Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-156/2022 08.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2-N(NN6)-732/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 23 sentyabr N992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Sonra isə N () saylı hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli 2 saylı əmri ilə 70N saylı hərbi hissəyə göndərilmişdir. N992-ci ilin sentyabrından N994-cü ilin mart ayına kimi həmin hərbi hissələrin tərkibində Laçın rayonu Vağazin, Tığıq, Ərdəşbər, Bilənduz kəndlərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar hərbi biletinə salınmamışdır.
3. Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş və iddiaçının N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəsini 25 avqust 20N4-cü il tarixdə almış və icraya yönəldilmişdir. N2 aprel 20N8-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar çıxarılmışdır. N2.04.20N8-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildiriş göndərilmiş və icra sənədinin Müdafiə Nazirliyi tərəfindən nəzərə alındığı barədə cavab verilmişdir.
4. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 0N.09.202N-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 03.03.20N7-ci il və təkrar N8.05.20N8-ci il tarixli iclaslarında baxılmış və 4N3, 5N7 nömrəli protokollar ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 05.NN.202N-ci il tarixli 2-N(NN2)-N078N/202N nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və 07.0N.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
6. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən ünvanlanmış 09.02.2022-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
7. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
9. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiyanın 03.03.20N7-ci il və N8.05.20N8-ci il (təkrar) tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. N0. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən 3 il sonra onu mübahisələndirmişdir. NN. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. N2. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: N3. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 9 mart 2022-ci il tarixli 2- N(NN6)-732/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. N4. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
N5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmaq olmaz, qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, ona görə də ləğv edilməli, iddianın təmin edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, o, 23 sentyabr N992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Sonra isə 877 (N04) saylı hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli 2 saylı əmri ilə 70N saylı hərbi hissəyə göndərilmişdir. N992-ci ilin sentyabrından N994-cü ilin mart ayına kimi həmin hərbi hissələrin tərkibində Laçın rayonu Vağazin, Tığıq, Ərdəşbər, Bilənduz kəndlərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar hərbi biletinə salınmamışdır. Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir və onun N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəsini 25 avqust 20N4-cü il tarixdə almışdır və icraya yönəldilmişdir. N2 aprel 20N8-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar çıxarılmışdır, N2.04.20N8-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildiriş göndərilmişdir və icra sənədinin Müdafiə Nazirliyi tərəfindən nəzərə alındığı barədə cavab verilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır, qanunun normaları düzgün tətbiq edilməmişdir və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Qeyd olunmalıdır ki, N994-cü ilin mart ayında o, hərbi hissəni özbaşına tərk etməmiş, hərbi hissədə silahı təhvil vermiş və bildirmişlər ki, tərxis olunursunuz, lakin bunun sənədləşdirilməməsi onun günahı deyildir. Həmçinin, Tərtər Rayon Prokurorluğu tərəfindən verilmiş cavabda cinayət işinin Tərtər Hərbi Məhkəməsinə göndərilməsi göstərilmişdir, lakin bu barədə heç bir hökm və ya qərar təqdim edilməmişdir. İş materiallarından da görünür ki, onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır, məhkəməyə verilmiş digər cavablarda onun barəsində cinayə işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmaması qeyd edilmişdir. Bu sənədlər isə məhkəmə tərəfindən tam araşdırılmamış və qiymət verilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də onun ərazi bütövlüyü uğrunda döyüş əmliyyatlarında iştirak etməsi faktı öz təsdiqini tapmışdır. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsaslar olduğu halda iddia tələbinə düzgün qiymət verilməmişdir və nəticədə onun konstitusion hüquqları pozulmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2-N(NN6)-732/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
N6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. N7. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). N8. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Binəqədi Rayon Məhkəməsinin 25.07.20N4-cü il tarixli 2(00N)-688N/20N4 nömrəli qətnaməsindən görünür ki, İddiaçı N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi Laçın, Kəlbəcər və Ağdərə rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 28.0N.2022-ci il tarixli 38 nömrəli məktubunda qeyd edilir ki, Oğuz rayon Xaçmaz kənd sakini N974-cü il təvəllüdlü İddiaçı 23.09.N992-ci il tarixdə keçmiş Oğuz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2.0N.2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. NN.03.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 28.0N.2022-ci il tarixli 38 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə göndərilmiş 28.0N.20N6-cı il tarixli 9/2-6N8 nömrəli məktubunda qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N02 №-li əmrilə (əsas § 2, səh 6. sıra 3 əmrdə atasının adı Seyfulla yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunub N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən N №-li hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli 2 №-li əmrilə (əsas: § N, səh 5, sıra N35, əmrdə atasının Seyfulla yazılmışdır) hərbi hissənin siyahısından çıxarılaraq 70N №-li hərbi hissəyə göndərilmişdir. - Tərtər Hərbi Prokurorluğunun 28.0N.2022-ci il tarixli 22HP503 nömrəli məktubunda qeyd edilmişdir ki, 70N nömrəli hərbi hissənin əsgəri İddiaçı Seyfulla oğlunun N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9.07.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30.NN.2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin 02.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş 9 nömrəli əlavədə qeyd edilmişdir ki, İddiaçı fərarilik etməsi səbəbilə CM-in 334.N-ci və 70-ci maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin 2N.04.2005-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə 0N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 04.02.2022-ci il tarixli 73 nömrəli məktubundan görünür ki, Oğuz rayon Xaçmaz kənd sakini N974-cü il təvəllüdlü İddiaçı 23.09.N992-ci il tarixdə keçmiş Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2.0N.2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. NN.03.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı əmrlərdən çıxarışların arxiv nüsxələri SHXÇDX-nin Oğuz rayon bölməsində mövcud deyildir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 04.02.2022-ci il tarixli 73 nömrəli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Tərtər Hərbi Prokurorluğunun N9HP57 saylı N2.0N.2004-cü il tarixli qərarına əsasən barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. NN.03.2004-cü il tarixdə Oğuz RHK tərəfindən ona hərbi bilet verilmişdir. - Ağdam Hərbi Prokurorluğunun 07.02.2022-ci il tarixli N8/594 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Füzuli Hərbi Prokurorluğunun N8.02.2022-ci il tarixli N6/6N6 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. - Gəncə Hərbi Prokurorluğunun 27.0N.2022-ci il tarixli HPN7/278 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü ildə Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, hazırda Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan vətəndaş İddiaçı barəsində Gəncə Hərbi Prokurorluğunda heç bir cinayət işinin istintaqı aparılmamış, təqsirləndirici material araşdırılmamışdır. - Cavabdehin etirazına qoşma kimi əlavə edilmiş, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 04.02.20222-ci il tarixli 4/2-7N5 nömrəli Hüquq İdarəsinin rəisinə göndərilmiş məktubundan görünür ki, N () №-li hərbi hissə komandirinin 24.09.N992ci il tarixli N02 №-li əmrilə (əsas: səh 6 § 2 sıra 3, əmrdə atasının adı Seyfulla yazılmışdır) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün 70N №-li hərbi hissəyə göndərilmiş İddiaçı N () №-li hərbi hissə komandirinin 2N.NN.N992-ci il tarixli 5 №li əmrilə (əsas: sıra N35, əmrdə atasının adı Seyfulla yazılmışdır) şəxsi heyətin siyahısından və bütün nov təminatlardan çıxarılmışdır. 70N №-li hərbi hissənin N992-ci il tarixli Adlı siyahılar qovluğunda (əsas: sıra N02 məlumatda atasının adı Seyfulla yazılmışdır) N №-li hərbi hissədən gəlmiş şəxsi heyətin siyahısında atıcı-qranatatan köməkçisi sıravi İddiaçı adı qeyd edilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyi üçün Oğuz RHK-nın çağırışçısı İddiaçı Seyfəddin oğlu 70N №-li hərbi hissə komandirinin 04.07.N993cü il tarixli NN8 №-li əmrilə (əsas səh 2N, § N, sıra 45N, əmrdə atasının adı Seyfəddin yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Qeyd edilir ki, 70N №-li hərbi hissə komandirinin noyabr N992-03.07.N993-cü il, 05.07.N993-cü il N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N6.02.2022-ci il tarixli HP N2/30-985 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N974-cü il tarixdə anadan olmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan, 23.09.N992-ci il tarixdən N994-cü ilin mart ayına kimi xidmət etmişdir. 70N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, vətəndaş İddiaçı N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9.07.2004-cü il tarixdə CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanmış və 30.NN.2004-cü il tarixdə həmin işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunandan başqa vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair digər məlumat aşkar edilməmişdir. - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətində, 2N-ci səhifədə Tərtər Hərbi Prokurorluğunun N2.0N.2004-cü il tarixli qərarına əsasən hərbi qeydiyyata götürülməsi qeyd edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
N9. İnzibati Prosessual Məcəllə: Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. 2N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: - N-ci bəndində göstərilmişdir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir),Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir.
22. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
23. Azərbaycan Respublikasının Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” N7.N0.N997-ci il tarixli 383-İ QR nömrəli Qərarı: Maddə 6. Qərarın N-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Maddə 9. Bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar.
24. “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
25. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.N. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.0N.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İddiaçının hərbi xidmətinin qeyd olunan xüsusatlarına dair isə arxiv sənədləri mövcud deyildir. 3N. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Tərtər Hərbi Prokurorluğunun 28.0N.2022-ci il tarixli 22HP503 nömrəli məktubuna əsasən, 70N nömrəli hərbi hissənin əsgəri İddiaçı Seyfulla oğlunun N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9.07.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30.NN.2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin 02.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş 9 nömrəli əlavədə qeyd edilmişdir ki, İddiaçı fərarilik etməsi səbəbilə CM-in 334.N-ci və 70-ci maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin 2N.04.2005-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə, 0N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
34. Apellyasiya şikayətində göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmişdir və onun N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəsini 25 avqust 20N4-cü il tarixdə almışdır və icraya yönəldilmişdir. N2 aprel 20N8-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar çıxarılmışdır, N2.04.20N8-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildiriş göndərilmişdir və icra sənədinin Müdafiə Nazirliyi tərəfindən nəzərə alındığı barədə cavab verilmişdir.
35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsinə və onun N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının təsdiq edilməsinə baxmayaraq, iş materiallarından göründüyü kimi, iddiaçının hərbi hissəyə daxil olması müəyyən edilsə də, hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təsdiqini tapmamış, həmçinin, iddiaçının N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi Prokurorluğunda N9.07.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30.NN.2004-cü il tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. İddiaçı fərarilik etməsi səbəbilə CM-in 334.N-ci və 70-ci maddələrinə əsasən, Tərtər Hərbi Məhkəməsinin 2N.04.2005-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə, 0N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir.
36. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xidmət müddəti ərzində hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı iddiaçının barəsində CM-in 334.N-ci maddəsi ilə cinayət işinin başlanması, həmçinin, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və ya istefaya buraxıldığına dair sübutunun olmaması iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır.
38. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
39. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 mart 2022-ci il tarixli 2-N(NN6)-732/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.