Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-15/2022 25.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə və üçüncü şəxs X19 qarşı (Açar sözlər: İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının, Cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6, Üçüncü şəxs - X14 nümayəndəsi Nümayəndə, eyni zamanda üçüncü şəxsin vəkili Abbasov Nəvaid oğlunun iştirakları ilə, İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə və üçüncü şəxs X19 qarşı “X14 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)- 149/2021 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Göyçay Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 172 nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir.
2. Sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir.
3. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X3 və onun ailə üzvlərinin mülkiyyətinə 1.11 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-572, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Dövlət aktı ilə rəsmiləşdirilmişdir.
4. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X22 və onun ailə üzvlərinin mülkiyyətinə 1.00 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-573, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Dövlət aktı ilə rəsmiləşdirilmişdir.
5. X22 xx.xx.2001-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X23 və X24 mərhumun vərəsələri olaraq müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış tərtib edilmişdir.
6. Göyçay RAİK-nin 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 0.91 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-574, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Dövlət aktı ilə rəsmiləşdirilmişdir.
7. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş 12 aprel 2011-ci il tarixli alqısatqı müqaviləsinə əsasən JN-572, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Dövlət aktı ilə Göyçay rayon Potu kənd sakini X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 hektar torpaq sahəsi X1, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış və AA 004004 nömrəli planölçü sənədi tərtib edilmişdir. Sonradan Ş.Həsənova həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında X2.
8. Göyçay rayon Notariat Kontorunda 25 may 2011-ci il tarixli təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən JN-573, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Dövlət aktı ilə və MA-seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Göyçay rayon Potıı kənd sakinləri X23 və X12 mülkiyyətinə verilmiş 1.00 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan X1, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən X7 adına MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarış və AA 004143 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə X2.
9. Göyçay rayon Notariat Kontorunda 07 iyun 2012-ci il tarixli təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən JN-574, KOD 40812018 saylı "torpağın mülkiyyət hüquqna dair" Göyçay RAİK-nin ilə Göyçay rayon Potu kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.91 hektar torpaq sahəsi ünvan 2 ünvanda yaşayan Yaqubov (Həsənov) Zeynal Dadaş oğluna satılmış, DƏDRX-nin 16-saylı Ərazi İdarəsi tərəfindən Yaqubov (Həsənov) Zeynal Dadaş oğlunun adına MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarış və A seriyalı 262097 nömrəli xx.xx.2018-ci il tarixli plan-ölçü sənədi tərtib edilmişdir. X5 xx.xx.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.91 ha torpaq sahəsini X2.
10. X14 alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrinə onun mülkiyyət hüququ dövlət reyestrində **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış və onun adına xx.xx.2019cu il tarixli çıxarış və A seriyalı 370056 nömrəli xx.xx.2019-cu il tarixli plan-ölçü sənədi tərtib edilmişdir.
11. İddiaçı Göyçay rayonu, Potu kəndi ərazisində yerləşən onun qanuni istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
12. Cavabdeh iddiaçıya ünvanladığı 03 iyul 2020-ci il tarixli, **********86 saylı daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdə göstərmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən həmin torpaq sahəsinin digər mülkiyyətçiyə məxsus kənd təsərrüfatı təyinatlıtorpaq sahəsinə verilmiş **********60 və **********21 reyestr nömrəli torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyündən ərizənin icrasından imtina olunur.
13. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək üçüncü şəxsin mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq ahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus 0.08 hatorpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdehin iddiaçıya ünvanladığı 04 avqust 2020-ci il tarixli, **********12 saylı məktubunda göstərilmişdir ki, X14 (üçüncü şəxs) mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir. Hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
15. İddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı işin yuxarıda göstərilən faktiki əsaslarından (1-6-cı bəndlər) çıxış edərək iddia tələbini əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, iş üzrə üçüncü şəxs X28 iddiaçının qardaşı X38, X34 və X8 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir.
17. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********43 nömrəli etiraz məktubunda qərarın 11 və 13-cü bəndlərində göstərilənləri təkrarlayaraq göstərmişdir ki, DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. İdarə torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili və üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişlər.
21. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 03 iyun 2021-ci il tаrixli, 2- 1(116)-149/2021 saylı qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
22. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 8.0.1, 8.0.5, 13.11, 16.2, 23.1-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10 və 21-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
23. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətlərinin dəlilləri
24. Üçüncü şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Şəki inzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İlk əvvəl qeyd edir ki, X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 kordinatlar Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin kordinatları deyil, X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin X29 qanunsuz olaraq zəbt etdiyi 0.17 ha hissəsinin kordinatlarıdır. Göyçay rayon RİHB-nın Baş Memarı İ.Süleymanovun, Göyçay rayon Potu kənd Bələdiyyəsinin sədri Z.İbrahimovun və Göyçay RİHB-nın Potu kənd İƏD üzər nümayəndəsi N.Vəliyevin torpaq sahəsinin koordinatlarının müəyyən etmək səlahiyyəti yoxdur, nə dəki texniki imkanları yoxdur. İddiaçı iddia ərizəsində bir neçə müxtəlif tələbləri birləşdirmiş, həmin tələblərdən biri ümumi məhkəməyə, digər isə inzibati məhkəməyə aid olmasına baxmayaraq, Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov iddia tələbinin "X19 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi" ümumi məhkəməyə aid olan hissəsini qanunsuz olaraq araşdırmış və bununla da iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericliyin tələblərini pozmuşdur. Həmçinin qeyd edir ki, inzibati məhkəməyə aid olmayan tələb barədə iddia ərizəsini mümkün saymamalı olduğu halda, Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov qanunsuz və əsassız olaraq iddianı mümkün sayaraq icraata qəbul edib mübahisəyə mahiyyəti üzrə baxmışdır. Məhkəmə iddia mümkün olmadığı halda, qanunsuz və əsassız olaraq üçüncü şəxs X19 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin qanuniliyini lüzumsuz olaraq yoxlamışdır. "X21" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021 -ci il tarixli rəydə Göyçay rayonu, Ə.Kərim adına kolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin naturada istifadə vəziyyəti ilə ilkin ayrıc aktında göstərilən sərhədlərlə üst-üstə düşməməsinin dəqiq müəyyən edilməməsi onunla sübut olunur ki, iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsinin yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc-aktında (həmin akt Fəxriyyə Əzizovanın imzası ilə təsdiq edilmişdir) torpaq sahəsinin Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşməsini təsdiq edən istinad nöqtəsi göstərilmişdir. Belə ki, ilkin ayrıc-aktında X15 ayrılan torpaq sahəsi 20X30 olmaqla ölçülərək onun özünə təhvil verilmiş, bu barədə akt tərtib edilmiş, həmin akta əsasən X15 ayrılan torpaq sahəsi şimaldan yol yeri, şərqdən qonşu Əzizov Babək, cənubdan əkin sahəsi və qərbdən əkin sahəsi olmaqla Göyçay rayonu Potu kəndində həyətyanı massivində yerləşir. **********21 reyestr nömrəli çıxarışa əsasən X14 mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi isə Göyçay rayon Potu kəndində əkin massivində yerləşir. X14 mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi ilə Əli Kərim adına kolxozun 11 iyun 1996-cı il tarixli 11 saylı müvəkillər yığıncağının qərarına əsasən (X25 da olmaqla) 24 nəfər Potu kənd sakinlərinə ayrılan 1,48 ha torpaq sahəsinin arasından kənd-daxili yol keçir. Göründüyü kimi, "X21" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli rəy qanunsuzdur, həqiqəti əks etdirmir, həmin rəy işin faktiki hallarına uyğun deyil, həmin rəy mötəbər sübut kimi və ekspert rəyi kimi qiymətləndirilə bilməz, başqa sübutlarla ekspert rəyi təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar düzgün həll edilməmiş, müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən bilə-bilə yalan rəy verilmişdir. Hesab edirəm ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməlidir. Hesab edir ki, hazırkı mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan plan-ölçü sənədi alqı-satqı müqavilələrinin nəticəsi olduğundan hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarı ləğv olunmalıdır. Belə ki, məhkəmə tərəfindən araşdırmaq vəzifəsi tam şəkildə yerinə yetirilməmişdir. X14 mülkiyyətində olan 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı kateqoriyasına, Göyçay rayonu “Ə.Kərim” adınakolxozun xx.xx.1996-cı il tarixli, 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi isə yaşayış məntəqəsi kateqoriyasına aid torpaq sahəsidir. İddiaçının hüquqlarının qeydiyyata alınması öhdəliyi qoyulmuş torpaq sahəsinin kateqoriyası müəyyən edilmədən öhdəlik qoyulmuşdur. X14 mülkiyyətində olan 3.0234 ha torpaq sahəsinə dair əvvəlki mülkiyyətçilərin sənədləri ləğv edilmədən, X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Ekspert kimi rəy vermiş “X21" MMC-nin sübut kimi mötəbərliyi şübhə doğuran rəyinə istinad olunaraq, öhdəlik qoyulmuşdur. Belə ki, “X21" MMC-nin istifadə etdiyi baza məlumatlarının mənbəyi məlum deyil. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Odur ki, həmin məhkəmə tərəfindən qəbul olunmuş 03 iyun 2021-ci il tаrixli, 2-1(116)- 149/2021 saylı qərar ləğv olunmasını və iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişlər.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X13 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə və üçüncü şəxsin vəkili Abbasov Nəvaid oğlu özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızı verilmiş apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X28 hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətləri vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdeh və üçüncü şəxsə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayətlər formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində tələb göstərilmişdir.
V. Tətbiq edilən hüquq
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Maddə 8.0.5. Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Maddə 13.11. Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
34. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə. (qüvvədən düşüb) 1-ci bənd. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
37. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilən 260577 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 iddiaçı X25 ilə nikah bağlamışdır. İddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir.
40. İddia ərizəsinə surəti əlavə edilən xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 3-cü şəxsin xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixil hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu İl tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən 3-cü şəxsin xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən edilmədiyindən qərardadın sualının cavablandırılması mümkün olmadı. Qeyd: Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X18 X32nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır.
41. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(046)-1726/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilən 30439 nömrəli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-X36 LTİ-nin mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur. Ekspertizaya təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X36 LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **********21 nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 3.0282 ha torpaq sahəsinin 0.17 ha hissəsi cavabdeh X38 tərəfindən, 0.11 ha hissəsi X11 tərəfindən, 0.27 ha hissəsi X34 tərəfindən istifadə edilir. Göyçay rayonu, Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən olunmur. xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsinə gedən su yolunun cavabdehlər tərəfindən tutulub-tutulmaması mütəxəssis tərəfindən cavablandırılmadığı üçün qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır.
42. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli, 33/3968 nömrəli məktubundan görünür ki, iş üzrə üçüncü şəxs X14 dövlət sərhəddində hərəkət istiqaməti aşağıda göstərildiyi kimi olmuşdur: xx.xx.2017-ci ildə çıxış, xx.xx.2018-ci il tarixdə giriş, xx.xx.2018-ci il tarixdə çıxış, xx.xx.2019-cu il tarixdə giriş, xx.xx.2019-cu ildə çıxış, xx.xx.2020-ci ildə giriş, xx.xx.2020-ci ildə çıxış.
43. İş materiallarında olan Azərbaycan Respublikası “X21” MMC-nin xx.xx.2021-ci il tarixli, 179 nömrəli ekspert rəyində qeyd edilir ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında naturada və ərazinin ümumi xəritəsi üzərində aparılan ekspertiza tədqiqatı nəticəsində iddiaçıya Göyçay rayonu "Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Həmin hissə AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan ortofoplanda aydın şəkildə göstərilmişdir. - X10 əsasən (islahat dwg) X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. - Qeyd: xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. - Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. - İş materiallarına əlavə edilən JN-572, JN-573 və JN-574 saylı Dövlət Aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu kimi Dövlət Aktlarının məlumatlarını yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanallların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır. - İddiaçıya Göyçay rayonu "Ə.Kərim" adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının faktiki istifadə etdiyi 0.2350 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. - Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - X14 mülkiyyətində olan, həmçinin iş materiallarına əlavə olunan **********21 reyestr nömrəli çıxarış və onun plan-ölçü sənədində qeyd olunduğu kimi, 3.0234 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, uqodiyası əkin olmaqla kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. - X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi digər sahələrdən fiziki sərhədlə ayrılmamışdır.
44. Apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 mart 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
45. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunur ki: - Qərardadın birinci sualı üzrə: X15 verilmiş 0.08 ha torpaq sahəsinin sxematik planı"nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 m2 hissəsinin X17 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0224 ha torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edildi. - Qərardadın ikinci sualı üzrə: X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli "Torpağa Mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edildi. - Qərardadın üçüncü sualı üzrə: “X15 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 12 kv.m hissəsinin “G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində” JN-573 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə, 701 kv.m hisəsinin isə JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. - Qərardadın dördüncü sualı üzrə: 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ərazidə sənədlər işlənərkən torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmadı. - Qərardadın beşinci sualı üzrə: “X15 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin digər torpaq sahələrindən ancaq qərb istiqamətindən çəpərlə ayrılması müşahidə edildi. - Qərardadın altıncı sualı üzrə: "X15 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik plan”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində" kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid otmaqla əkin uqodiyalı, elektron bazada təqdim olunan, "X18 X32"ndə isə sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla uqodiyası tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edildi. - Qərardadın yeddinci sualı üzrə: X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquluşu layihəsində" kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı olduğu müəyyən olundu. - Qərardadın səkkizinci sualı üzrə: X14 adına olan plan və ölçü sənədində və ilkin sənədlərdə, yəni JN-572, JN- 573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında göstərilən torpaq sahələrinin yer quruluşunun, konfiqurasiyasının, plan və ölçüsünün "G.Əsədov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində" X14 nümayəndəsinin naturada göstərdiyi və faktiki istifadə etdiyi 2.83 ha torpaq sahəsinin 2.24 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. - Qərardadın doqquzuncu sualı üzrə: X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin digər sahələrdən fiziki sahələrdən fiziki sərhədlə ayrılmadığı müəyyən edildi.
46. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 3cü şəxs tərəfindən JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri alqı-satqı ilə əldə edildikdən sonra onun adına çıxarış və müvafiq plan ölçü sənədi tərtib olunmuş, bundan sonra hazırki iddiaçı ilə onun arasında mülki məhkəmə icraatı qaydasında mübahisə yaranmışdır. Halbuki 3-cü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də X14 mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
47. Göründüyü kimi, cavabdeh inzibati orqan ləğvi tələb olunan torpaq sahəsinin planı və ölçüsü sənədini tərtib edərkən “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üstüstə düşmə halını araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Həmin sənəd tərtib olunarkən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır.
48. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin mötəbər olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə “X21" MMC tərəfindən verilmiş rəyin əsas parametrləri ilə üst-üstə düşür. Belə ki, hər iki rəydə elektron baza məlumatlarında iddiaçıya verilmiş torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla uqodiyası tikinti altında olan torpaqlar kimi qeyd olunduğu göstərilmişdir.
49. Digər tərəfdən işə materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 30439 nömrəli ekspert rəyindən görünür ki, Göyçay rayonu, Potu kəndində yerləşən xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən X14 xüsusi mülkiyyətində olan 3.0262 ha torpaq sahəsi sonuncunun göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. İddiaçının mülkiyyətinə verilmiş xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində tikililər mövcuddur.
50. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 10/5065 nömrəli və 19 mart 2020-ci il tarixli, 30439 nömrəli ekspert rəyləri bir-birini tamamladığından məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut növü kimi qəbul edir.
51. O da nəzərə alınmalıdır ki, iddiaçıya həyətyanı torpaq sahəsi 1996-cı ildə, JN- 572, JN-573 və JN-574 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarında göstərilən torpaq sahələri isə 1998-ci ildə verilmişdir.
52. Məhkəmə kollegiyası üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin “X19 məxsus 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ləğv edilməsi” tələbinin ümumi məhkəməyə aid olması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı torpaq sahələrinin alqı-satqısına dair bağlanmış müqavilələr əsasında cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş plan və ölçü sənədində əks olunmuş döngə nöqtələrinin koordinatlarını mübahisələndirir. Həmin mübahisə isə birbaşa cavabdeh inzibati orqanın fəaliyyətindən yarandığından ona inzibati icraat qaydasında baxılmalıdır.
53. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir.
54. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir.
55. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir.
56. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür.
57. “Pаyn Vеlli dеvеlоpmеnts Ltd” şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir.
58. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə X14 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun xx.xx.1996-cı il tarixli 11 nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs X14 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tаrixli, 2-1(116)-149/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov