Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-144/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının Zaqatala rayon Tədarük kontorunda işdən çıxması barədə qeydlərin onun əmək kitabçasında olmamasını əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı iddia edir ki, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək Zaqatala rayon Tədarük Kontorunda gözətçi anbardar vəzifəsində işləmişdir. Əmək kitabçasında işə qəbul olması barədə qeydlərin aparılmasına baxmayaraq, işdən çıxması barədə qeydlər aparılmamışdır. xx.xx.2020-ci ildə pensiya yaşına çatması səbəbi ilə cavabdehə müraciət etmiş, lakin İddiaçı bildirilmişdir ki, əmək kitabçasında həmin qeydlər aparılmadığından müvafiq illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamış və əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən iş stajı 2 ildir. İddiaçının xx.xx.1976 - xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük Kontorunda güzətçi- anbardar işlədiyini iddia etdiyi illər (30 il 7 ay) onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır (ümumilikdə 32 il 7 ay). ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1976-xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük kontorunda gözətçi-anbardar işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinici instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən yalnız cavabdeh tərəfin təqdim etdiyi heç bir hüquqi əsası olmayan sübutlara istinad etməklə ədalətsiz qərar qəbul etmişdir. Ona görə də qərar ləğv olunmalıdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. AR MPM-nin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi prossesul hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi işə baxarkən qanunun bir çox tələblərinə riayət etməmişdir. Yanız cavabdeh tərəfin təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Məhkəmə Qətnaməsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarın 2.4.-cü bəndində deyilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsbit olunan faktlarla əks etdirilmiş olsun, nəhkəmənin iş üzrə müəyyən edilən faktarla irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə jətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun". Lakin məhkəmə qanunun bu tələblərinə əməl etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-974/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, iddiaçının Azərbaycan Respublikası Zaqatala Rayon Dövlət İdarəsinin arxiv arayışında əmrdə 2006-cı ilin yazılışında qaralama olduğu qeyd edilmişdir. Buna əlavə olaraq bildirmək istəyirəm ki, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayon Tədarük Kontorunda işə girməsi və çıxması ilə bağlı əmrin surətinin, 2006-cı il ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, həmin idarənin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə vətəndaşın işə girmə əmrindən çıxarışı və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların göndərilməsi mümkün olmamışdır. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərvbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən, “Tədarük Kontoru”nda fəhlə işləmiş İddiaçı iş stajı yerində yoxlanılmış, və DSMF-nun Zaqatala rayon şöbəsinin məsləhətçiləri Z.Həmzəyeva, A.Ərəbova, zaqatala rayon Dövlət Arxivinin müdiri M.Mustafayeva tərəfindən akt tərtib edilmişdir. Yoxlama zamanı İddiaçı işə girmə əmrini 1976-cı ilin əmr kitabları arxivdə saxlanılmadığından yoxlanılması mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırma nəticəsində, İddiaçı xx.xx.1976 - xx.xx.2006-cı illərdə Zaqatala rayon Tədarük Kontorunda güzətçi- anbardar işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 311 nömrəli arxiv arayışının təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, Aktın təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin Bundan başqa, Azərbaycan Respublikası Zaqatala Rayon Dövlət İdarəsinin arxiv arayışında əmrdə 2006-cı ilin yazılışında qaralama olduğu qeyd edilmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayon Tədarük Kontorunda işə girməsi və çıxması ilə bağlı əmrin surətinin, 2006-cı il ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə sorğu göndərilmiş, və sorğuya cavab olaraq bildirilmişdir ki, həmin idarənin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə vətəndaşın işə girmə əmrindən çıxarışı və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların göndərilməsi mümkün olmadı. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən, “Tədarük Kontorunda fəhlə işləmiş İddiaçı iş stajı yerində yoxlanılmış və cavabdehin məsləhətçiləri Z.Həmzəyeva, A.Ərəbova, Zaqatala rayon Dövlət Arxivinin müdiri M.Mustafayeva tərəfindən akt tərtib edilmişdir. Yoxlama zamanı aydın olmuşdur ki, İddiaçı işə girmə əmrinin 1976-cı ilin əmr kitabları arxivdə saxlanılmadığından yoxlanılması mümkün olmamışdır. Sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Zaqatala Rayon Dövlət İdarəsinin arxiv arayışında əmrdə 2006-cı ilin yazılışında qaralama olduğu qeyd edilmişdir. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, iddiaçının Zaqatala rayon Tədarük Kontorunda işə girməsi və çıxması ilə bağlı əmrin surətinin, 2006- cı il ərzində əmrlər kitabının təsdiq edilmiş surətinin, əmək fəaliyyəti ilə məşğul olduğu illər, aylar üzrə əmək haqqı cədvəllərinin təqdim edilməsi barədə sorğu göndərilmiş, və sorğuya cavab olaraq bildirilmişdir ki, həmin idarənin əmr kitabları və əmək haqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə vətəndaşın işə girmə əmrindən çıxarışı və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların göndərilməsi mümkün olmadı. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Azərvbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən, “Tədarük Kontorunda fəhlə işləmiş İddiaçı iş stajı yerində yoxlanılmış və cavabdehin məsləhətçiləri Z.Həmzəyeva, A.Ərəbova, Zaqatala rayon Dövlət Arxivinin müdiri M.Mustafayeva tərəfindən akt tərtib edilmişdir. Yoxlama zamanı aydın olmuşdur ki, İddiaçı işə girmə əmrinin 1976-cı ilin əmr kitabları arxivdə saxlanılmadığından yoxlanılması mümkün olmamışdır. Belə ki, zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Beləliklə, həmçinin vətəndaşın işlədiyini iddia etdiyi illərin bir hissəsi xx.xx.2002-ci ildən sonraya düşür və iddiaçının həmin illərə dair əməkhaqqı almasına dair ilkin sübutetmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir və bu illər nəzərə alınmadığı təqdirdə də (ümumilikdə 20 il 9 ay 18 gün vətəndaşın pensiya almaq hüququ yaranmır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyasına təqdim olunan arxiv arayışından müəyyən olunur ki, əmrdə 2006-cı ilin yazılışında qaralama var. Həmçinin həmin idarənin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə tam verilmədiyindən 1976-cı ildə iddiaçının işə girmə əmrindən çıxarışının və 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illərə aid əmək haqqı cədvəllərindən çıxarışların əldə edilməsi mümkün olmamışdır. Eləcə də iddiaçının tələbində qeyd etdiyi iş illərinin bir hissəsi xx.xx.2002-ci ildən sonraya düşdüyü üçün onun həmin illərə dair əməkhaqqı almasına dair ilkin sübutemə iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də həmin illər nəzərə alınmadığı təqdirdə iddiaçının ümumilikdə 20 il 9 ay 18 gün sığorta stajı yaranır ki, bu da ona əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 1977, 1980, 1983, 1997, 1999, 2000, 2002, 2004, 2005, 2006-cı illər onun sosial sığorta stajına daxil edilə bilməz. Bu halda da iddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-974/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-144/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-144/2021
29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver