Məhkəmə qərarları › İş №2-1(107)-150/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-150/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-150/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyatyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-24/2019 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamədə İsmayıllı rayon X8 xx.xx.1999-cu il tarixli 99 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilməsi və şəhadətnamənin 18540 nömrə ilə qeydə alınması göstərilmişdir. Eyni zamanda, X5 adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, İsmayıllı rayon X8 xx.xx.1999cu il tarixli 99 nömrəli qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamənin 18230 nömrə ilə qeydə alındığı göstərilmişdir. İddiaçı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********14 nömrəli məktubla imtina edərək bildrmişdir ki, şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmamışdır. Müəyyən edilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Həmçinin JN seriyalı 429 A nömrəli başqa vətəndaşa məxsus şəhadətnamə mövcuddur. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuş və islahat aparılan zaman əvəzsiz mülkiyyətinə verilməklə adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli **********68 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, ərazi idarəsinin arxivində JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X5 da adına mövcuddur. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı DƏDRX-in 9 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********95 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı adına hazıranmış JN-429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri başqa-başqa ərazilərdə yerləşir və subyektlərin adlı siyahısında 429 nömrə ilə başqa vətəndaşın adı qeyd olunmuşdur. İddiaçnın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Bundan başqa iddiaçının adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyat aparılmış və əslinin bir nüsxəsi arxivdə mövcuddur. Bundan əlavə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə Kifayət Məmmədovanın faktiki istifadəsində olan torpaq sahələri arasında 711 metr məsafə vardır. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına hazırlanmış şəhadətnamə elektron baza xəritələrində öz əksini tapmamışdır. Həmin şəhadətnamə subyektlər siyahısında X1 adınadır. İddiaçı adına hazıranmış JN-429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəmərkəzin elektron bazasında öz əksini tapmadığından qeyd olunan 0,12 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İddiaçınn faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlanmamış və torpaq sahəsinin daxilində hər hansı tikili mövcud deyildir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-24/2019 nömrəli qərarı ilə iddia rədd edilmiş, mütəxəssisə ödənilməli olan 77,40 (yetmiş yeddi manat qırx qəpik) manat haqqın məbləğinin İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalbank ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37 NABZ ********************,Benefisiarın hesabı: AZ23AİİB ********************) ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyаsının xx xxxxxxx 2020-ci il tarixli 2-1(107)-301/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 24/2019 nömrəli qərarı ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin qoyulması, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mütəxəssisə ödənilməli olan 77,40 (yetmiş yeddi manat 40 qəpik) manat və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəsis rəyinin dəyəri olan 67,20 (altmış yeddi manat 20 qəpik) manat haqqın məbləği İddiaçı tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalbank ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın Hesabı: AZ23AİİB********************) ödənilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibаti-İqtisаdi kollegiyаsının xx xxxxxxx 2020-ci il tarixli 2-1(107)-301/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən kassasiya şikayəti verilmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-247/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(107)-301/2019 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-24/2019 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsinixahiş etmişdir. tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 24/2019nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X9, X6 məhkəmə iclasına gəlməmiş, İsmayıllı rayonu Diyallı Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Həmin sənədlərə İddiaçı və X5 adlarına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamələr, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi və xx.xx.2018-ci il tarixli **********31 nömrəli məktub, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli **********14 nömrəli imtina məktubu, xx.xx.2018-ci il tarixli **********68 nömrəli etirazı və xx.xx.2018-ci il tarixli **********95 nömrəli məktubu, X2 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surəti, xx.xx.2013-cü il tarixli texniki pasportun surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi və İsmayıllı rayonu Diyallı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, İsmayıllı Rayon Dövlət Arxivindən verilən xx xxxxxx 2020-ci il tarixli məktub və İsmayıllı Rayon Diyallı Bələdiyyəsindən məhkəməyə təqdim edilən xx xxxxxx 2020-ci il tarixli məktub daxildir. əsaslandırma hissəsi: İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İnzibati-Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-247/20 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(107)-301/2019 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-247/20 nömrəli qərarında qeyd edir ki, , mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, apellyasiya məhkəməsinin özünün də qərarında göstərdiyi kimi iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. O, sözügedən torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 2006-cı ildə qeydiyyata alınmış JN seriyalı 429 A nömrəli Şəhadətnaməni təqdim edir. Cavabdeh isə JN seriyalı 429 A nömrəli Şəhadətnamənin elektron baza xəritəsində öz əksini tapmaması, torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması, həmçinin, JN seriyalı 429 A nömrəli başqa vətəndaşa məxsus şəhadətnamənin mövcud olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir, bununla da, JN seriyalı 429 A nömrəli Şəhadətnamənin mötəbərliyini şübhə altına alır. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şəhadətnamənin mötəbərliyinin şübhə doğurmadığı ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, şəhadətnamə həmin dövrdə mövcud olmuş və müvafiq inzibati funksiyaları yerinə yetirmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə ləğv edilməmiş və ya etibarsız hesab olunmamış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci maddələrində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığının və şəhadətnamənin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğunun təsbit edilməsinə baxmayaraq həmin sənədlərin mötəbərliyi ilə bağlı ciddi dəlillər olduqda məhkəmənin sənədin mötəbərliyinə dair şübhələri aradan qaldırmaq üçün müvafiq araşdırma aparmaq vəzifəsi yaranır. Məhkəmənin bu vəzifəsi İPM-in 12.1 və 82-ci maddələrinin tələblərindən irəli gəlir. Bu mənada, məhkəmə ilk növbədə iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-429 A seriyalı, KOD 40707005 nömrəli şəhadətnamənin verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədin mövcudluğunu və orada şəhadətnamədə göstərilən ölçüdə torpağın ona ayrılıb-ayrılmadığı ilə bağlı halları araşdırmalı idi. Şəhadətnamədən müəyyən edilir ki, iddiaçıya 0,12 ha torpaq sahəsi İsmayıllı rayon X8 xx.xx.1999-cu il tarixli, 99 nömrəli qərarı ilə ayrılmışdır. Belə olan halda, məhkəmə X8 həmin qərarını və onunla bağlı Yerli X8 qərarını əldə etməklə onları tədqiq etməli və sözügedən sənədlərdə həqiqətən də iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılıbayrılmadığını müəyyən etməlidir. Apelyasiya məhkəməsi iddianı təmin edərək JN seriyalı 429 A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyini cavabdehin üzərinə qoysa da, nəzərə almamışdır ki, bu zaman hüquq müəyyənedici sənəd kimi çıxış edən JN seriyalı 429 A nömrəli şəhadətnamə subyektlər siyahısında başqa şəxsin - X1 (X9 nəzərdə tutulmaq istənmiş) adınadır. Məhkəmə bunun səbəblərini aydınlaşdırmamışdır. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamədə İsmayıllı rayon X8 xx.xx.1999-cu il tarixli 99 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilməsi və şəhadətnamənin 18540 nömrə ilə qeydə alınması göstərilmişdir. Eyni zamanda, X5 adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, İsmayıllı rayon X8 xx.xx.1999-cu il tarixli 99 nömrəli qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamənin isə 18230 nömrə ilə qeydə alındığı göstərilmişdir. Apellyasiya məhkəməsi eyni nömrəli şəhadətnamələrin verilməsinin səbəblərini müəyyənləşdirməyə yönəlmiş zəruri araşdırmanı da aparmamışdır. Məhkəmə yalnızca ona istinad etmişdir ki, X5 nümayəndəsi X17 izahatında bildirmişdir ki, iddiaçıya verilən torpaq sahəsi ilə onların hazırda istifadə etdikləri torpaq sahəsi eyni nömrəli şəhadətnamələr əsasında verilsə də, tamamilə ayrı-ayrı torpaqlardır və həmin torpaqların arasındakı məsafə 734,49 metrdir. X7 verilən torpaq sahəsini hazırda istifadə edirlər və iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması X5 hüquqlarını pozmur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə mövcud faktiki vəziyyətdən çıxış etməklə iddianı təmin etməkdə haqlı deyildir. Çünki torpaq sahəsinə dair hüququ qeydə ala bilmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslardan hər hansı biri mövcud olmalıdır. İddiaçı hazırkı halda belə hüquqi əsas kimi Torpağın mülkiyyətə verilməsinə dair JN-429 A seriyalı, KOD 40707005 nömrəli şəhadətnaməyə istinad edir. Odur ki, məhkəmə həmin şəhadətnaməni hüquq müəyyənedici sənəd kimi qəbul edirsə, o halda, məhz həmin şəhadətnaməyə əsasən ayrılmış sahənin naturada mövcud olub-olmadığını, harada yerləşdiyini, eləcə də hər hansı başqa şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməlidir. Bununla bağlı iş üzrə keçirilmiş mütəxəssis rəylərində göstərilmişdir ki, iddiaçının adına hazırlanmış JN-429 A nömrəli şəhadətnamə elektron bazada öz əksini tapmadığından orada göstərilən 0,12 ha torpaq sahəsinin yerini, eləcə də sənəd üzrə torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahənin koordinatlarının üstü-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Beləliklə, apellyasiya məhkəməsi iddianı təmin edərək JN seriyalı 429 A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınmalı olduğunu bildirsə də, faktiki olaraq həmin şəhadətnamədə göstərilən torpağın naturada harada yerləşdiyi ilə bağlı məsələ müəyyən olunmamış qalmışdır. Ehtimal etmək olar ki, məhkəmə şəhadətnamədə göstərilən sahənin iddiaçının faktiki istifadəsində olan sahə ilə eyni olduğunu qəbul etmişdir. Əgər belədirsə, məhkəmə bununla bağlı öz mövqeyini, yəni nəyə görə faktiki istifadədə olan sahə ilə şəhadətnamədə göstərilən sahələrin eyni sahələr olduğu nəticəsinə gəldiyini və bu zaman hansı hüquq normalarına istinad etdiyini aşkar şəkildə bildirməklə əsaslandırmalı idi. Lakin apellyasiya məhkəməsi belə bir əsaslandırma aparmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh bildirir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir, örüş sahə isə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alına bilməz. Məhkəmə bu dəlildən irəli gələn lazımi araşdırmanın və qiymətləndirmənin aparılmasını da təmin etməmişdir. Məhkəmə yalnızca İsmayıllı rayonu Diyallı Bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 152 nömrəli arayış istinad edərək göstərmişdir ki, həmin arayışda qeyd edilir ki, JN seriyalı 429 A nömrəli Şəhadətnamə ilə iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir və sənədləşdirilməsinə heç bir etirazları yoxdur. Bununla bağlı olaraq isə kollegiya ilk növbədə qeyd edir ki, həmin arayış özü-özlüyündə iddiaçının tələbini təmin etmək üçün hüquqi əsas kimi çıxış etmir. Eləcə də, bu arayışa istinad torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması ilə bağlı dəlildən irəli gələn araşdırmanın aparıldığı nəticəsini də doğurmur. Nəzərə almaq lazımdır ki, bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsinin qanunvericiliklə nəzərdə tutulmuş xüsusi qaydası vardır və həmin qaydalara riayət edilməklə ayrılmış sahələrə münasibətdə mülkiyyət hüququ əldə edilə bilər. İşin hallarından isə görünür ki, Diyallı Bələdiyyəsi tərəfindən verilmiş arayışda sahənin bələdiyyə mülkiyyətində olub-olmadığı məsələsinə aydınlıq gətirilməmiş, Bələdiyyə nəyə əsasən sahəni iddiaçının mülkiyyətində olan sahə kimi qəbul etdiyini göstərməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdır. Belə ki, məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçının adına hazırlanmış JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmamış, torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir və JN seriyalı 29 A nömrəli başqa vətəndaşa məxsus şəhadətnamə mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin maddənin 2-ci hissəsinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları) daxildir. 3-cü hissəsinə görə, kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, örüş sahələri bələdiyyə mülkiyyəti olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin torpaqlar xüsusi mülkiyyətə verilə və bu torpaqlardan başqa təyinat üzrə istifadə edilə bilməz. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın xx.xx.2018-ci il tarixli **********95 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının adına hazıranmış JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi başqa-başqa ərazilərdə yerləşir. Subyektlərin adlı siyahısında 429 nömrə ilə başqa vətəndaşın adı qeyd olunmuşdur. İddiaçnın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. İddiaçının adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyat aparılmış və əslinin bir nüsxəsi arxvidə mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə Kifayət Məmmədovanın faktiki istifadəsində olan torpaq sahələri arasında 711 metr məsafə vardır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına hazırlanmış şəhadətnamə elektron baza xəritələrində öz əksini tapmamışdır. Həmin şəhadətnamə subyektlər siyahısında X1 adınadır. İddiaçı adına hazırlanmış JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mərkəzin elektron bazasında öz əksini tapmadığından qeyd olunan 0,12 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlanmamış və torpaq sahəsinin daxilində hər hansı tikili mövcud deyildir. Mübahisənin tam və hərtərəfli araşdırılması üçün mübahisə predmeti olan şəhadətnamənin verilməsinə əsas olan İsmayıllı rayon AİK-in xx.xx.1999-cu il tarixli 99 nömrəli qərarının və İsmayıllı rayon Diyallı kəndindən torpaq payı alacaq subyektlər siyahısının iddiaçıya aid hissəsindən çıxarışın məhkəməyə təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********31 nömrəli məktubla bildirmişdir ki, Xidmətin və tabeliyində olan Kadstr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin arxivində adı qeyd olunan məlumatlar aşkar edilməmişdir. Həmçinin apellyasiya məhkəməsin araşdırması zamanı Azərbaycan Respublikası Milli X15 Rayon İcra Hakimiyyəti İsmayıllı Rayon Dövlət Arxivindən məhkəmə kollegiyasına təqdim edilən xx xxxxxx 2020-ci il tarixli 34 nömrəli məktubdan görünür ki, İsmayıllı rayon X12 fəaliyyət dövrünün sənədləri Arxiv fonduna təhvil verilməyib. Ona görə də X4 İsmayıllı rayon X8 xx xxxx 1999-cu il tarixli 99 nömrəli qərarı əsasında verilmiş JN seriyalı 429A nömrəli şəhadətnamənin verilməsi barədə sənədlərdən çıxarış verə bilmirik. Qeyd: İsmayıllı rayon X8 sənədlərinin harada olması barədə məlumatımız yoxdur. Həmçinin apellyasiya məhkəməsin araşdırması zamanı İsmayıllı Rayon Diyallı Bələdiyyəsindən təqdim edilən xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, məktubda qeyd olunan X3 adına olan JN seriyalı 429A nömrəli şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 12ha həyətyanı torpaq sahəsi bələdiyyə yaranan ildən (2000-ci) örüş kimi balansa verilmişdir. Qeyd: xx xxxx 1999-cu ilin X8 99 saylı qərarına əsasən X4 verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi 2006-cı ildən hal-hazırkı dövrə qədər vətəndaşın istifadəsindədir. Həmçinin apellyasiya məhkəməsin araşdırması zamanı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İDarəsi tərəfindən verilən xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan İsmayıllı rayon AİK-nın 28.06.199-cu il tarixli 99 nömrəli qərarı və X5 və İddiaçı adlarına ayrılıqda hazırlanmış JN-429A nömrəli, KOD 40707005 seriyalı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilmiş Dövlət Torpaq və Kəritəçəkmə Komitəsi tərəfindən tərtib edilməsinə əsas olmuş sənədlər Xidmətin 9 saylı X16 saxlanılmır. Əlavə olaraq bildiririk ki, “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin tərtib edilməsinə əsas olan sənədlər barədə Xidmətin 9 saylı X16 məlumat mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət aparılır. 15.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər: Qanunvericiliyin tələbini və işin faktiki hallarını müqayisəli təhlil edən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 429 A nömrəli şəhadətnamə hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Belə ki, həmin şəhadətnamə elektron baza xəritələrində öz əksini tapmamış, həmin şəhadətnamə subyektlər siyahısında başqa şəxsin adına olmaqla sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Örüş sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alına bilməz. Eyni zamanda müəyyən olunduğu kimi JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə dublikat olmaqla eyni kod və eyni nömrə ilə şəhadətnamə X5 adına tərtib edilmiş və sonuncunun adına olan şəhadətnamə xəritədə öz əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının adına tərtib edilmiş JN seriyalı 429 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onu tərtib edən qurumun vəzifəli şəxslərinin əsassız hərəkətləri nəticəsində tərtib olunmuşdur ki, şəhadətnamə hüquqların dövlət qeydiyyatı üçün mötəbər sənəd deyildir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpellyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 24/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri S.Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikаyət verilə bilər. Qərardan şikayət verilməzsə, onun təqdim olunduğu gündən 30(otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar