Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-151/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlunun iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X14, üçüncü şəxslər: X15, X2 qarşı “X15 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçının və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(84)-626/2019 nömrəli qərardadından İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlutərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X15 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçının və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayonu AİK-nın qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsində ev inşa etmişdir. Evə və həyətyanı torpaq sahəsinə DƏDRX-nin 18 saylı X11 RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinə isə reyestr nömrəsi **********0- 103a olan texniki pasport almışdır. X15 isə iddia edir ki, həmin 0,12 ha torpaq sahəsinin 0,03 hissəsi onun və onun ailə üzvlərinin adına tərtib edilmiş dövlət aktının 1409 nömrəli planşetdə qeyd olunan 0,17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Orada olan çörək kürəsi, su hovuzu, toyuq hini və digər tikililərin dağıdılmasını tələb etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, X4 xx.xx.1998-ci iltarixli 01 nömrəli qərarı ilə iş üzrə üçüncü şəxs X12 və onun ailə üzvlərinə 1,85 ha k/t torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1409 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2019-cu il tаrixli, 2-1(84)-626/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2-1(84)-626/2019 saylı qərardadından İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlu apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-630/2019 saylı qərardadı ilə İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlu tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2-1(84)-626/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-630/2019 saylı qərardadından İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(102)- 315/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(107)-630/2019 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını əsassız hesab edir, məhkəmə qərardadını əsaslandırmamış, iş üzrə məhkəmə-mühəndis torpaqşünaslıq ekspertizası təyin etmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. X1 müraciəti əsasında qəbul edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-98/2018 nömrəli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, iddiаçı X10 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin (1409/0.17 ha nömrəli planşet hissəsindən) zəbt olunmuş 0.03 ha hissəsindən cavabdeh X3 çıxarılması, iddiаçı X10 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin 0.03 ha hissəsində cavabdeh X13 tərəfindən inşa olunmuş su anbarı, toyuq hini və və altıaçığın torpaq sahəsindəki hissəsinin cavabdehin öz hesabına sökülməsi, cavabdeh X6 mal-qarasını iddiaçı X10 və ailə üzvlərinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə salmasının qadağan olunması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Lakin, məhkəmə qərarlarında qeyd edilən işlə hazırkı iş üzrə olan tələbin predmeti fərqlidir. İddiaçının adına olan daşınmaz əmlakın dövlət reyestrində çıxarışla olan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşdüyündən birinci instansiya məhkəmsinə müraciət etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2-1(84)-626/2019 saylı qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı2 və İddiaçı3, üçüncü şəxslər X15, X7 məhkəmə iclasına gəlməmişlər, onların gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası onlarıniştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-98/2018 nömrəli qətnaməsi, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(107)-903/2018 nömrəli qətnaməsi və digər sənədlər aiddir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-315/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-630/2019 nömrəli qərardadınıləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmamışdır. Bununla belə mübahisə predmeti olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, üçüncü şəxslərə 1,85 ha torpaq sahəsi Balakən rayon X4 1998-ci il 19 yanvar tarixli 01 saylı qərarı əsasında verilmişdir. Dövlət aktının verilməsinə əsas olan AİK-in qərarı hazırkı işdə mübahisə predmeti olmamışdır. Dövlət aktının verilməsinə əsas olan inzibati akt qüvvədə olduğundan Dövlət aktının qismən ləğvinə dair iddia mübahisənin predmeti ola bilməz. O da vurğulanmalıdır ki, Dövlət aktında istinad edilən AİK-in qərarı məhkəmə tərəfindən əldə edilməmiş, həmin qərarda iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılmasının müzakirə edilməsi araşdırılmamışdır. Mübahisə olunan qərar işdə olmadığından həmin qərarla üçüncü şəxsə torpaq sahəsi ayrılması, iddiaçının hüququnun pozulması müəyyən deyildir. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına səbəb olan hallar iddiaçınındiqqətinə çatdırılmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, torpağa mülkiyyət hüququna dair Dövlət aktında istinad edilən qərarda iddiaçı və üçüncü şəxslərlə bağlı torpaq sahəsi ayrılmasının mövcudluğu öyrənilməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxan zaman mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən Dövlət aktının verilməsinə əsas olan qərarın əldə edilməsi üçün cavabdehə, dövlət arxivinə və daşınmaz əmlakın dövlət reyestrinə sorğular etməmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktında istinad edilən AİK-in qərarının iddiaçı və üçüncü şəxslərə hər hansı hüquqi bağlılığı müəyyən edilmədən mübahisə üzrə düzgün qərar qəbul edilməsi istisna edilir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, qanunverici mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasını mütləq şərt kimi göstərmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası tərəfindən iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçının üçüncü şəxslər X15 və ailə üzvlərinin adına işlənmiş JN-1409 seriyalı 40105018 kodlu “Torpağa mülkiyyət hüququna dair dövlət aktının 1409/017 ha nömrəli planşetlə iddiaçının və ailə üzvlərinə məxsus RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışla özəlləşdirilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşən 0,03 ha hissəsində qismən ləğv edilməsi” tələbi ilə bağlı mübahisə artıq Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(019)-98/2018 nömrəli qətnaməsi ilə həll edilərək iddiаçı X10 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin (1409/0.17 ha nömrəli planşet hissəsindən) zəbt olunmuş 0.03 ha hissəsindən cavabdeh X3 çıxarılması, iddiаçı X10 və ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 1.85 ha torpaq sahəsinin 0.03 ha hissəsində cavabdeh X13 tərəfindən inşa olunmuş su anbarı, toyuq hini və və altıaçığın torpaq sahəsindəki hissəsinin cavabdehin öz hesabına sökülməsi, cavabdeh X6 mal-qarasını iddiaçı X10 və ailə üzvlərinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə salmasının qadağan olunması qət edilmişdir. Həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımdam məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Eyni zamanda, İPM qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hazırkı halda iddiaya baxılmasından ötrü birinci instansiya məhkəməsinin qeyd etdiyi mümkünlük üçün nəzərdə tutulan şərtlər mövcud olduğu halda birinci instansiya məhkəməsi həmin əsasla iddianı mümkün saymamaqla səhvə yol vermişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: zəruri sənədləri (arayışları, məlumatları) toplamaq (49.1.3-cü maddə). İPM-in 87.7-ci maddəsinə görə, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı1, onun nümayəndəsi və vəkili Muradov Hidayət Musa oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2-1(84)- 626/2019nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-151/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-151/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver