Məhkəmə qərarları › İş №2-1(107)-146/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-146/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-146/2024 13.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N7 noyabr 2023-cü il tarixli 2- N(NN6)-N633/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - xx.xx.N2-ci il tarixdə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Ağdərə rayonunun Dırımbon, Çıldıran və Sırxavənd kəndlərinin ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N2-ci il tarixdə yaxınlığında top mərmisinin düşməsi nəticəsində "Qapalı kəllə beyin travması, baş beynin silkələnməsi" diaqnozu ilə travma almışdır. Bundan sonra xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci ilədək Gəncə şəhərində yerləşən 230 saylı hərbi hospitalda stasionar müalicədə olmuşdur. Hospitala gətiriləndə eşitmə və nitq qabiliyyəti pozulmuş vəziyyətdə olmuş, bir müddət sonra özünə gəlmişdir. Hospitalda yaralıların, ağır vəziyyətdə olanların sayının çoxluğu ilə əlaqədar olaraq müalicəni qeydiyyatda olduğu rayon xəstəxanasında davam etdirməli olduğunu bildirərək hospitaldan buraxılmışdır. Daha sonra səhhəti normallaşandan sonra hərbi hissəyə geri qayıtmaq istəsə də hərbi hissə ləğv edildiyindən geri qayıtması mümkün olmamışdır.

3. Həmin müddətdən sonra müharibə veteranı vəsiqəsinin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

5. İş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023cü il tarixli 4/2-2N06 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 26 nömrəli əmrinə əsasən İddiaçı, şəxsi heyətin siyahısına salınaraq bütün növ təhcizatlarla təmin edilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmrinə əsasən bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılmışdır.

6. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmri ilə iddiaçının bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılması onun ehtiyata buraxılmasına dəlalət etmir. Çünki hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı adına tərtib edilmiş hərbi hissə komandirinin bütün əmrlərində ehtiyata buraxılması, qeydiyyata durması üçün hansı SHXÇDX-nə göndərilməsi, məzuniyyətdən istifadə edibetməməsi, pul mükafatlarının verilib-verilməməsi barədə müvafiq qeydlər olmalıdır. Əmrdən də göründüyü kimi iddiaçının ehtiyata buraxılması və s. kimi qeydlər öz əksini tapmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

7. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

8. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

9. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. N0. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. NN. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. N2. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. N3. Yuxarıda göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. N4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: N5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N7 noyabr 2023-cü il tarixli 2-N(NN6)-N633/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. N6. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

N7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2N06 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 26 nömrəli əmrinə əsasən İddiaçı şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş, həmçinin N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmrinə əsasən bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N nömrəli əmri ilə iddiaçının bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılması onun ehtiyata buraxılmasına dəlalət etmir. Çünki hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı adına tərtib edilmiş hərbi hissə komandirinin bütün əmrlərində ehtiyata buraxılması, qeydiyyata durması üçün hansı SHXÇDX-nə göndərilməsi, məzuniyyətdən istifadə edib-etməməsi, pul mükafatlarının verilib-verilməməsi barədə müvafiq qeydlər olmalıdır. Əmrdən də göründüyü kimi iddiaçının ehtiyata buraxılması və s. kimi qeydlər öz əksini tapmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Bundan əlavə xx.xx.N4-cü il tarixdə “Bişkek protokolu” ilə atəşkəs elan edilənədək faktiki döyüş əməliyyatları davam etdiyindən N iyul N3-cü il tarixdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması mümkünsüzdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N7 noyabr 2023cü il tarixli 2-N(NN6)-N633/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

N8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin N7 noyabr 2023-cü il tarixli 2-N(NN6)- N633/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. N9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). 2N. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.20N9-cu il tarixli N/Q-7306 və xx.xx.202N-ci il tarixli N/Q-N0667 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 6N4 nömrəli qərarında qeyd edilmişdir ki, Zaqatala RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 saylı və Gəncə hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli HPN5/233N7 nömrəli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən xx.xx.N2-ci ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Zaqatala rayon şöbəsinin xx.xx.20N6-cı il tarixli NN83 nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 428 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N2- ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. - Gəncə Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi hissəni özbaşına tərk etmə və ya fərarilik cinayətlərinin subyekti olmaması, xidmət yerinə qayıtmamasının üzrlü səbəbdən olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.N.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-62/2-394/2023 nömrəli məktubundan görünür ki, Zaqatla rayon sakini N97N-ci il təvəllüdlü İddiaçı N989-NN-ci illərdə keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.N2-ci ildə səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. İddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-0N/36 nömrəli göstərişinə əsasən Gəncə Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli HP-N5/23N7 nömrəli məktubuna əsasən barəsində heç bir cinayət işinin araşdırılmadığına görə hərbi qeydiyyat götürülmüşdür. İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğundan daxil olmuş məktublar saxlama müddətlərinin bitdiyi üçün ləğv edildiyinə görə göndərilməsi mümkün deyildir. - N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli N №-li əmrindən görünür ki, iddiaçı, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil daxil edilmişdir. - N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmrindən görünür ki, İddiaçı döyüş əməliyyatları rayonuna növbətçiliyə getmiş hesab edilmişdir. - N №-li hərbi hissə komandirinin NN noyabr N2-ci il tarixli 57 №-li əmrindən görünür ki, sıravi mexanik N-ci motoatıcı bölüyün mexanik sürücüsü İddiaçı hospitaldan qayıtdığına görə təminata daxil edilməsi əmr edilmişdir. - N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmrindən görünür ki, Azərbaycan Respublikasının NN 04.93-cu il M N 2/N-820 №-li saylı əmrinə əsasən hərbi və adlı siyahısının MN-nə göndərilmiş N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlər haqqında cinayət işi qaldırılmışlardan başqa h/h-nin siyahısından hərbi çağırışçı - 82.İddiaçı taburun bütün növ ləvazimatlarından və siyahısından çıxarılması əmr edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 653 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li nizami hissə üzrə əmrində istinad olunmuş “Azərbaycan Respublikasının xx.xx.N3-cü il tarixli M.N 2/N-820 №-li əmri” Azərbaycan Respublikası Müdafiə nazirinin aprel N3-cü il tarixli əmrlərində aşkar olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 8.N.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

25. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

26. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyildir, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. 3N. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

35. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. İddia tələbinə etirazda isə cavabdeh orqan bildirmişdir ki, iddiaçının N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə bütün növ təminatlardan və şəxsi heyətin siyahısından çıxarılması onun ehtiyata buraxılması demək deyildir. Həmçinin, iddiaçı hərbi döyüşlərdə iştirakını sübut edən sənədlərə malik deyildir.

36. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Hərbi xidmət keçdiyi zaman iddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmri ilə döyüş növbətçiliyinə getmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında X2 xəstənin stasionar kartasından çıxarış məlumatlarına istinad edilmiş, iddiaçının xx.xx.N2-ci il tarixdə kəllə-beyin travması alması qeyd edilmişdir. Həmçinin, sözügedən qərarda N nömrəli hərbi hospitaldan iddiaçı barəsində verilmiş “Epikriz”ə istinad edilərək iddiaçının xx.xx.N2-ci ildən – xx.xx.N2-ci il tarixədək N nömrəli hərbi hospitalda stasionar müalicədə olması, xx.xx.N2-ci il tarixdən hərbi təlimlərdən azad olmaq şərtilə hərbi hissəsinə göndərilməsi qeyd edilmişdir.

37. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli 6N4 nömrəli qərarında iddiaçının xx.xx.N2-ci ildə aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsi” qeyd edilmiş və həmin qərarda yaralanma ilə bağlı - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir.

38. Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə iddiaçıya qoyulmuş diaqnozun hərbi travma göstərilməsi və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasının qeyd edilməsi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını birbaşa sübut edir.

39. Həmçinin, iddiaçının N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 40 №-li əmri ilə ilə döyüş əməliyyatları gedən rayona göndərilməsi də iş materialları ilə sübut olunur.

40. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və bütün növ təminatlardan çıxarılması müvafiq əmrlərlə təsdiqləndiyindən, həmçinin iddiaçının döyüş əməliyyatlarında iştirakı və aldığı travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə sübuta yetirilir. 4N. Bundan başqa, iddiaçının hərbi hissənin bütün növ ləvazimatlarından və siyahısından çıxarılmasını nəzərdə tutan N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmrinə münasibətdə qeyd edilməlidir ki, sözügedən əmrdə MN-nə göndərilmiş N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlər haqqında cinayət işi qaldırılmışlardan başqa h/h-nin siyahısından bir qrup hərbi çağırışçının o cümlədən iddiaçının çıxarılması nəzərdə tutulmuşdur. Yəni, faktiki olaraq istinad olunan əmrdə cinayət işi qaldırılmışlar digər şəxslərdən fərqləndirilmiş və məhz N,5 müddətinə çağırılmış və hərbi toplanışına gələnlərin siyahıdan çıxarılması əmr edilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.N2-ci ildə yaralanaraq, xx.xx.N2xx.xx.N2-ci il tarixlərdə N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğundan, NN noyabr N2-ci il tarixdən yenidən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmasına baxmayaraq, aldığı travma ona hərbi xidmətini davam etdirməyə imkan vermədiyindən istinad olunan N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N №-li əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır.

43. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana sorğu verilərək N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li nizami hissə üzrə əmrində istinad olunmuş “Azərbaycan Respublikasının xx.xx.N3-cü il tarixli M.N 2/N-820 №-li əmri tələb edilmiş, lakin cavabdeh orqan sorğu edilən əmrin Azərbaycan Respublikası Müdafiə nazirinin aprel N3-cü il tarixli əmrlərində aşkar olunmadığını bildirmişdir.

44. Hər bir halda iddiaçının N iyul N3-cü il tarixdən sonra hərbi xidmətinin olmaması onun qərəzli hərəkətləri, hərbi hissəni özbaşına tərk etməsi və ya fərariliklə bağlı olmamışdır. Odur ki, onun hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün (N iyul N3-cü il) həqiqi hərbi xidmətinin sonu hesab edilməlidir.

45. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi, qanuni əsaslarla hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və çıxarılması sübuta yetirildiyindən və istinad olunan Əsanmənin tələbləri baxımından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

46. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının ehtiyata buraxılmamasını göstərməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

48. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.2, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N7 noyabr 2023-cü il tarixli 2-N(NN6)-N633/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar