdə 01 saylı əmrlə 59-cu MHYH-nin kiçik inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxx 1992-ci il tarixli 01 saylı əmrlə Azərbaycan Respublikası DİN-nin Yanğından Mühafizə orqanlarında xidmətə qəbul olunmuşdur. xx xxx 2006-cı ildə AR Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 1182 saylı sərəncanmına müvafiq olaraq Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilmiş, həmin Nazirliyin Kadr Siyasəti Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 1819/Ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun yaşa görə pensiyaya çıxmağı ilə bağlı iddiaçının ərizəsinə əsasən xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, fövqəladə hallar orqanlarında 25 ildən artıq xidmət keçdiyi üçün rütbəli bir əməkdaş olaraq pensiyaya çıxdığı üçün ona birdəfəlik müvainət ödənilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 35 il xidmət ili olmadığından müraciətinin təmin edilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5295/2019 nömrəli xx.xx.2019cu il tarixli Qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan iş həmin gündən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə rəsmi münasibət (etiraz) bildirilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdən xidmətdə olan iddiaçı pensiya yaşına çatdığı üçün özü ərizə yazaraq fövqəladə hallar orqanlarından xaric edilməsini xahiş etmişdir. Ərizəsində özü sağlam hiss etdiyini və hərbi həkim komissiyasından keçmək istəmədiyini qeyd etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli 1819 nömrəli Əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.6-cı bəndi rəhbər tutularaq Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət yanğın nəzarəti idarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna əlavə edilmiş iddiaçının pensiya işindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən pensiya təyin edilmişdir. Onun təqvim üzrə xidmət illəri 29 il 06 ay 05 gün, güzəştli xidmət illəri 05 il 05 ay 15 gün olmaqla cəmi iş stajı 34 il 11 ay 20 gün təşkil etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin xx.xx.2019-cu il tarixli 37/Ç-00538 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli xx/xx-01586 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, iddiaçının 010837 nömrəli xidməti vəsiqəsinin təsdiq edilmiş surəti, iddiaçının təqriri, təqdimatının surətləri, 1819 nömrəli xx.xx.2019-cu il tarixli Əmrin təsdiq edilmiş surəti, iddiaçının hərbi biletinin təsdiq edilmiş surəti, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının pensiya işi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, cavabdeh Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında“Azərbaycan Respublikas Qanununun 23.13-cü maddəsinin tələblərinə uyğun olaraq mənə rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qəbul olunmuş həmin qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qəbul olunmuş həmin qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, xx xxxxxxxx 1988-ci il tarixdə 92 saylı əmrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 62 saylı İsmayıllı peşəkar yanğın hissəsinə yanğın söndürən vəzifəsinə işə qəbul olunmuş xx xxxxxxxx 1991-ci il tarixdə həmin idarədə yanğın təhlükəsizliyinə qarşı təlimatçı vəzifəsinə keçmişdir. xx xxxxxx 1992-ci il tarixdə 01 saylı əmrlə 59-cu MHYH-nin kiçik inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxx 1992-ci tarixli 01 saylı əmrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə orqanlarında xidmətə qəbul olunmuşdur. Həmin ildə idarə hərbiləşib. Bildirmək istəyir ki, xx xxxx 1992-ci il ildən 2019cu ilin avqust ayının 19-a kimi Fövqələdə Hallar Nazirliyində xidmətdə olmuşam.2019-cu ilin avqust ayının 19-da təqaüdə çıxmışdır. Hərbi xidmətdə olmağı barədə İsmayıllı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən xx.xx.1986xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa güzəştli şərtlərlə 5 il 5 ay 15 gün təşkil edir. Hesab edir ki, 27 il 5 ay 18 gün həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 13 gün, Qarabağda vetaranı kimi 5 il 5 ay 15 güzəştli stajı vardır. Beləliklə, ümumilikdə 35 il 15 gün görə əmək stajı olduğu halda iş stajı 34 il 11 ay 20 gün xidmətdə olduğu qeyd edilmişdir. Bununlada güya Fövqəladə hallar orqanında xidmətdə olduğu günə qədər 35 il staj olmadığı üçün ona rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməmişdir. Ona görə də məhkəmədə qəbul olunmuş qərarı qanunsuz,əsassız və ədalətsiz hesab edir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-671/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini və yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 nömrəli qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ərizəsi nəzərə alınaraq onun fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Onun xidmətinə xitam verilən günə təqvim üzrə xidmət illəri 29 il 06 ay 05 gün, güzəştli xidmət illəri 05 il 05 ay 15 gün olmaqla cəmi iş stajı 34 il 11 ay 20 gün təşkil etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası xx xxx 2006-cı ildə Azərbaycan Respubikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 1182 saylı sərəncamına müvafiq olaraq Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyinin sərəncamına əsasən,həmin Nazirliyin Kadr Siyasəti Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli 1819/Ş nömrəli əmri ilə Fövqələdə hallar orqanında xidmətkeçmə haqqında Azərbaycan Respublikas Qanununun 33.1.1-ci maddəsinə uyğun fövqələdə hallar orqanlarında ümümilikdə 35 il xidmətdə olduğu halda iddiaçının cəmi iş stajının 34 il 11 ay 20 gün xidmətdə olduğu barədə qeyd edilməsini düzgün hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxmış,struktur və ştat dəyişiklikləri,habelə bu qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa,fövqələdə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 37-ci maddəsinə göre çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İddiaçı hərbi biletinin 4-cü səhfəsində qeyd edilmişdir ki, o, xx.xx.1986-cı ildən səfərbərlik hərbi xidmətə çağırılmış, xx.xx.1988-ci ildə hərbi hissədən tərxis olunmuşdur. Belə ki, o, 2 il 1 ay 13 gün hərbi xidmətdə olmuşdur. Beləliklə onun 35 il 13 gün əmək stajı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2-1(116)-671/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-671/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar