Məhkəmə qərarları › İş №2-1(107)-149/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-149/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-149/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin (bundan sonra cavabdeh) nümayəndəsi X5 və üçüncü şəxs Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi - Şəki ŞİH-nin Hüquq şöbəsinin müdiri X1 iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-784/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində iddiaçıya avtomobil dayanacağı təşkil edərək fəaliyyət göstərməsi üçün (10 m x 100 m ölçüdə) 1000 kv m torpaq sahəsi ayrılmışdır. İddiaçı Şəki ŞİH-yə müraciət edərək həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmiş, həmin torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək torpaq sahəsinin naturada yerləşməsini əks etdirən sxem tərtib edilmiş, həmin sxem şəhərin baş memarı tərəfindən təsdiq edilərək, xx.xx.2002-ci il tarixli məktubla iddiaçıya rəsmi məlumat verilmiş, tərtib edilmiş sxem ona təqdim edilmişdir. Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ləğv olunmamış və ya etibarsız hesab edilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana rəsmi müraciət etmiş, sonuncu bundan imtina edərək xx.xx.2018-ci il tarixli məktubla göstərmişdir ki, iddiaçının təqdim etdiyi sərəncamla avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamışdır. Bundan sonra iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq “Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10m x 100m ölçüdə) 1000 kv metr torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlər reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Məcidov) xx xxxx 2019-cu il tarixli 2- 1(84)-784/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10 m x 100 m ölçüdə) 1000 kv m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-784/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsininİnzibati-iqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli nömrəli sərəncamı ilə avtomobillər üçün dayanacaq təşkilinə icazə verildiyindən, torpaq ayrılmadığından torpaq sahəsi üzərində istifadə huququnun dövlət qeydiyytına alınmasını mümkünsüz edir. İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü bəndinə əsasən, xidmət və onun ərazi idarələri inzibati orqan sayılır. İnzibati orqan tərəfindən publik hüquq sahəsində qəbul edilən aktlar isə inzibati akt hesab edilir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə qaydasında baxıla bilər. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-784/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş edirik. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən iddiaçı ƏhmədƏliyev bildirmişdir ki,Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə şəhər kolxoz bazarının cənub hissəsində avtomobil dayanacağı təşkil edilməsi məqsədi ilə 1000 kv m torpaq sahəsi ayrılmışdır. Mən Şəki ŞİH-yə müraciət edərək, həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişəm və həmin torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək torpaq sahəsinin naturada yerləşməsini əks etdirən sxem tərtib edilmiş, həmin sxem şəhərin baş memarı tərəfindən təsdiq edilərək xx.xx.2002-ci il tarixli məktubla mənə təqdim edilmişdir. Həmin dayanacağın təşkil olunması və dayanacağa nəzarət mənə tapşırılmışdır. Hazırkı vaxtadək həmin ərazidə qanuni fəaliyyət göstərirəm. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə xx xxxxxxx 2018-ci il tarixdə təşkil edib fəaliyyət göstərdiyim dayanacaq üzərində hüquqlarımın qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciət etmişəm, lakin dayanacaq üzərində hüquqlarım dövlət qeydiyyatında rəsmiləşdirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi düzgün nəticəyə gələrək iddia tələbimi təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarın qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi Əhməd Məcidov bildirmişdir ki, iddiaçının təqdim etdiyi Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli sərəncamı ilə avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmişdir. Bu məqsədlə torpaq sahəsi ayrılmamış və torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün heç bir əsas yoxdur. Bu səbəbdən vətəndaşın müraciətinin təmin edilməsi mümkün deyil. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxsin nümayəndəsi Əhmədiyyə Bəşirov bildirmişdir ki, Şəki ŞİH-nın sərəncamlarında ancaq dayanacağın təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Şəki ŞİH tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmamışdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. SÜBUTLAR Məhkəmə kollegiyasının аrаşdırmа predmetini Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı, iddiaçıya ünvanlanmış xx.xx.2002-ci il tarixli məktubu, torpaq sahəsinin naturada yerləşməsini əks etdirən sxemin surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-92/2014 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(107)-244/2018 nömrəli qərardadlarının surətləri, cavabdehin xx.xx.2018-ci il tarixli **********47 nömrəli imtina məktubu, Azərbaycan Respublikasının Milli X8 Fiilialının xx xxxx 2020-ci il tarixli 76 nömrəli məktubu, Şəki ŞİH-nın xx xxxx 2020-ci il tarixli 2/665 nömrəli məktubu və digər sənədlər təşkil etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən, yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3-cü maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 33.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən, hazırki mübahisə yaranmışdır. Apelyasiya şikayətinə gəlincə, iddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Eyni zamanda, apelyasiya şikayət əsaslıdır və ona görə də təmin olunaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarıləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edib cavabdehin üzərinə Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10 m x 100 m ölçüdə) 1000 kv m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini qoyarkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı qəbul olunmuş aktlar hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır ki, iddiaçı dövlətə məxsus torpaq sahəsinin ayrılması barədə Şəki ŞİH-nın xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamını və ayrılmış torpaq sahəsinin sxematik planını cavabdehə təqdim etmişdir. Qanunvericilyin tələbləri baxımından həmin sənədlər iddiaçının torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı əsas olsa da, cavabdeh formal əsaslara istinadən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşa bilmir. Belə ki, işin həqiqi halları ondan ibraətdir ki, Şəki ŞİH başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində iddiaçıya avtomobil dayanacağı kimi fəaliyyət göstərməsi üçün (10 m x 100 m ölçüdə) 1000 kv m torpaq sahəsi ayrılmışdır. 2002-ci ildə isə torpaq sahəsinin yerdə (naturada) hüdudları müəyyən edilərək torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən sxem tərtib edilmişdir. Həmin sxem şəhərin baş memarı tərəfindən təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nın 12 saylı X9 rəsmi müraciət etmiş və həmin orqan bundan imtina edərək xx.xx.2018-ci il tarixli məktubla iddiaçıya cavab vermişdir ki, iddiaçının təqdim etdiyi sərəncamla avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərkən göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi 1000 kv m torpaq sahəsinin Şəki ŞİH-nın xx xxxxxx 1997-ci il tarixli qərarı ilə iddiaçının istifadəsinə verilməsi ilə bağlı araşdırma aparmamışdır. Adı çəkilən sərəncamda qeyd edilmişdir ki, Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilsin. xx xxxxxxx 1996-cı il tarixli sərəncam qüvvədə hesab edilməklə, Şəki şəhəri, 23-cü rayon, Y.Süleymanov küçəsi, 49 nömrəli evdə yaşayan İddiaçı həmin ərazidə avtomobillər üçün dayanacaq təşkil etməsinə icazə verilsin. Məhkəmə tərəfindən xx xxxxxx 1997-ci il və xx xxxxxxx 1996-cı il tarixli sərəncamlar aidiyyəti orqanlardan tələb edilməmiş, onların məzmunu öyrənilməmiş, xx xxxxxx 1997-ci il tarixli sərəncamla torpaq sahəsinin iddiaçının istifadəsinə verilib-verilməməsi araşdırılmamış, bununla bağlı Şəki ŞİH-yə sorğular edilməmiş, icra hakimiyyətinin işə cəlb edilməsinin zəruriliyi müzakirə edilməmişdir. xx xxxxxx 1997-ci il tarixli sərəncamda torpaq sahəsi qeyd edilməmiş, işin 6-cı səhifəsində olan sxemdə qeyd edilən 1000 kv m torpaq sahəsinin icra hakimiyyətinin sərəncamı əsasında iddiaçının istifadəsinə verilməsi yoxlanılmamışdır. Ali Məhkəmənin qeyd olunan göstərişinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına və Şəki ŞİH-yə sorğular verilmiş və Şəki ŞİH iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının xx xxxx 2020-ci il tarixli 76 nömrəli məktubu ilə Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli 1/465 nömrəli,xx xxxxxx 1997-ci il tarixli 1/330 nömrəli və xx xxxxxxx 1996-cı il tarixli 1/560 nömrəli sərəncamlarının sürətləri göndərilmişdir. Dövlət Arxivinin Şəki filialının xx xxxx 2020-ci il tarixli 76 nömrəli məktubu ilə məhkəmə kollegiyasına göndərilmiş Şəki ŞİH başçısının xx xxxxxxx 1996-cı il tarixli 1/560 nömrəli sərəncamında qeyd edilmişdir ki, şəhərin kolxoz bazarı ətrafında avtomobil dayanacağının sahəsinin kiçik olduğunu, həmin ərazidə avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsini və 31-ci rayon, S.Rəhman küçəsi 73, mənzil 65-də yaşayan X2 ərizəsi nəzərə alınaraq mərkəzi kolxoz bazarın cənub hissəsində eni 11 metr uzunluğu 100 m olan boş sahədə X3 avtomobillərin dayanacağının təşkil edilməsinə icazə verilsin. Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli sərəncamında isə göstərilmişdir ki, Şəki ŞİH başçısının ictimai tikintilər haqqındakı xx xxxxxxx 1996-cı il tarixli 1/560 nömrəli sərəncamı ləğv edilsin, həmin ərazidən avtomobil dayanacağı kimi istifadə edilməsi üçün müvafiq tədbirlərin görülməsi üçün Şəki ŞPŞ-nın DYPB-yə tapşırılsın. Avtomobil dayanacağının fəaliyyətinin araşdırıb vergilərin dövlət büdcəsinə köçürülməsini təmin etmək dövlət vergi müfəttişliyinə tapşırılsın. Şəki ŞİH hakimiyyəti başçısının xx xxxxxx 1997-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, Şəki ŞİH başçısının xx xxxxxx 1997-ci il tarixli 1/468 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin və Şəki ŞİH başçısının xx xxxxxxx 1996-cı il tarixli 1/560 nömrəli sərəncamı sərəncam qüvvədə hesab edilməklə, Şəki şəhəri, 23-cü rayon, Y.Süleymanov küçəsi, 49 nömrəli evdə yaşayan İddiaçı həmin ərazidə avtomobillər üçün dayanacaq təşkil etməsinə icazə verilsin. Dayanacaqdan istifadə edən şəhər sakinlərinə xidmət göstərmək üçün ərazidə verilmiş sxem əsasında köşk çayxana qoyulmasına icazə verilsin. Şəki kolxoz bazarının cənub qapısından dayanacağın iş rejiminə uyğun açılıbbağlanması bazarın rəhbərliyinə tapşırılsın. Tapşırılsın vətəndaş İddiaçı ki, dayanacağın qanunauyğun fəaliyyətini təmin etmək üçün şəhər Dövlət Vergi Müfəttişliyi ilə sənədləşmə işlərini təşkil etsin. Göründüyü kimi, tədqiq edilən sərəncamların heç birində avtodayanacağın təşkil edilməsi üçün iddiaçının istifadəsinə, icarəsinə və ya sahibliyinə mübahisəli torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. İşdən görünür ki, iddiaçının təqdim etdiyi sərəncamla yalnız ona avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamış, bu səbəbdən də iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yaranmamışdır. Belə olan halda iş materiallarında olan sxemdə qeyd edilən 1000 kv m torpaq sahəsinin icra hakimiyyətinin sərəncamı əsasında iddiaçının istifadəsinə verilməsi öz təsdiqini tapmır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, təmin edilməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qərarı ləğv edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə həm də İPM-in 96.11-ci maddəsinin tələbindən irəli gəlir. Çünki, həmin maddəyə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-784/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı lə kolxoz bazarının cənub hissəsində ayrılmış (10m x 100m ölçüdə) 1000 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adıa daşınmaz əmlakın dövlər reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar