Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-150/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X14, X4) qarşı “X14 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1409/017 ha nömrəli planşetlə iddiaçının və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2-1(84)- 626/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
2. Həmin qərardaddan İddiaçı1, onun vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 noyabr 2019-cu il tarixli 2-1(107)-630/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2-1(84)-626/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Həmin qərardaddan İddiaçı1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2-1(102)-315/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 noyabr 2019-cu il tarixli 2-1(107)-630/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyun 2020-ci il tarixli 2- 1(107)-151/2020 nömrəli qərardadı ilə İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2019-cu il tаrixli 2-1(84)- 626/2019 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır.
5. İddiaçılar İddiaçı1, Manayeva (əvvəlki soyadı Şoranova) Səbinə Əli qızının və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər X14, X4) qarşı "X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşdüyü 0,019 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Şəki İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərardadı ilə X17, X5 və X8 2-1(116)-138/2021 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
7. İddiaçılar birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsini, üçüncü şəxs kimi X9, X12, X2, X6 göstərmiş, iddia tələbini isə "X7 və ailə üzvlərinin adına olan JN1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən 0,019 ha hissəsində ləğv edilməsi" kimi ifadə etmişlər.
8. Şəki İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı dəyişdirməsi qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə X14 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 09.12.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərardadı dəyişdirilmiş, X10, X1 və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, aşağıdakılara əsasən Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qərar qəbul edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunur ki, X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli “Torpağa mülkiyyət hüuquna dair dövlət aktı”nın hissəvi ləğv edilə bilməsi üçün həmin dövlət aktının münahisələndirilən hissəsinin qanunsuz olması müəyyən edilməlidir. Həmin dövlət aktında göstərilən torpaq sahəsi mülkiyyətçilərə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmişdir. Beləliklə, hazırkı işdə əsas və həlledici sənəd Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarıdır ki, bu qərar hazırda qüvvədədir, yəni hər bir yuxarı orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan haldə isə, hazırkı iddia mümkün sayıla bilməz. Eyni hüquqi mövqe 2-1(102)-360/2022 nömrəli oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02.02.2022-ci il tarixli qərarında ifadə edilmişdir. Yeni yaranmış Daşınmaz Əmlak mülkiyyət hüququ onun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 0,12 ha həyətyanı torpaq sahəsi RX seriyalı 14662231 nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışın JN-1409 KOD 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1409/0,17 ha nömrəli planşetin onun xüsusi mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsi tələbi ilə müraciət etmişdir. Əgər üçüncü şəxslər X14, X5, X11 JN-1409 KOD 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na Hüquqların Dövlət qeydiyyatından Çıxarış alsalar, bu üst-üstə düşmə olmayacaqdır. Birinci instansiya məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərarı ilə ididaçılar: İddiaçı1, İddiaçı2, X18 iddia tələbi qismən təmin edilmiş, X7 və ailə üzvlərinin adına olan JN-1409/0,17 ha nömrəli planşetinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşdüyü 0,019 ha hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərarı alınmışdır. Məhkəmənin özünün səhvi ucbatından üçüncü şəxslər X7, X10, X1, X3 üçüncü şəxs qismində işə cəlb edilməməsi ilə bağlı (zəruri cəlbetmə) həmin qərar Şəki İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ilə ləğv edilmiş, Şəki İnzibati Məhkəməsinin 09.12.2021-ci il tarixli 2-1(116)-138/2022 nömrəli qərardadı ilə adi cəlbetmə ilə X17 və X11 üçüncü şəxs qismində adi cəlbetmə qaydasında işə cəlb edilmişlər. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2- 1(116)- 14/2022 nömrəli qərardadı ilə X14 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 09.12.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərardadı dəyişdirilmiş, X17, X5, X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir. Bununla əlaqədar olaraq qeyd etmişlər ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı X7 və onun ailə üzvlərinin adına olan JN-1409 KOD 40105018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 1409/0,17 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışında göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,03 ha hissədə ləğv edilməsi qismən təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 23.11.2021-ci il tarixli 2-1(116)-138/2021 nömrəli qərarı çıxarıldığından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli 2-1(102)- 360/2022 nömrəli qərarı isə ondan sonra çıxarıldığından bundan əvvəl olan hüquq münasibətlərinə tətbiq edilə bilməz. Ali Məhkəmənin qərarları isə məcburi yox tövsiyə xarakteri daşıyır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)- 14/2022 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X14, X17, X5 və X11 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə kollegiyasına məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişlər.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 49.1.3. Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: zəruri sənədləri (arayışları, məlumatları) toplamaq. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd).Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd). Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd).
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın hissəvi ləğv edilə bilməsi üçün həmin dövlət aktının mübahisələndirilən hissəsinin qanunsuz olması müəyyən edilməlidir. Həmin dövlət aktında göstərilən torpaq sahəsi mülkiyyətçilərə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmişdir. Beləliklə, hazırkı işdə əsas və həlledici sənəd Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarıdır ki, bu qərar da hazırda qüvvədədir, yəni hər hansı bir yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Belə olan halda isə hazırkı iddia mümkün sayıla bilməz.
21. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçıların tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
23. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Odur ki, mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, üçüncü şəxslərə 1,85 ha torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı əsasında verilmişdir.
25. İddia tələbindən və iddiaçının vəkilinin izahatından məlum olur ki, Dövlət aktının verilməsinə əsas olan AİK-in qərarı hazırkı işdə mübahisə predmeti olmamışdır. Dövlət aktının verilməsinə əsas olan inzibati akt qüvvədə olduğundan Dövlət aktının qismən ləğvinə dair iddia mübahisənin predmeti ola bilməz. Belə ki, iddiaçılar X7 və ailə üzvlərinin adına olan JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsində ləğv edilməsini xahiş etmişlər.
26. İddiaçılar Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarını yox, JN-1409 kod 40105018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1409/017 ha nömrəli planşetinin iddiaçılara məxsus RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,019 ha hissəsini mübahisələndirmişlər.
27. Göründüyü kimi, iddia tələbi inzibati orqan tərəfindən qəbul edilmiş qərarın (hərəkətlərin), yəni onun tərəfindən həm iddiaçılara, həm də üçüncü şəxslərə eyni torpaq sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi ilə bağlı olmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, apellyasiya şikаyəti təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
29. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-14/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.