Məhkəmə qərarları › İş №2-1(107)-15/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-15/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-15/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X28 (bundan sonra cavabdeh və ya DƏDRX-in 12 saylı X31) (üçüncü şəxs Qax rayonu Əmircan Bələdiyyəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “Qax rayonu Əmircan kəndində yerləşən 0,71105 ha torpaq sahəsinə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qax rayonu Əmircan kəndində torpaq islahatı aparılan zaman İddiaçı və onun ailə üzvlərinə 1.09 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün, 0.08 ha isə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İddiaçı kəsr olaraq verilməmiş 0.71105 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-in 12 saylı X28 müraciət etmiş, lakin sonuncu xx xxxxxx 2018-ci il tarixli **********34 nömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qax rayonu Əmircan kəndində 1.09 ha pay torpaq sahəsinə X9, İddiaçı, X10 və X3 olmaqla 4 nəfər ailə üzvünə kod 40310018 JN-117 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının, 0.08 ha həyətyanı torpaq sahəsinə İddiaçı, X10 və X3 olmaqla 3 nəfər ailə üzvünə kod 40310018 JN-010F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verildiyi müəyyən olunmuşdur. Müraciətə aqrar islahat aparılan zaman Qax rayonu Əmircan kəndində adambaşına düşən pay torpaq normasının hansı ölçüdə olması haqqında təsdiqləyici sənəd, zəbt torpaq sahəsinin hansı ölçüdə pay torpaq sahəsindən çıxılması haqqında sənəd və torpaq payı almaq hüququ olan subyektlərin zəbt torpaq sahələri də göstərilməklə təsdiqlənmiş siyahısı əlavə edilmədiyindən qeydiyyata alınacaq torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən və müayinə baxış keçirildikdən sonra sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, torpaq islahatı aparılan zaman Qax rayonu Əmircan kəndində adam başına düşən torpaq norması 0.66 ha olmuşdur. İslahat vaxtı onlar 4 nəfər ailə üzvü olmuşlar. Onlara 2.41 ha torpaq sahəsi vermək əvəzinə, zəbt 0.64 ha və JN 0117 nömrəli KOD ******* olan Dövlət Aktında göstərilən 1.09 hektar torpaq sahəsi verilmiş, lakin naməlum səbəblərdən 0.71105 ha torpaq sahəsi kəsir verilmişdir. Torpaq islahatı aparılan vaxtdan indiyə kimi onlara kəsir olaraq verilməmiş torpaq sahəsindən faktiki olaraq istifadə etmiş və hal-hazırda istifadələrində 2.41 ha torpaq sahəsi var. Kəsr olaraq verilməmiş 0.71105 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-in 12 saylı X28 müraciət etmiş, lakin sonuncu xx xxxxxx 2018-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Birinci instansiya məhkəməsində izahat verən iddiaçı öz iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh birinci instansiya məhkəməsinə iddiaya qarşı xx.xx.2019-cu il tarixli **********81 nömrəli etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Əmircan kəndində yerləşən 1.09 ha pay torpaq sahəsinə X9, İddiaçı, X10 və X3 olmaqla 4 nəfər ailə üzvünə kod 40310018, JN-117 saylı torpağa mütkiyyət hüququna dair dövlət aktının, 0.08 ha həyətyanı torpaq sahəsinə İddiaçı, X10 və X3 olmaqla 3 nəfər ailə üzvünə kod 40310018, JN-010F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədlərinin verildiyi müəyyən edilmişdir. Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə aqrar islahat aparılan dövrdə Qax rayonu Əmircan kəndində adambaşına düşən pay torpaq normasının hansı ölçüdə olması haqqında təsdiqləyici sənəd, zəbt torpaq sahəsinin hansı ölçüdə pay torpaq sahəsindən çıxılması haqqında sənəd və torpaq payı almaq hüququ olan subyektlərin zəbt torpaq sahələri də göstərilməklə təsdiqlənmiş siyahısı əlavə edilmədiyindən, kəsr verilmiş hesab etdiyi torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamış, bu səbəbdən ərizəsinin icrasından imtina olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərardadı ilə Qax rayonu Əmircan Bələdiyyəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. X26-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar araşdırılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq islahatı aparılan zaman Qax rayonu Əmircan kəndində adambaşına düşən nomra 0,66 hektar olmuşdur. Lakin islahat zamanı ona 2,41 ha torpaq sahəsi verilmək əvəzinə JN0117 KOD ******* saylı dövlət aktı ilə 1,09 ha torpaq sahəsi verilmişdir. Habelə pay torpaq sahəsi sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq vətəndaşlara verildiyi halda, həyətyanı torpaq sahəsi isə hər hansı şərt olmadan qanuni istifadədə olan torpaq sahəsinin həmin ölçüdə vətəndaşların mülkiyyətinə verilməsindən ibarətdir. Məhkəmənin həmin torpaq sahəsinin qanuni istifadəsində olmaması ilə əsaslandırması əsassızdır. Hazırda iddia tələbi ona əksik verilmiş və hazırda istifadəsində olan 0,71105 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarətdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən DƏDRX-in 12 saylı X27 nümayəndəsi X20 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər Qax rayonu Əmircan Bələdiyyəsinin nümayəndəsi X7 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nümayəndəsi X18 izahatlarında qanunauyğun qərar qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; DƏDRX-in 12 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********34 nömrəli imtina məktubu; DƏDRX-in 12 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********810 nömrəli, xx.xx.2019-cu il tarixli **********35 nömrəli etirazları və xx.xx.2019-cu il tarixli **********78 nömrəli məktubu; AZ-İ seriyalı 967674 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; JN-0117 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının və JN-010F nömrəli Torpağın mülkiyyət verilməsinə şəhadətnamənin surətləri; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********13 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.2019-cu il tarixli arayış və subyektlərin siyahısından çıxarış; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********94 nömrəli məktubu; Qax rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 96 nömrəli arayışında qeyd olunmuşdur ki, X8 torpaq İslahatı zamanı Qax rayonu Əmircan kənd sakini X1 ailə üzvləri 4 (dörd) nəfər olmaqla hər subyektə 0.66 ha torpaq düşməklə cəmi 2.41 ha verilmək əvəzinə, zəbt 0.64 ha və Dövlət Aktı JN 01xx xxx 40310018-də göstərilən 1.0895 ha verilmiş, naməlum səbəblərdən 0.71105 ha torpaq sahəsi kəsir verilmişdir. X2 öhdəsində olan torpaq sahəsinin vergilərini mütamadi olaraq Əmircan bələdiyyəsi büdcəsinə ödəmişdir. Qax rayonu Əmircan Bələdiyyəsinin 28 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Əmircan bələdlyyəsi ərazisinə daxil olan Əmircan kəndində adambaşına düşən pay torpaq sahəsi norması İ-ci-kateqoriya üzrə 0.59 ha, İİ - kateqoriya üzrə 0.66 ha olmuşdur. Əmircan kənd sakini İddiaçı istifadəsində olan Əmircan bələdiyyəsinə məxsus 0.71 ha kollu-örüş sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X27 əməkdaşları ilə birlikdə yalnız baxış keçirilmiş, lakin heç bir sxem və ya plan ölçü sənədləri hazırlanmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********51 nömrəli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki:

1. Kadastr və X13 Mərkəzinin elektron məlumat bazasında olan DBF faylına əsasən Qax rayonu Əmircan kəndində qeydiyyatda olan iddiaçılara zəbt torpaq sahəsi qeyd edilməmişdir;

2. Pay torpaq sahəsi almaq hüququ olan hər bir subyektə düşən pay norması X8 müvafiq qərarı ilə müəyyən olunur;

3. Aqrar İslahat zamanı Qax rayonu Əmircan kəndində vətəndaşlara verilmiş pay torpaq sahələrinin sərhədlərinin dəyişdirilməsi barədə Kadastr və X13 Mərkəzinin elektron məlumat bazasında heç bir məlumat yoxdur;

4. Qax rayonu Əmircan kəndinin DWG faylına əsasən JN-0117F KOD 40310018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən torpaq sahəsi iddiaçı və ailə üzvlərinə deyil, digər subyektə məxsusdur. Eyni zamanda məhkəmə tərəfindən təqdim olunan JN-01xx xxx 40310018 olan dövlət aktında göstərilən 1.09 ha pay torpaq sahəsi iddiaçılar tərəfindən x xxxxxxx 2010-cu il tarixində AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən digər subyektə satılmışdır;

5. Qax rayonu Əmircan kəndinin DWG faylına əsasən JN-0117F KOD 40310018 olan ‘Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə Qax rayonu Əmircan kənd sakini X4 mülkiyyətinə olan 0.17 ha həyətyanı torpaq sahəsidir;

6. JN-0117F KOD ********* olan şəhadətnamədə göstərilən 0.17 ha torpaq sahəsi Qax rayonu Əmircan kəndi ərazisində yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Qax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 28/2 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Qax rayon Qələbə kolxozu yerli X8 Qax rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində aqrar islahatla əlaqədar subyektlərə düşən pay torpağının sahəsi və eyni zamanda Əmircan kəndində istifadəçilərin zəbt edilmiş torpaq sahəsi barəsində ayrıca siyahı yoxdur. Vətəndaş H.Mahmudova veriləcək pay torpağı və islahata qədər istifadəsində olmuş torpaq (bağ) sahəsi barəsində X8 sənəd materiallarında olan məlumatları təqdim edirik. - X11, ailə üzvləri İddiaçı, oğlu X12 və qızı X5- həyətyanı sahə 0.08 ha. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Qax Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1259 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan məsələ üzrə Qax Rayon Dövlət Arxivində Əmircan kəndində aqrar islahat zamanı vətəndaşlara verilmiş zəbt və ya əkinə yararlı pay torpaq sahələrinin siyahısı və zəbt torpaq sahəsinə görə pay torpağı kimi verilməli olan kənd təsərrüfatlı torpaq sahəsinin hansı əmsalla azaldılması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq vətəndaş Hacıvəli Mahmudovun və ailə üzvlərinin aqrar islahata qədər istifadələrində olmuş torpaq sahəsi barəsində X8 sənəd materiallarında olan məlumatlardan çıxarışları Sizə təqdim edirik. – X11- fındıq bağı 0.61 ha, tut bağı 0.34 ha - cəmi sahə 0.95 ha. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********10 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, müraciətinizlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivində saxlanılan Qax rayonu Əmircan kəndində torpaq islahatı ilə əlaqədar püşkatma ardıcıllığı siyahısından qeyd edilən hissədən çıxarışın qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş surəti sizə təqdim edilir. Eyni zamanda bildirilir ki, elektron bazada və arxivdə Qax rayonu Əmircan kəndində zəbt torpaq sahəsinə görə pay torpağı kimi verilməli olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hansı əmsalla azaldılması barədə hər hansı bir məlumat aşkarlanmadı. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Qax rayonu Əmircan Bələdiyyəsinin 90 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Əmircan kəndi ərazisində X8 torpaq bölgüsü zamanı torpaq almaq hüququ olan hər bir subyektə torpaq sahəsi 0.66 ha olmaqla verilmişdir. Yalnız "Balqurtan" adlanan sahə İ kateqoriya torpaqlarına aid olduğu üçün həmin sahə 0.59 ha olmaqla verilmişdir. İslahat komissiyasının torpaq bölgüsündən əvvəl vətəndaşların istifadəsində olan zəbt torpaq sahələri ümumi hər bir subyektə düşən torpaq normasından 0.66 ha olmaqla hesablanaraq çıxılmış, qalan hissə açıq sahədən verilmişdir.

Əsaslandırma hissəsi

İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. İşin gerçək hallarından görünür ki, iddiaçı torpaq islahatı aparılan zaman Qax rayonu Əmircan kəndində adam başına düşən torpaq normasının 0.66 ha olmasını, islahat vaxtı onların 4 nəfər ailə üzvü olmasını, onlara 2.41 ha torpaq sahəsi vermək əvəzinə, zəbt 0.64 ha və JN 0117 saylı KOD ******* olan Dövlət Aktında göstərilən 1.09 hektar torpaq sahəsi verilməsini, lakin naməlum səbəblərdən 0.71105 ha torpaq sahəsinin kəsir verilməsini, torpaq islahatı aparılan vaxtdan indiyə kimi onlara kəsir olaraq verilməmiş torpaq sahəsinin də faktiki olaraq istifadə etdiyini və hazırda da istifadələrində 2.41 ha torpaq sahəsi olduğunu bildirmiş və kəsr olaraq verilməmiş 0.71105 ha torpaq sahəsinə çıxarış almaq üçün DƏDRX-in 12 saylı X28 müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx xxxxxx 2018-ci il tarixli **********34 nömrəli məktubu ilə bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qərar qəbul edərək iddiaçının iddiasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “0,71105 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. 8.0-cı maddəsində deyilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1- maddəsinə görə, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1-ci maddəsinə görə, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə görə, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə görə, çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1-ci maddəsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2-ci maddəsinə görə, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.4-cü bəndinə görə, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd sayılır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, daşınmaz əmlakın mülkiyyət kimi qeydə alınması üçün əsas bu Qanundan irəli gəlməlidir. Daşınmaz əmlakın dövlət reyestri idarəsi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundan irəli gələn əsas müəyyən edilmir. Bundan başqa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin(ailənin) xüsusi mülkiyyətinə verilir. 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X17, Naxçıvan Muxtar Respublikası X17, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerliX8 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X14 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X14 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X17 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X8 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət X17, Naxçıvan Muxtar Respublikası X17, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilmiş və adlarına JN seriyalı 0117 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, JN seriyalı 010F nömrəli nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. İşdə olan mütəxəssis rəyindən də görünür ki, JN seriyalı 0117 saylı KOD 40310018 olan dövlət aktında göstərilən 1.09 ha pay torpaq sahəsi iddiaçılar tərəfindən x xxxxxxx 2010-cu il tarixində AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən digər subyektə satılmışdır. Bu halı iddiaçı özü də təsdiqləmişdir. Halbuki, iddia ərizəsində iddiaçı halhazırda istifadəsində 2.41 ha torpaq sahəsi olmasını qeyd etmişdir. Habelə mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, iddiaçı 0,71105 ha deyil, 1.01 ha torpaq sahəsindən istifadə edir. Göründüyü kimi, iddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Əksinə Qax rayonu Əmircan Bələdiyyəsinin 28 nömrəli xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, iddiaçının istifadəsində olan tələbində qeyd etdiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur. Bundan əlavə iddiaçının 0,71105 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə bağlı kollegiya qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu nə məhkəmə kollegiyasının iclasında, nə də birinci instansiya məhkəməsinin araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, aqrar islahatı zamanı iddiaçı və onun ailə üzvlərinə əkin və həyətyanı torpaq sahələri verilmiş və adlarına mülkiyyət sənədləri tərtib edilmişdir. İddiaçı istifadəsində olan və faktiki olaraq Əmircan Bələdiyyəsinə məxsus olan sözügedən torpaq sahəsinin əldə edilməsi üçün Əmircan Bələdiyyəsinə müraciət etmək yerinə hazırkı iddianı qaldırmışdır ki, onun iddiasının təmin edilməsi üçün də qanuni əsaslar müəyyən edilmir. Cavabdeh inzibati orqan idiaçının tələbinə münasibətdə qanunazidd hərəkətlər etməmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DƏDRX-in 12 saylı X31 İddiaçı Qax rayonu Əmircan kəndində yerləşən 0,71105 ha torpaq sahəsinin onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarış verilməsi haqqında müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:

Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-324/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar