Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-146/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, iddiaçının hüquqi varisi X8 və cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax Rayon Şöbəsinin (bundan sonra cavabdeh) nümayəndəsi X1 iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1661/2018 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax Rayon Şöbəsi tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq, bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuş, X4 idarəsindəki stajı da əlavə edilməklə demək olar ki, xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək fasiləsiz olaraq Qax Rayon İstehlak X6 idarəsində işləmişdir. Əmək kitabçasındakı məlumatlardan da görünür ki, o, göstərdiyi 29 il 6 ay 2 gün iş stajına malikdir İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli 32/103 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan 16278,19 manat pensiya kapitalı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən, hesablanan əmək pensiyasının məbləği 113,04 manat (16278,19 manat pensiya kapitalı : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 113,04) müəyyən olunduğundan və bu məbləğ yuxarıda qeyd edildiyi kimi əmək pensiyasının minimum məbləğindən, yəni 116,27 manatdan az olduğundan və eyni zamanda 25 il sosial sığorta stajına malik olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, orduda xidmət müddəti də daxil olmaqla, eləcə də ilk iş yeri kimi X4 idarəsindəki stajı da əlavə edilməklə, o, demək olar ki, xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək fasiləsiz olaraq Qax Rayon İstehlak X6 idarəsində işləmişdir. Əmək kitabçasındakı məlumatlardan da görünür ki, o, göstərdiyi 29 il 6 ay 2 gün iş stajına malikdir. Əmək kitabçasındakı əmrləri o verməmiş, möhürləri vurmamış, imzaları etməmişdir. Bunlar rəsmi təşkilatın əmrləri, möhürləri və onların rəhbərlərinin imzalarıdır. Əmək kitabçasında hətta maddi-məsul şəxs kimi planla işə başlamağı haqqında xx.xx.2001-ci il tarixli, növbəti məzuniyyətə buraxılmağı haqqında xx.xx.2003-cü il tarixli əmrlər belə vardır. Əmək pensiyası təyin olunması üçün mötəbər əsas sayılan əmək kitabçasındakı göstəricilərin nəzərə alınmaması yolverilməzdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim K.Vəliyev) xx xxxxxx 2018-ci il tarixli 2-1(84)- 1661/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh DSMF-un Qax Rayon Şöbəsinə qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilərək cavabdeh DSMF-un Qax Rayon Şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərarın çıxarılması, iddia tələbinin qismən İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında satıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Sulimonad lotokunda müdir-satıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək həmin idarənin Su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi səyyar su satıcısı, xx.xx.2001-ci ildən xx.xx.2004cü ilə kimi “Qaya” yeməkxanasında maddi məsul şəxs işlədiyi və xx.xx.1973-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon Şöbəsinin üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermiş, Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, İddiaçı əmək pensiyası hüququna baxılması zamanı vətəndaşın xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək X4 idarəsində işlədiyi müddət, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixə, xx.xx.1975-ci il tarixdən xx.xx.1976cı il tarixə və xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək X10 X7 birliyində müxtəlif vəzifələrdə işlədiyi dövrlər nəzərə alınaraq, ona 23 il 02 ay 14 gün sosial sığorta stajı müəyyən olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığı üçün Dövlət X9 Qax rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx xxx 2018-ci il tarixli 138 nömrəli qərarı ilə pensiya təyin olunmasından imtina edilərək, imtinanın səbəblərini göstərməklə vətəndaşa məktub ünvanlanmışdır. İddiaçının əmək kitabçasında qeyd edildiyi kimi, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək X10 X7 Birliyinin Su və yarımfabrikat mağazası və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək müəssisənin “Qaya” yeməkxanası İddiaçı icarədə olduğu müddətdə Dövlət X11 məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Buna görə də həmin dövrün iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınması yuxarıda qeyd edilənlərə əsasən qanunvericiliyin tələblərinə ziddir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qərarı ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi Səbuhi Məmmədov bildirmişdir ki, mərhum İddiaçı xx xxx 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Qax rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə əsasən təqdim olunmuş sənədlərinə şöbənin əmək pensiyası təyin edən komissiyasında baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası hüququnun olmamasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və ona imtinanın səbəbləri barədə xx.xx.2018-ci il tarixli 32/103 nömrəli məktubla müvafiq izahat verilmişdir. Pensiya hüququnun müəyyən olunması zamanı vətəndaşın sosial sığorta stajı əmək kitabçası əsasında xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi X4 idarısində, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə və xx.xx.1976-cı ildən xx.xx.1996-cı ilə kimi olan dövrlərdə X10 X7 birliyində işlədiyi dövrlər, həmçinin xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, ümumilikdə 23 il 02 ay 14 gün müəyyən olunmuş, Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensyasının təyin olunması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə və eyni zamanda tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı sosial sığorta stajının müəyən olunması zamanı xx.xx.1996-cı ildən sonra X10 X7 birliyinin su və yarımfabrikat mağazasını və həmin müəssisənin “Qaya” yeməkxanasını icarəyə götürdüyü dövrlərdə Dövlət X2vericiliklə müəyyən olunan qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi üçün həmin müddət qanunauyğun olaraq vətəndaşın sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. Bununla bağlı mərhum İddiaçı DSMF-nin Qax rayon şöbəsinə qarşı “xx.xx.1972-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilmişdir. Qərardan narazı qaldığımız üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarından apelyasiya şikayəti verilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxxxxx 2006-cı il tarixədək müəyyən olunan 25 il 02 ay 07 gün sosial sığorta stajı nəzərə alınarsa, ona qanunvericililiklə müəyyən olunan yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu ilədək olan dövr üçün ödənilməli olan ümumi pensiya məbləği 928,35 manat təşkil edəcəkdir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi Samir Qadaşov bildirmişdir ki, iş üzrə iddiaçı olan atam İddiaçı xx xxxxxx 2020-ci ildə vəfat etmişdir. Mən onun hüquqi varisi kimi işə cəlb edilmişəm. Odur ki, atam İddiaçı qanunvericililiklə müəyyən olunan yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. SÜBUTLAR Məhkəmə kollegiyasının аrаşdırmа predmetini AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2018-ci il tarixli 32/103 nömrəli məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax Rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 121 nömrəli arayışı, xx.xx.1973-cü il tarixli və xx.xx.1983-cü il tarixli əmək kitabçalarının təsdiq olunmuş surətləri, cavabdehin xx xxx 2019-cu il tarixli **********1 nömrəli və xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli məktubları, 2v-89 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, iddiaçının ölüm haqqında şəhadətnaməsinin surəti, pensiya hesablanması barədə cavabdeh orqanın pensiya sektorunun baş məsləhətçisi S.Məmmədov tərəfindən tərtib olunmuş hesablama sənədi və digər sənədlər təşkil etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Məhkəmə kollegiyası, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə də əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Apelyasiya şikayətinə gəlincə, o vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Həm də apelyasiya şikayəti əsaslıdır və ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin edilməlidir. Belə ki, apelyasiyaşikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən isə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.2004cü il tarixədək işlədiyi dövr qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığı üçün ona pensiya təyin edilə bilməz. İş materiallarında olan xx xxx 2019-cu il tarixli **********1 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının iddiasında qeyd edilən illər onun sosial sığorta stajına daxil edilərsə, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı ilin yanvarın 1-dək 25 il 02 ay 07 gün sosial sığorta stajı müəyyən olunduğu halda fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 18197,53 manat (25 il tam iş stajı x 306 manat = 7650,0 manat + 51,0 manat (306 : 12 ay x 02 ay) + 5,95 manat (306 : 360 gün x 7 gün) = 7706,95 manat, bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək 18197,53 manat hesablanır) məbləğində müəyən olunur. Vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınan 18197,53 manat pensiya kapitalı nəzərə alınmaqla, Qanunun 10.2-ci maddəsinə əsasən, hesablanan əmək pensiyasının məbləği 126,37 manat (18197,53 manat pensiya kapitalı : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 126,37 manat) müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, respublika üzrə əmək pensiyasının minimum məbləği 2019-cu ilin 01 mart tarixindən 160,0 manat məbləğində müəyyən olunur və təyin edilən əmək pensiyasının məbləği respublika üzrə müəyyən olunan əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Belə ki, 25 il 02 ay 07 gün sosial sığorta stajına malik olan hər hansı bir vətəndaşa yuxarıda göstərilən qaydada 126,37 manat məbləğində hesablanan əmək pensiyasının məbləği vətəndaşın əmək pensiyası hüququ 2019-cu ilin yanvarın 1-dən 2019-cu ilin martın 1-dək yarandığı halda 126,37 manat məbləğində 2019-cu ilin martın 1-dən sonra 160,0 manata atdırılmaqla ödənilməlidir. Kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında göstərmişdir ki, apelyasiya məhkəməsi tərəfindən iddiaçının tələbi olmadığı halda, onun əvəzinə hüquqi marağın nədən ibarət olmasına dair qiymətin verilməsi İPM-in 52-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilən halda isə iddiaçının hüquqi marağının nədən ibarət olması qeyri-müəyyəndir. Başqa sözlə, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi ilə nəticələnə bilər. Göstərilmiş məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyi yaranmış olsun. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsində müəyyən edilmiş "məhkəmənin yardım etmək vəzifəsi”nə dair tələbləri pozulmuşdur. Maddənin tələbinə görə, məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının hüquqi varisi X8 atası İddiaçı xx xxxxxx 2020-ci ildə vəfat etdiyini bildirmiş, AZ-İİ 055096 nömrəli ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim etmiş və məhkəmə kollegiyası bununla bağlı İddiaçı xx xxx 2018-ci ildən pensiya almaq hüququ yarandığından və bununla bağlı Ali Məhkəmənin göstərişləri olduğundan, onun vərəsələri tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə alınıb məhkəmə kollegiyasına təqdim edilənədək məhkəmə iclası təxirə salınmışdır. Qax rayonu notariat ofisinin xüsusi notariusu Mübariz Əhmədov tərəfindən verilmiş 2v-89 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci ildə ölmüş İddiaçı vərəsəsi kimi X8 iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli məktubda qeyd olunmuşdur ki, mərhum İddiaçı xx xxx 2018-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət X9 Qax rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə əsasən təqdim olunmuş sənədlərinə şöbənin əmək pensiyası təyin edən komissiyasında baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun olmadığına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmiş və vətəndaşa imtinanın səbəbləri barədə Nazirlik yanında Dövlət X9 Qax rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 32/103 nömrəli məktubu ilə müvafiq izahat verilmişdir. Belə ki, pensiya hüququnun müəyyən olunması zamanı vətəndaşın sosial sığorta stajı əmək kitabçası əsasında xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixə kimi X4 idarəsində, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixə və xx.xx.1976-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi olan dövrlərdə X10 X7 birliyində işlədiyi dövrlər, həmçinin xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 23 il 02 ay 14 gün müəyyən olunmuş, Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə və eyni zamanda tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı sosial sığorta stajının müəyən olunması zamanı xx.xx.1996-cı ildən sonra X10 X7 birliyinin su və yarımfabrikat mağazasını və həmin müəssisənin “Qaya” yeməkxanasını icarəyə götürdüyü dövrlərdə Dövlət X2vericiliklə müəyyən olunan qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi üçün həmin müddət qanunauyğun olaraq vətəndaşın sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmamışdır. Bununla bağlı İddiaçı Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsinə qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-1661/2018 nömrəli qərarı ilə iddiaçının tələbi təmin edilmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işin həqiqi halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.2004cü ilədək olan dövrdə tam işləməmişdir. Belə ki, o xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi Su və yarımfabrikat mağazası, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək isə “Qaya” yeməkxanası onun icarəsinə verilmiş, həmin dövrdə o, hər hansı müəssisənin rəsmi işçisi olmamış, icarədar olmuşdur. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Qax rayon Kolxozlararası Tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı İctimai İaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin Su-limonad mağazasında satıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Sulimonad lotokunda müdir-satıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək həmin idarənin Su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997- xx.xx.1998-ci illərdə səyyar su satıcısı, xx.xx.2001-xx.xx.2004-cü illərdə “Qaya” yeməkxanasında maddi məsul şəxs işləmişdir. İddiaçı xx.xx.1973-ci ildən xx.xx.1975-ci ilədək sovet ordusunda həqiqi hərbi xidmətdə qulluq etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı əmək kitabçasında təsbit edilmiş illər, habelə hərbi xidmət müddəti onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı xx.xx.2001-xx.xx.2004-cü il tarixlərdə “Qaya” yeməkxanasının icarədarı olduğu müddətdə məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilə kimi icarədar olmamış, Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı ictimai iaşə idarəsinin əmri ilə “Qaya” yeməkxanasında maddi məsul şəxs işləmişdir. Məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silmiş, qeyd edilən dövrə aid olan borcları sosial sığorta ödəyicilərinə bağışlamışdır. Belə olan halda, həmin dövrdə İddiaçı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödənilməməsinə görə məsuliyyətinin yaranması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 dövlətin qanunverici orqanının qəbul etdiyi Qanunla bağışladığı borca görə vətəndaşın pensiya hüququnu məhdudlaşdırması da qanunvericiliyin pozulması hesab olunmalıdır. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının 2001-2004-cü illərdə “Qaya” yeməkxanasının icarədarı işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsi haqqında apelyasiya şikayətinin dəlili əsaslı hesab oluna bilməz. "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Hazırki mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 1992-ci ilin oktyabr ayında qəbul edilmiş və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir Bundan başqa, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Səbuhi Məmmədov məhkəmə kollegiyasına təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixədək müəyyən olunan 25 il 02 ay 07 gün sosial sığorta stajı nəzərə alındığı halda, ona qanunvericiliklə müəyyən olunan yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün ödənilməli olan ümumi məbləğ 928,35 manatdır. Həmin dövr üçün hesablanan pensiya məbləği 122,69 manat məbləğində müəyyən olunur. Belə olan halda, İddiaçı qanunvericililiklə müəyyən olunan pensiya almaq hüququnun yarandığı yaş həddinə çatdığı xx xxx 2018-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatının aparıldığı xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün pensiyanın hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi üzrə düzgün araşdırma aparılmamış və bu səbəbdən işin halları tam müəyyən olunmamış,İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Həmin maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan məhkəmə iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdudlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Beləliklə, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmədiyindən apelyasiyaşikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi bu nəticə Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından da irəli gəlir ki, bu hüquqi mövqe İPMin 96.11-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1661/2018 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə kimi Qax rayon kolxozlararası tikinti idarəsində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı ictimai iaşə idarəsində səyyar çayçı, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Qax Rayon İstehlak Cəmiyyətinin Təsərrüfat hesablı ictimai iaşə idarəsinin “Arzu” yeməkxanasında aşpaz və xörəkpaylayan, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi həmin idarənin su-limonad mağazasında satıcı, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək sulimonad lotokunda müdir-satıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 2 №li anbarda anbardar, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək su mağazasında satıcı, xx.xx.1983-cü ildən xx.xx.1996-cı ilədək həmin idarənin su kokteyli və qənnadı mağazasında satıcı, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi səyyar su satıcısı, xx.xx.2001-ci ildən xx.xx.2004cü ilə kimi “Qaya” yeməkxanasında maddi məsul şəxs işlədiyi və xx.xx.1973-ci il tarixdən xx.xx.1975-ci il tarixədək sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin onun sosial sığorta stajına daxil edilsin. İddiaçının yaşa görə pensiya hüququnun yarandığı xx xxx 2018-ci ildən xx xxxxxx 2019-cu ilədək müddətə görə ödənilməli olan, ümumi 928,35 manatın onun hüquqi varisi Samir Qadaşova ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(107)-146/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-146/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver