Məhkəmə qərarları › İş №2-1(107)-156/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-156/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-156/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək pensiyasının hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 0260003AAE18 saylı rəyi ilə iddiaçının həmin tarixdən 2-ci qrup əlillik və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş, rəy cavabdehə həm onlayn, həm də tərəfindən şəxsən verilmişdir. Zəruri sənədlər ondan tələb edilib, 2018-ci ilin aprel ayının sonlarında götürülsə də üzün müddət pensiya təyin edilməmiş, təyin edilməməsinin səbəbləri barədə məlumat verilməmişdir. İddiaçının müraciətindən sonra ona iş ştajı nəzərə alınmadan müavinət təyin edilmişdir. DSMF publik hüquqi şəxsin Zərdab rayon filialına sorğu göndərmiş və cavab olaraq 1995-2013-ci illər üçün sığorta stajının olmadığı bildirilmişdir. Təkrar sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla bildirilmişdir ki, 1995-2006-cı illəri əhatə etdiyi dövr ərzində sosial sığorta haqqı ödənişlərinə dair heç bir təsdiqedici sənədi olmadığı üçün, 2006-2015-ci illəri əhatə etdiyi dövr ərzində fərdi hesabında ümumilikdə 11 ay (2011—X-Xİİ ay, 2012—İİİ ay, 2013—İİ, İX ay, 2014—İİİ, Xİİ ay, 2015—İİİ, Xİİ ay, 2016—İV ay) sosial sığorta stajı və 692.90 manat kapitalı olduğu üçün əmək pensiyası təyin edilməsi mümkün deyil. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçının yaşına uyğun 14 il sosial sığorta stajı və 25200 manat pensiya kapital olmalıdır. İddiaçı xx xxxx 1979-cu ildən xx xxxx 2015-ci il tarixədək fasiləsiz işləmiş və bu barədə əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh hər hansı araşdırma aparmadan 1995-2015-ci illər ərzində pensiya kapitalının olmadığını bildirsə də təkzibedilməz sübutlar qarşısında xx.xx.2020-ci il tarixli, məktubla 2006-2015-ci illər üçün 692,90 manat sığorta kapitalının olduğunu bildirməyə məcbur olmuş, lakin qanunsuz və əsassız olaraq pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Hazırkı iddianı qaldırmaqda hüquqi marağını işlədiyi bütün müddətin sığorta stajına daxil edilməsi ilə pensiyanın yenidən hesablanmasından ibarətdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli iclasda məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1. maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əlilliyə görə pensiyanın təyin edilməsi şərtləri Qanunun 12-ci maddəsində göstərilmişdir. 12.1-ci maddəyə əsasən İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı ən azı 5 il olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, Qanunun 12-ci maddəsi İİ qrup əlilliyə görə pensiya təyinatı üçün 2 şərt müəyyənləşdirir: 1) Staj tələbi 2) Kapital tələbi İddiaçı vəziyyətində isə ona xx.xx.2018-ci il tarixində İİ qrup əlillik təyin edilmişdir. Bu halda vətəndaş üçün Tələb olunan staj (55 yaş - 15)/3=13.4 ay staj (13x12+4)x144/192=120 Tələb olunan kapital 120x116,27=13952,40 manat İddiaçı fərdi hesabında isə 1995-ci il tarixədək 9469,65 manat və 2006-cı ildən xx.xx.2018-ci il tarixədək 1097,46 manat, ümumilikdə isə cəmi 10567,11 manat pensiya kapitalı vardır. Beləliklə, hazırki işdə Qanunun 12-ci maddəsinin kapital tələbi ödənilmir. Oxşar məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsində də olmuşdur. Belə ki, 2-1(102)-652/2020 saylı qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: -1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmçinin məhkəmə kollegiyası onu da vurğulamışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsini cavabdehin qaldırıb-qaldırmamasından asılı olmayaraq, iddiaçıya İİ qrup əlil kimi əlilliyə görə pensiya təyin edilməsi nəticəsinə gələrkən məhkəmə həmin məsələni xidməti vəzifəsinə görə aydınlaşdırmağa və qanunun tələb etdiyi şərtin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Zərdab rayon filialına qarşı “ona xx.xx.2018-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli, 0260003AAE18 saylı rəyi ilə həmin tarixdən 2-ci qrup əlillik və sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş, rəy cavabdehə həm onlayn, həm də onun tərəfindən şəxsən verilmişdir. Zəruri sənədlər ondən tələb edilib 2018-ci ilin aprel ayının sonlarında götürülsə də üzün müddət pensiya təyin edilməmiş, təyin edilməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Müraciətindən sonra ona iş ştajı nəzərə alınmadan müavinət təyin edilmişdir. Sorğusuna cavab olaraq 1995-2013-cü illər üçün onun sığorta stajının olmadığı bildirilmişdir. Təkrar sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, məktubla 2006-2015-ci illər üçün 692,90 manat sığorta kapitalının olduğu, yaşına uyğun olaraq 14 il sığorta stajının və 25200 manat pensiya kapitalının olmaması səbəbindən əmək stajının nəzərə alınması ilə pensiyanın təyinin mümkünsüzlüyü göstərilmişdir. Cavabdehin hərəkəti qanunsuz olmaqla mülkiyyət olmaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, o, xx xxxx 1979-cu ildən xx xxxx 2015-ci il tarixədək fasiləsiz işləmiş, bu barədə əmək kitabında qeydlər var. Cavabdeh hər hansı araşdırma aparmadan 1995-2015-ci illər ərzində pensiya kapitalının olmadığını bildirsə də təkzibedilməz sübutlar qarşısında xx.xx.2020-ci il tarixli, məktubla 2006-2015-ci illər üçün 692,90 manat sığorta kapitalının olduğunu bildirməyə məcbur olmuş, lakin qanunsuz və əsassız olaraq pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2020-ci il tarixli, 1009 saylı məktubuna istinad edərək göstərmişdir ki, o, 1995- 2004-cü və 2007-2014-cü illərdə vəkillər kollegiyasının üzvü olmuşdur. Məhkəməyə təqdim etdiyi əmək kitabçasının təsdiq olunmuş surətindən də göründüyü kimi o, 1995-ci ilin avqust ayının 04-dən 2015-ci ilin iyul ayının 03-nədək Vəkillər Kollegiyasının üzvü olmuşdur. Sənədlər arasında aşkar ziddiyyət olduğu, Azərbaycan Respublikası Vəkillər X2 məhkəməyə saxta sənəd təqdim etdiyi halda məhkəmə ziddiyyətin araşdırılması üçün məhkəmə iclasını təxirə salmalı olduğu halda bunu etməmişdir. Məhkəmə iddianı rədd edərkən onu əsas tutmuşdur ki, "iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə pensiya təmin edilə bilməz" (barəsində şikayət verilən məhkəmə aktı, səh 6, səh 9). Əvvəla ona əlilliyə görə pensiya təmin edilmişdir-lakin sığorta stajı nəzərə alınmamışdır. İkincisi, əmək pensiyası təmin edilərkən cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İddia ərizəsində göstərdiyi kimi cavabdeh sorğusuna cavab olaraq 1995-2013-cü illər üçün sığorta stajının olmadığı bildirilmişdir. Təkrar sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli, məktubla 2006-2015-ci illər üçün 692,90 manat sığorta kapitalının olduğu, yaşına uyğun olaraq 14 il sığorta stajının və 25200 manat pensiya kapitalının olmaması səbəbindən əmək stajının nəzərə alınması ilə pensiyanın təyininin mümkünsüzlüyü göstərilmişdir. Göründüyü kimi cavabdeh səlahiyyətli dövlət orqanı olaraq hər hansı araşdırma aparmadan əmək pensiyasının təyin edilməsindən qanunsuz yayınmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının əmək stajı nəzərə alınmaqla pensiya təmini üçün tələb olunan iş stajı 13 il dörd ay (cavabdeh 14 il göstərmişdir), tələb olunan kapital isə 13,952,40 manatdır (cavabdeh 25200 manat olduğunu göstərmişdir). Bundan başqa ilkin sorğuya cavabda cavabdeh ümumiyyətlə sığorta stajının olmadığını (1995-2013-cü illər üçün) sonradan 2006-2013-cü illər üçün sığorta kapitalı barədə arayış vermişdir. Bildirmişdir ki, sosial sığorta haqqının ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmuş, lakin iddiaçı, həmin ödəmələrdə gecikdirməyə yol vermədiyindən ona qarşı heç bir tələb irəli sürülməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə onun 1097,46 manat kapitalı olmuşdur, yəni hətta ən kobud ölçülərlə belə çatışmayan məbləğ 3352,29 manatdır. O, həmin məbləği ödəyib pensiyanın təyin edilməsini tələb etmək imkanında olmuşdur. Lakin cavabdeh bu hüququnun həyata keçirilməsi üçün maneə yaratmaq məqsədi ilə heç bir sübuta istinad etmədən çatışmayan məbləğin 25200 manat olduğunu göstərmiş, hesabında olan pulun məbləği barədə məlumat verməmişdir. Nəticədə mülkiyyət hüquqları pozulmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-25-ci maddələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sosial sığorta staiına daxil edilir. İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimyyət tədbiridir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan apellyasiya şikayətinə etirazını belə əsaslandırmışdır ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (116)-1200/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əlilliyə görə pensiyanın təyin edilməsi şərtləri Qanunun 12-ci maddəsində göstərilmişdir. 12.1 -ci maddəyə əsasən İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı ən azı 5 il olmaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə Qanunun 12-ci maddəsi İİ qrup əlilliyə görə pensiya təyinatı üçün 2 şərt müəyyənləşdirir: Staj tələbi Kapital tələbi İddiaçı vəziyyətində isə ona xx.xx.2018-ci il tarixində İİ qrup əlillik təyin edilmişdir. Bu halda vətəndaş üçün Tələb olunan staj: (55 yaş-15)/3 = 13 il 4 ay staj (13x12+4)x144/192 = 120 Tələb olunan kapital: 120x116,27 = 13952,40 manat Qanuna əsasən fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr sosial sığorta stajına daxil edilir. İddiaçı hərbi xidmət dövrü də daxil olmaqla əmək kitabçası üzrə xx.xx.1995-ci il tarixədək mübahisələndirilməyən cəmi 13 il 06 ay 18 gün sosial sığorta stajı və 9469,95 manat pensiya kapitalı vardır. İddiaçının mübahisəli iş stajı, yəni 1995-2015-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Zərdab rayon hüquq məsləhətxanasında vəkil kimi fəaliyyət göstərdiyi dövrdə sosial sığorta haqqı ödənişlərinə dair heç bir təsdiqedici sənəd olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının 2006-2015-ci illəri əhatə edən dövr üzrə fərdi hesabında ümumilikdə 11 ay sosial sığorta stajı və 692,90 manat kapitalı vardır. İddiaçı fərdi hesabında isə 1995-ci il tarixədək 9469,65 manat və 2006-cı ildən xx.xx.2018-ci il tarixədək 1097,46 manat, ümumilikdə isə cəmi 10567,11 manat pensiya kapitalı vardır. Beləliklə, hazırki işdə Qanunun 12-ci maddəsinin kapital tələbi ödənilmir. Cavabadehin nümayəndəsi qeyd olunanlara əsasən İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)- 1200/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının tədiqlənmiş surəti, DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu, Zərdab rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 22 nömrəli məktub və ona əlavə olunmuş Arvix arayışı, Azərbaycan Respublikasının Vəkillər X1 xx.xx.2020-ci il tarixli 1009 nömrəli məktubu və ona əlavə edilmiş sənəd, DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu və ona əlavə edilmiş sənəd aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün minimum 13 il 4 ay sosial sığorta stajı və 13952.40 manat pensiya kapitalı tələb olunur. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının 14 il 5 ay 18 gün iş stajı və 10567 manat 11 qəpik pensiya kapitalı vardır. İddiaçının xx xxxx 1962-ci il təvəllüdlü olmaqla ona xx xxxxx 2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 13 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 55–15 yaş əmək qabiliyyətli olmayan dövr = 40 il x 4 ay = 160 ay : 12 = 13 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 10162.85 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 160 ay/192 = 0,83333. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,83333x144=120) və pensiya sığorta kapitalı (PSK=10567.11) alınmış rəqəmə bölünərək (10567.11/120=88.05 manat) pensiyanın məbləği 88.05 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan xx xxxxx 2018-ci ildə minimum pensiya 116,27 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 13 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının 14 il 5 ay 18 gün sosial sığorta stajının olması müəyyən edilmişdir. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. İddiaçının 1995-2015-ci illərdə vəkil kimi fəaliyyət göstərdiyi dövrlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməsi təsdiqini tapmamış, iddiaçı tərəfindən bunun edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçının 2006-2015-ci illəri əhatə edən dövr üzrə fərdi hesabında ümumilikdə 1097.46 manat kapitalı olduğu müəyyən edilmişdir. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 10567.11 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.; - 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 160 olduğundan, əmsal 0,83333 təşkil edir. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur və pensiya sığorta kapitalı alınmış rəqəmə bölünərək pensiyanın məbləği 88.05 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə pensiya təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1200/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar