Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-154/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı və onun himayəçisi X1 cavabdehlər Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əlilik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-528/2020 nömrəli qərardadından İddiaçı və onun himayəçisi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı və onun himayəçisi X2 cavabdehlər Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əlilik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə iddiaçıya və himayəçisinə iddianın mümkünlük məsələsinə xx.xx.2020-ci il tarixində saat 11:45-də baxılacağı barədə məlumat verilmişdir. İş üzrə İddiaçı himayəçisi X2 təcili təmin tədbiri görülməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədə işə baxıldığı müddət ərzində təcili təmin tədbiri görülməsi, ölkə daxilində uzun müddətdir dəqiq diaqnoz qoyulmaması, Səhiyyə Nazirliyi və digər orqanların onlara və birinci qrup əlil bacısına olan münasibəti, digər halları nəzərə alaraq bacısının ölkə xaricində tibb müəssisələrinin birinə yerləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı və onun himayəçisi X1 ərizəsi onunla əsaslandırılmışdır ki, bacısının həyatı təhlükədədir. Prosessual məcəllənin icazə verdiyi imkanlardan biri də iddianın təmin tədbiridir. İddianın təmin tədbiri işin mahiyyətini qabaqcadan həll etmir. Lakin işin keyfiyyətli baxılmasına, ədalət mühakiməsinin məntiqi nəticəsinə baxılmasında xüsusi rol oynayır. Bunların siyahısı qanunla məhdudlaşdırılmamışdır, müxtəlif tədbirlər ola bilər. Bu işdə xüsusi ilə ehtiyac var ki, bacısının işinə baxıldığı müddət ərzində onun sağlamlığında ciddi risklər var, həkimlər bunu təsdiq edirlər. Bacısının vəziyyəti ağırdır ölüm riski olması barədə rəy verilib, mütəmadi səhhəti ağırlaşır hər anı ölüm riski var, tibbi yardım göstərilmir, tibbi sorğulara tibb müəsisələri və aidiyyəti dövlət orqanları cavab vermir, belə olan halda isə xəstənin həyatı təhlükəsi artır və məhkəmə isə illərlə çəkə bilər. Uzun müddətdir aidiyyəti orqanlara müraciət etsə də, ağır xəstəyə lazımi tibbi yardım göstərilməmiş, bir-birlərinin üzərlərinə atmışlar. Təxmini hesablamalara görə dəymiş zərər külli miqdar məbləğindədir. Belə olan halda kifayət qədər deməyə əsas var ki, aidiyyəti orqanlar tibbi yardımdan bu və ya digər formada bacısını məhrum etməklə, bacısını öz əməllərini ört basdır etmək məqsədində öldürməyə çalışırlar. Birinci qrup əlil olan bacısı İddiaçı vəziyyəti ağırdır, ixtisaslaşmış xəstəxanada tibbi yardım almaq əvəzinə evdə qalır. Məlum olduğu kimi də evdə ailə üzvlərinin bacısına hər hansı tibbi yardım göstərmək, ağır xəstəni müalicə etmək, laborator müayinələrdən keçirmək və s. xidmətlə təmin edilməsi qeyri-mümkündür. Dəfələrlə Səhiyyə Nazirliyinə X7 Agentliyinə rəsmi müraciətlər etsə də qərəzli münasibət səbəbindən müraciətlərinə ədalətli baxılmamışdır. Lazımi tibbi yardımdan uzun müddətdir məhrum edilmiş, sağlamlıq durumu isə ağırdır. Qida qəbul edə bilmir, psixoloji və s. problemləri var. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-528/2020 nömrəli qərardadı ilə İddiaçı və onun himayəçisi X1 cavabdehlər Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinə qarşı “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əlilik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iş üzrə X1 təcili təmin tədbiri görülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı və onun himayəçisi X2 həmin qərardaddan apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri İddiaçı və onun himayəçisi X2 apelyasiya şikayətini təcili təmin tədbiri görülməsi barədə ərizənin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-528/2020 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Səhiyyə Nazirliyinin nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-528/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və onun himayəçisi X2 məhkəmə iclasına gəlməmiş, digər cavabdehlər Əmək və X3 Nazirliyi, Dövlət X6 və Səhiyyə Nazirliyi nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı himayəçisi X2 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tələbində “İddiaçı əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan qaraciyər sirrozu xəstəliyinin (qaraciyər çatışmamazlığının) yarandığı vaxtdan 2014-cü il tarixədək İ qrup əlillik dərəcəsi kimi hesab etməklə, İ qrup əlilik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsi öhdəliyinin Əmək və X3 Nazirliyi, Dövlət X6, Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Səhiyyə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 təcili təmin tədbiri görülməsi barədə ərizəsində isə o, bacısının ölkə xaricində tibb müəssisələrinin birinə yerləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Ərizənin məzmunundan müəyyən olunur ki, X1 hüquqi marağı işə mahiyyəti üzrə baxılıb qurataranadək bacısının ölkə xaricində tibb müəssisələrinin birinə yerləşdirilməsindən ibarətdir ki, bu da məhkəmənin icraatında olan iddia ərizəsində qeyd olunan tələblə uzlaşmır, həmçinin belə olan halda ərizə təcili təmin tədbiri görülməsi barədə deyil, müvəqqəti xarakterli müdafiə barədə ərizə olmaldır. İddiaçı tələbində bacısına 2011-ci ildən 1-ci qrup əlillik təyin olunması və müvafiq olaraq İ qrup əllik dərəcəsinə uyğun pensiyanın, ödəniş ediləcəyi tarixə uyğun məhkəmə tərəfindən hesablanması, hesablanmış məbləğin və əlavə olaraq gecikdirilmiş hər gün üçün 15 faiz cərimə ilə ödənilməsini istəyir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: - 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. - 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Birinci instansiya məhkəməsivə məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər müəyyən edilməmişdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-528/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı və onun himayəçisi X2 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-528/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-154/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-154/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver