Məhkəmə qərarları › İş №2-1(107)-157/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-157/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-157/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X40 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 və üçüncü şəxs X18 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarından üçüncü şəxs X30 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarının, inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində (müvafiq Dövlət Aktları) əks edilmiş koordinatlarına uyğunlaşdırılaraq həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi vəzifəsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 1.84 ha təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatlarına dəyişiklik edilərək, özünə məxsus olan eyni ünvanda yerləşən torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərdə (müvafiq Dövlət Aktları) müəyyən edilmiş koordinatlarının hüdudları daxilinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1044/2022 nömrəli qərardadı ilə 21(116)-1044/2022 saylı inzibati iş - 2-1(116)-107/2022 saylı inzibati işə birləşdirilmiş və 2-1(116)-1044/2022 saylı inzibati iş üzrə icraata xitam verilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərardadı ilə X30 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədi TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.

8. İşin qısa mahiyyəti ondan ibarətdir ki, KOD 40804018, JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd edilən cəmi 3.68 ha torpaq sahələri xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri ilə iddiaçıya satılmış, həmin torpaq sahələrinə dair iddiaçının adına Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və plan-ölçü sənədləri tərtib edilmişdir.

9. İddiaçı, tərtib edilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinin plan-ölçü sənədlərinin düzgün tərtib edilmədiyini bildirmiş və həmin sənədlərin JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına uyğun olaraq tərtib edilməsini və üçüncü şəxsin adına tərtib edilmiş A331062 nömrəli plan ölçü sənədinin, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini cavabdeh orqandan tələb etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

10. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli etirazını onunla əsaslandırmşdır ki, İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatı X23 xəritələri (köhnə DVJ) əsasında tərtib edildiyi üçün ərizəsinin icrası mümkün olmamış və ona Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-na əsasən elektron uçotun nəticələri emal edilərək Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə məsələyə baxıla biləcəyi bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır.

11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili və nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinin qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 noyabr 2022-ci il tarixli, 2- 1(116)-107/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

15. Üçüncü şəxs X30 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki İnzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, X18 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1.84 ha torpaq sahəsinə alqı-satqı müqavilələri nəticəsində X18 adına plan-ölçü sənədi hazırlanmışdır. 1.84 ha torpaq sahəsinə dair X18 adına verilmiş plan və ölçü sənədi və çıxarış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin nəticəsində hazırlanmışdır. İş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, AN 331062 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədində qeyd edilmiş 1.84 ha torpaq sahəsinin kordinatları elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN- 637 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. JN-637 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin sənədlər ləğv edilməmiş, qüvvədədir. İşə baxan məhkəmə JN-637 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və xx.xx.2012-ci il tarixli alqı- satqı müqaviləsi ləğv edilmədən həmin sənədlərin nəticəsində tərtib edilmiş plan-ölçü sənədini ləğv etmişdir ki, bu da özlüyündə iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Bununla da Şəki İnzibati Məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.1 -ci maddəsinin tələbləri pozularaq, tətbiq edilməli olan (Mülki Məcəllənin 157.1 -ci maddəsi) maddi hüquq norması tətbiq edilməmiş, nəticədə X18 mülkiyyət hüququ pozulmuşdur. Həmçinin işə baxılarkən iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsidə 2 tələb qoyulmuşdur. “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”, “üçüncü şəxs X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İddia ərizənizə əlavə olunan sənədlərdən görünür ki, iddiaçı tərəfindən “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və üçüncü şəxs X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi” ilə bağlı tələbi üzrə cavabdeh orqana müraciət edilməsi və həmin müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İş materiallarında olan cavabdehin imtinası iddiaçının başqa tələbinə verilmişdir. Göründüyü kimi İddiaçı iddia ərizəsində bir neçə müxtəlif tələbləri birləşdirmiş, lakin həmin tələblərdən birinci hissəsi ilə bağlı inzibati orqana müraciət etsədə, iddia ərizəsində digər tələblə bağlı inzibati orqana müraciət edilməmişdir. Buna baxmayaraq, Şəki İnzibati Məhkəməsi iddia tələbinin həmin hissəsini qanunsuz olaraq araşdırmış və bununla da iddianın mümkünlüyünü müəyyən edən prosessual qanunvericliyin tələblərini pozmuşdur. Bununla da, Şəki İnzibati Məhkəməsi “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdıraraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə iddia ərizəsini mümkün saymamalı olduğu halda, qanunsuz və əsassız olaraq iddianı mümkün sayaraq icraata qəbul edib mübahisəyə mahiyyəti üzrə baxmışdır. Həmçinin İddiaçı iddia ərizəsində üçüncü şəxs X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsini məhkəmədən xahiş etməklə, A331062 nömrəli plan ölçü sənədini mübahisələndirmişdir. Mübahisələndirmə haqqında iddianın xususi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. DƏDRX-in 16 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubla iddiaçının mübahisələndirdiyi A331062 nömrəli plan-ölçü sənədi barədə məlumat verilmişdir. Tərəflər arasında yaranmış mübahisəyə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsi İddiaçı təqdim edilmiş, İddiaçı qətnamə ilə tanış olmuşdur. Həmin məhkəmə mübahisəsi davam etdiyi andan və ya ən azından Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)- 52/2021 nömrəli qətnaməsi qəbul edildiyi tarixdən İddiaçı hazırda mübahisələndirdiyi A331062 nömrəli plan ölçü sənədi barədə məlumatlı olmasına baxmayaraq həmin A331062 nömrəli plan ölçü sənədini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan təxminən 1 ildən artıq müddət keçdikdən sonra (iddia ərizəsi 2022-ci ilin mart ayında iddiaçı tərfindən məhkəməyə təqdim olunmuşdur) hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da həmin A331062 nömrəli plan ölçü sənədini mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. X41 Məhkəməsi yekun nəticəyə gələrkən Göyçay rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş X11 MMC xx.xx.2020-ci il tarixli 288 nömrəli “ekspert rəyi” adlanan sənədə istinad etmişdir. Məhkəmənin sübut kimi qiymət verdiyi X11 MMC xx.xx.2020-ci il tarixli, 288 nömrəli “ekspert rəyi” adlanan sənəd qanunsuzdur, həqiqəti əks etdirmir. Həmin “ekspert rəyi” adlanan sənəd başqa sübutlarla təkzib edilir, ekspert qarşısında qoyulmuş suallar müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən cavablandırılmışdır. Hesab edir ki, qeyd olunan boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimdə iştirak edərək müsahibədən keçən, özəl məhkəmə eksperti şəhadətnaməsinə malik olan və barəsində məlumatlar Məhkəmə Ekspertiza Reyestrinə daxil olunan ekspertə həvalə edilməlidir. Bundan başqa X18 mülkiyyətində olan və **********21 reyestr nömrəsi ilə qeydiyyata alınmış 1.84 ha torpaq sahəsinə alqı-satqı müqavilələri nəticəsində X18 adına plan-ölçü sənədi hazırlanmışdır. 1.84 ha torpaq sahəsinə dair X18 adına verilmiş plan və ölçü sənədi və çıxarış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin nəticəsində hazırlanmışdır.Hesab edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan plan-ölçü sənədi alqı- satqı müqavilələrinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X30 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2- 1(116)-107/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının 13 aprel 2023-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs X18 nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8müvafiq qərar qəbul edilməsini xahiş etdi.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçının ilkin müraciət ərizəsindən və cavabdehin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş X11nin xx.xx.2020-ci il tarixli 288 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: 1-ci sual üzrə- vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi çıxarışın və plan ölçü sənədlərinin parametrlərinə əsasən X18 torpaq sahəsi ilə həmsərhəd deyildir. 2-ci sual üzrə- vətəndaş X18 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə çıxarışların və plan ölçü sənədlərinin parametrlərinə əsasən həmsərhəd deyildir. 3-cü sual üzrə- ilkin torpaqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş X18 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı Alım oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. 4-cü sual üzrə- torpaq sahələrinin çıxarış və plan-ölçü sənədləri naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənildiyindən, parametrləri əsas götürüldüyü halda vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4 hektarına vətəndaş X30 tərəfindən mərz nişanı qoyularaq iddia edilir və həmin hissənin 0,20 hektarı N.Kərimov tərəfindən tutularaq istifadə edilir. İstifadə edilən torpaq sahəsi İddiaçı torpaq sahəsinə bitişikdir və şərq hissəsidir. 5-ci sual üzrə- torpaq sahələrinin ilkin torpaqayırma sənədlərinin (müvafiq Dövlət Aktları) parametrləri əsas götürüldüyü halda, vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,20 ha hissəsi vətəndaş X30 tərəfindən tutularaq istifadə edilir. - KOD 40804018, JN-635 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından və xx.xx.2015-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X19, X14, X27, X9 ümumi birgə mülkiyyətinə verilmiş, sonuncular həmin torpaq sahəsini X1. - 0652415 Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi X5 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - 19.04.2016-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X3 rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı satmışdır. - 0782234 Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - KOD 40804018, JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından, ********** qeydiyyat nömrəli çıxarışdan və AN-İ ******* №-li “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”ndən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X20, X24, X28 və Bulqeis Münasif qızının ümumi birgə mülkiyyətinə verilmiş, sonuncuların adına ******* Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmiş və xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi İddiaçı satılmışdır. - 0995340 Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - KOD 40804018, JN-637 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından, və xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında 1.84 ha torpaq sahəsi X16, X25, X21 və X22 ümumi birgə mülkiyyətinə verilmiş, sonuncular tərəfindən xx.xx.2012-ci il tarixdə həmin torpaq sahəsi X2. - 1418519 Seriya RX nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən 1.84 ha torpaq sahəsi X18 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1-ci sual üzrə- elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-635 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. 2-ci sual üzrə- Elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-636 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. 3-cü sual üzrə- X18 mülkiyyətində olan 1.84 ha torpaq sahəsinin koordinatları (331062 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədinə əsasən) elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-636 və JN- 635 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən 1.84 ha torpaq sahələrinin koordinatları üst-üstə düşmür. 4-cü sual üzrə- AN 331062 xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədində qeyd edilmiş 1.84 ha torpaq sahəsinin kordinatları elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-637 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. - məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna uyğun olaraq cavabdeh orqanın məhkəmə iclasında təqdim etdiyi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: 1-ci sual üzrə- İddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında təqdim olunan JN-635 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin 1.43 ha hissəsi uyğunluq təşkil edir. İddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə elektron bazada təqdim olunan TEKUİS məlumatlarında təqdim olunan JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi tamamilə uyğunluq təşkil edir, belə ki 1.84 ha torpaq sahəsi iddiaçı tərəfindən naturada göstərilən 3.93 ha torpaq sahəsi ilə üst-üstə düşür. 2-ci sual üzrə- X18 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 1.58 ha hissəsi TEKUİS məlumatlarında təqdim olunan JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. X4 faktiki istifadə etdiyi 1.96 ha torpaq sahəsinin 1.21 ha hissəsi TEKUİS baza məlumatlarında JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə uyğunluq təşkil edir. X18 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 0.15 ha hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə üst-üstə düşür.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

24. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.

25. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi: 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.

27. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3 torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1 torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2 torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3 torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr X17 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4 torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5 ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. 28 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları:

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir.

29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

36. İş materialları ilə müəyyən olunur ki, hazırda Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında X19, X14, X27, X9 və X20, X24, X28 və Bulqeis Münasif qızının ümumi birgə mülkiyyətinə verilmiş JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd edilən torpaq sahələridir.

37. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən edilir ki, Seriya RX ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara dair tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatları X12 X17 JN- 635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının yerləşmə yerindən tamamilə fərqlidir. Yəni, faktiki olaraq JN-635 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları və JN-636 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1.84 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

38. Bu isə o deməkdir ki, **********19 və **********20 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdeh orqanın tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş X11nin xx.xx.2020-ci il tarixli 288 nömrəli ekspert rəyindən və cavabdehin təqdim etdiyi TEKUİS məlumatlarından görünür ki, ilkin torpaqayırma sənədlərinə (müvafiq Dövlət Aktları) əsasən vətəndaş X18 mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı Alım oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir.

39. Cavabdeh orqan **********19 və **********20 reyestr nömrəli çıxarışları və planölçü sənədlərini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il 818№-li Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək (yəni, JN-635 və JN-636 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda bunu etməmişdir.

40. Eyni zamanda cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə sübut olunur ki, üçüncü şəxs X18 adına tərtib edilmiş A331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1.84 ha torpaq sahəsinin 0.15 ha hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1.84 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və 0.15 ha hissədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

41. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdeh orqandan mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılmasını və üçüncü şəxsin adına tərtib edilmiş A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üstüstə düşən 0,15 ha hissəsində ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarını JN635 və JN636 nömrəli X10 Elektron Kadastrı X17 (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və X18 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan ölçü sənədinin TEKUİS baza məlumatlarında JN636 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşən 0,15 ha hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Üçüncü şəxs X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar