Məhkəmə qərarları › İş №2-1(107)-157/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-157/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-157/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X3) qarşı “Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız sayılması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əri X1 inşa etdirdiyi tikilinin yerləşdiyi topaq sahəsinin X2 icarəsinə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2019cu il tarixində ərizə verərək, “Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı ildə X8 ilə nikaha girməklə evlənmişdir. Məmməd Sarıyev ondan əvvəl nikahda olmuş və əvvəlki evliliyindən isə onun, hazırki iddia üzrə cavabdeh Rinat Sarıyev adlı övladı (həmçinin Ruslan adlı) vardır. Evliliyindən isə Günel adlı qızı olmuşdur. Onların aralarındakı nikah pozulmamışdır. Həyat yoldaşı xx.xx.2016-cı ildə vəfat etmişdir. Vəfat edənə qədər onunla özü və qızı Mingəçevir şəhəri D.Əliyev küçəsi 14, mənzil 30-da yaşamışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli 97 saylı qərarı ilə həyat yoldaşı Məmməd Sarıyeva məxsus sağ sahildəki saatsaz köşkünün kolxoz bazarının qarşısındakı «Gül» mağazasının qərb hissəsindəki boş sahədə yerləşdirilməsi üçün 5.4 kv.metr (2.7x2) torpaq sahəsi ayrılmışdır. Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 267 saylı Sərəncamı ilə X3 mərkəzi bazarın qarşısındakı mövcud kommersiya mağazalarının yanında (cizgidə qeyd olunun yerdə) ticarət köşkünün tikintisi üçün 6 kv.metr torpaq sahəsi ayrılmışdır. R.Sarıyevə ayrılmış torpaq sahəsi saatsaz köşkünün yanıdır. 2002-ci ildə həmin yerləri sökən İcra Hakimiyyəti həmin şəxslərə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə (H.Əliyev) küçəsi 48 saylı bina ilə 50 saylı binanın obyekt tikmək təklif etmiş və verilmiş layihə əsasında da həyat yoldaşı Məmməd Sarıyev obyekt inşa etdirmişdir. Daha sonra isə Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamı ilə Rinat Sarıyev 15 kv. metr, qonşusu Həcər Həsənova 15 kv.metr tikdikləri ticarət obyektlərinin altındakı torpaq sahəsi 10 il müddətinə icarə əsasında istifadələrinə verilmiş, daha sonra isə daha 15 il müddətinə torpaq icarə müqaviləsi bağlamışlar. Rinat Sarıyev isə həyat yoldaşı onun inşa etdirdiyi tikilini xx.xx.2017-ci ildə öz adına qeydə aldırmışdır. xx.xx.2003-cü il tarixli 140 saylı sərəncama əlavə olunmuş cizgidən görünür ki, M.Ə.Rəsulzadə küçəsi 48 saylı bina ilə 50 saylı binanın arasından X4 ticarət obyekti tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, məhz həmin sərəncamla onun əri ilə inşa etdirdiyi tikiliyə mülkiyyət hüququ əldə etmək hüququndan məhrum edilmişdir. Sərəncamın surətini xx.xx.2019-cu il tarixdə alıb tanış olmuşdur. Rinat Sarıyevin həmin tikiliyə mülkiyyət hüququ əldə etməsindən isə xx.xx.2019-cu ildə xəbərdar olmuşdur. Müvafiq sənədləri aldıqdan sonra həmin halı da qanunla müəyyən edilmiş qaydada mübahisələndirəcəkdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 140 nömrəli sərəncamı torpaq sahəsinin istifadəyə verilmə müddəti keçdiyi üçün artıq öz qüvvəsini itirmişdir. Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 99 nömrəli sərəncamı ilə X2 müvəqqəti istifadəsinə verilmiş torpqa sahəsinin istifadə müddəti daha 20 il artırılmışdır. Qeyd olunan sərəncamlar iddiaçının hüquqlarını pozmamışdır. O, istifadəyə verilmiş torpaq sahəsi üzərindəki tikilini əri ilə birlikdə tikdirdiyini bildirmiş və iddiası həmin tikiliyə aiddir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddiaya etiraz edib, onun təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və cavabdehin nümayəndəsi lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbələrinə dair məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi 3-cü şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 140 nömrəli sərəncamından görünür ki, M.Ə.Rəsulzadə prospekti 48 və 50 saylı binaların arasında sahədə razılaşdırılmış layihə əsasında tikdikləri ticarət obyektlərinin altındaki torpaq sahələri 10 (on) il müddətinə X3 15 kv. metr X5 15 kv. metr verilməsi qərara alınmışdır. İşdən görünür ki, hazırkı iddia tələbi Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamın etibarsız sayılması barədədir. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 46/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X10Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı “Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İddiaçı аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020 saylı qərardadı ilə ərim X6 inşa etdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin X2 icarəsinə verilməsinə dair Cavabdeh Başçısının xx xxx 2003-cü il tarixli 140 saylı sərəncamının etibarsız sayılması barədə iddia tələbim mümkün olmayan sayılmışdır. Həmin qərardadla razı deyil. Belə ki, X17 ondan əvvəl nikahda olmuş və əvvəlki evliliyindən isə onun, hazırki iddia üzrə cavabdeh Rinat Sarıyev adlı övladı (həmçinin Ruslan adlı) vardır. Bizim evliliyimizdən isə Günel adlı qızıları olmuşdur. Onların arasında nikah pozulmamışdır. X17 xx xxxxxxxx 2016-cı ildə vəfat etmişdir. Vəfat edənə qədər onunla mən və qızım Günel Mingəçevir şəhəri D.Əliyeva küçəsi 14, mənzil 30-da yaşamışıq. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1994-cü il tarixli 97 saylı qərarı ilə X14 məxsus sağ sahildəki saatsaz köşkünün kolxoz bazarının qarşısındakı «Gül» mağazasının qərb hissəsindəki boş sahədə yerləşdirilməsi üçün 5.4 kv. metr(2.7x2) torpaq sahəsi ayrılmışdır, (cizgi mövcuddur) Cavabdeh Başçısının xx xxxxxxxx 1998-ci il tarixli, 267 saylı Sərəncamı ilə X7 mərkəzi bazarın qarşısındakı mövcud kommersiya mağazalarının yanmda(cizgidə qeyd olunan yerdə) ticarət köşkünün tikintisi üçün 6 kv. metr torpaq sahəsi ayrılmışdır. Cizgidən görünür ki, R.Sarıyevə ayrılmış torpaq sahəsi saatsaz köşkünün yanıdır. 2002-ci ildə isə həmin yerləri sökən İcra Hakimiyyəti həmin şəxslərə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə ( H.Əliyev) küçəsi 48 saylı bina ilə 50 saylı binanı obyekt tikmək təklif etmiş və verilmiş layihə əsasında da ərim Məmməd Sarıyev obyekt inşa etdirmişdir. Daha sonra isə Cavabdeh Başçısının xx xxx 2003-cü il tarixli 140 saylı sərəncamı ilə Rinat Sarıyev 15 kv. metr, qonşu Həcər Həsənovaya 15 kv. metr tikdikləri ticarət obyektlərinin altındakı torpaq sahəsi 10 il müddətinə icarə əsasında istifadələrinə verilmiş, daha sonra isə daha 15 il müddətinə torpaq icarə müqaviləsi bağlamışlar. Rinat Sarıyev isə ərimlə mənim inşa etldirdiyim tikilimizi xx xxxxxx 2017-ci ildə öz adma qeydə aldırmışdır. Halbu ki, xx xxx 2003-cü il tarixli 140 saylı Sərəncama əlavə olunmuş Cizgidən görünür ki, M.Ə.Rəsulzadə küçəsi 48 saylı bina ilə 50 saylı binanın arasından X4 ticarət obyekti tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hesab edirəm ki, məhz həmin Sərəncamla mənim ərimlə inşa etdirdiyim tikilimə mülkiyyət hüqüqü əldə etmək hüqüqundan məhrum edilmişəm. Sərəncamın surətini xx xxxx 2019-cu il tarixdə alıb tanış olmuşam. Rinat Sarıyevin həmin tikiliyə mülkiyyət hüququ əldə etməsindən isə xx xxxxx 2019-cu ildə xəbərdar olub hazırki iddianı qaldırmışam. Məhkəmənin gedişində mən məhkəməyə bildirmişəm ki, sərəncam qəbul olunanda Rinat Sarıyevin şəxsiyyət vəsiqəsi ümumiyyətlə olmamışdır. Sərəncam saxta məlumatlar əsasında hansısa yolla əldə edilmişdir. Ancaq iş materiallarında mən həmin vəsatətimlə bağlı hər hansı hal müəyyən etmədim. X14 verilmiş torpaq sahəsinin mənim razılığım olmadan başqa şəxsə verilməsi qanunsuz olsada məhkəmə bu halı nəzərə almamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020 nömrəli qərardadının ləğv edilməsi işi məhkəmə baxışma qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdehn nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. İPM-nin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-nin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-nin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük [yolverilənlik] şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn məcburetmə haqqında iddia müddətini ötürmüş və ya inzibati orqana əvvəlcədən ərizə ilə müraciət etməmişdirsə, onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin «Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı)» adlanan İİ yarımbölməsi xx xxxxx 2012-ci il tarixli, 329-İVQD №-li Qanunla çıxarılmışdır. Bu yarımbölməyə MPM-nin 285-304-cü maddələri aid idi. Azərbaycan Respublikası MPM-nin həmin vaxt qüvvədə olan 285.0.3-cü maddəsində göstərilirdi ki, məhkəmə xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə baxa bilər. MPM-nin 296.1-ci maddəsində isə qeyd edilmişdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir (MPM-nin 296.3-cü maddəsi). MPM-nin 297.1-ci maddəsində müəyyən edilirdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Həmçinin MPM-nin 298-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət müəyyən edilərək göstərilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). X9 Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-46/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar