Məhkəmə qərarları › İş №2-1(107)-144/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-144/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-144/2024 29.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı X30 Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsinə ayrılmış 0.3 ha torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binaları üzərində “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1135/2023 nömrəli qərarından iş üzrə İddiaçı Kiçik Müəssisəsi MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Kiçik Müəssisəsi MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsinə ayrılmış 0.3 ha torpaq sahəsində tikilmiş və xx.xx.2005-ci il tarixdə istismara qəbul edilən tikililərin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-88/2023 nömrəli qərardadı ilə iddiaçı “X36” MMC-nin nümayəndəsi X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-770/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnibati Məhkəməsinə qaytarılmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında “X36”nə ayrılmış 0,3 ha torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binaları üzərində “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. İddia ərizəsinin əsaslarına görə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli 658 nömrəli Sərəncamına əsasən "X36”nə istehsalat obyektinin tikintisi üçün Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında 0,3 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə tikinti işlərinin aparılması göstərilmişdir. Həmin dövrlərdə tikintinin aparılması üçün heç kimə İcra Hakimiyyəti tərəfindən ayrıca sərəncam verilmirdi. Həmin vaxtdan sözügedən torpaq sahəsi müəssisənin istifadəsində olmuş, hissə-hissə tikinti işləri aparılmış və hər il üçün həmin torpaq sahəsinə torpaq vergisi ödənilmişdir. Həmin ərazidə tikinti işləri başa çatdırıldıqdan sonra "İstismara qəbul Aktı" alınması üçün iyun 2005-ci il tarixdə müvafiq sənədlər Şəki Şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin dövlət qəbul komissiyası tərəfindən xx.xx.2005-ci il tarixdə tikintisi başa çatmış "X36” MMC-yə məxsus obyektə "İstismara qəbul aktı" tərtib edilmiş, komissiyanın sədri və bütün aidiyyəti orqanların rəhbərləri tərəfindən imza və möhürlə təsdiqlənmişdir. xx.xx.2005-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, baş memar tərəfindən sözügedən "İstismara qəbul Aktı" və digər aidiyyəti sənədlər qeydiyyata alınması üçün RDTİ MHQ və SK idarəsinə göndərilmilşdir. Bu məktubdan az müddət sonra həmin idarənin rəhbəri İlham İsmayılovu dəvət edərək, onların idarəsinin ləğv edildiyini bildirmiş, bir müddətdən sonra yeni yaradılacaq quruma müraciət etməyi məsləhət görmüşdür. İddiaçının nümayəndəsi İlham İsmayılov hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

8. Cavabdeh orqan iddia tələbinə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli münasibətlərində qeyd etmişdir ki, X3 Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 nömrəli sərəncamına əsasən İddiaçı Kiçik Müəssisəsinə ayrılmış Salman Mümtaz küçəsinin qərb hissəsində, şəhərin 48-ci kvartalında yerləşən 0,30 ha torpaq sahəsinin və onun üzərində inşa edilən tikililərin qeydiyyata alınması məqsədilə xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir.

9. Təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı İddiaçı Kiçik Müəssisəsinə 0,30 ha torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli, 658 saylı Sərəncamı, torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, 28 iyul 2005-ci il tarixli istismara qəbul aktı təqdim edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim edilmədiyindən, istismara qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1-in tələblərinə cavab vermədiyindən, həmçinin torpaq sahəsi İddiaçı Kiçik Müəssisəsinə ayrılsa da, istismara qəbul aktında daşınmaz əmlakın X13 adına qəbul edilməsi müəyyən olunmuşdur.

10. Həmçinin, sahəsi 105,3 kv.m olan mağaza və sahəsi 112,9 kv.m olan talvar icazəsiz tikilmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən əmlak yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir.

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarına əsasən Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.

12. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV >120 35 150 330-500 110 220 L, m 10 15 20 25 25 30

13. Həmçinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

14. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının müraciətinin təmin olunması mümkün olmamışdır.

15. İddiaçı və vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

16. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 dekabr 2023-cü il tarixli 2- 1(116)-1135/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

18. İddiaçı Kiçik Müəssisəsi MMC həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli sərəncamının başlıq hissəsində sərəncamın "idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında" olması göstərilmişdir. Yəni, idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılmasında məqsəd həmin torpaq sahəsində tikinti işlərinin aparılması olmuşdur. Şəki Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2005-ci il tarixli "İstismara qəbul aktı"xxxx"X36" MMC tərəfindən ona ayrılmış torpaq sahəsində tikinti işlərinin Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli 658 nömrəli sərəncamına əsasən aparıldığı qeyd edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1/347 nömrəli sərəncamına əsasən xx.xx.2005-ci il tarixli "İstismara qəbul aktı"nı təsdiq etmiş komissiyanın tərkibinə həmçinin, İcra Hakimiyyəti başçısının müavini H.Həsənov və şəhərin baş memarı İ.Mustafayev də daxil edilmişdir. Göründüyü kimi "X36"nə sahibkarlıq məqsədli torpaq sahəsi Şəki Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 1992-ci il tarixli sərəncamı ilə ayrılması və həmin sahədə sahibkarlıq məqsədli tikililərin aparılmasının nəzərdə tutulması işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2005-ci il tarixli "İstismara qəbul aktı"ndan da göründüyü kimi həmin akt icra hakimiyyəti başçısının təsdiq etdiyi qəbul komissiyasının üzvləri tərəfindən təsdiq edilmişdir və qəbul komissiyasının sədri də icra hakimiyyəti başçısının müavini H.Həsənov olmuşdur. Yəni, 23 sentyabr 1992-ci il tarixli 658 nömrəli sərəncamı vermiş Şəki Şəhər İcra Hakimiyyəti özü həmin sərəncamı torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılmasına icazənin verilməsi kimi qiymətləndirmişdir. Belə olan halda Şəki İnzibati Məhkəməsi həmin sərəncamın yalnız torpaq sahəsinin ayrılması üçün verildiyi nəticəsinə gəlməsi yanlışdır və bu hal istismara qəbul aktı, iş üzrə mövcud digər sübutlarla, həmçinin bu günə qədər (20 ilə yaxın müddətdə) tikintinin aparılmasına Şəki Şəhər İcra Hakimiyyətinin hər hansı hansı etirazının olmaması faktı ilə sübut olunur. Birinci instansiya məhkəməsinin qərarında xüsusilə diqqət yetirilməli olan məqam məhkəmənin aşağıdakı mövqeyidir: "Məhkəmə xüsusilə qeyd edir ki, iddia olunan qeyri-yaşayış binasının inşa edildiyi vaxtdan indiyədək müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi ümumiyyətlə mövcud olmamışdır". Məhkəmənin bu mövqeyi 28 iyul 2005-ci il nömrəli istismara qəbul aktı, həmin akta əlavə edilmiş tikililərin sxematik planı və baş memar tərəfindən təsdiq edilmiş "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpağın sxematik planı ilə təkzib olunur. Belə ki, ayrılmış torpaq sahəsi üzərində tikinti icra hakimiyyəti ilə razılaşdırılmış layihəyə uyğun olaraq aparılmış və tikinti işləri yekunlaşdıqdan sonra tikilmiş obyektə istismara qəbul aktının verilməsi üçün digər sənədlərlə birlikdə təqdim edilmişdir. İstismara qəbul aktının məhz Şəki Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi və təmsil olunduğu qəbul komissiyası tərəfindən təsdiqlənməsi məhkəmənin tikilinin razılaşdırılmış layihəsinin olmaması barədə göstərdikləri ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarında diqqətəlayiq və biri digərini təkzib edən məqamlardan biri də budur ki, qərarın 5-ci səhifəsinin 7-ci abzasında göstərilmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən tikililərin 2004-cü ildə tikintisinin başa çatması (istismara qəbul aktına əsasən) işin mübahisəsiz halıdır. Göründüyü kimi bu halda məhkəmə istismara qəbul aktını mötəbər sənəd kimi qəbul edərək onda olan məlumatlara istinad etmişdir. Sonra isə həmin istismara qəbul aktının mötəbərliyini qəbul etməyərək qərarında bunu şübhə altına alan mülahizələrə yer vermişdir. Göründüyü kimi istismara qəbul aktının mötəbərliyinin məhkəmə tərəfindən mülahizələrə əsaslanaraq şübhə altına alınması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinin tələblərinə, mötəbərliyini şübhə altına aldığı istismara qəbul aktının mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görülməməsi isə həmin Qanunun 19.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Göründüyü kimi Şəki İnzibati Məhkəməsi tərəfindən 1993-cü ildən tikintisi başlayıb. 2004-cü ilin aprelində başa çatmış daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair yaranmış inzibati mübahisəyə 29 iyun 2004-cü il tarixdə qəbul edilmiş qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə dair tələbləri tətbiq edilmiş və beləliklə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən inzibati mübahisəyə müvafiq hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmayan qanunvericilik aktının normaları tətbiq edilmişdir. Belə ki, inşası 1993-cü ildən başlayıb 2004-cü ilin aprelində yekunlaşmış daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas verən sənədlərə dair həmin tikintinin aparıldığı dövrdə mövcud olmuş qanunvericilik normalarının deyil, xx.xx.2004-cü il tarixdə qəbul edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələbləri tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1135/2023 nömrəli qərarının ləğv edilməsini və Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 0.3 ha torpaq sahəsində tikilmiş və xx.xx.2005-ci il tarixli istismara qəbul aktına əsasən istismara qəbul edilən tikililər üzərində "X36" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X26 və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1135/2023 nömrəli qərarının ləğv edilməsini və Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında "xxxx" Kiçik Müəssisəsinə ayrılmış 0.3 ha torpaq sahəsində tikilmiş və xx.xx.2005-ci il tarixli istismara qəbul aktına əsasən istismara qəbul edilən tikililər üzərində "X36" MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1135/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X19 izahatında bildirdi ki, mövcud qaydaların tələblərinə əsasən, Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş qeyri-normativ hüquqi aktlar (sərəncamlar) 5 (beş) il müddətinə Şəki Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılır və sözügedən müddətin tamamında həmin sənədlər qoşmaları və digər sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilir və Şəki Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan sənədlər arasında sorğuda göstərilən sənədlər aşkar edilməmişdir. Bundan əlavə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq istismara qəbul aktı razılaşdırılmış layihə əsasında Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilirdi.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

24. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında sərəncamından görünür ki, müstəqil İddiaçı Kiçik Müəssisəsinin xx.xx.1992-ci il tarixli məktubuna, Şəki şəhər X8 razılıq məktubuna əsasən Salman Mümtaz küçəsinin qərb hissəsində şəhərin 48-ci kvartalında 0.3 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında sərəncamından çıxarışdan görünür ki, İddiaçı Kiçik Müəssisəsinə S.Mümtaz küçəsinin qərb hissəsində şəhərin 48-ci kvartalında 0.3 ha torpaq sahəsi ayrılmışdır. - X33 Müəssisəsi “Enerjinəzarət” Şəki Şöbəsinin xx.xx.1995-ci il tarixli 31 nömrəli məktubundan görünür ki, Şəki İddiaçı X17 tələb olunan 20 ket elektrik gücünü aşağıdakı texniki şərt daxilində 0.4 kv-luq şəbəkəyə qoşmaq olar: 1) tələb olunan enerjinin Şəki “Abadlıq” kiçik müəssisəsinin 250 kv tr-or y/st-nin 0.4 kv-luq şitindən götürülməli; 2) transformator y/st-dan layihə olunan obyekt qədər 0.4 kv-luq elektrik xətt budaqlanması tikməli; 3) birləşmə yerində 0.4 kv-luq kommutasiya aparatı qoymalı; 4) layihə olunan obyektdə tələb olunan gücə uyğun 0.4 kv-luq paylayıcı şit quraşdırmalı; 5) reaktiv gücü müvazinətləşdirmək üçün hər bir kvt aktiv gücə uyğun 0.4 kv reaktiv qurğu nəzərdə tutmalı. Elektrik enerjisi hesabına işlədiyi 0.4 kv-luq tərəfdə aparmalı. - Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə üzrə X18 X24 tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 3/78 nömrəli aktdan görünür ki, Şəki İddiaçı X25 üçün quraşdırılmış 400 kv-luq transformator yarımstansiyası istismara yararlıdır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “X36" MMC xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN verilərək vergi uçotuna alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçı X13 iddia etdiyi torpaq sahəsi faktiki olaraq 2864 kv.m olub, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası tikinti tikilməsi üçün nəzərdə tutulmuş ərazidir. Dövlət mülkiyyətində olub iddiaçı X26 tərəfindən istifadə olunur. Heç bir başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə predmeti olan torpaq sahəsinin hər hansı bir hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə iddiaçının iddiasında qeyd etdiyi torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xx-xx/7503 nömrəli məktubundan görünür ki, göstərilən torpaq sahəsi 110 kV-luq “İİ Zaqatala və İİİ Şəki” hava xətti ilə 110/6 kV-luq “İpək Kombinatı” yarımstansiyasını qidalandıran 1982-ci ildə istismara verilmiş 2 dövrəli 110 kV-luq “l-ll Kombinat” hava xəttinin (budaqlanmanın) mühafizə zonasında yerləşir. Həmin ərazidə tikinti aparılan zaman Enerjitəchizatı müəssisəsinin rəsmi razılığı alınmamış və tikililərin mühafizə zonasına düşməsi səbəbi ilə dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi qanunamüvafiq hesab edilmir. - “X36” MMC-nin 11 saylı ƏVBİ-də olan reyestr məlumatlarından və 2-ci redaksiyada olan Nizamnaməsindən görünür ki, qurum xx.xx.2004-cü il tarixdə “X36”nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir, təsisçisi X20r. - Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarxili məktubuna əlavə edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında sərəncamının arxiv nüsxəsindən görünür ki, müstəqil İddiaçı Kiçik Müəssisəsinin xx.xx.1992-ci il tarixli məktubuna, Şəki şəhər X8 razılıq məktubuna əsasən İddiaçı Kiçik Müəssisəsinə S.Mümtaz küçəsinin qərb hissəsində şəhərin 48-ci kvartalında 0.3 ha torpaq sahəsi ayrılmışdır. - Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, mövcud qaydaların tələblərinə əsasən, Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş qeyri-normativ hüquqi aktlar (sərəncamlar) 5 (beş) il müddətinə Şəki Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılır və sözügedən müddətin tamamında həmin sənədlər qoşmaları və digər sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilir və Şəki Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan sənədlər arasında sorğuda göstərilən sənədlər aşkar edilməmişdir. Bundan əlavə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq istismara qəbul aktı razılaşdırılmış layihə əsasında Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilirdi. - DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Şəki şəhəri, Salman Mümtaz küçəsi 136 (yeni qaydalarla: AZ 5507, ünvan 1 ünvanında yerləşən 692.7 kv.m qeyri-yaşayış binası üzərində X14 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 444.5 kv.m qeyri-yaşayış binası üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 256.9 kv.m qeyri-yaşayış binası üzərində X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 446.2 kv.m qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 1/47 nömrəli sərəncamına əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində iddiaçı X14 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. - DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, məhkəmə tərəfindən qeyd edilən X21 məxsus ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası 110 kv.m elektrik xəttindən 10.88 m X10 məxsus RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası 110 kv elektrik xəttindən 14 m, 10 kv elektrik xəttindən 5.2 m, X6 məxsus RX seriyalı ******* nömrəli torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası 10.56 m, 10 kv elektrik xəttindən 2.2 m, X11 məxsus RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası 110 kv elektrik xəttindən 10.56 m, 10 kv elektrik xəttindən 3.10 m məsafədə yerləşir. İddiaçı Kiçik Müəssisəsinin istismara qəbul aktında qeyd olunan kənar xətləri üzrə planda göstərilən ölçüləri ilə faktiki ölçüləri uyğunluq təşkil edir. Sxematik planında göstərilən tikililərin ölçüsü naturada mübahisə predmeti olan 2856 kv.m torpaq sahəsi üzərində yerləşən tikililərin faktiki ölçüsündən fərqlidir. Liter 18, 19 və 20 tikililəri şəhərin baş memarı tərəfindən təsdiq edilmiş sxematik planda göstərilməmişdir. Həmin tikililər sonradan inşa edilmişdir. Tərtib edilmiş yerquruluşu planında mövcud tikililər və onların faktiki ölçüləri göstərilmişdir. Sözügedən torpaq sahəsinin 2556 kv.m hissəsi 110 kv elektrik xəttinin mühafizə zonasında yerləşir. - İddiaçı Kiçik Müəssisəsinə torpaq sahəsinın ayrılması iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına əsli təqdim edilmiş Şəki Şəhər İcra Hakimiyyətinin Şəhərin Baş Memarı tərəfindən imzalanıb təsdiqlənmiş İddiaçı Kiçik Müəssisəsinə ayrılmış torpağın sxemasında göstərilmişdir. - Şəki rayon Dövlət damazlıq müəssisəsi tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilmiş məktubdan görünür ki, İddiaçı Kiçik Müəssisəsinə S.Mümtaz küçəsi istiqamətində 0.3 ha istifadə olunmayan torpaq sahəsi ayrılmasına etiraz etməmişlər. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 13/996 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2005-ci il tarixli istismara qəbul aktından görünür ki, S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən İddiaçı Kiçik Müəssisəsi MMC istismara qəbul üçün təqdim edilmiş, S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən istehsal obyekti İddiaçı Kiçik Müəssisəsi adından müəssisənin rəhbəri olan X26 tərəfindən istismara qəbul edilmişdir. Həmin akt Şəki rayonu Gigiyena və Epidemioloji Mərkəzi, Şəki şəhəri Su Təsərrüfatı və Kanalizasiya Qurğuları İdarəsi, Şəhərin Baş Memarı, Şəki rayon X12 Xidməti və X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən, "xxxx" ASC-nin Şimal-qərb RETSİ ilə İlham İsmayılov arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmışdır. - xx.xx.2024-cü il tarixdə “Məişət istehlakçılarının sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 703705 nömrəli protokol tərtib edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;

28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

29. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən tikililərin 2004-cü ildə tikintisinin başa çatması (istismara qəbul aktına əsasən) işin mübahisəsiz halıdır. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinə dair Balakən rayon İH-nin torpaq sahəsinin ayrılması barədə sərəncamı və istismara qəbul aktı təqdim edilsə də, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və tikilinin inşa edilməsinə icazə barədə qərar mövcud deyil. Belə ki, sözügedən sərəncamın 2-ci bəndində iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılması, digər bəndlərində isə başqa subyektlərə münasibətdə müvafiq tikintilərin inşa edilməsinə icazə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, istinad olunan sərəncam iddia olunan qeyriyaşayış binalarının inşasına icazə verilməsi barədə inzibati akt kimi qəbul edilə bilməz. Məhkəmə xüsusilə qeyd edir ki, iddia olunan qeyri-yaşayış binasının inşa edildiyi vaxtdan indiyədək müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi ümumiyyətlə mövcud olmamışdır.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı ilə müstəqil İddiaçı Kiçik Müəssisəsinin xx.xx.1992-ci il tarixli məktubuna, Şəki şəhər X8 razılıq məktubuna əsasən Salman Mümtaz küçəsinin qərb hissəsində şəhərin 48-ci kvartalında 0.3 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. xx.xx.2005-ci il tarixli istismara qəbul aktı ilə də S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən İddiaçı Kiçik Müəssisəsi MMC istismara qəbul üçün təqdim edilmiş, həmin istehsal obyekti İddiaçı Kiçik Müəssisəsi adından müəssisənin rəhbəri olan X26 tərəfindən istismara qəbul edilmişdir. Həmin akt Şəki rayonu Gigiyena və Epidemioloji Mərkəzi, Şəki şəhəri Su Təsərrüfatı və Kanalizasiya Qurğuları İdarəsi, Şəhərin Baş Memarı, Şəki rayon X12 Xidməti və X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən təsdiq edilmişdir.

37. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən edilmiş sorğuya cavab olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq istismara qəbul aktı razılaşdırılmış layihə əsasında Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilirdi.

38. Bundan başqa birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi iş materiallarında mövcud olan İddiaçı Kiçik Müəssisəsinin yerləşdiyi ərazinin sxematik planına istinad edərək həmin sənədin iddia olunan qeyri-yaşayış binasının layihəsi olmasını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi sxematik plana münasibətdə qeyd edir ki, sözügedən sənəd iddia olunan tikilinin yerləşmə vəziyyəti və bəzi hissələrinin sahə göstəricilərindən ibarət olmaqla ümumiyyətlə qeyri-yaşayış binasının layihəsi kimi nəzərdən keçirilə bilməz. Belə ki, tikilinin layihəsi şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur ki, layihədən inşa olunması nəzərdə tutulan tikilinin planı, fasadı, ümumi texniki göstəriciləri, baş plan, bir sözlə qeyri-yaşayış sahəsinin eksplikasiyası aydın görünməli və bu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İddia olunan qeyri-yaşayış sahəsinin layihəsinin mövcud olmaması həm də, xx.xx.2005-ci il tarixli “istismara qəbul aktı”nın da mötəbərliyini də şübhə altına salır. Belə ki, tikilinin istismara qəbul edilməsi tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü deməkdir ki, hazırkı iş üzrə tikilinin layihəsinin olmaması onu deməyə əsas verir ki, sözügedən istismara qəbul aktı formal olaraq tərtib edilmiş, layihəsi olmayan tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu ümumiyyətlə yoxlanılmamışdır.

39. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Kiçik Müəssisəsinin istismara qəbul aktında qeyd olunan kənar xətləri üzrə planda göstərilən ölçüləri ilə faktiki ölçüləri uyğunluq təşkil edir. Liter 18, 19 və 20 tikililəri şəhərin baş memarı tərəfindən təsdiq edilmiş sxematik planda göstərilməmişdir. Həmin tikililər sonradan inşa edilmişdir. Tərtib edilmiş yerquruluşu planında mövcud tikililər və onların faktiki ölçüləri göstərilmişdir. Göründüyü kimi iddia olunan qeyri-yaşayış sahəsinin layihəsi mövcud olmasa da İddiaçı Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsinin və sxematik planında göstərilən tikililərin ölçüsü Şəki Şəhər İcra Hakimiyyətinin şəhərin baş memarı tərəfindən təsdiq edilmiş İddiaçı Kiçik Müəssisəsinin istismara qəbul aktında qeyd olunan kənar xətləri üzrə sxematik planda göstərilən ölçüləri ilə faktiki ölçüləri uyğunluq təşkil etmişdir. Məhkəmənin xx.xx.2005-ci il tarixli “istismara qəbul aktı”nın formal olaraq tərtib edilməsinə dair mövqeyi ilə razılaşmayaraq kollegiya qeyd edir ki, Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarxili məktubuna da əlavə edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli idarə, müəssisə, təşkilatlara torpaq sahəsi ayrılması və həmin ərazidə tikinti işləri aparılması haqqında sərəncamının arxiv nüsxəsindən də görünür ki, İddiaçı Kiçik Müəssisəsinə S.Mümtaz küçəsinin qərb hissəsində tikinti işləri aparılması üçün 0.3 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərindəki istehsal obyekti İddiaçı Kiçik Müəssisəsi MMC-nin adından müəssisənin rəhbəri X26 tərəfindən istismara qəbul edilmişdir. Həmin istehsal obyektinin xx.xx.2005-ci il tarixli istismara qəbul aktı Şəki rayonu Gigiyena və Epidemioloji Mərkəzi, Şəki şəhəri Su Təsərrüfatı və Kanalizasiya Qurğuları İdarəsi, Şəhərin Baş Memarı, Şəki rayon X12 Xidməti və X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən təsdiq edilmişdir. Belə olan halda iddia olunan qeyri-yaşayış sahəsinin sxematik plana uygun tikilməsi və xx.xx.2005-ci il tarixli istismara qəbul aktının mötəbərliyi şübhə altına alına bilməz..

40. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, “X36” MMC-nin 11 saylı ƏVBİ-də olan reyestr məlumatlarına və 2-ci redaksiyada olan Nizamnaməsinə əsasən İddiaçı Kiçik Müəssisəsi MMC xx.xx.2004-cü il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində qeydiyyata alınmış, qurum xx.xx.2004-cü il tarixdə “X36”nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onun hüquqi varisidir, təsisçisi X20r.

41. Bununla yanaşı cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarına əsaslanmış və həmin qərara əsasən də Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra - elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin layihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir.

42. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının sözügedən əmlakın yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, X33 Müəssisəsi “Enerjinəzarət” Şəki Şöbəsinin xx.xx.1995-ci il tarixli 31 nömrəli məktubundan görünür ki, Şəki İddiaçı X17 tələb olunan 20 kv elektrik gücünü aşağıdakı texniki şərt daxilində 0.4 kv-luq şəbəkəyə qoşmaq olar: 1) tələb olunan enerjinin Şəki “Abadlıq” kiçik müəssisəsinin 250 kv tr-or y/st-nin 0.4 kv-luq şitindən götürülməli; 2) transformator y/st-dan layihə olunan obyekt qədər 0.4 kv-luq elektrik xətt budaqlanması tikməli; 3) birləşmə yerində 0.4 kv-luq kommutasiya aparatı qoymalı; 4) layihə olunan obyektdə tələb olunan gücə uyğun 0.4 kv-luq paylayıcı şit quraşdırmalı; 5) reaktiv gücü müvazinətləşdirmək üçün hər bir kvt aktiv gücə uyğun 0.4 kv reaktiv qurğu nəzərdə tutmalı. Elektrik enerjisi hesabına işlədiyi 0.4 kv-luq tərəfdə aparmalı. Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə üzrə X18 X24 tərəfindən verilmiş xx.xx.1996cı il tarixli 3/78 nömrəli akta əsasən, Şəki İddiaçı X25 üçün quraşdırılmış 400 kv-luq transformator yarımstansiyası istismara yararlıdır. xx.xx.2005-ci il tarixli istismara qəbul aktı ilə S.Mümtaz küçəsinin qərbində 25 saylı ünvanda yerləşən istehsal obyekti istismara qəbul edilmiş, həmin akt Şəki rayonu Gigiyena və Epidemioloji Mərkəzi, Şəki şəhəri Su Təsərrüfatı və Kanalizasiya Qurğuları İdarəsi, Şəhərin Baş Memarı, Şəki rayon X12 Xidməti və X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə qeyriistehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, "xxxx" ASC-nin Şimal-qərb RETSİ ilə İddiaçı Kiçik Müəssisəsinin rəhbəri İlham İsmayılov arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixdə “Məişət istehlakçılarının sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 703705 nömrəli protokol tərtib edilmişdir. Yuxarıda qeyd edildiyi kimi qeyri-yaşayış obyekti istismara qəbul edilərkən X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən etiraz bildirilməməsinə və həmin istismar aktının X33 Müəssisəsi Mingəçevir Rayonlararası şöbəsinin Şəki bölməsi tərəfindən təsdiq edilməsinə, bundan əlavə "xxxx" ASC-nin Şimal-qərb RETSİ ilə müəssisənin rəhbəri olan İlham İsmayılov arasında xx.xx.2022-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsi də bağlanılmasına baxmayaraq "xxxx" ASC-nin bir tərəfdən İddiaçı Kiçik Müəssisəsinə aid olan əmlakın yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsini əsas gətirərək qeydiyyata düşməsinə etiraz etməsi, digər tərəfdən həmin müəssisəyə tələb olunan 20 kv-luq elektrik gücünün texniki şərt daxilində 0.4 kv-luq şəbəkəyə qoşulması və Şəki İddiaçı X25 üçün quraşdırılmış 400 kv-luq transformator yarımstansiyasından istifadə etmək və enerjidən istifadə etmək üçün onunla uzun müddət elektrik enerjisinin alqı-satqı müqavilələri bağlaması barədə "xxxx" ASC-nin eyni faktiki hallarla bağlı hərəkətləri hər hansı bir məntiqə sıxmır və anlaşılan deyildir. Belə olan halda cavabdeh orqanın iddia olunan qeyriyaşayış obyekti ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binaları üzərində müvafiq subyektlərin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldığı halda, iddiaçıya münasibətdə tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi əsası ilə müraciətin təmin edilməsindən imtinası əsaslı sayıla bilməz.

43. Bundan başqa cavabdeh inzibati orqanın istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 10 iyun 2005-ci il tarixdə qəbul edilməsinə baxmayaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı ilə iddiaçıya tikinti işləri aparılması üçün torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üzərində yerləşən istehsal obyekti xx.xx.2005-ci il tarixli istismara qəbul aktı ilə istismara qəbul edilmişdir.

44. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

45. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

46. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulub-pozulmaması barədə qənaətə gələ bilmək üçün məhkəmə kollegiyası tərəfindən DƏDKR PHŞ-nin 12 saylı Ərazi İdarəsinə mübahisə predmeti olan qeyri-yaşayış obyekti ilə eyni cərgədə yerləşən digər qeyri-yaşayış binalarına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənədlərin təqdim edilməsi barədə sorğu edilmiş, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilən Şəki şəhər İHB-nın xx.xx.2006-cı il tarixli 1/47 saylı sərəncamı ilə S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə mağaza tikintisi altına 200 kv.m torpaq sahəsi ayrılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Şəhər İcra Hakimiyyətinin xx.xx.2006cı il tarixli 1/47 nömrəli sərəncamına əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində iddiaçı X14 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, sözügedən qərardan cavabdeh orqan olan DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Şəki şəhəri, Salman Mümtaz küçəsi 136 (yeni qaydalarla: AZ 5507, ünvan 1 ünvanında yerləşən 692.7 kv.m qeyri-yaşayış binası üzərində X14 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin qeyriyaşayış binası X22 bağışlanmışdır.

47. Şəki şəhər İHB-nın xx.xx.2006-cı il tarixli 1/112 saylı sərəncamı ilə S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən ərazidə mağaza tikintisi altına 100 kv.m torpaq sahəsi ayrılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 120 kv.m torpaq sahəsində inşa etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh DƏDRX-in 12 saylı Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə vəsatət təmin edilməmiş, kassasiya şikayəti mümkün hesab edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli qərardan çıxarış icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 444.5 kv.m qeyri-yaşayış binası üzərində X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

48. Şəki şəhər İHB-nın xx.xx.2006-cı il tarixli 1/112 saylı sərəncamı ilə X10 S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən ərazidə mağaza tikintisi altına 100 kv.m torpaq sahəsi ayrılmışdır. A seriyalı 395160 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X10 Şəki şəhər İHB-nın xx.xx.2006-cı il tarixli 1/112 saylı sərəncamı və xx.xx.2006-cı il tarixli 17 saylı icarə müqavilə əsasında 100 kv.m torpaq sahəsi 20 il müddətinə icarəyə verilmişdir. xx.xx.2008-ci il tarixli istimara qəbul aktına əsasən Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbində “Sim-sim” bazarının qarşısında ərazidə yerləşən mağaza X4 adına istismara qəbul edilmişdir. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 256.9 kv.m qeyri-yaşayış binası üzərində X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

49. Şəki şəhər İHB-nın xx.xx.2006-cı il tarixli 1/112 saylı sərəncamı ilə S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən ərazidə mağaza tikintisi altına 100 kv.m torpaq sahəsi X23 ayrılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən 120 kv.m torpaq sahəsində inşa etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmişdir. Cavabdeh DƏDRX-in 12 saylı Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatət vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə vəsatət təmin edilməmiş, kassasiya şikayəti mümkün hesab edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli qərardan çıxarış icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 446.2 kv.m qeyri-yaşayış binası üzərində X15 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin qeyri-yaşayış binasını X1 Murad Xancan oğluna bağışlamışdır. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 446.2 kv.m qeyri-yaşayış binası üzərində X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

50. Həmçinin, məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan qeyriyaşayış obyektinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində əsas yoldan daxil olan zaman torpaq sahəsinin sağ hissəsində avtomobillərə texniki xidmət göstərilməsi üçün nəzərdə tutulmuş qarajlar və bir mərtəbəli başqa bir tikili yerləşir. Mübahisə predmeti olan torpaq sahəsinin qarşı tərəfində magistral yol, sağ və sol tərəflərində isə qeyri-yaşayış obyekti ilə eyni cərgədə yerləşən yuxarıda qeyd edilən dövlət qeydiyyatına alınmış və adlarına çıxarış verilmiş digər qeyri-yaşayış binaları mövcuddur.

51. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

52. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

53. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

54. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

55. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

56. İnzibati işə əlavə edilmiş sənədlərdən, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan, mütəxəssis tərəfindən verilmiş arayışdan, mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş yerli baxışdan, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğularla bağlı cavablardan göründüyü kimi, hazırkı mübahisənin faktiki halları üzrə inzibati orqan tərəfindən qeyri-yaşayış obyekti ilə eyni cərgədə yerləşən digər qeyriyaşayış binalarına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə əhatə olunan hərəkətləri vətəndaşın bərabərlik və etimad hüququnun qorunması prinsipinin pozulmasına gətirib çıxarmışdır.

57. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında tikinti işlərinin aparılması üçün ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan cavabdehin imtinasında sadalanan sənədlər yəni, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı, qeyri-yaşayış obyektinin sxematik planı, qeyri-yaşayış obyektinin istismara qəbul aktı və sair sənədləri mövcud olmuşdur. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, sonuncu isə hər hansı hüquqi əsas olmadan bundan imtina etmişdir.

58. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

59. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir.

60. Məhkəmə kollegiyası mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının 9.1-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

61. Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir.

62. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, torpaq sahəsi Dövlət mülkiyyətindədir, faktiki sahəsi 2864 kv.m-dir və sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası tikinti tikilməsi üçün nəzərdə tutulmuş ərazidir.

63. İddia olunan torpaq sahəsinin yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi də müəyyən edilməmişdir. Bununla yanaşı, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqları alqı-satqı obyekti olduğundan və yerli icra hakimiyyəti orqanlarının yalnız torpaq sahəsini istifadəyə vermək səlahiyyəti olduğundan, istinad olunan Sərəncam 0.3 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilməz.

64. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsinə tikinti işləri aparılması üçün ayrılmış ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektləri üzərində “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə, mübahisə predmeti olan 0.3 ha torpaq sahəsi üzərində “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir.

65. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı Kiçik Müəssisəsi MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1135/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 658 nömrəli sərəncamı əsasında İddiaçı Kiçik Müəssisəsinə tikinti işləri aparılması üçün ayrılmış 0.3 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektləri üzərində (xx.xx.2005-ci il tarixli istismara qəbul aktı ilə ümumi sahəsi 574,04 kv.m olan istehsal obyekti istismara qəbul edilmişdir) “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə, mübahisə predmeti olan 0.3 ha torpaq sahəsi üzərində “X36” MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar