Məhkəmə qərarları › İş №2-1(107)-146/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-146/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-146/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2-1(116)-83/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF-in 13 saylı regional ərazi filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2-1(116)-83/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. İş üzrə qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2-1(116)-83/2022 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. X3 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh orqanın nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasında xx.xx.2022-ci il tarixli **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi barədə qərar”ı təqdim edərək bildirdi ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək bildirdi ki, ona cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona görə də iddiaçı iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbindən imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi izah edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən “Əmək pensiyasının təyin edilməsi barədə qərar”ı və işdə olan digər materialları tədqiq edərək, iş üzrə iddiaçının xahişini dinləyərək belə qənаətə gəlir ki, İddiaçı iddia tələbindən imtinaya dair ərizəsi qəbul olunmаlı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 55 və 87.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı iddia tələbindən imtinaya dаir ərizəsi qəbul edilsin. Şəki İnzibati Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2-1(116)-83/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar