Məhkəmə qərarları › İş №2-1(107)-158/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-158/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-158/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlundan və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, üçüncü şəxs X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1840 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və JN-650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2-1(116)-942/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X18 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin X8nun adına hazırladığı A112348 saylı X34 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsinin X8nun adına DƏDR-də qeydiyyata alaraq, çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş e-2-1(116)- 942/2023 nömrə ilə qeydə alınmışdır.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia olunan 1840 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. Həmçinin İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kənd sakinləri X18, X22, X27 və X19 adına hazırlanmış 0.15 ha torpaq sahəsinə dair JN650F KOD:40309005 nömrəli şəhadətnamənin 0.12 ha hissəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş xx.xx.2023-cü il tarixdə e-2-1(116)- 2978/2023 nömrə ilə qeydə alınmışdır.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2978/2023 nömrəli qərardadı ilə e-2-1(116)-2978/2023 saylı inzibati iş, e-2-1(116)-942/2023 saylı inzibati işə birləşdirilmiş, e-2-1(116)-2978/2023 saylı inzibati iş üzrə icraata xitam verilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-942/2023 nömrəli qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi və X18 adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-942/2023 nömrəli qərardadı ilə X28, X27 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili (nümayəndəsi) yenidən iddia tələbini dəqiqləşdirərək, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qax rayon şöbəsinin X8nun adına hazırladığı A112348 saylı X34 kitabında xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə uçota alınmış təyinatı fərdi yaşayış evi tikmək üçün olan 1840 kv.metr torpaq sahəsi ilə bağlı tərtib edilmiş torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və JN650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddia ərizəsinin əsaslarına görə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X24 iddiaçının əri olmuşdur. X8 xx.xx.2005-ci il tarixdə Qax rayonunun Qaxİngiloy kəndində X9 1200 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini Qax rayon Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi təsdiq etdirməklə 13 230 000 (həmin dövrdə qüvvədə olan pul) manata almışdır. Bundan başqa X8 notarial qaydada aldığı torpaq sahəsinə bitişik sahə olan Qax-İngiloy bələdiyyəsinin mülkiyyətində olan 0,064 ha həyətyanı torpaq sahəsini Qax rayonu Qax-İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarı ilə və torpaqların alqı-satqısına dair tərtib edilmiş akt əsasında Qax rayon ABB Qax şöbəsi bankının hesabına 11 nömrəli qəbzlə 384 manat ödəməklə həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almasına dair alqı-satqı aktı xx.xx.2009-cu il tarixdə 1201 nömrə ilə Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyata aldıqdan sonra həmin torpaq sahəsinə dair A N 112348 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, həmin sənəd xx.xx.2009-cu il tarixdə 755 nömrə ilə X37 kitabında qeydiyyata alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdüri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmişdir.

10. Qax-İngiloy bələdiyyəsindən alınmış torpaq sahəsinin satılması üçün əsas olan sənədlər aşağıdakılardır: 1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdürinin imzası və möhürü ilə və Qax-İngiloy bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmiş Qax-İngiloy bələdiyyəsi tərəfindən X2 nəzərdə tutulan torpaq sahəsinin sxematik planı; 2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin X2 nəzərdə tutulan 640 kv.m torpaq sahəsinin Qax-İngiloy bələdiyyəsinin mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olmasına dair verilmiş rəy; 3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 673 saylı torpaq sahəsinin qiymətləndirilməsinə və mülkiyyət növünə dair tərtib etdiyi arayış; 4. Qax-İngiloy bələdiyyəsinin satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı; 5. Qax rayon Qax-İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli protokolundan çıxarış. Yuxarıda qeyd olunan torpaqlara dair tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü", eyni zamanda digər sənədlər cavabdeh təşkilata iddiaçı tərəfindən təqdim olunaraq torpaq sahəsinin DƏDR-də qeydiyyata alınmasını və reyestrdən çıxarış verilməsini xahiş edilməsinə baxmayaraq, cavabdeh təşkilat torpaq sahəsini qeydiyyata almaqdan imtina edərək qeyd etmişdir ki, yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, həmçinin xx.xx.2007-ci il tarixdən qüvvədə olan bələdiyyələrə dair bəzi qanunverici aktlarına dair dəyişikliklər və əlavələr edilməsi barədə Qanunun tələbləri pozulduğundan ərizənin icrası mümkün olmamışdır. İddiaçı, cavabdeh orqanın imtina cavabı ilə razılaşmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

11. Şəki İnzibati Məhkəməsində araşdırma aparılarkən məlum olmuşdur ki, Tofiq Əfəndiyev xx.xx.2005-ci il tarixdə Qax rayonu Qaxingiloy kəndində 1200 kv.m torpaq sahəsini və torpaqda yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq tikilini X15 13230000 manata satmışdır. Alqı-satqı müqaviləsi Qax rayon Dövlət Notariat Kontorunda təsdiqlənmişdir. Həmin torpaq sahəsini Əfəndiyev X1 müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq alqı-satqı müqaviləsi bağlanan andan bir il 3 ay vaxt keçdikdən sonra, xx.xx.2006-cı il tarixdə X39 Lahiyə İnstitunun əməkdaşı F.Cəfərov və X30 Komitəsinin Qax rayon şöbəsinin müdiri A.Həşimov alqı-satqı ilə Tofiq Əfəndiyevə satılmış torpaq üçün X11 və onun ailə üzvləri olan X22, X27 və X19 adına torpağın mülkiyyətə verilməsinə dair JN650F KOD:40309005 nömrəli şəhadətnamə hazırlayaraq həmin torpağı yəni, 0,15 ha torpağı Kulaşvililərin mülkiyyətinə verərək həmin şəhadətnaməni 8692 nömrə ilə qeydiyyatdan keçirmişlər. Onların bu hərəkəti mərhumun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, həmin şəhadətnamədə qeyd olunmuş 0,15 ha torpaq sahəsinin 0,12 ha hissəsi alqı-satqı ilə Tofiq Əfəndiyevə satılmışdır. Hazırda həmin alqısatqı müqaviləsinin DƏDR-də qeydiyyata alınması üçün şəhadətnamənin satılmış torpağa dair hissəsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi məcburiyyəti yaranmışdır. O, bununla bağlı cavabdeh təşkilata rəsmi olaraq müraciət etmiş, lakin cavabdeh təşkilat ona müraciətdə qeyd olunan məsələnin həllinin ərazi idarəsinin səlahiyyətlərinə aid olmadı bildirilərək imtina cavabı vermişdir.

12. Cavabdeh orqanın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iddia tələbinə münasibətlərində qeyd etmişdir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 14 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, təmsil etdiyi İddiaçı mərhum əri X15 məxsus olmuş 1840 kv.m torpaq sahəsi üzərində X8nun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı X34 kitabında 26 fevral 2009-cu il tarixdə 755 nömrə ilə X12 adına uçota alınmış 1840 kv.metr torpaq sahəsi ilə bağlı A seriyalı, 112348 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 21 fevral 2005-ci il tarixli, 235403 saylı alqı-satqı müqaviləsinin (1200 kv.m) və Qaxingiloy Bələdiyyəsinin 25 may 2007-ci il tarixli, 06 saylı protokoldan çıxarış qərarının (640 kv.m) olduğu müəyyən edilsə də, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin predmeti olan 1200 kv.m torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış 2003-cü ildə tikintisinə başlanmış yarımçıq tikili olduğundan, həmçinin Qaxingiloy Bələdiyyəsi tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə tərəfindən bilavasitə satılmış 640 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadan, bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı müqaviləsi bağlanmadan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə zidd olaraq özgəninkiləşdirmə notarial qaydada təsdiq edilmiş müqavilə ilə deyil, alqı-satqı aktı ilə rəsmiləşdirildiyindən vətəndaşa xx.xx.2022-ci il tarixli, **********05 saylı imtina məktubu verilmişdir.

13. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan başqa, Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış 21 fevral 2005-ci il tarixli, 235403 saylı, 4ə-58 reyestr nömrəli alqı-satqı müqaviləsində X11 Qax rayonu, Qaxingiloy kəndində yerləşən 1200 kv.m torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış yarımçıq yaşayış evini X6 qeyd olunmuşdur. Yəni, sözügedən müqavilənin predmeti iddiaçının iddia etdiyi 1200 kv.metr torpaq sahəsi deyil, həmin torpaq sahəsində yerləşən yarımçıq tikili olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.

14. Odur ki, daşınmaz əmlak barəsində barəsində Qax rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 21 fevral 2005-ci il tarixli, 235403 nömrəli alqı-satqı müqaviləsi iddiaçının iddia etdiyi Qax rayonu, Qaxingiloy kəndində yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək həmin maddədə göstərilmişdir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əvvəlki redaksiyada isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı satqı aktı tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli, 2523 saylı sərəncamı ilə “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanunu tətbiq edilmişdir.

15. Odur ki, Qax şəhərində yerləşən 0,064 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Qax İngiloy bələdiyyəsinin ərazisində yaşayan və yaşayış yeri üzrə qeydiyyatda olan X8na 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra alqı-satqı müqaviləsi ilə deyil alqı-satqı aktı ilə ayrıldığından, xx.xx.2009-cu il tarixli 1201 nömrəli torpaqların alqı-satqısına dair akt iddiaçının iddia etdiyi Qax şəhərində yerləşən 640 kv.metr torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Qax şəhərində yerləşən 1840 kv.metr torpaq sahəsi üzərində İddiaçı mərhum əri X12 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamışdır.

16. İddiaçının vəkilinin (nümayəndəsinin), birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Üçüncü şəxs və vəkili birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 noyabr 2023-cü il tarixli 2-1(116)-942/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

20. Üçüncü şəxs X18 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

21. Üçüncü şəxs X18 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax rayonu, Qaxingiloy kənd XDS-icraiyyə komitəsinin 27 fevral 1982-ci il tarixli qərarı ilə həmin dövrdə təsərrüfat subyekti kimi fəaliyyətdə olmuş “Şota Rustaveli” adına kolxozun balansında olan 12000 kv m torpaq sahəsi, ayrıca fərdi evə ehtiyacı olan gənc mütəxəssis olaraq ailə tərkibi ilə bağlı arayış əsasında 4 nəfər ailə üzvünə ayrılmış və adı gedən qərar Qax rayon XDS icraiyyə Komitəsinin 11 iyun 1982-ci il tarixli. 13 saylı protokolla təsdiqlənmişdir. Qeyd edilən hissədə fərdi evin tikintisinə başlanılmış və maddi imkansızlıq üzündən tikintisi başa çatdırılmamışdır. Məhkəmə nəzərdən qaçırmışdır ki, sözügedən torpaq sahəsi satıldığı zaman onun üzərində İ.Kulaşvililərin sahiblik və istifadə hüququ olsa da, torpaq sahəsinə öz mülahizələrinə uyğun olaraq sərəncam vermək, yəni onu satmaq hüququ olmamışdır. Həmin sərəncam vermək hüququ, digər iki hüququ komponentlə yəni, sahiblik və, istifadə hüququnu özündə ehtiva edən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Kulaşvılilər ailəsininin ümumi birgə xüsusi mülkiyyət hüququ yalnız Qax rayon Aqrar islahat Komissiyasının 19 fevral 2003-cü il tarixli 01 saylı qərarı əsasında yaranmışdır. Məhkəməyə təqdim edilmiş, Qax rayonu X20 adı çəkilən qərarı ilə müəyyən edilmiş xüsusi mülkiyyətin dövlət qeydiyyatına alınmış şəhadətnamənin alqı-satqı müqaviləsindən 1 il 3 ay keçdikdən sonra verilməsi ona dəlalət etmir ki, alqı-satqı müqaviləsi qanunidir. Əksinə AR Mülki Məcəlləsinin 146.2 -ci maddəsinin tələbinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə məhz bu xüsusatı qanun nöqteyi-nəzərdən araşdırmaqdan yayınıb və sanki notariat orqanını vəzfələrini icra edirmiş kimi notarial hərəkətlərin mahiyyətinə qiymət verib. Əslində məhkəmə 3-cü şəxslər olan Kulaşvililərin xüsusi mülkiyyət hüququna dair vizual sənədin xx.xx.2006-cı i! tarixdə verilməsinin onların hüququnun həmin tarixdən yarandığına deyil, mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparıldığı 19 noyabr 2003-cü il tarixdən yarandıqı xüsusatına hüquqi qiymət verməli idi. Məhz bu zaman məhkəmə, notariat orqanından fərqli olaraq mübahisəni mahiyyəti üzrə deyil qanun üzrə həll etmiş olardı. Həmçinin məhkəmə öz təşəbbüsü ilə mübahisəli torpaq sahələrinə yerli baxış keçirməmiş, mübahisə predmetinə dair məhkəmə tıkinti-texniki ekspertizasının keçirilməsi yolu ilə 0,15 ha torpaq sahəsinin 03 ha torpaq sahəsinin Qax rayonu, Qaxingiloy Bələsiyyəsinin qanunsuz və əsassız satdığı 640 kv m torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşüb -düşmədiyi müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2-1(116)-942/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X18 bildirdi ki, fərdi yaşayış evini və altındakı 0,12 ha torpaq sahəsini ailəsinin razılığı ilə X3.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Hacı-X7 İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2-1(116)-942/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı və digər üçüncü şəxsələr məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

25. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

26. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəylərindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 2210 kv.metr olub döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerquriuşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X21 X32) baza məlumatlarına əsasən Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar olmaqla, fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. A112348 nömrəli planölçü sənədindəki 1840 kv.m torpaq sahəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilindədir. (tərtib edilmiş yerquruluşu planında göstərilmişdir). Qax rayon Dövlət Notariat Kontorunda 21,02.2005-ci il tarixli 4Ə-58 saylı müqaviləsi ilə 1200 kv.m və Qaxingiloy Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə 640 kv.m torpaq sahəsi Bakı şəhər sakini X12 mülkiyyətinə verilmişdir. İddiaçının qardaşı X17 bildirdiyinə görə torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsi JN-650F kod 40309005 nömrəli şəhadətnamənin cizgisində qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür və yerquruluşu planında göstərilmişdir. A112348 nömrəli plan-ölçü sənədindəki 1840 kv.m torpaq sahəsi xüsusi mülkiyyətdədir. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, halhazırda arxivdə Qax rayon Qaxingiloy bələdiyyəsinin 2000-2004-cü illərin iclas protokolları mühafizə olunur. Qaxingiloy bələdiyyəsi 2007-ci ilin iclas protokollarını (o cümlədən xx.xx.2007-ci il tarixli 06 saylı iclas protokolu və protokola əlavə edilmiş hər hansı bir sənəd) Qax rayon Dövlət Arxivinə təhvil verməyib. Arxivdə mühafizə olunan Azərbaycan Respublikası FHN Əməliyyat İstintaq idarəsinin xx.xx.2009-cu il tarixli “Cinayət işi başlanamasının rədd edilməsi haqqında Qərar”a əsasən xx.xx.2009-cu il tarixdə Qaxingiloy bələdiyyəsinin yerləşdiyi binada baş vermiş yanğın nəticəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Qaxingiloy bələdiyyəsinə məxsus protokollar yanmışdır.. - Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 13 saylı protokolundan və xx.xx.2005-ci il tarixli 235403 nömrəli müqavilədən görünür ki, Qaxingiloy kənd sakini X14 texniki sənədlər əsasında öz həyətyanı torpaq sahəsində yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Qaxingiloy kənd XDS icraiyyə komitəsinin xx.xx.1982ci il tarixli 2 nömrəli iclasının qərarı təsdiq edilmiş, X18 Qax rayonun Qaxingiloy kəndində 1200 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış, yarımçıq yaşayış evini vətəndaş X3. - Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş 1103 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X18, Liana Vaxtanqovna, Mamuka İvanoviç, Marina İvanovna qeyd edilmişdir. - AZ-İİ 132418 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - - İ-ЖГ 477263 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 ilə X25 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmışdır. - Qax rayonu Qax İngiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli protokoldan çıxarışdan xx.xx.2009-cu il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatına az yararlı torpaqlarından X15 0,064 ha torpaq sahəsi satılmışdır. - A 112348 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-58 saylı müqavilə ilə 1200 kv.metr və Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə 640 kv.metr cəmi 1840 kv.metr torpaq sahəsinə X12 adına tərtib edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır;

29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

30. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

32. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2005-ci il tarixli 4Ə-58-cı il nömrəli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri):

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb).

33. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə. 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

34. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

35. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

36. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

37. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: 1) JN-650F saylı Şəhadətnamənin 0,12 ha hissədə ləğv edilməsi; 2) A112348 saylı torpaq sahəsinin Plan və ölçüsü sənədində qeyd olunmuş 1840 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın verilməsi.

40. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili - yarımçıq tikiliyə münasibətdə notarial qaydada bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-58-cı il nömrəli alqı-satqı müqaviləsinin predmetinin 1200 kv.m torpaq sahəsi olmaması, həmçinin Qaxingiloy Bələdiyyəsi tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə tərəfindən bilavasitə satılmış 640 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadan, bələdiyyə ilə fiziki şəxs arasında alqı-satqı müqaviləsi bağlanmadan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə zidd olaraq özgəninkiləşdirmə notarial qaydada təsdiq edilmiş müqavilə ilə deyil, alqı-satqı aktı ilə rəsmiləşdirilməsi olmuşdur.

41. Üçüncü şəxslərin iddia tələbinə qarşı dəlili isə JN-650F saylı Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin İvan Kulaşvilinin mülkiyyətinə digər ailə üzvləri ilə birlikdə verilməsi, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması ilə bağlı hər hansı qeydin, o cümlədən JN-650F saylı Şəhadətnamədə adları qeyd edilmiş digər şəxslərin sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı iradə ifadələrinin olmaması ilə bağlı olmuşdur.

42. Məhkəmə həm cavabdehin, həm də üçüncü şəxlərin etirazının dəlillərini əsassız hesab edərək qeyd edir ki,. iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum əri Tofiq Əfəndiyev xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alqı-satqı müqaviləsi əsasında Qax rayonun Qaxingiloy kəndində 1200 kv.metr torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlanmış, yarımçıq yaşayış evini X9 almışdır.

43. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü müqavilədə 1200 kv.m qeyd edilmişdir.

44. Satılan yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinə dair tərtib edilmiş JN-650F saylı Şəhadətnamə xx.xx.2006-cı ildə, yəni alqı-satqı müqaviləsi bağlandıqdan 1 ildən artıq müddət keçdikdən sonra hazırlanmış və həmin Şəhadətnamənin Qax RAİK-nın xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Qax RAİK-nın xx.xx.2003-cü il tarixli 01 nömrəli qərarı (həmin qərar əsasında təsdiq edilmiş torpaq payı almaq hüququ olan subyektlər siyahısında üçüncü şəxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd edilməsinə baxmayaraq, tərtib edilmiş Şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.15 ha göstərilmişdir) ilə üçüncü şəxslərə iddia olunan torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN-650F saylı Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən yarımçıq tikilinin X18 tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır.

45. Göründüyü kimi cavabdeh orqanın JN-650F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin bütövlükdə üçüncü şəxslərin adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan, iddiaçı həmin şəhadətnamənin alqı-satqı müqaviləsində qeyd edilmiş 0.12 ha hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən yarımçıq tikilinin əvvəlki sahibinin X10ması işdə olan Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 13 saylı protokolu ilə sübut olunur. Həmin torpaq sahəsi İvan Kulaşvilinin qanuni istifadəsində olduğundan yarımçıq tikilinin satılması ilə bərabər faktiki olaraq onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarını da iddiaçıya ötürmüşdür.

46. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

47. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

48. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”.

49. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir.

50. Alqı-satqı müqaviləsinin predmetinin torpaq sahəsi olmaması və İva Kulaşvili ilə bərabər digər üçüncü şəxslərin sözügedən torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı iradə ifadəsinin mövcud olmaması ilə bağlı” cavabdehin və üçüncü şəxslərin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

51. Həmçinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

52. Yarımçıq tikilinin satılması ilə bağlı müqaviləyə həmin tikilinin yerləşdiyi, ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan sərəncam verilsə də, məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş aşağıdakı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

53. İşdən görünür ki, iş üzrə cavabdeh və digər üçüncü şəxslər birinci instansiya məhkəməsinin qərarından narazı qalmadığından apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayəti verən şəxs X18 isə hazırkı məhkəmə iclasında izahat verərək fərdi yaşayış evini X5 0,12 ha torpaq sahəsini də ailə üzvlərinin razılığı ilə satdığını bildirmişdir.

54. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsində yerləşən yarımçıq tikili ilə bağlı iddiaçının mərhum əri və üçüncü şəxs İvan Kulaşvili arasında xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının mərhum ərinin aşkar sahibliyində və istifadəsində olmuşdur. Sözgedən torpaq sahəsinə dair cavabdeh orqan tərəfindən A112348 saylı torpaq sahəsinin Plan və ölçüsü sənədi də tərtib edilmişdir. Alqı-satqı müqaviləsi ötən müddət ərzində mübahisələndirilməmiş, həmçinin tərəflər arasında sözügedən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı mübahisə və məhkəmə çəkişməsi olmamışdır. Bununla da torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış üçüncü şəxslərin uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməmələri müəyyən edilmişdir.

55. Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı qəbul edilərkən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddələrinin tələblərinə əməl olunmaması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

56. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

57. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

58. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

59. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

60. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

61. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

62. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

63. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində mövcud olan pozuntuların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin pozuntuların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır.

64. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

65. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

66. Belə ki, iş materiallarında olan A112348 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına istinad olunduğundan məhkəmə hesab edir ki, cavabdeh orqan DT və XK-nin hüquq varisi olduğundan həmin plan-ölçü sənədi tərtib edilərkən ilkin torpaqayrıma sənədlərinin mötəbərliyi yoxlanılmış və A112348 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olması təsdiq etmişdir. Odur ki, sözügedən səndələr arxivdə mövcud olmamasa da, iddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş ilkin torpaqayrıma sənədlərinin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.

67. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

68. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

69. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

70. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı və iddiaçının mərhum əri və üçüncü şəxs İvan Kulaşvili arasında xx.xx.2005-ci il tarixli, 235403 nömrəli alğı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi üçün yetərli əsas sayılmalıdır.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

72. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

73. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi JN-650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğvi edilməsi və A112348 saylı “Torpaq sahəsinin Plan və ölçüsü” sənədində qeyd olunmuş 1840 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda düzgün nəticəyə gəlmişdir.

74. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

75. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “JN-650F saylı şəhadətnamənin 0,12 ha hissədə ləğvi edilməsi və A112348 saylı “Torpaq sahəsinin Plan və ölçüsü” sənədində qeyd olunmuş 1840 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun X8na məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

76. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2-1(116)-942/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar