Məhkəmə qərarları › İş №2-1(107)-152/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-152/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-152/2022 22.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin 2 avqust 2021-ci il tarixli **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 2 avqust 2021-ci il tarixli **********25 nömrəli imtinasının qanunsuz hesab edilməsi, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən 415,2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66,25 kv.m ümumi sahəsi, 30,6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi 1966-cı il tarixli №1854/55 inventar nömrəli Torpaq qeydinə əsasən X13, X22, X20, X14 və X5 mülkiyyətində olmuş və iddiaçının mərhum əri X23 18 may 1983-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən 415,2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66,25 kv.m ümumi sahəsi, 30,6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin 4/5 hissəsi ilə bağlı vərəsəlik əldə etmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə dair 4/5 hissə X23 və 1/5 hissə X5 olmaqla 1983-cü ildə qeydəalma vəsiqəsi verilmişdir. Bundan sonra 24 may 1983-cü ildə X7 özünün mülkiyyətində olan 1/5 hissə payını iddiaçının mərhum əri X2 və 1983-cü ildə iddiaçının mərhum ərinin adına yeni qeydəalma vəsiqəsi verilmişdir. İddiaçının mərhum ərinin mülkiyyətində olan torpaq sahəsi 415,2 kv.m olmasına baxmayaraq nədənsə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən iddiaçının mərhum əri X10 mülkiyyətində 196,0 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin yuxarıda qeyd etdiyi sənədlərdən də göründüyü kimi iddiaçının mərhum ərinin mülkiyyətində 415,2 kv.m torpaq sahəsi olmuşdur. Hazırda iddiaçının mərhum ərinin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının mərhum əri X10 qardaşı X6 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasport verilmişdir.

3. İddiaçı Əsabəli Həşimovun adına tərtib edilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, həmçinin 415,0 kv.m torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********25 nömrəli imtina məktubunda hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən X6 adına verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyə olunmuş, həmçinin, bildirilmişdir ki, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki həyətyanı torpaq sahəsinin 415 kv.m-dən az olması fərdi yaşayış evinin 415 kv.m torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatını mümkünsüz edir.

4. İddiaçı cavabdehin imtina məktubunda qeyd etdiklərini əsassız hesab etdiyi üçün hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

5. Cavabdeh orqan birinci instansiya məhkəməsinin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı xx.xx.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən sözügedən torpaq sahəsi ilə bağlı iddiaçının ərizəsinə əlavə etdiyi xx.xx.1970-ci il tarixli torpaq qeydində torpaq sahəsi 415,20 kv.m. göstərilmişdir. Eyni ünvanla bağlı X8 16 dekabr 1974-cü il tarixdə 163,10 kv.m torpaq sahəsinə torpaq qeydi verilmişdir. Hər iki torpaq qeydi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq torpağın qeydiyyata alınması üçün əsasdır.

6. Birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X26 tərəfindən müraciət daxil olmuşdur. A.Həşimov müraciətində qeyd etmişdir ki, iddiaçılar X26 və X24 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr nömrəli ünvan 2 ünvanına aid, İddiaçı adına fərdi yaşayış evinə dair texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərarından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 21(107)- 286/2021 saylı qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli 21(107)-286/2021 saylı qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)127/2021 saylı qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra üçüncü şəxs İddiaçı qərəzli olaraq icra hərəkətinə süni manelər yaratmış, Azərbaycan Respublikası adından çıxarılmış qərarın icrasına imkan verməmiş və nəticədə qərar icrasız qalmışdır. Sonra iddiaçı X38 İnzibati Məhkəməsinə 21 oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək məhkəmə qərarının icrasız qaldığını bildirərək, həmin qərarın icrasının təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarının icrası icra sənədi verilməklə Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)-127/2021 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 21(107)- 467/2021 saylı qərardadı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-1(116)- 127/2021 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 21(107)-467/2021 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2-1(102)- 291/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli 2-1(107)467/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Ə.İ.Həşimovun adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, mərhum həyat yoldaşından miras qalmış 415,2 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2-1(116)-387/2022 saylı qərardadı ilə mərhum X4nun üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Arif Həşimov müraciət məktubunda bildirmişdir ki, atası Əsabəli Həşimov 14 mart 2017-ci il tarixdə ölmüşdür. Ona görə də üçüncü şəxs qismində işə cəlb olunmasını məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərardadı ilə üçüncü şəxs X16 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi üçün hüquq varisi olan oğlu X26 ilə əvəz edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 mart 2022-ci il tarixli 2- 1(116)-387/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab etmişdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ünvan 3 ünvanında yerləşən 415.2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.25 kv.m ümumi sahəsi, 30.6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi 1966-cı il tarixli №1854/55 inventar nömrəli torpaq qeydinə əsasən X13, X22, X20, X14 və X5 mülkiyyətində olmuş və onun mərhum əri X23 18 may 1983-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ünvan 2 ünvanında yerləşən 415.2 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 66.25 kv.m ümumi sahəsi, 30.6 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin 4/5 hissəsi ilə bağlı vərəsəlik əldə etmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə dair 4/5 hissə X23 və 1/5 hissə X5 olmaqla 1983cü ildə qeydəalma vəsiqəsi verilmişdir. Bundan sonra 24 may 1983-cü ildə X7 özünün mülkiyyətində olan 1/5 hissə payını onun mərhum əri X2 və 1983-cü ildə mərhum ərinin adına yeni qeydəalma vəsiqəsi verilmişdir. Mərhum ərinin mülkiyyətində olan torpaq sahəsi 415.2 kv.m olmasına baxmayaraq nədənsə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən mərhum əri X10 mülkiyyətində 196 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin yuxarıda qeyd etdiyi sənədlərdən də göründüyü kimi mərhum ərinin mülkiyyətində 415.2 kv.m torpaq sahəsi olmuşdur. Hazırda mərhum ərinin mülkiyyətində olan torpaq sahəsinə onun mərhum ərinin X10 qardaşı X6 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan formal olaraq qərarında qeyd etmişdir ki, “Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi üçüncü şəxsin təqdim etdiyi əsassız dəlili boş yerə qeyd etməklə qərarında boş söz yığını əmələ gətirmiş və öz haqsız qərarını boş sözlərlə əsaslı görünümü verməyə çalışmışdır. Belə ki, hazırkı işə aidiyyəti olmadığı halda daha öncə onunla üçüncü şəxs X17 arasında baş vermiş məhkəmə prosesləri barədə məlumatları qeyd etmişdir. Halbuki, həmin məhkəmə proseslərinin hazırkı işlə heç əlaqəsi belə yoxdur. Mərhum əri X10 mülkiyyətində olmuş 415 kv.m torpaq sahəsini tələb etmişdir. İddiasının əsası odur ki, mərhum ərinin sağlığında onun mülkiyyətində 415 kv.m torpaq sahəsi olmuşdur. Həmin 415 kv.m torpaq sahəsinin mövcud sxemi barədə texniki pasportu da iddia ərizəsinə əlavə etmişdir. Daha sonra ərinin vəfatından sonra o, miras əmlakı vərəsəlik qaydasında qəbul etməkdən ötrü çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə mərhum ərinin adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən mülkiyyətində 196 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir. Sual olunur, bəs cavabdeh inzibati orqan mərhum ərinin mülkiyyətində 196 kv.m torpaq sahəsinə dair çıxarış verirsə onda mərhum əri Aydın Həşimovun 219 kv.m torpaq sahəsi hara oldu? Bu sadə məntiqi sualdır? İşə baxan birinci instansiya məhkəməsi sadə məntiqi suala niyə cavab axtarmayıb? Axı onun tələbinin əsası budur? Əgər bu suala cavab tapa bilməyibsə onda birinci instasiya məhkəməsi nəyi araşdırıb? Qərarla tanış olduqda da görünür ki, mərhum əri X10 mülkiyyətində 415 kv.m torpaq sahəsinin olması işin mübahisəsiz halıdır. Bəs nəyə görə məhkəmə həmin torpaq sahəsinin birdən-birə 196 kv.m torpaq sahəsinə azalmasına hüquqi qiymət verməyib? Nəyə görə bunu araşdırmayıb? Nəyə görə birinci instansiya məhkəməsi hazırkı iddia tələbinə aidiyyəti olmadığı halda, hazırkı iş üzrə heç bir predyudisial əhəmiyyət daşımadığı halda daha öncəki məhkəmə prosesi barədə məlumatları dönə-dönə qeyd etməklə nəyə nail olmağa çalışıb? Məhkəmə sərəncamının icrası ilə bağlı cavabdeh inzibati orqan ünvanladığı xx.xx.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən sözügedən torpaq sahəsi ilə bağlı iddiaçının ərizəsinə əlavə etdiyi xx.xx.1970-ci il tarixli torpaq qeydində torpaq sahəsi 415,20 kv.m. göstərilmişdir. Eyni ünvanla bağlı X8 16 dekabr 1974-cü il tarixdə 163,10 kv.m torpaq sahəsinə torpaq qeydi verilmişdir. Hər iki torpaq qeydi Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq torpağın qeydiyyata alınması üçün əsasdır. Cavabdeh inzibati orqanın “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubuna münasibətdə bildirmək istəmişdir ki, daha öncə cavabdeh inzibati orqan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi 02 avqust 2021-ci il tarixli **********25 saylı məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən X6 adına verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 13115664-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki həyətyanı torpaq sahəsinin 415 kv.m-dən az olması fərdi yaşayış evinin 415 kv.m torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydiyyatını mümkünsüz edir. Göründüyü kimi, daha öncə cavabdeh inzibati orqan imtina məktubunda eyni ünvanla bağlı X8 16 dekabr 1974-cü il tarixdə 163,10 kv.m torpaq sahəsinə torpaq qeydi verilməsi barədə heç bir məlumatı əks edilməmişdir. Necə olur ki, artıq tərəfindən məhkəməyə iddia qaldırılarkən cavabdeh inzibati orqan həmin ünvanla bağlı 1974-cü il tarixli torpaq qeydinin olmasını bildirmişdir. Bəs cavabdeh inzibati orqan necə müəyyən etdi ki, 16 dekabr 1974-cü il tarixli məhz həmin ünvana verilmişdir. Həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halı ilə müəyyən edilmişdir ki, xx.xx.1983-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri, 17-ci rayon, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında 415,0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/5 hissəsini X1. İşdə olan 1983-cü ilin mayında tərtib edilmiş “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətindədir. Göründüyü kimi, 1983-cü ildə mərhum əri X11 adına “Qeydəalma vəsiqəsi” verilən zaman onun mülkiyyətində 415 kv.m torpaq sahəsi olmuşdur. Necə ola bilər ki, 1974-cü ildə eyni ünvana yeni torpaq qeydi verilsin. Həmçinin, qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş hazırda onun mülkiyyətində olan fərdi yaşayış evinin daha əvvəlki texniki pasportlarında evin yerləşdiyi torpaq sahəsinin sxemi və ölçüləri açıq aydın görünür. Belə olan halda necə ola bilər ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələ bilsin. Həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işdə olan **********64- 10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri Nizami küçəsi ev 3A ünvanında (yeni qaydalarla Nizami küçəsi ev 15) yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0163 ha, faktiki 0,0207 ha olması qeyd edilmişdir. Göründüyü kimi, hələ sənəd üzrə X6 mülkiyyətində olan torpaq sahəsindən əlavə 44 kv.m zəbt torpaq sahəsi var. Halbuki, cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki həyətyanı torpaq sahəsinin 415 kv.m-dən az olması fərdi yaşayış evinin 415 kv.m torpaq sahəsi ilə birgə vahid əmlak kimi qeydiyyatını mümkünsüz edir.” Halbuki, hazırda onun mülkiyyətində olan 196 kv.m torpaq sahəsinə X6 mülkiyyətində və zəbtində olan 207 kv.m torpaq sahəsini əlavə etdikdə 403 kv.m torpaq sahəsi edir. Buradan da açıq-aydın görünür ki, mərhum ərinin mülkiyyətində olan torpaq sahəsini qanunsuz və əsassız olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019- cu il tarixli **********64- 10301 reyestr nömrəli texniki pasport verilmişdir və həmin çıxarışla, texniki pasport ləğv edilməlidirlər. Cavabdeh qanunsuz və əsassız olaraq onun mərhum əri X10 mülkiyyətində olan torpaq sahəsinə saxta çıxarış və texniki pasport vermiş və sonra qeyd etmişdir ki, həyətyanı sahədə həmin ölçüdə torpaq sahəsi yoxdur. Halbuki, onun mülkiyyətində olan 196 kv.m torpaq sahəsi ilə X6 mülkiyyətində və zəbtində olan 207 kv.m torpaq sahəsi faktiki bir həyətdir və arada hasar yoxdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin hüquqi varisi X26 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 1854/55 nömrəli “Torpaq qeydi” sənədinin təsdiq edilmiş surətində qeyd edilir ki, İsrafil Həşimov, Məmməd Həşimov, Əhməd Həşimov, Gülşən Həşimova və Gülbahar Həşimovanın mülkiyyətində ünvan 7 ünvanında 415,20 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 66,25 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi var. - xx.xx.1983-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsrafil Həşimov, Məmməd Həşimov, Əhməd Həşimov və Gülşən Həşimovanın əmlakının vərəsəsi X18r. Miras əmlak 415,2 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 66,25 kv.m olan bir mərtəbəli, iki yaşayış otağından ibarət fərdi yaşayış evinin 4/5 hissəsindən ibarətdir. - xx.xx.1983-cü iln tarixli “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 4/5 hissəsi X10, 1/5 hissəsi isə X5 mülkiyyətindədir. - xx.xx.1983-cü il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, X3 şəhəri, 17-ci rayon, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında 415,0 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/5 hissəsini X1. - 1983-cü ilin mayında tərtib edilmiş “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X10 mülkiyyətindədir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 120,2 kv.m olan fərdi yaşayış evi və 0,0196 ha torpaq sahəsi X10 mülkiyyətindədir. - xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X10 vərəsəsi İddiaçıdır. Miras əmlak Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında (yeni qaydalarla ünvan 9də tikilmiş ümumi sahəsi 120,2 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0196 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - 9432/4851 nömrəli “Torpaq qeydi”nin surətindən görünür ki, Şəki şəhəri Nizami küçəsi ev 3A ünvanında yerləşən 54,40 kv.m tikintialtı, ümumi sahəsi 163,10 kv.m olan torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. - 8465 inventar nömrəli Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda qeyd edilmişdir ki, evin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 300,0 kv.m, faktiki 161,10 kv.m-dir. - **********64-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0163 ha, faktiki 0,0207 ha olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0163 ha torpaq sahəsi X6 mülkiyyətində olmuşdur. - 002486 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 ilə Həşimova (Hüseynova) Ulduz Cabbar qızı arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmışdır. - 275955 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1965-ci ildə Şəki şəhərində anadan olmuşdur. X4, anası X19r. - 863908 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - 094985 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qərar apellyasiya qaydasında baxıldıqdan sonra qüvvədə saxlanılmış, icraya yönəldilmişdir. - xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Nizami küçəsi dalan 1, ev 3 (yeni qaydalarla AZ 5500, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Texniki pasportda sənəd üzrə torpaq sahəsinin 0,0196 ha, faktiki 0,0235 ha olması qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Şəkiİnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-127/2021 nömrəli işin hallarına görə, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi Şəki şəhər ZDS-in 12 fevral 1970-ci il tarixli qərarı, 16 dekabr 1974-cü il tarixli, 9432/4851 saylı torpaq qeydi, 01 iyun 1987-ci tarixli, 8465 inventar nömrəli texniki pasport, Şəki regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 24 oktyabr 2019-cu il tarixli, 3161 saylı vərəsəlik dairəsinin müəyyən olunması barədə məktubu əsasında mərhum X6 adına qeydiyyata alınaraq 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 01 iyul 1987-ci il tarixli, 8465 inventar nömrəli texniki pasportda X6 adına 83 sm olan hissə göstərildiyindən 13 noyabr 2019-cu il tarixdə işlənilmiş 8465 inventar nömrəli texniki pasportda əksini tapmışdır. Şəki şəhəri, Nizami küçəsi, dalan 1, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınaraq X10 adına 15 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik qəbul edildikdən sonra İddiaçı adına 18 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 04 noyabr 2019-cu il tarixli, 3330 inventar nömrəli texniki pasport işlənilərkən 3 saylı köməkçi otağa giriş qapısı mövcud olduğundan həyətyanı torpaq sahəsinin həmin hissəsi ümumi istifadə kimi göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2-1(116)127/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verdiyi təsdiqini tapdığından, mübahisə predmeti olan 86 sm olan dar dalan texniki pasportda 2.0 metr qeyd olunduğundan və bununla da həmin iş üzrə iddiaçıların tələbi əsaslı olduğundan iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi qərara alınmışdır.

27. Göründüyü kimi, məhkəmə tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid İddiaçı adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsinə dair məsələyə hüquqi qiymət verilmiş, məhkəmənin qərarı ilə iddia təmin edilmiş, həmin qərar qüvvəsini almış və düzəliş qeydi aparılmaqla icra hərəkətləri yerinə yetirilmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X6 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli **********64-10301 reyestr nömrəli texniki pasportun ləğv edilməməsi və mərhum ərindən miras qalmış 415,2 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2-1(116)-387/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar