Məhkəmə qərarları › İş №2-1(107)-151/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-151/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-151/2023 02.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960-xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və onun nümayəndəsinə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbinə məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən eyni tələbə yenidən baxıla bilməz. Belə ki, iddiaçı analoji iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2- 1(116)-2196/2022 nömrəli qərardadı ilə iddia prosessual müddətin buraxılması əsası ilə mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)- 473/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2196/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yardım məktubunda iddiaçıya və onun nümayəndəsinə qanunvericiliyin tələbləri izah edilmiş və məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunmuşdur. İddiaçı “Elektron məhkəmə” sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub ünvanlamış və bildirmişdir ki, əri vəfat edən zaman o və ailə üzvləri koronavirus infeksiyasına yoluxmuş və bu səbəblə karantin rejimində olmuşlar. Xüsusən iddiaçı səhhətində olan problemlərə görə gec sağala bilmişdir. Sağaldıqdan sonra cavabdehə müraciət etmiş, imtina cavabını aldıqdan sonra 30 gün müddət keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 yanvar 2023-cü il tarixli 2- 1(116)-938/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdeh tərəfindən verilən xx.xx.2022-ci il tarixli 0256003AAN22 forma 88 göndərişli qərara dəyişiklik edilərək, mərhum əri X2 (xx.xx.1960-xx.xx.2022 FİN 22C3WFX, AZE ********) əlilliyin verilmə tarixinin xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il qeyd olunması, 2-ci qrup müddətsiz əlillik statusu əvəzinə 1-ci qrup müddətsiz əlillik statusunun qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək mərhum əri X1 (xx.xx.1960- xx.xx.2022,fin 22C3WFX,AZE ********) əlillik verilmə tarixinin dəyişdirilməsini, xx.xx.2022 əvəzinə xx.xx.2021 tarixinin yazılmasını xahiş etmiş və bildirmişdir ki, xərçəngdə metastaz olmuş və metastaz TSEK-də də qeyd olunmuşdur. (Forma 88 göndəriş nömrəsi 0256003AAN22, tarixi xx.xx.2021) O, özü 1-ci qrup (müddətsiz) əlildir, səhhəti ilə və başqa problemlərlə bağlı bu barədə iddia qaldıra bilməmişdir. Amma fakt DTSER-ya şikayət edib rəsmi imtina alan tarixdən 30 günü keçməmiş məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, onun hüquqları pozulub. Şəki İnzibati Məhkəməsi ədalətsiz qərardad qəbul edib, çünki DTSERA etdiyi cinayətdi, şəxsin öldüyü tarixdən sonraya əlillik vermişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadının ləğv edilməsi xahiş etdi. Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə müəyyən olunur ki, iddiaçı analoji iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2196/2022 nömrəli qərardadı ilə iddia prosessual müddətin buraxılması əsası ilə mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-473/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)-2196/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsində deyilir ki, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, məhkəmənin icraatında iddiaçının artıq eyni tələbi üzrə iddia ərizəsi olduğundan və eyni əsasla iddia tələbinin mümkünlüyü məsələsinə qiymət verildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)- 2196/2022 nömrəli qərardadı ilə iddia prosessual müddətin buraxılması əsası ilə mümkün sayılmamış, sözügedən qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-473/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. Hazırkı iddia isə qeyd olunan işlə eyni predmet və əsaslardan ibarətdir. Mümkünlük şərtlərində dəyişiklik baş verməmişdir. Odur ki, iddiaçının müddətin bərpası barədə vəsatəti təmin edilməyərək, hüquqi qiymət verilmədən, iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməlidir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək düzgün hesab etmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2-1(116)-938/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar