Məhkəmə qərarları › İş №2-1(107)-152/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-152/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-152/2025 15.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X12 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ziya oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”ünvan 1ində yerləşən qanuni istifadəsində olan 0,96 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı Ziya oğlu, X4, X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”ünvan 1i ünvanda yerləşən qanuni istifadədə olan Ziyayev Raşiddinə məxsus 0,96 ha, X2 məxsus 0,46 ha və X10 məxsus 0,46 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1234/2023 nömrəli qərardadı ilə Oğuz rayonu Kərimli bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərardadları ilə iddiaçı X13 və X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1i ünvanda yerləşən qanuni istifadələrində olan 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbləri ayrıca icraata ayrılmışdır.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2i ünvanda yerləşən, ailə üzvlərinin qanuni istifadəsində olan həyətyanı və bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq ailə üzvlərinin adına Dövlət Reyestrindən Çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, ailə üzvlərinin qanuni istifadəsində olan, müvafiq olaraq Ziyayev İddiaçıçə məxsus 0.96 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. İmtina məktubunda hüquqmüəyyənedici sənədlər tələb olunmuşdur. Bundan başqa, torpaq islahatı zamanı ünvan 2i üzrə torpaq payı alan subyektlərin siyahısını, ailə üzvlərinin adına olan həyətyanı torpaq sahələri barədə məlumatı, ünvan 2 X18 Komissiyasının qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının və digər müvafiq islahat sənədlərinin təsdiq olunmuş surətlərinin göndərilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Qeyd edilən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri göndərilmişdir. Həmin torpaq sahələri hal-hazırda da onun istifadəsindədir. Lakin uzun illərdir müxtəlif dövlət orqanlarına dəfələrlə müraciət etsə də, mülkiyyət sənədi ala bilməmişdir. Həmin torpaq sahələrində dəfələrlə ölçmə işləri aparılmış və mütəxəssis rəyi verilmişdir. Heç bir mübahisə və digər mülkiyyətçilərlə üst-üstə düşmə yoxdur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Cavadeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, - Oğuz Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 68 saylı iclas protokolundan çıxarış, - ünvan 1 inzibati ərazi vahidliyi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısı, - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş Oğuz rayonu, Kərimli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından X9 (JN-402) və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışlar, - cavabdehin xx.xx.2023-ci il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarı ilə İddiaçı Ziya oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”ünvan 1ində yerləşən qanuni istifadəsində olan 0.96 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,96 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, Kərimli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən (DVG) iddiaçı Ziyayev İddiaçıçin istifadəsində olan faktiki naturada ölçülmüş 0,50 hektar torpaq sahəsinin 0,1750 hektar hissəsi JN-227C nömrəli şəhatədnamədə qeyd edilmiş torpaq sahəsi ilə, 0,12 hektar hissəsi JN-390A nömrəli şəhatədnamədə qeyd edilmiş torpaq sahəsi ilə, 0,0494 hektar hissəsi yol yeri ilə, 0,1565 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid topaq sahəsi ilə üst-üstə düşür. X5 X6 (TEKUİS) iddiaçı X7 istifadəsində olan faktiki naturada ölçülmüş 0,50 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə, iddiaçı Ziyayev İddiaçıçin istifadəsində olan faktiki naturada ölçülmüş 0,72 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə göstərilmişdir. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olduğu bildirilən və mütəxəssis tərəfindən tədqiq edilmiş 0,50 və 0,72 hektar torpaq sahələri yeni elektron uçot məlumatlarında yaşayış məntəqəsi torpaqları təyinatlı, Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. - İddiaçı, həmin torpaq sahəsinin verildiyi gündən bu günə kimi istifadəsində olmasını bildirsə də, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi iş üzrə hər hansı mötəbər sübutla təsdiqlənmir. İş materiallarında olan ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan subyektlər siyahısında iddiaçının və ailə üzvlərinin adının qarşısında icra edilmiş “0,96” qeydinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin qeyd iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünü ifadə edir və torpaq islahatı zamanı iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olduğunu bildirdiyi “0,96” qeydi onun özünün təqdim etdiyi “ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısında” da “artıq istifadə etdiyi torpaq sahəsi” qrafasında (7-ci) qeyd edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli siyahıdan müəyyən edilir ki, iddiaçının ailə üzvlərinin faktiki istifadəsində olan ümumi torpaq sahəsinin ölçüsü 1,5058 ha (0,31+0,1651+0,0197+1,0110) qeyd edilmiş, həmin torpaq sahəsinin 1,3458 ha hissəsi bələdiyyənin ehtiyat fondu, 0,16 ha hissəsi isə mülkiyyətçiyə verilən torpaq sahəsi olaraq göstərilmişdir. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. İş materiallarından görünür ki, yalnız 0,16 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməli olan torpaq sahəsi olaraq müəyyən edilmiş və həmin torpaq sahəsinə münasibətdə Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə A085837№-li plan-ölçü sənədi tərtib edilmişdir. “Torpaq islahatı haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsində birmənalı olaraq müəyyən edilmişdir ki, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılmalıdır. Hazırkı işdə isə iddiaçı faktiki istifadəsində olan, zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür ki, zəbt edilmiş torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı birbaşa “Torpaq islahatı haqqında Qanunun tələblərinə ziddir. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarının tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənəd tələb edən cavabdeh inzibati orqan və bu tələbi əsaslı hesab edən məhkəmə həmin sənədin hansı inzibati akt əsasında verilməli olduğunu nəzərə almamışdır. Əgər onun qeyd edilən torpaq sahəsinə mülkiyyət sənədi verilsəydi, o, məhkəməyə müraciət etməzdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1 və 7.2-ci maddələrinin tələbləri də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, hələ bələdiyyələr yaranmamış dövlət tərəfindən ona verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ola bilməz. Qeyd edilən torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmişdir. Eyni qərarda (ünvan 1 X18 Komissiyasının 06 iyul 1998-ci il tarixli 8 nömrəli qərarı) Kərimli Bələdiyyəsinin mülkiyyətinə verilən torpaq sahəsinin konkret ölçüsü və yeri göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbi də pozulmuşdur. Qeyd edilən normaya əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri,... üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların ... dövlət qeydiyyatı üçün əsas hesab olunduğu göstərilir. - Prosessual qanunvericiliyə əsasən, ekspertiza - obyektlərin ekspertlər tərəfindən elmi əsaslarla tədqiq edilməsidir. Ekspertizanın məqsədi işin düzgün həlli üçün önəmli olan faktlar barədə məlumatların əldə olunmasıdır. Ekspertiza müvafiq prosessual qaydada həyata keçirilir. Bu zaman prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmaqla müxtəlif ekspertiza növləri üçün mövcud olan xüsusi metodikalar tətbiq olunur. Bundan başqa, ekspertiza o zaman təyin olunur ki, işə baxılarkən qəbul olunmuş qərara təsir edən qənaətin formalaşdırılması üçün xüsusi biliklər tələb olunsun ki, həmin biliklərə məhkəmə öz hüquqi statusuna görə malik deyildir (MPM-nin 97.1-ci maddəsi). X19 Məhkəməsi iş materiallarında olan və hazırki şikayətə əlavə olunan çox sayda sübutları nəzərə almamış, araşdırmamış, ekspertiza keçirilməmiş və qiymətləndirilməmişdir. Məhkəmə qərarında onların mülkiyyətlərində olan torpaq sahələrinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən mübahisələndirilən 0.96 ha torpaq sahəsinin hələ islahatdan əvvəl, kolxoz vaxtında onlara verildiyi faktını araşdırmadan şikayət etdikləri qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın etirazında və mütəxəssis rəylərində qeyd etdiyi fərqli mövqeləri araşdırmadan birtərəfli qərar qəbul etmişdir. - Qərarın əsaslandırıcı hissəsində məhkəmə cavabdeh inzibati orqanın verdiyi 2-ci mütəxəssis rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin Oğuz rayon Kərimli Bələdiyyəsinin mülkiyyətinə aid olmasını qeyd etsə də, bunu əsaslandıra bilməmişdir. Həm də Oğuz rayon Kərimli Bələdiyyəsi qeyd edilən torpağın Kərimli bələdiyyəsinin mülkiyyətinə aid olmadığı haqqında rəsmi sənəd vermişdir. Qərarın əsaslandırıcı hissəsində məhkəmə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.50 ha və 0.72 ha olduğunu, həmin torpaq sahəsinin iddia edilən torpaq sahəsindən artıq olduğunu qeyd etsə də, islahat sənədlərində onun adına həmin torpaq sahəsinin yazıldığını, iddia tələbində 0.96 ha qeyd edildiyini, digər torpaq sahələrinə sənəd hazırlandığını nəzərə almamış və heç bir araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X18ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

18. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. ... 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Belə ki, iddiaçının şikayətinin ilk dəlili ondan ibarətdir ki, qeyd edilən torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmişdir.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdə olan sübutlardan görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,24 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

31. Qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınaraq iddiaçının və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə 3,1435 ha torpaq sahəsinin 2/6 hissəsinə, eyni zamanda xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə isə 0,0981 ha torpaq sahəsinin 2/6 hissəsinə mülkiyyət hüququ iddiaçının adına qeydə alınmışdır.

32. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsi uzun müddətdir iddiaçının faktiki istifadəsindədir və iddiaçı tərəfindən orada bağ salınmışdır. Lakin iddiaçı həmin torpaq sahəsini uzunmüddətli istifadə etsə də, torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilmir.

33. Kollegiyanın sorğusu əsasında verimiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2025-ci il tarixli, 3-21-3-42/2-2068/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 2ində aparılmış torpaq islahatına dair yerquruşu xəritəsinə (DWG) əsasən İddiaçı Ziya oğlunun istifadəsində olan ünvan 1ində yerləşən faktiki naturada ölçülmüş 0,50 hektar torpaq sahəsinin 0,1750 hektar hissəsi JN-227C nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə, 0,12 hektar hissəsi JN-390A nömrəli şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə, 0,0494 hektar hissəsi yol yeri ilə, 0,1565 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid topaq sahəsi ilə üst-üstə düşür. X5 X6 (TEKUİS) iddiaçı Ziyayev İddiaçıçin istifadəsində olan faktiki naturada ölçülmüş 0,50 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. - ünvan 1 Yerli islahat Komissiyasının 5 avqust 1998-ci il tarixli ünvan 1 İnzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahıda qeyd edilən 0,96 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığından yerləşmə vəziyyətini, sərhədlərini, döngə nöqtələrinin koordinatları barədə məlumat vermək mümkün deyildir. - Yuxarıda adı çəkilən siyahıda qeyd edilmiş 0,96 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığından 16 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planının 1 nömrəli sxemində göstərilən torpaq sahəsi ilə eyni yer olub-olmaması barədə məlumat vermək mümkün deyildir. - ünvan 1 Yerli İslahat Komissiyasının 5 avqust 1998-ci il tarixli ünvan 1 inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahıya əsasən İddiaçı Ziya oğluna başqa yerdən torpaq sahəsi verilib-verilməməsi barədə məlumat mövcud deyildir.

34. Bundan başqa, məhkəmə tərəfindən mütəxəssis rəyinə istinadən müəyyən edilir ki, X5 X6 (TEKUİS) iddiaçı X7 istifadəsində olan faktiki naturada ölçülmüş 0,50 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə, iddiaçı Ziyayev İddiaçıçin istifadəsində olan faktiki naturada ölçülmüş 0,72 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə göstərilmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olduğu bildirilən və mütəxəssis tərəfindən tədqiq edilmiş 0,50 və 0,72 hektar torpaq sahələri yeni elektron uçot məlumatlarında yaşayış məntəqəsi torpaqları təyinatlı, Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir.

35. Birinci instansiya məhkəməsi də bu rəyə əsaslanaraq həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu qeyd etmişdir. Həmçinin, mütəxəssislər tərəfindən iddiaçının iddia etdiyi ölçüdə, yəni 0.96 ha torpaq sahəsi yerində də aşkar edilməmişdir.

36. Kollegiya qeyd edir ki, iddiaçının rəsmiləşdirilməsini istədiyi torpaq sahəsinin onun istifadə və sahibliyində olması mübahisələndirilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil. İddiaçının hazırda istifadəsində olan və hər hansı hüquqmüəyyənedici sənədi olmayan həmin torpaq sahəsinə çıxarışın verilməsi və bu əsasla iddianın təmin olunması üçün iddiaçının şikayətində göstərdiyi xüsusatlar əsas hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyası, yuxarıda qeyd edilənlərlə bağlı ekspertiza təyin edilmiş olsa belə, iddianın əsaslı olacağına təsir etməyəcəyini də nəzərə alır, hesab edir ki, iddiaçının qeyd etdiyi xüsusatlara münasibətdə ekspertiza təyin edilməsinə də zərurət yoxdur.

37. İddiaçının dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı faktiki istifadəsində olan 0,96 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaq olmaqdır. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş, o cümlədən birinci instansiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş sübutların məcmusu ilə şəxsin hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqan tərəfindən verilmiş imtinanın əsassız və qanunsuz olması müəyyən edilməmişdir. Hansı ki, iddiaçı, tələbinin əsası kimi ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan subyektlər siyahısında iddiaçının və ailə üzvlərinin adının qarşısında icra edilmiş “0,96” qeydinin olmasına istinad edir. Halbuki, həmin qeyd iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünü ifadə edir və torpaq islahatı zamanı iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olduğunu bildirdiyi “0,96” qeydi onun özünün təqdim etdiyi “ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısında” da “artıq istifadə etdiyi torpaq sahəsi” qrafasında (7-ci) qeyd edilmişdir.

38. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli siyahıdan müəyyən edilir ki, iddiaçının ailə üzvlərinin faktiki istifadəsində olan ümumi torpaq sahəsinin ölçüsü 1,5058 ha (0,31+0,1651+0,0197+1,0110) qeyd edilmiş, həmin torpaq sahəsinin 1,3458 ha hissəsi bələdiyyənin ehtiyat fondu, 0,16 ha hissəsi isə mülkiyyətçiyə verilən torpaq sahəsi olaraq göstərilmişdir.

39. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan, mübahisələndirilən 0.96 ha torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, hazırkı işdə iddiaçı faktiki istifadəsində olan, zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür, zəbt edilmiş torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı birbaşa “Torpaq islahatı haqqında Qanunun tələblərinə ziddir. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna görə də, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

41. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

42. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

43. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

45. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

46. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.

47. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

49. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

50. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ünvan 1ində yerləşən 0,96 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar