Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-154/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti mülkiyyətində olan torpaq sahəsinin 0,70 hektarını zəbt edərək, dövlət ehtiyacları üçün haqqı ödənilmədən su kəmərini çəkdiyinə görə tələb üzrə 45774 manat və bu məbləğə görə hesablanmış 200490 manat dəbbə pulu, cəmi 246264 manat pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-25/2024 nömrəli qərarından İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan torpaq sahəsinin 0,70 hektarını zəbt edərək, dövlət ehtiyacları üçün haqqı ödənilmədən su kəmərini çəkdiyinə görə tələb üzrə 45774 manat və bu məbləğə görə hesablanmış 200490 manat dəbbə pulu, cəmi 246264 manat pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdə alqı-satqı yolu ilə Ağsu rayon ərazisində 5.81 hektar kənd təsərrüfatı təyinatlı əkin üzrə torpaq sahəsini əldə etmiş və həmin sahəyə mülkiyyət hüququnu təsdiq edən “Torpaq mülkiyyəti hüququna dair” JN-052, Kod-40901004 saylı Dövlət Aktı mövcuddur. 2007-ci ildə Oğuz- Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı bu kəmər iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,70 hektarından çəkilmişdir. Bu zaman Cavabdeh ASC-i tərəfindən həmin torpaq sahəsinin bazar qiymətlərində dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin, keçən müddət ərzində bu məsələnin həlli tərəfindən Cavabdeh ASC-i qarşısında qaldırılmasına baxmayaraq, sözügedən sahəyə görə ödənişin həyata keçirilməsi təmin olunmamışdır. İddiaçının mülkiyyətində olan və “Azərsu'" ASC-i tərəfindən zəbt olunmuş 0,70 hektar torpaq sahəsində yeni salınmış süfrə sortlu üzüm bağı olmuş, 2007-ci ildən hal-hazıra kimi həmin sahədən istifadə olunmur və üzüm bağı məhv edildiyindən məhsul götürülməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı zəbt olunmuş 0.70 hektar sahənin bazar qiymətlərində, dəyərinin ödənilməsinin qısa müddətdə həyata keçirilməsi barədə, Cavabdeh ASC-nə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. - Cavabdeh ASC-i xx.xx.2022-ci il tarixdə ərizəyə cavab məktubu göndərmişdir. Cavab məktubunda Cavabdeh ASC-i bildirir ki, “Oğuz-Qəbələ-Bakı” Su kəmərinin və digər qurğuların altına və sanitar mühafizə zonasına düşən torpaq sahələrinin ölçülərinin və onların mülkiyyətçilərinin dəqiqləşdirilərək yerquruluşu xəritələrinin hazırlanması məqsədilə aidiyyatı üzrə göstəriş verilməsi üçün Nazirlər Kabinetinə müraciət edilmişdir və bundan sonra qeyd olunan məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə verilmiş göstərişə əsasən hazırda yuxarıda qeyd olunan məsələlərin dəqiqləşdirilməsi işlərinə başlanmışdır və bu iş sona çatdıqdan sonra müraciətinə müvafiq qaydada baxılacaqdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyi yanında ƏMDX tərəfindən baxılmışdır. İddiaçıya ünvanlanan xx.xx.2022-cı il tarixli cavab məktubunda məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmçinin, cavabdehin imtina məktubunda mülkiyyətində olan 0,70 ha torpaq sahəsindən su kəmərinin keçməsi faktı öz təsdiqini tapmışdır.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən hesab edirik ki, təqdim edilmiş iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, bu mülki işə baxarkən məhkəmə aşağıdakıları aydınlaşdırmalıdır:
1. Oğuz-Qəbələ-Bakı su kəməri İddiaçı məxsus torpaq sahəsindən keçirmi, yəni su kəmərinin keçdiyi torpaq sahəsi həqiqətən iddiaçıya məxsusdurmu? .
2. Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi ilə bağlı mübahisələr üzrə "xxxx" ASC cavabdeh qismində çıxış etməlidirmi?
3. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı kəmərin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşması istiqamətində Cavabdeh ASC tərəfindən hər-hansı qanunsuzluğa yol verilmişdirmi, yəni cəmiyyətin hərəkətləri delikt məsuliyyəti yarada bilərmi? - Qeyd etmək lazımdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onun Ağsu rayon ərazisində 5,81 ha torpaq sahəsi var. Buna dair iddiaçı ərizəyə torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətini əlavə etmişdir. Lakin iddiaçı torpaq ilə bağlı son sənəd olan- Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışı əlavə etməmişdir. Cavabdeh olaraq onlar üçün əsas mübahisə doğuran məqam-Oğuz- Qəbələ-Bakı su kəmərinin iddiaçıya məxsus olan torpaq sahəsindən keçib-keçməməsidir. İddiaçı iddia edir ki, su kəmərinin keçdiyi müəyyən ərazi onlara məxsusdur. Lakin təəssüf ki, iddiaçılara verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı və digər sənədlərdəki torpağın cizgiləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə tam cavab vermədiyindən, yəni ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirmədiyinə görə iddiaçıya məxsus torpaq sahəsi ilə onun iddia etdiyi, yəni su kəmərinin bir hissəsinin keçdiyi torpaq sahəsinin eynilik təşkil edib-etməməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçılara məxsus sənədlərdə göstərilən koordinatlara əsasən onların iddia etdikləri torpaqların həqiqətən sənəddə göstərilən torpaqlar olub-olmadığı məlum deyil.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X14 Komirəsinin xx.xx.2022ci il tarixli məktubu; - Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktubları; - JN-0562 kod 40901004 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayon DNK-nın xx.xx.2006-ci il tarixli 4Ə/01-169-170 nömrəli alqı-satqı müqavilələri ilə satılmış 5.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətə verilmişdir; - Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 181 nömrəli sərəncamının surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı JN-562 kod 40901004 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.61 ha hissəsindən Oğuz-Qəbələ-Bakı su kəməri keçir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağsu X19 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş rəyindən görünür ki, araşdırma zamanı məlum oldu ki, iddiaçının göstərdiyi sözügedən 0.70 ha torpaq sahəsində hal-hazırda heç bir çoxillik bitki yoxdur. Həmin ərazidən su kəməri keçir. Vətəndaşın göstərdiyi sözügedən ərazinin aşağı tərəfində, yəni cənub tərəfində 3x1.5 sxemində çoxillik məhsuldar üzüm bağı vardır. Həmin bağın hər hektarında 2222 ədəd məhsuldar üzüm tingi vardır. Həmin sahədə naz-nazı, kişmişi, moldovka sortları əkilmişdir. Hər hektardan 90-110 sentner məhsul götürmək olar; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş, 2/22xx-xx/2275 nömrəli ekspertiza rəyi və 100 manat ekspertiza xərclərinə dair bildiriş.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-25/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı 34347 manat (otuz dörd min üç yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 86 (səksən altı) manat pul məbləğinin İddiaçı, 14 (on dörd) manat pul məbləğinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya kompensasiya verilmədən ona məxsus torpaq sahəsində sifarişçi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tərəfindən layihənin həyata keçirilməsi istiqamətində işlərin görülməsinə və mülkiyyətçinin faktiki olaraq öz mülkiyyətindən məhrum edilmələrinə görə məsuliyyət həmin ASC-nin üzərinə düşür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alındığı iş materiallarına əsasən öz təsdiqini tapmışdır. - İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində 0,70 ha torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Həmin torpaq sahəsinin bazar qiyməti hazırda 70x200=14000 manatdır. Həmin torpaq sahəsində iddiaçıya məxsus 1555 üzüm tingi məhv olmuşdur. (2222x0,70=1555,4). Üzüm tinginin bir ədədinin 1,20 manat olması nəzərə alınmaqla iddiaçıya həmin hissədə (1555,4x1,20) 1867 manat maddi zərər dəymişdir. - İddiaçıya torpaq sahəsi və üzüm tinglərinə əsasən cəmi (14000+1867 manat) 15867 manat maddi zərər dəymişdir. İddiaçının zəbt olunmuş 70 sot torpaq sahəsindən bir illik əldə edilə biləcəyi məhsul orta hesabla 77 sentnerdir. Bir sentner üzümün bazar dəyəri isə 80 manatdır. Yəni, iddiaçının məhrum olduğu torpaq sahəsindən əldə edəcəyi illik gəlir orta hesabla 77x80=6160 manatdır. - İddiaçının bütövlükdə istifadə etmədiyi bütün dövrə dair əldə çıxmış fayda və hesablanmalı dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkətlərini son üç il ərzində həyata keçirmişdir. Buna görə də əldən çıxmış faydanın, o cümlədən kompensasiyanın məbləği həmin dövrə uyğun olaraq nəzərə alınmalıdır. Bu baxımdan da həmin məbləğ 6160x3=18480 manat təşkil edir. - Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi 34347 manat (15867+18480) zərər dəymişdir. İddia tələbi həmin hissədə təmin edilməli, iş üzrə məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə mütənasib həll edilməlidir.
7. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 2-1(1126)- 25/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarının təmin edilmiş hissəsində ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra İddiaçı da həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-25/2024 saylı qərarının ləğv edilərək, əkinə çəkilmiş 5.827 manat xərcin əlavə olunmaqla, cəmi 40.174 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin apellyasiya şikayəti mahiyyətcə etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı 24 fevral 2006-cı il tarixli Sərəncamına əsasən X20 vəsaiti hesabına maliyyələşdirilən “Oğuz- Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi kimi Cavabdeh ASC müəyyən edilmişdir. Cavabdeh ASC müvafiq qanunvericilik aktları ilə üzərinə qoyulan vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini həyata keçirmişdir. Su kəmərinin çəkilməsi zamanı hər hansı torpaq istifadəçisi və mülkiyyətçisinə ziyan dəymişdirsə, yəni o müvafiq torpaq sahəsinə münasibətdə mülkiyyət və istifadə hüququndan məhrum olmuşdursa, bu Cavabdeh ASC-nin fəaliyyəti ilə bağlı olmamışdır. - “Oğuz-Qəbələ-Bakı” su kəmərinin çəkilişi ilə əlaqədar torpağın əvəzləşdirilməsi vəzifəsi Nazirlər Kabineti tərəfindən İcra Hakimiyyətlərinin üzərinə qoyulmuşdur. Əgər İcra Hakimiyyətləri tərəfindən müvafiq tədbirlər görülməyibsə və ya torpağın dəyəri ödənilməyibsə, buna görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti heç bir məsuliyyət daşımır. - Göstərilən faktlara əsasən hesab edirik ki, torpağın dəyəri Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən deyil, iş üzrə digər cavabdeh olan Qəbələ rayonu İcra hakimiyyətindən tutulmalı idi və ya Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə münasibətdə iş üzrə iddianın rədd edilməsinə dair qərar qəbul edilməli idi. - Yuxarıda qeyd edilənlərə əsasən, su kəmərinin çəkilməsi zamanı hər hansı torpaq istifadəçisi və mülkiyyətçisinə ziyan dəymişdirsə, yəni o müvafiq torpaq sahəsinə münasibətdə mülkiyyət və ya istifadə hüququndan məhrum olmuşdursa, bu Cavabdeh ASC-nin fəaliyyəti ilə bağlı olmamışdır və ona dəymiş ziyan Cavabdeh ASC-dən mülki hüquq pozuntusunun (delikt) nəticəsi olaraq tələb edilə bilməz, torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qanunvericiliyin müəyyən etdiyi normalara uyğun olaraq kompensasiya ödənilməlidir. - Torpağın dəyərinə dair aparılmış qiymətləndirmə ilə əlaqədar hesab edirik ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli məktubuna əlavə edilmiş, 2/22xx-xx/2275 nömrəli ekspertiza rəyindən müəyyən edilmiş 1 sotunun təqribən 200 manat məbləğ, nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir və həddən artıq şişirdilmiş rəqəmdir. Belə ki, mübahisəli ərazi Bakı şəhərinin mərkəzində deyil, ucqar ərazidə yerləşir. Belə olan halda torpağın hər kv.metrinə görə mərkəzdən də baha qiymətə dəyərləndirmək heç bir çərçivəyə uyğun deyildir. Analoji işlər üzrə keçirilmiş qiymətləndirmə rəyləri həmin ərazidə torpağın dəyərinin daha aşağı qiymətə təşkil etdiyini göstərir. - İş materiallarında olan ekspertin rəyində hansı sortlarda üzüm tinglərinin əkilməsi və neçə ədəd üzüm tinglərinin mövcudluğu hər hansı bir fotoşəkil ilə və ya videoçəkiliş ilə sübuta yetirilməmiş, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulan suallar ətraflı araşdırılmamış və cavablandırılmamışdır. Məhkəmə də öz növbəsində bu halları araşdırmaq üçün yenidən ekspertiza təyin etməmiş, iddiaçıdan üzüm tinglərinin müəyyən edilmiş sayda və növdə olmasını təsdiq edən sübutları tələb etməmiş, həmçinin iddiaçı tərəf də belə bir sübutlarının olması barədə əsasları məhkəməyə təqdim etməmişdir.
10. İddiaçı apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hesablanmış məbləğə etirazı yoxdur. Lakin, iddia ərizəsində 0,70 ha sözügedən torpaq sahəsində üzüm bağının əkilməsinə çəkilmiş 7.694 manat vəsait məhkəmə tərəfindən məhkəmə baxışı zamanı mübahisələndirildiyi halda, məlum məhkəmə qərarında öz əksini tapmamışdır. Bu barədə, yəni 1,0 hektar yeni sürfə sortu üzüm bağının əkilməsi sahəsində işlərin tarif cədvəli üzrə çəkilən xərc 10.991 manat təşkil edir və bu məbləğ 0,70 ha sahə üzrə 7.694 manat məbləğindədir. Bu məbləğdən tinglərin alınması və tədarükü xərcləri 1.867 manat azaldıqdan sonra, 5.827 manat bağın salınmasına smeta üzrə işlənilən materiallara görə çəkilən xərc nəzərə alınmamışdır. Bu barədə məhkəməyə təqdim olunmuş xərclər üzrə smeta cədvəlinə, məlum qərarın əsaslandırılması hissəsində və nə də qərarın iddianın qalan hissəsində təmin olunması üzrə münasibət bildirilməməsi yalnız bu faktın məhkəmənin diqqətindən yayınması kimi başa düşülməlidir. - Şərhdən aydın olur ki, məhkəmənin məlum qərarı qəbul edilərkən, bu maddələrin tələblərinin pozulması hallarına yol vermiş və bu səbəbdən məhkəmənin qəbul etdiyi qərar ləğv olunaraq, əkinə çəkilmiş 5.827 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-25/2024 saylı qərarının ləğv edilərək, əkinə çəkilmiş 5.827 manat xərcin əlavə olunmaqla, cəmi 40.174 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyası iclaslarının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsi kollegiyanın iclaslarında etməmişdir. Həmçinin cavabdeh orqan xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində ərizələr göndərərək, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiya müxtəlif üsullarla hesablanır. Maddə 247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 101. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə 112. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
20. İddiaçı və cavabdeh apellyasiya şikayətlərini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları iddia tələbinin rədd olunan hissəsində düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunan hissəsində hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi dövlət ehtiyacları üçün məcburi qaydada alınmış ona məxsus torpaq sahəsinə görə müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
25. Bu qərarın 16-18-ci bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
26. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
27. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla və ya ona müdaxilə edilə bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma və ya müdaxilə çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
29. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır.
30. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də "İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.
31. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Daşınmaz əmlakın ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
32. Beləliklə, hazırkı mübahisədə iddiaçıya məxsus sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşməsi işin faktiki halları ilə öz təsdiqini tapır.
33. İş materiallarından görünür ki, iddiaçının tələbi 4 hissədən ibarətdir: - İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində 0,70 ha torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Həmin torpaq sahəsinin bazar qiymətini tələb edir. - Həmin torpaq sahəsində iddiaçıya məxsus məhv olmuş üzüm tinginin dəyərini tələb edir. - İddiaçının bütövlükdə istifadə etmədiyi bütün dövrə dair əldə çıxmış fayda və hesablanmalı dəbbə pulunu tələb edir. - Həmin torpaq sahəsində üzüm bağının əkilməsinə çəkilmiş vəsaiti tələb edir.
34. Məhkəmə kollegiyası ilk öncə birinci tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu tələb təmin edilərək iddiaçıya 14000 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur.
35. Bu hissədə məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş, 2/22xx-xx/2275 nömrəli ekspertiza rəyindən görünür ki, Tədqiq olunan Ağsu rayonunda yerləşən torpaq sahəsinin 1 sotunun hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 200 manat məbləğində müəyyən olunur. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Göründüyü kimi, iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində 0,70 ha torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Həmin torpaq sahəsinin bazar qiyməti hazırda 70x200=14000 manatdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ilə isə bu hissədə razılaşır.
37. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın müəyyən olunması və ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun lazımi qaydada araşdırma aparmamışdır.
38. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
39. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisə üzrə kompensasiya məbləğinin müəyyən edilməsinə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
40. Belə ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 1) həmin Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 2) torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
41. Sözügedən Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
42. Torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4cü maddələrinin tələblərinə riayət olunmalıdır. Bu qaydada araşdırma nəticə vermədiyi hallarda isə, formalaşmış inzibati praktika və məhkəmə təcrübəsi, habelə bərabər yanaşma prinsipi nəzərə alınmaqla qərar qəbul edilməlidir.
43. Kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi iş üzrə verilmiş ekspert rəyində torpaq sahəsi qiymətləndirilərkən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun yuxarıda bəhs olunan müddəaları nəzərə alınmamışdır. Məhkəmə də qeyd edilən halı diqqətə almamış, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2- 58.4-cü maddələrinin tələblərinə uyğun torpağın bazar qiymətinin müəyyən edilməsi üçün həmin ərazidə fəaliyyət göstərən notariat orqanlarına müvafiq sorğular verməmiş, qeyd edilən normaların digər tələblərini təmin etməmişdir. Halbuki həmin halların müəyyən olunması işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
44. Belə ki, torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli olması "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində imperativ olaraq təsbit olunmuşdur. Məhkəmənin iş üzrə qiymətləndirmə ekspertizası təyin etməsinə və həmin qiymətləndirmənin nəticələrinə istinadı da vəziyyəti dəyişmir və məhkəməni "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə əməl etmək vəzifəsindən azad etmir.
45. Bu baxımdan məhkəmə kollegiyası şikayətdə irəli sürülmüş dəlillərin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu ünvanlamışdır. Sorğuya cavab olaraq Ağsu rayon dövlət notariat ofisində 04 aprel 2006-cı il tarixdə 4Ə/01-169, 4Ə/01-170, 02 aprel 2007-ci il tarixdə 4Ə/01-195, 15 aprel 2007-ci il tarixdə 4Ə/01-212 və 27 may 2007-ci il tarixdə 4Ə/01-250 reyestr nömrələri ilə təsdiq edilmiş torpaq sahələrinin alqı-satqı müqavilələrin surəti təqdim edilmişdir. Qeyd edilən müqavilələrdən aşağıdakılar müəyyən edilmişdir: - 04 aprel 2006-cı il tarixdə 4Ə/01-169 nömrəli müqaviləyə əsasən JN 0064 KOD 40901001 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X4 məxsus 2,58 ha torpaq sahəsini İddiaçı 2500 manata satması müəyyən edilir. - 04 aprel 2006-cı il tarixdə 4Ə/01-170 nömrəli müqaviləyə əsasən JN 0063 KOD 40901004 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X2 məxsus 3,22 ha torpaq sahəsini İddiaçı 3100 manata satması müəyyən edilir. - 02 aprel 2007-ci il tarixdə 4Ə/01-195 nömrəli müqaviləyə əsasən JN 0167 KOD 40901004 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 məxsus 2,35 ha torpaq sahəsini X1 2938 manata müəyyən edilir. - 15 aprel 2007-ci il tarixdə 4Ə/01-212 nömrəli müqaviləyə əsasən JN 0399 KOD 40901004 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 məxsus 4,52 ha torpaq sahəsini X13 3887 manata satması müəyyən edilir. - 27 may 2007-ci il tarixdə 4Ə/01-250 nömrəli müqaviləyə əsasən JN 0559 KOD 40901004 saylı torpaq mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5 məxsus 3,28 ha torpaq sahəsini X7 adından çıxış edən X10 5000 manata satması müəyyən edilir.
46. Göründüyü kimi, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 181 nömrəli sərəncamı ilə Ağsu rayon ərazisində olan torpaq sahəsindən layihə üzrə boru kəmərinin tikintisi üçün Azərsu Səhmdar Cəmiyyətinin daimi istifadəsinə torpaq sahəsinin ayrılması qərara alındıqdan 5 ay əvvəl iddiaçı, dövlət aktı ilə ona məxsus olan 5.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cəmi 5600 manata satın almışdır. Həmin torpaq sahəsinin istifadəsindən məhrum olduğu hissəsi isə 0.70 ha təşkil edir. Həmin dövrdə dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin ehtimal olunan qiyməti isə 674.70 (0.70x5600:5.81) manat təşkil edir.
47. Odur ki, məhkəmə kollegiyası iddiaçının birinci tələbinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək iddiaçıya 674.70 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
48. Cavabdeh orqan həmçinin şikayətində dəlil olaraq göstərmişdir ki, torpağın dəyəri Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən deyil, iş üzrə digər cavabdeh olan Qəbələ rayonu İcra hakimiyyətindən tutulmalı idi.
49. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 181 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Azərsu Səhmdar Cəmiyyətinin Prezidentinin 12 iyun 2007-ci il tarixli 6/1016 saylı məktubunda Ağsu rayon İcra Hakimiyyətinə müraciət edilərək Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə boru kəmərinin rayon ərazisindən keçən hissəsi üzrə torpaqların ayrılması barədə qərar qəbul olunması xahiş olunmuşdur. İcra Hakimiyyəti də sərəncamla Ağsu rayon ərazisində olan torpaq sahəsindən layihə üzrə boru kəmərinin tikintisi üçün Azərsu Səhmdar Cəmiyyətinin daimi istifadəsinə torpaq sahəsinin ayrılmasını qərara almışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən hər bir halda X27 Cəmiyyəti cavabdehlik daşıyır.
50. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağsu X19 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş rəyindən görünür ki, iddiaçının göstərdiyi sözügedən 0.70 ha torpaq sahəsində hal-hazırda heç bir çoxillik bitki yoxdur. Həmin ərazidən su kəməri keçir. Vətəndaşın göstərdiyi sözügedən ərazinin aşağı tərəfində, yəni cənub tərəfində 3x1.5 sxemində çoxillik məhsuldar üzüm bağı vardır. Həmin bağın hər hektarında 2222 ədəd məhsuldar üzüm tingi vardır. Həmin sahədə naz-nazı, kişmişi, moldovka sortları əkilmişdir. Hər hektardan 90-110 sentner məhsul götürmək olar.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş, 2/22xx-xx/2275 nömrəli ekspertiza rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq apanlmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, ağac tinglərinin satışı mağazalarında, internet saytlarında mövcud olan qiymətlərə, və elecə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 1 üzüm tinginin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1,20 manat müəyyən edilir.
52. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə, və elecə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən naz-nazı, kişmişi və moldovka üzüm növlərinin 1 sentnerinin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 80,00 manat müəyyən edilir.
53. Göründüyü kimi, sözügedən 0.70 ha torpaq sahəsində iddiaçıya məxsus 1555 üzüm tingi məhv olmuşdur. (2222 (hər hektarda olan üzüm tingi) x 0,70=1555,4). Üzüm tinginin bir ədədinin 1,20 manat olması nəzərə alınmaqla iddiaçıya həmin hissədə (1555,4x1,20) 1867 manat maddi zərər dəymişdir.
54. Odur ki, məhkəmə kollegiyası iddiaçının ikinci tələbinə münasibətdə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilərək iddiaçıya 1867 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
55. Məhkəmə kollegiyası iddia tələbinin üçüncü hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkətlərini son üç il ərzində həyata keçirmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağsu X19 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş rəyinə əsasən iddiaçının zəbt olunmuş 70 sot torpaq sahəsindən bir illik əldə edilə biləcəyi məhsul orta hesabla 77 sentnerdir. Bir sentner üzümün bazar dəyəri isə 80 manatdır. Yəni, iddiaçının məhrum olduğu torpaq sahəsindən əldə edəcəyi illik gəlir orta hesabla 77x80=6160 manatdır. Buna görə də əldən çıxmış faydanın, o cümlədən kompensasiyanın məbləği həmin dövrə uyğun olaraq nəzərə alınmalıdır. Bu baxımdan da həmin məbləğ 6160x3 il=18480 manat təşkil edir.
56. Odur ki, məhkəmə kollegiyası iddiaçının üçüncü tələbinə münasibətdə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilərək iddiaçıya 18480 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
57. Cavabdeh orqan isə apellyasiya şikayətində iddia tələbinin 2 və 3-cü dəlillərinə münasibətdə “həmin dövrdə 0.70 ha torpaq sahəsində üzüm tinglərinin olmadığına” istinad edərək ekspertiza təyin edilməsini xahiş etmişdir.
58. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/943/2025 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyindən aşağıdakılar müəyyən edilmişdir: - İddiaçının mülkiyyətində olan torpaq sahəsinin su kəməri çəkilən 0,70 ha istisna olmaqla qalan torpaq sahəsində 20-21 iilik üzüm əkilmiş çoxillik məhsuldar bağ aşkar edildi. - İddiaçıya məxsus torpaq sahəsinin su kəməri çəkilən 0,70 ha hissəsinə baxış zamanı 20-21 illik “Naz-nazı” “Kişmişi” və “Moldovka” sortlarına xas olan üzüm bitkisinin qalıqları aşkar edildi. - Hazırlanmış müvafiq elmi metodika olmadığından üzüm tinglərinin konkret olaraq həmin torpaq sahəsinə neçənci ildə əkilməsini müəyyən etmək mümkün olmadığından qərardadda qoyulan “iddiaçıya məxsus torpaq sahəsinin su kəməri çəkilən 0,70 ha hissəsində 2006-cı il tarixdə üzüm tinginin əkilməsinə xas əlamətlərin olub-olmaması müəyyən edilsin” sualı üzrə tədqiqat işləri aparılmadı.
59. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin su kəməri çəkilən 0,70 ha hissəsində 20-21 illik “Naz-nazı” “Kişmişi” və “Moldovka” sortlarına xas olan üzüm bitkisinin qalıqları aşkar edilmişdir.
60. Eyni zamanda iddiaçı tələbində və apellyasiya şikayətində dəlil olaraq göstərmişdir ki, 0,70 ha sözügedən torpaq sahəsində üzüm bağının əkilməsinə çəkilmiş 7.694 manat vəsait mübahisələndirildiyi halda, məlum məhkəmə qərarında öz əksini tapmamışdır.
61. İddiaçı hesab edir ki, 1,0 hektar yeni sürfə sortu üzüm bağının əkilməsi sahəsində işlərin tarif cədvəli üzrə çəkilən xərc 10.991 manat təşkil edir və bu məbləğ 0,70 ha sahə üzrə 7.694 manat məbləğindədir. Bu məbləğdən tinglərin alınması və tədarükü xərcləri 1.867 manat azaldıqdan sonra, 5.827 manat bağın salınmasına smeta üzrə işlənilən materiallara görə çəkilən xərc nəzərə alınmamışdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
63. Belə ki, hazırki qərarla “üzüm tinginin dəyəri olaraq 1867 manat maddi zərərin və torpağın dəyərinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” nəticəsinə gəlindiyindən və həmin üzüm tinglərinin bu dəyərə çatması məhz, iddiaçının bu tələbində göstərdiyi xərclər sayəsində əmələ gəldiyindən, yəni iddiaçı tərəfindən tinglərin alınması, tədarükü xərcləri və bağın salınmasına smeta üzrə işlənilən materiallara görə çəkilən xərc dolayısı ilə üzüm tinginin dəyərinin daxilində olmaqla həmin məbləği təşkil etmişdir.
64. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
65. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın dəlillərində göstərdiyi xüsusatlar üzrə yenidən ekspertiza keçirildiyindən və həmin xüsusatlar öz təsdiqini tapmadığından 100 manat ekspertiza tədqiqatının dəyəri inzibati iş üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-25/2024 nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. İddiaçı torpağın dəyəri olan 674.70 (altı yüz yetmiş dörd manat yetmiş qəpik) manat, üzüm tinginin dəyəri olan 1867 (bir min səkkiz yüz altmış yeddi) manat və əldən çıxmış fayda 18480 (on səkkiz min dörd yüz səksən) manat, cəmi 21021,70 (iyirmi bir min iyirmi bir manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-25/2024 nömrəli qərarı iddia tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu -, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.