Məhkəmə qərarları › İş №2-1(107)-150/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-150/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-150/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “dövlət büdcəsi hesabına ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 8000 manat vəsaitin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə kollegiyasının iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçının anası X4 rayonu, Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki AİK-nın xx xxxxxx 1998-ci il tarixli 59 saylı Qərarı ilə digər beş nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt iddiaçının adı ailə üzvlərinin siyahısında olmasına baxmayaraq ona pay torpağı verilməmişdir. İddiaçı payına düşməli olan 2.48 ha torpaq sahəsi və ya həmin torpaq sahəsinin alınması üçün tələb olunan vəsaitin onun hesabına yatırılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə məktubu aidiyyəti üzrə Şəki Şəhər İcra Hakimiyyətinə göndərmişdir. İddia tələbinə dair cavabdeh orqan tərəfindən münasibət (etiraz) bildirilməmişdir. İş materiallarında olan 257676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. X3, anası X5r. İş materiallarında olan JN-00xx xxx 40401027 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən müəyyən edilir ki, Şəki AİK-nın xx.xx.1998-ci il tarixli 59 saylı Qərarı ilə kənd təsərrüfatı təyinatlı 14.89 hektar torpaq sahəsi X2 və onun ailə üzvlərinin (X12, X10, X13, X14, X8) mülkiyyətinə verilmişdir. İş materiallarında olan X19 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********52 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilən “General M.Əsədov” qəsəbəsində (Turan qəsəbəsi) xx.xx.1996-cı il tarixədək yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahı”sında X2 və onun ailə üzvlərinin (X12, X10, X13, X14, X8) adları qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Dövlət büdcəsi hesabına ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 8000 manat vəsaitin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçının vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili X11 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunun 1, 11.1, 21, 22-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, torpaq payı almaq hüququ olan şəxslərin adlı siyahısında iddiaçının adının olmadığından ona torpaq verilməmişdir. İddia ərizəsi bu şəkildə əsaslandırılmışdır ki, o, xx xxxx 1996-cı ildə Şəki rayonunda anadan olmuşdur. X1r. Atası ilə anasının nikahı olmadığından anasının soyadını daşıyır. X25 rayonu, Turan qəsəbəsində valideynləri ilə birgə yaşadığından Şəki rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 59 saylı qərarı ilə digər 5 nəfər ailə üzvləri ilə birlikdə onlara 14.89 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt onun adı ailə üzvlərinin siyahısında olmuşdur. O da «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunun 12.1-ci maddəsinin 2 -ci hissəsinə istinad edərək göstərmişdir ki, qanun qüvvəyə minən günədək həmin ərazidə qeydiyyatda olmaqla yaşadığından onun də pay almaq hüququ olmuşdur. Dövlət orqanları onun adını adlı Siyahıya salmamaqla qanunsuzluğa yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Dövlət orqanlarının hərəkətsizliyi nəticəsində ona torpaq payı verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin dispozisiyasmı açaraq göstərmişdir ki, deliktə görə məsuliyyətin yaranması üçün 3 əsas ünsürün məcmu halda mövcudluğu olmalıdır. Bu zaman isə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün yardım etmək tələb olunurdusa bu yardımı etməmişdir. Çünki onun tələbi «dövlət büdcəsi hesabına ona verilməmiş, payına düşməli olan 2.48 ha torpaq sahəsinin dəyəri olaraq 80000 manat vəsaitin ona ödənilməsi»ndən ibarət olmuşdur. İş materialları ilə də ona torpaq islahatı aparılarkən orada yaşamağına baxmayaraq adının adlı siyahıya daxil edilməməsi, hazırda da bələdiyyədə ona torpaq ayrılması üçün torpağın olmaması müəyyən olunur. Məhkəmə işin o halına qiymət verməmişdir ki, torpaq islahatı aparılarkən onun adı hansı səbəbdən adlı siyahıya daxil edilməmişdir. İddiaçı, inzibati orqanın hərəkətsizliyini həmin hissədə qanunsuz olmasını hesab etdiyindən hazırki iddianı qaldırmışdır. Məhkəmə isə iddiaçının adının olmamasını əsas gətirərək iddianı rədd etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara 257676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surəti, JN-00xx xxx 40401027 nömrəli “Şəhadətnamə”nin surəti, X19 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********52 nömrəli xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddəsinin 1ci bəndi ilə müəyyən edilmişdir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda pay torpağı verilməmiş şəxslərə həmin torpaq payının əvəzində pul verilməsi nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi torpaq payı almaq hüququ olan şəxslərin siyahısında, həmçinin “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda iddiaçının adı qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-536/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar