Məhkəmə qərarları › İş №2-1(107)-148/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-148/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-148/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2807/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 ilə 2001-ci ildə nişanlanmış, bundan sonra Cavabdehnə nikaha daxil olmaq üçün ərizə versə də, xasiyyətləri uyğun olmadığına görə nişan pozulmuş, nikahın dövlət qeydiyyatına alınması günü Cavabdehnə getməmişdir. Lakin, hazırda ona nikahın bağlanması məlum olmuşdur. O, xx.xx.2006-cı ildə başqa şəxslə ailə qurmuşdur. Hesab edir ki, nikahı var idisə yeni nikah bağlana bilməzdi. O, nikaha daxil olmaq üçün Cavabdehnə ərizə versə də, sonradan ailə qurmaq niyyəti olmamışdır. Bu nikahın dövlət qeydiyyatına alınması zamanı iştirak etməmişdir. Həmin nikahın necə bağlandığını bilmir və hesab edir ki, sözügedən nikah akt qeydi ləğv edilməlidir.

3. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdehndə xx.xx.2001-ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü X3 ilə nikaha daxil olması barədə 205 nömrəli nikah haqqında ilkin akt qeydi tərtib olunmuş, lakin, şöbənin arxivində həmin nikahın pozulması və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Odur ki, nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2807/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının tələbi ilə razılaşdığı və iddia tələbini qəbul etdiyi halda ilkin imtina cavabının nə məqsədlə verilməsi aydın deyil. Bir halda ki, cavabdehin nümayəndəsi ilkin nikah haqqında akt qeydinin səhv olması qənaətindədir, bunu “İnzibati icraat haqqında” Qanunun və sahəvi qanunvericiliyin tələblərinə uyğun yeni icraat başlatmaqla məhkəmədən kənar qaydada həll etmək iqtidarında olmuşdur (ehtimal olunur ki, cavabdehin nümayəndəsinin şəxsi mövqeyi inzibati orqanın mövqeyi ilə uzlaşmır). Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın etibarsız sayılması ilə bağlı xüsusi qaydalar və şərtlər müəyyən edilmişdir. Odur ki, nikah bağlanması üçün ərizə vermiş şəxsin sonradan ailə qurmaq niyyətinin olub-olmaması və bağlanmış nikahın saxta olub-olmaması məsələsi mülki məhkəmə icraatı qaydasında qiymətləndirilməlidir. Belə ki, iddiaçı, nikaha daxil olmaq üçün ərizə vermiş olsa da, nikah dövlət qeydiyyatına alınarkən iştirak etmədiyini və ailə qurmaq niyyətinin olmadığını bəyan edir. Bu şərtlərin pozulması nikahın etibarsız sayılması üçün əsas yaradır və bu səbəblərdən mübahisə mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında nikahın bağlanması zamanı tərəflərin ailə qurmaq niyyətinin olub-olmamasına hüquqi qiymət verilməsi və xüsusi hüququn tənzimetmə predmetinə aid olan məsələlər üzrə araşdırmanın aparılması mümkün deyildir. Yəni, yaranmış mübahisənin nikahın bağlanma şəraiti, tərəflərin niyyəti və digər hüquqi tələblər nəzərə alınmadan - bəsit şəkildə - yalnız cavabdeh orqanın yol verdiyi icraat pozuntuları kontekstində qiymətləndirilməsi yolverilməzdir. Tədqiq edilməsi mühüm olan hal - nikahın bağlanma şəraiti və tərəflərin əsl niyyətlərinin müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, texniki səhv yalnız nikah aktının düzgün tərtib edilməməsi ilə bağlıdır və bəzən bu səhvlər sadəcə qeyri-dəqiqliklər və ya prosedurlarda yaranan kiçik uyğunsuzluqlar nəticəsində baş verir. Lakin, nikahın etibarsız sayılması halları əsasən tərəflərin niyyəti, xəbərsizliyi, hüquqi prosedurların düzgün yerinə yetirilməməsi və saxta niyyətlərlə nikaha daxil olma kimi daha ciddi məsələlərlə bağlıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, irəli sürülmüş tələb xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz (mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır).

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2807/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdehnə qarşı “Şək rayon qeydiyyat şöbəsinin xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadı xx.xx.2024-cü il tarixdə çıxarsa da, ona xx.xx.2024-cü il tarixdə çatmışdır. Hesab edir ki, qərardaddan şikayət vermə müddətini ötürməmişdir. Beləliklə, məhkəmə qaldırdığı iddianı mümkün saymamışdır. Həmin qərardadı əsassız və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını obyektiv araşdırmadan iddianı mümkün saymamışdır. Hansı ki, işin faktiki hallarından tələbinin əsaslı olması görünür. Hesab edir ki, məhkəmə hüquqlarının bərpasına əsassız maneələr yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İddiaçı, X3 ilə nişanlanmış və nikaha daxil olmaq üçün Cavabdehnə birgə ərizə vermişlər, lakin xasiyyətləri uyğun gəlmədiyinə görə nişan qaytarılmış, nikahın dövlət qeydiyyatına alınmasına da getməmişlər. Aralarında nikah bağlanmamışdır. Lakin Cavabdehndə həmin şəxslə nikah bağlanması haqqında akt qeydi mövcuddur. Göründüyü kimi, həmin akt qeydi iştirakları olmadan qeydə alınsa da, ilkin akt qeydidir. Qanunvericilikdə də qeyd edildiyi kimi ilkin akt qeydi məhkəmə qətnaməsinə əsasən ləğv edilir. X10 Məhkəməsi bunu mümkün saymayaraq iddianı təmin etməmişdir. Hüquqları pozulmuşdur.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2807/2024 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarı 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.

15. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

17. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının tələbi ilə razılaşdığı və iddia tələbini qəbul etdiyi halda ilkin imtina cavabının nə məqsədlə verilməsi aydın deyil. Bir halda ki, cavabdehin nümayəndəsi ilkin nikah haqqında akt qeydinin səhv olması qənaətindədir, bunu “İnzibati icraat haqqında” Qanunun və sahəvi qanunvericiliyin tələblərinə uyğun yeni icraat başlatmaqla məhkəmədən kənar qaydada həll etmək iqtidarında olmuşdur (ehtimal olunur ki, cavabdehin nümayəndəsinin şəxsi mövqeyi inzibati orqanın mövqeyi ilə uzlaşmır). Məhkəmə hesab etmişdir ki, irəli sürülmüş tələb xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz (mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır).

18. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı ilə xx.xx.1972-ci il təvəllüdlü X3 arasında nikahın bağlanmasına dair Cavabdehndə xx.xx.2001-ci il tarixdə 205 nömrəli nikah haqqında ilkin akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydinin ləğv edilməsi və nikahın pozulması baş verməmişdir. Daha sonra xx.xx.2006-cı il tarixdə iddiaçı ilə X4 arasında Cavabdehndə 40 saylı nikah akt qeydi bağlanmışdır. Həmin nikah sonradan pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011ci il tarixdə, 156 №-ilə qeyd aparılmışdır. Hazırda iddiaçının tələbi ilkin nikah haqqında akt qeydinin ləğv edilməsinə yönəlmişdir. Belə ki, iddiaçı, nikaha daxil olmaq üçün Cavabdehnə ərizə versə də, sonradan ailə qurmaq niyyətinin olmamasını, nikahın dövlət qeydiyyatına alınması günü Cavabdehnə getməməsini, nikahın dövlət qeydiyyatına alınması zamanı iştirak etməməsini və xx.xx.2006-cı ildə başqa şəxslə ailə qurmasını bildirərək, xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah akt qeydinin ləğv edilməsini tələb etmişdir.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

21. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı - Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsinə nail olmaqdır. Birinci instansiya məhkəməsi isə iddia tələbini nikahın etibarsızlığı əsası ilə qiymətləndirərək iddianı mümkün saymamışdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələbi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2001ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydindən görünür ki, həmin akt qeydi X3 və İddiaçı barəsində tərtib edilsə də, həmin qeyd İddiaçı tərəfindən imzalanmamışdır.

25. Bundan başqa, Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydi qüvvədə olduğu təqdirdə xx.xx.2006-cı il tarixdə iddiaçı ilə X4 arasında Cavabdehndə 40 saylı nikah akt qeydi bağlanmışdır. Həmin nikah sonradan pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 156 №-ilə qeyd aparılmışdır.

26. Göründüyü kimi, İddiaçı ikinci dəfə nikah bağlamaqla həmin nikahın rəsmiləşdirilməsi birinci nikahın deyil, əslində ikinci nikahın etibarsızlığına əsas verir. Odur ki, hər bir halda Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ikinci nikahın bağlanması birinci nikahın etibarsızlığını aradan qaldırmışdır.

27. Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

28. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 25.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

29. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın etibarsız sayılması ilə bağlı xüsusi qaydalar və şərtlər müəyyən edilmişdir. Odur ki, nikah bağlanması üçün ərizə vermiş şəxsin sonradan ailə qurmaq niyyətinin olubolmaması və bağlanmış nikahın saxta olub-olmaması məsələsi mülki məhkəmə icraatı qaydasında qiymətləndirilməlidir. Belə ki, iddiaçı, nikaha daxil olmaq üçün ərizə vermiş olsa da, nikah dövlət qeydiyyatına alınarkən iştirak etmədiyini və ailə qurmaq niyyətinin olmadığını bəyan edir. Bu şərtlərin pozulması nikahın etibarsız sayılması üçün əsas yaradır və bu səbəblərdən mübahisə mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında nikahın bağlanması zamanı tərəflərin ailə qurmaq niyyətinin olub-olmamasına hüquqi qiymət verilməsi və xüsusi hüququn tənzimetmə predmetinə aid olan məsələlər üzrə araşdırmanın aparılması mümkün deyildir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, bu hallar şəxslərin həqiqətən nikah bağladığı hallara şamil edilir. Yəni, hər iki tərəf qeydiyyat şöbəsinə müraciət etməklə qanunvericiliyin tələbinə uyğun olaraq nikah bağladıqda, lakin sonradan hər ikisinin ailə qurmaq niyyətinin olmadıqlarını sübut etdikləri halda nikahın etibarsız sayılması üçün əsas yaradır və bu mübahisə mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Hazırki işdə isə bu hal baş verməmiş, hər iki tərəf qeydiyyat şöbəsinə müraciət etməklə qanunvericiliyin tələbinə uyğun olaraq nikah bağlamamışlar.

31. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

32. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Məhkəmə kollegiyasi hesab edir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

35. Məhkəməyə müraciət etmək hüququ da bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətinin mülki xarakterli mübahisə predmeti olması əsası ilə hazırkı iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddianın yenidən mümkünlüyü əsasları yoxlanılaraq müvafiq prosessual hərəkətlər həyata keçirilməlidir.

37. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti iddiaçının hüquqi marağına uyğun olaraq əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

38. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

39. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2807/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar