Məhkəmə qərarları › İş №2-1(107)-153/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-153/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-153/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon Aqrar İslahatı Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə fərdi mülkiyyətinə verilmiş 466,63 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-165/2022 nömrə ilə qeydə alınmışdır.

2. Həmçinin İddiaçı2 cavabdeh “DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zərdab şəhəri, M.Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)166/2022 nömrə ilə qeydə alınmışdır.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-166/2022 nömrəli qərardadı ilə İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-166/2022 saylı inzibati iş İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-165/2022 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)- 166/2022saylı inzibati iş üzrə icraata xitam verilmişdir.

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini dəqiqləşdirərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 2 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-166/2022 nömrəli qərardadı ilə X22, X10 və Zərdab Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-165/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

7. İddiaçılar tələb hüququnu iddia etdikləri 0.12 ha torpaq sahəsinə dair A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində 436.63 kv.m və 1962-65-ci illərə aid təsərrüfatbaşına kitabda 750 kv.m torpaq sahəsinin qeyd edilməsi ilə əsaslandırmışlar.

8. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçıların tələb hüquqlarının əsası kimi istinad etdikləri A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 07 saylı qərarına əsasən tərtib edildiyi, həmçinin torpaq sahəsi müayinə olunan zaman həmin torpaq sahəsinin faktiki olaraq 0.0710 hektar olması, iddia olunan torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olması və 0.075 ha torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənəd təqdim edilməməsi ilə əsaslandırmışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddiaçılarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 3 ünvanında yerləşən 0.075 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2 və İddiaçı1 ümumibirgə mülkiyyət hüquqlarının X11 və X16 ilə birlikdə dövlət qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması və iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.

13. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılar Zərdab şəhəri, M.Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etməmişdir. İddiaçıların tələb hüquqlarının əsası kimi istinad etdikləri A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 07 saylı qərarına əsasən tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə “X27 Komissiyasının yaradılması haqqında' xx.xx.1995-ci il tarixli 290 nömrəli və “Azərbaycan Respublikası X27 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 14 04 1995-ci il tarixli 313 nömrəli fərmanlar qüvvədən düşmüş hesab edilmişdir. Yəni, 2009-cu ildə mövcud olmayan RAİK torpaq ayıra bilməzdi. Məhkəmə qərarında Zərdab şəhəri üzrə xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında 90 sıra sayının qarşısında X17, Solmaz, Zahidə, X3 adlarının qeyd edilməsi, torpaq sahəsinin ölçüsünün 0.07 ha olması qeyd edilmişdir. Hesab edilsə ki, iddiaçılara torpaq Zərdab RAİK-nın qərarı ilə ayrılıb, onda 50 kv.m torpaq sahəsi üzərində qeydiyyatın aparılmasında məhkəmə hansı sübuta istinad edib?! İş materialına əlavə olunmuş, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-cı ıl tarixli 41 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 1963-1965-ci illərə aid Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabında X6 təsərrüfatında 0.075 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Bu sübutun iddiaçılara münasibətdə hüquq yaratması qeyri-mümkündür. Əgər torpaq sahəsi X12 məxsusdursa, onda onun hüququnun qeydiyyatı məsələsinə baxılmalı idi. Cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubundan görünür ki, sorğuya əlavə olunmuş sxemdə göstərilən ştrıxlənmiş torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Təqdim edilən sxemdə ştrixlənmış 0.0175 ha torpaq sahəsinin X1 faktiki istifadəsində olduğu qeyd edilmişdir. Bu hal da. məhkəmə tərəfindən nəzərə alınmayıb. Məhkəmə qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1- dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların qeydiyyatı üçün əsas göstərilmişdir. Sözügedən torpaq sahəsi şəhər ərazisidir Həmin ərazinin statusunun dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilməsinə dair məhkəmə hər hansı sübuta istinad etməmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki: “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəkı fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyındəkı bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə hansı sənədlər əsasında vətəndaşların qanuni istifadəsində 0.075 ha torpaq sahəsi olması qənaətinə gəlmişdir?! Bu hal da qeyri-müəyyən olaraq qalmışdır. X11 və X16 ümumıbirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulması tələbi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə Şəki İnzibati Məhkəməsinə isə iddia ərizəsilə müraciət etməmişdir. Lakin, buna baxmayaraq məhkəmə iddia tələbindən kənara çıxaraq onların da hüquqlarının qeydə alınması öhdəliyi qoyulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)- 165/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X20 və Zərdab Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

19. Məhkəmə kollegiyası digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A 244320 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zərdab rayon AİK-nın xx.xx.2009-ci il tarixli 07 nömrəli qərarı ilə 436.63 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə X4 verilmişdir. - Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Zərdab rayon Dövlət Arxivində mühafizə olunan Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabları 1963-1965-ci illəri əhatə edir. Zərdab Şəhər Sovetinin 1965-ci ildən sonra təsərrüfatbaşına kitablar tərtib edib-etməməyi barədə də heç bir məlumat yoxdur. Digər tələb etdiyiniz sənəd, "Zərdab Rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2009-cu il tarixli 07 saylı qərarı" barədə isə bildiririk ki, RAİK-nın 1996- 2005-ci illəri əhatə edən protokolları Zərdab Rayon Dövlət Arxivində mühafizə olunur. 2005-ci ildən sonra Protokolların Arxivdə olmaması ondan xəbər verir ki, 2005-ci ildən sonra RAİK fəaliyyətinə xitam verilib və 2009-cu ilə aid hansısa bir qərarın mövcud olması bu səbəbdən mümkün deyil. Arxiv araşdırması zamanı məlum oldu ki. Zərdab rayon XDS rəyasət heyətinin 21 dekabr 1992-ci il tarixli iclasının 10 saylı protokoluna əsasən X8 Zərdab-Kürdəmir yolunun cənub hissəsində mövcud pambıqtəmizləmə zavodu ilə 13 №-li yol istismar sahəsi arasındakı ərazidən müddətsiz istifadə etmək hüququ ilə 500 kvadrat metr torpaq sahəsi verilmişdir. - Zərdab Rayon Məhkəməsinin 2(035)-677/2020 nömrəli qətnaməsindən görünür ki, ərizəçilərə mülkiyyət hüquqununh əsas verən Zərdab rayon Aqrar İslahatı Komissiyası tərəfindən verilmiş Zərdab şəhərinin adlı siyahısının (Zərdab şəhəri üzrə həyətyanı torpaqların X15) (DBF) 90-cı qrafasında göstərilən X10 ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən İddiaçı1, X11 ilə AZE seriyalı 08585772 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X3 və İslamova Şahnaz ilə AZE seriyalı 02678869 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən X5 eyni şəxs olması faktı müəyyən edilmişdir. - A 244318 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zərdab rayon AİK-nın xx.xx.2009-ci il tarixli 07 nömrəli qərarı ilə 499.08 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə X19 verilmişdir. - Zərdab şəhəri üzrə xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, 90 sıra sayının qarşısında X17, Solmaz, Zahidə, X2 adları qeyd edilmiş, torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 faktiki istifadəsində olan 0.0710 ha torpaq sahəsinin bir hissəsi AİK-nın xx.xx.2009-cu il tarixli 07 saylı qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ümumibirgə mülkiyyətlərində olan 0.043663 ha torpaq sahəsini, bir hissəsi 0.01039 ha 1289B bələdiyyə torpağını, bir hissəsi isə AİK-nın xx.xx.2009-cu il tarixli 07 saylı qərarı ilə verilmiş A244318 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X18 ümumibirgə mülkiyyətində olan 0.049908 ha torpaq sahəsinin 0.0170 ha hissəsini əhatə edir. - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 41 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 1963-1965-ci illərə aid Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabında X6 təsərrüfatında 0.075 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi ayrılmış subyektlər siyasində X12 (ailə üzvləri ilə birlikdə) aid hissədən qeyd olunmuş subyektlərin siyahısı 16 saylı Ucar ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapmamışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan görünür ki, 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin naturada göstərdiyi 0 071 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürülmüşdür. Cavabdeh tərəfindən naturada göstərilən 0.071 ha torpaq sahəsinin 0.01039 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. X13 **********82-10301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.0499 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi 0.071 ha torpaq sahəsi ilə üst-üstə düşmür. X13 adına **********0196 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi" (AN 244318) ilə verilmiş 0.0499 ha torpaq sahəsinin 0.017 ha hissəsi iddiaçının naturada göstərdiyi 0.071 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, **********82- 10301 reyestr nömrəli çıxarış **********0196 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi"nin (AN244318) əsasında verilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubundan görünür ki, sorğuya əlavə olunmuş sxemdə göstərilən ştrixlənmiş torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları təyinatlı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Təqdim edilən sxemdə ştrixlənmiş 0.0175 ha torpaq sahəsinin X1 faktiki istifadəsində olduğu qeyd edilmişdir. - 0100553 Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0499 ha torpaq sahəsi X9 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.1-ci maddəsinə görə etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın Vİİ hissəsi:

1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının 2.3-cü bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydiyyatı üçün əsas göstərilmişdir.

25. “Torpaq islahatı haqqında” haqqında Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır:

1. sovxoz və kolxozlarda daimi işləyən şəxslər;

2. bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər;

3. sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər;

4. sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər;

5. bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

26. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...

2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur.

27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.

29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, istinad olunan normativ hüquqi aktların tələbləri baxımından iddiaçılar faktiki istifadələrində olan torpaq sahələri üzərində ümumibirgə mülkiyyət hüquqlarının 0.075 ha hissədə qeydə alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşlar. Bununla belə subyektlər siyahısından göründüyü kimi həmin torpaq sahəsində X11 və X5 da payları mövcuddur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon Aqrar İslahatı Komissiyasının 07 avqust 2009-cu il tarixli, 07 saylı qərarı ilə fərdi mülkiyyətinə verilmiş 466,63 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-165/2022 nömrə ilə qeydə alınmışdır.

35. Həmçinin İddiaçı2 cavabdeh “DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zərdab şəhəri, M.Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)166/2022 nömrə ilə qeydə alınmışdır.

36. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-166/2022 nömrəli qərardadı ilə İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-166/2022 saylı inzibati iş İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-165/2022 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)- 166/2022saylı inzibati iş üzrə icraata xitam verilmişdir.

37. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini dəqiqləşdirərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı ünvan 2 ünvanında yerləşən 0.075 ha həyətyanı torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

38. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-166/2022 nömrəli qərardadı ilə X22, X10 və Zərdab Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

39. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-165/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

40. Lakin 31 oktyabr 2022-ci ildə İddiaçı1 iş üzrə üçüncü şəxs kimi işə zəruri cəlb edildiyi halda, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək Zərdab şəhəri, M.Xəlilov küçəsi, ev 16 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə çıxarış verilməsi barədə öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə bu hala diqqət yetirməmişdir.

41. İddiaçıların tələb hüquqlarının əsası kimi istinad etdikləri A seriyalı 244320 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 07 saylı qərarına əsasən tərtib edilmişdir Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə “X27 Komissiyasının yaradılması haqqında' xx.xx.1995-ci il tarixli 290 nömrəli və “Azərbaycan Respublikası X27 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" xx.xx.1995-ci il tarixli 313 nömrəli fərmanlar qüvvədən düşmüş hesab edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin halı araşdıraraq hüquqi qiymət verməmişdir.

42. İş materialına əlavə olunmuş, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-cı ıl tarixli 41 №-li məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 1963- 1965-ci illərə aid Zərdab qəsəbə sovetinin təsərrüfatbaşına kitabında X6 təsərrüfatında 0.075 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir.

43. Lakin birinci instansiya məhkəməsi mərhum Kərəm İslamovun vərəsələrinin dairəsini müəyyən edərək 0,75 ha torpaq sahəsini onların ümumbirgə mülkiyyətlərinə verilməsi qənaətinə hansı əsasla gəldiyinə tam aydınlıq gətirməmişdir. Beləliklə birinci instansiya məhkəməsi işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinin tələblərinə istinad edərək araşdırmamışdır.

44. X11 və X16 ümumıbirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulması tələbi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə, Şəki İnzibati Məhkəməsinə isə iddia ərizəsilə müraciət etməmişdir. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdeh orqanın üzərinə onların da hüquqlarının qeydə alınması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların həmin tələblə çıxış etməkdə subyektiv hüquqlarının olub-olmamasını müəyyən etməli idi.

45. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etsə də qərarın təsviriəsaslandırıcı hissəsində həmin məsələyə aydınlıq gətirməmişdir.

46. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası tərəfindən göstərilən məsələlərin birinci instansiya məhkəməsi tərəfindən təkrar araşdırılması zərurəti yaranmşdır.

48. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası,

QƏRАRА АLDİ:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-cü il tarixli, 2-1(116)-165/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar