Məhkəmə qərarları › İş №2-1(107)-158/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-158/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-158/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N7 mart 2022-ci il tarixli, 2- N(NN6)-64/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini 09.02.N992-ci il tarixdən hərbi xidmətə çağırılması, 09.02.N992-ci il tarixdən hərbi əməliyyatlarda iştirak edərək Azərbaycan respublikasının ərazi bötüvlüyü uğrunda döyüşlərdə iştirak etməsi, N997-ci ilin fevral ayında qanuni əsaslarla ehtiyata buraxılması, HZ ******* saylı hərbi biletində xidməti barədə müvafiq qeydlərin olması və 40292 №-li veteran vəsiqəsi ilə ilə təmin edilməsi ilə əsaslandırmışdır. Həmçinin qeyd etmişdir ki, 2020-ci ilin sonlarında veteran vəsiqəsini bərpa etmək və müavinət almaq üçün Müdafiə Nazirliyinin nəzdində olan komissiyaya müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. İmtina səbəbi olaraq hərbi xidmətinin izlənə bilməməsi qeyd edilmişdir. Hesab edir ki, 22.09.N995-ci il tarixli 2N6 saylı Əsasnamə ona vəsiqənin verilməsi üçün hüquqi əsasdır. Hərbi xidmətdə olduğu beş il ərzində heç vaxt qanunu pozmamış, fərarilik etməmiş, rəislərin əmrlərini yerinə yetirmişdir. Heç vaxt cinayət tərkibli hərəkəti olmamışdır. Göstərilənləri və Qarabağ müharibəsində N saylı hərbi hissənin tərkibində 09.02.N993cü il tarixdən N997-ci il tarixədək hərbi xidmətini nəzərə alaraq “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı tərəfindən 04.03.20N4-cü il tarixdə Nümayəndə verilmiş etibarnamədə Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilmədiyi müəyyən edilmiş, müvafiq sənədlərə baxış keçirilərkən aşkar edilmişdir ki, iddia ərizəsindəki imza iddiaçının müvafiq etibarnamədə olan imzasından xeyli dərəcədə fərqlənir. Həmçinin imzanın Nümayəndə tərəfindən icra edilməməsi və X2 aid olması aşkar görünür. İddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığından, X3 və Nümayəndə iddia ərizəsini imzalamağa səlahiyyəti olmadığından hazırki iddia tələbinə baxılmasında İddiaçı hüquqi marağının mövcudluğunun müəyyən edilməsi zərurəti yaranmış, iddia ərizəsi İddiaçı şəxsən iştirakı ilə notarial qaydada, yəni imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq olunmaqla məhkəməyə təqdim olunması, eyni zamanda İddiaçı şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək (iş günləri və iş saatları daxilində) iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim etməsi, yaxud iddia ərizəsi iddiaçının müvafiq səlahiyyət verdiyi şəxs tərəfindən imzalanması ilə bağlı hüquqi yardım edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə nöqsanı aradan qaldıraraq iddiaçının adından iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirən etibarnaməni 2N.0N.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit Raket divizionunda hərbi xidməti barədə məlumatın aşkar edilməməsi ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N8.03.202Nci il tarixli məktubundan görünür ki, cavabdeh orqan döyüş əməliyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit Raket divizionunda xidmət keçməsi barədə arxiv sənədlərində məlumatın olmadığı qeyd edilərək ilkin müraciətin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin N0.02.2022-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissə 02.06.N992-ci il tarixdə yaradılıb, 3, N və 8ci bölmələri 27.N2.N993-cü il tarixdən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25.02.202N-ci il tarixli arxiv arayışından və görünür ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il və yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatları bölgəsində iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N993-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır. N saylı hərbi hissənin 08.02.N993-cü il tarixli 27№-li əmrdən arxiv çıxarışından görünür ki, iddiaçının 09.02.N993-cü il tarixdən şəxsi heyətin siyahısına salınması barədə qeydiyyat aparılmışdır. N saylı hərbi hissənin 20.04.N993-cü il tarixli 76№-li əmrdən arxiv çıxarışından görünür ki, NN-ci divizionun manqa komandiri İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün 2N.04.N994-cü il tarixdən qazan təminatından çıxarılması ilə bağlı qeydiyyat aparılmışdır. N saylı hərbi hissənin NN.08.N994-cü il tarixli N75№-li əmrdən arxiv çıxarışından görünür ki, 3-cü divizion: sıravi İddiaçıİ üçqat ölçüdə pul təminatı ödənilməklə 0N.07.N994cü il tarixdən getmiş hesab edilmişdir. N saylı hərbi hissənin 05.02.N997-ci il tarixli 30№-li əmrdən arxiv çıxarışından görünür ki, maddi təminat tağımının aşbazı sıravi Musayev XN Nazirinin 3 saylı N997-ci il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuş və 06.02.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminat siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, o cümlədən Qarabağ, Tərtər, Gəncə, Füzuli Hərbi Prokurorluqlarının məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki Şəhər Rayon Polis Şöbəsinin 25.05.202N-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02.08.202N-ci il tarixli və N7.02.2022-ci itarixli məktublarında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il və yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N (, və N ZRD) №-li hərbi hissənin 27.N2.N993-cü ildən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. N №-li hərbi hissə komandirinin 27.N2.N993-cü il tarixdən N0 may N994-cü il tarixədək nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumat aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N7 mart 2022-ci il tarixli, 2- N(NN6)-64/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin N7 mart 2022-ci il tarixli, 2-N(NN6)-64/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin N7 mart 2022-ci il tarixli, 2-N(NN6)-64/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin N7 mart 2022-ci il tarixli, 2- N(NN6)-64/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan -Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın qeyd hissəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 09.02.N993-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmışdır. Lakin, iddiaçının həmin hərbi hissənin neçənci X4 xidmətə başlaması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, N nömrəli hərbi hissənin yalnız 3, N və 8-ci X5 27.N2.N993-cü ildən N0.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının isə qeyd edilən dvizionların hər hansı birində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmət keçməsi barədə hər hansı bir sübut yoxdur. Cavabdeh tərəfindən iddiaçı barəsində təqdim edilmiş N nömrəli hərbi hissənin 20.04.N993-cü il tarixli 76№-li əmrdən arxiv çıxarışı ilə müəyyən olunur ki, NN-ci divizionun manqa komandiri İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün 2N.04.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş N saylı hərbi hissənin NN.08.N994-cü il tarixli N75№-li əmrdən arxiv çıxarışında isə iddiaçının 0N.07.N994-cü il tarixdən getmiş hesab edilməsi barədə qeydiyyat aparılmışdır. Həmin qeyddə iddiaçının xidmət yeri 3-cü dvizion göstərilsə də həmin dvizionun tərkibinə nə vaxt keçirilməsi, 27.N2.N993-cü ildən - N0.05.N994-cü il tarixlərdə həmin dvizionda xidmət etməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Yəni, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olması şərti sübuta yetirilmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmətinə dair hər hansı arayış, hərbi bilet (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işi, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud deyildir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə hazırlıq icraatı zamanı hərbi biletin itirildiyini, o cümlədən SHXÇÜDX-nin Oğuz rayon bölməsində olduğunu bildirsə də, sonuncu, hərbi biletin hərbi vəzifəlilərin özlərində olmasını bildirərək məlumatı təkzib etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının N saylı hərbi hissədə xidmət etməsinə baxmayaraq məhz döyüş əməliyyatlarında iştirak edən 3, N və 8-ci dvizionda 27.N2.N993cü ildən N0.05.N994-cü il tarixədək xidmət keçməsi şərtinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 40292 №-li veteran vəsiqəsi mövcudluğu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, surəti işə əlavə edilmiş müvafiq vəsiqə ictimai birlik tərəfindən verildiyindən iddiaçının müharibə veteranı hesab edilməsi üçün zəruri sübut qismində qəbul edilə bilməz. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi sübut olunmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N7 mart 2022-ci il tarixli, 2-N(NN6)-64/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar