Məhkəmə qərarları › İş №2-1(107)-160/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-160/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-160/2020 24.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı nümayəndəsi X7, vəkili X1, özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə vəsatət verən şəxs X20, onun və Şəki rayon Turan bələdiyyəsinin vəkili X9 və Şəki rayon Turan bələdiyyəsinin sədri X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18rşı “Şəki rayonu Turan bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddiasına dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəsinin təmin edilməməsi haqqında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Fuad Abbasov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X24 (bundan sonra DƏDRX-nın 12 saylı X31) qarşı “Şəki rayonu Turan bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2- 1(84)-621/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X22 üzərinə Şəki rayonu Turan bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 04 nömrəli qərarı ilə 35 il müddətinə icarəsinə verilmiş X=692395,4645 Y=4524404,4546, X=692414,6526 Y=4524184,3052, X=692425,9277 Y=4524160,4110, X=692459,0875 Y=452390,4179, X=692465,7545 Y=4523824,8079, X=692458,6082 Y=4523718,6230, X=692424,8830 Y=4523613,3461, X=692389,5597 Y=4523589,7022, X=692334,4937 Y=4523817,0787, X=692331,2633 Y=4524129,6616, X=692349,0427 Y=4524208,7861, X=692350,3730 Y=4524402,1668, X=692428,2697 Y=4523610,5832, X=692424,1388 Y=4523718,3779, X=692470,0204 Y=4523826,1831, X=692464,0302 Y=4523928,9432, X=692429,4430 Y=4524214,4095, X=692431,9687 Y=4524219,2049, X=692487,3472 Y=4524173,6355, X=692522,6448 Y=4524146,6053, X=692710,0565 Y=4524108,4164, X=692867,8984 Y=4524092,0752, X=692888,1749 Y=4524024,6093, X=692953,0203 Y=4523843,4398, X=692954,9327 Y=4523734,5940, X=692972,1687 Y=4523700,3676, X=692822,4031 Y=4523686,4917, X=694050,6486 Y=4523723,2963, X=694028,7618 Y=4523714,5161, X=694007,5686 Y=4523698,3669, X=693997,2739 Y=4523687,0834, X=693931,1616 Y=4523590,8116, X=693956,6114 Y=4523518,2259, X=693954,6996 Y=4523507,4004, X=693946,0970 Y=4523497,5741, X=693535,5953 Y=4523370,1012, X=693495,0443 Y=4523367,5908, X=693398,0999 Y=4523394,1344, X=693349,0287 Y=4523542,4469, X=693673,8872 Y=4523525,6153, X=693846,2287 Y=4523490,1922, X=693860,0761 Y=4523730,7053, X=693964,7364 Y=4523733,2295, X=693314,0658 Y=4523632,1883, X=693394,9822 Y=4523385,8815, X=693495,0095 Y=4523363,1041, X=693536,7138 Y=4523365,8033, X=693917,4591 Y=4523482,1715, X=694195,6533 Y=4522990,0026, X=694087,1746 Y=4523041,2137, X=693890,9069 Y=4523140,4922, X=693755,2219 Y=4523035,7575, X=693494,3473 Y=4522872,3127, X=693488,3556 Y=4522879,8466, X=693379,7519 Y=4522941,4626, X=693375,7385 Y=4522974,3056, X=693233,3458 Y=4523027,6875, X=693210,8349 Y=4522976,9740, X=693177,7617 Y=4522974,3558, X=693206,3654 Y=4523110,7165, X=693228,2364 Y=4523390,8410, X=693263,2564 Y=4523568,1314, X=693284,6068 Y=4523567,1610 koordinatlar daxilində yerləşən 65 ha örüş torpaq sahəsinin Şəki rayon Turan bələdiyyəsi tərəfindən tərtib edilmiş və təsdiqlənmiş sxemə uyğun İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Qərar qəbul edildikdən sonra X20 ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərarının ləğv edilməsi və özünün inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 nömrəli qərarı və xx.xx.2010-cu il tarixli 07 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 60 ha torpaq sahəsi və həmin bələdiyyənin xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarı və xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında örüş məqsədilə 120 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahələri bu günədək onun istifadəsindədir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərardadı ilə X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. X34 Apelyasiya Məhkəməsinə şikаyət verərək birinci instаnsiyа məhkəməsinin qərardadının ləğv оlunmаsı və vəsatətinin təmin edilməsini xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-717/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Fuad Abbasov kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Şikayət belə əsaslandırılmışdır ki, tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxtdan sonrakı illərə ona görə aiddir ki, Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli qərarı ilə təsdiqlənən "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nın 13-cü maddəsinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Lakin iddiaçıya ayrılmış torpaq sahələri qanunsuz olaraq 15 ildən artıq müddətə köhnə tarixdən rəsmiləşdirilmişdir. İkincisi, ona ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi faktının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan, məhkəmə torpaqşünaslıq ekspertizası ilə müəyyən edilə bilərdi. Təqdim etdiyi sənədlərin kserosurət olması da vəsatətinin təmin edilməməsi üçün əsas deyildir. Məhkəmə İPM-in 12-ci maddəsinə əsasən, müstəqil araşdırma apararaq sənədləri ala bilərdi. Eyni zamanda, iddia etdiyi torpaq sahəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşmədikdə məhkəmə yenə də iddianın təmin edilməsi barədə qərar qəbul edə bilərdi. Həmçinin, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qərar qəbul edildiyi halda, bələdiyyə də iş üzrə 3-cü şəxs qismində cəlb edilməmişdir. Bu hal hüququ pozulmuş şəxsin müraciət edib-etməməsindən asılı olmamalıdır. Əgər qəbul ediləcək məhkəmə qərarı fiziki və ya hüquqi şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına toxunursa, məhkəmə onu inzibati məhkəmə icraatına zəruri cəlb etməlidir. Birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minməzdən əvvəl və ya mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Eyni zamanda, torpaq sahəsi ayrılarkən torpaqayırma sənədlərinə əməl edilməmişdir. Çünki, torpaq sahəsinin icarə müqaviləsi Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, qeydiyyatdan keçirilməmiş, torpaq sahəsinin döngə nöqtələrini və koordinatlarını özündə əks etdirən sxem hazırlanmamış, torpaq sahəsinin ayrılması üçün icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumunun rəyləri alınmamışdır. Turan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 04 nömrəli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2010-cu il tarixli 07 nömrəli icarə müqaviləsi ilə ona örüş məqsədilə 60 ha torpaq sahəsi verilmişdir. Turan bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi ilə örüş məqsədilə 120 ha torpaq sahəsi 5 il müddətinə icarəsinə verilmişdir. Bununla bağlı torpaq sahəsinin sxemi Turan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə onu və Turan bələdiyyəsini işə cəlb etmədən, məsələni tam araşdırmadan qətnamələr qəbul etmişdir ki, həmin qətnamələr onun və Turan bələdiyyəsinin hüquqlarını pozur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında şikаyət verən şəxs Fuad Abbasov şikayətinə əlavə olaraq bildirmişdir ki, Şəki rayon Turan bələdiyyəsi ilə xx xxxxx 2015-ci ildə icarə müqaviləsi bağlayaraq, həmin bələdiyyənin 120 ha torpaq sahəsini beş il müddətə icarəyə götürmüşəm. Həmin vaxtdan həmin torpaq sahəsindən istifadə edirəm. Sonradan mənə məlum olmuşdur ki, İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək istifadəmdə olan həmin torpaq sahəsinə dair özünə çıxarış almaq barədə qərar alıb. Halbuki, onun çıxarış almaq istədiyi torpaq sahəsini Turan bələdiyyəsi mənə vermişdir. Bundan sonra Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin iş üzrə maraqlı şəxs kimi işə cəlb olunmağım barədə vəsatət verdim, lakin məhkəmə vəsatətimi təmin etmədi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanunsuz olduğundan, mən işə cəlb olunaraq həmin mübahisəyə mənim iştirakımla yenidən baxılmasını istəyirəm. Mən həmin torpaq sahəsindən qanunsuz istifadə etməyimə görə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə məhkum da edilmişəm. Ancaq həmin zaman sonradan məhkəməyə təqdim etdiyim müqaviləni tapa bilmədiyim üçün həmin məhkəməyə təqdim edə bilmədim. Mənə məxsus icarə müqaviləsində Turan bələdiyyəsinin adından həmin vaxt bələdiyyə sədri olmuş Narıngül Heydərovanın imzasının ona məxsus olmaması barədə ekspert rəyi ilə razı deyiləm. Ona görə də şikayətimin təmin olunmasını və Ali Məhkəmənin göstərişini nəzərə alıb iddiaçının və mənim istifadəmdə olan torpaq sahələnin üst-üstə düşübdülməməsini müəyyən etmək üçün ekspertiza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Fuad Abbasovun vəkili Ruhiyə Kərimli bildirmişdir ki, Ali Məhkəmənin göstərişi ondan ibarətdir ki, məhkəmə əvvəlcə iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə Fuad Abbasovun ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirməli, bu məsələnin araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilməli, torpaq sahələrinin üst-üstə düşməsi təsdiq edildiyi halda, Fuad Abbasovu üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməli, bundan sonra Fuad Abbasov tərəfindən təqdim edilmiş icarə müqaviləsinə və bələdiyyə qərarlarına, o cümlədən işin digər hallarına hüquqi qiymət verilməlidir. Torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirildikdən sonra Fuad Abbasovun təqdim etdiyi müqavilənin qanuniliyi yoxlanıla bilər. Bundan başqa, Narıngül Heydərovanın 2015-ci ildə icra edilmiş imzasının 2020-ci ildə icra edilmiş imzalar əsasında yoxlanılması düzgün deyil və bu halda ekspertin rəyi mötəbər sayıla bilməz. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Sərxan Əsədov bildirmişdir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Ekspert yalan rəy verdiyinə görə məsuliyyət daşıyır. İş materiallarında Fuad Abbasov barədə hökm və Narıngül Heydərovanın notarial qaydada təsdiq edilmiş ərizəsi var. Fuad Abbasovun təqdim etdiyi müqavilə qanuni olduğu halda torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün ekspertiza təyin oluna bilərdi. X20 barədə saxta sənəd hazırlamağa və ondan istifadəyə görə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işinin başlanması üçün Şəki Rayon Prokurorluğuna məlumat verilməsini və şikayətin təmin olunmayaraq iş materiallarında olan rəsmi sənədlər əsasında ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Cavid Qədimov bildirmişdir ki, Turan bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsi saxtadır. İşə əlavə edilmiş Narıngül Heydərovanın notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Turan bələdiyyəsinə sədrlik etdiyi dövrdə Turan bələdiyyəsi ilə X20 arasında 2015-2020-ci illər üçün icarə müqaviləsi bağlanmamış, müqavilə Fuad Abbsasov tərəfindən saxtalaşdırılmışdır. Mübahisəli müqavilədə Turan bələdiyyəsinin sədrinə aid imzanın həmin zaman bələdiyyə sədri işləmiş Narıngül Heydərova tərəfindən icra edilməməsi ekspert rəyi ilə də təsdiq olnumuşdur. Fuad Abbasova hüquq verən icarə müqaviləsində olan imza bələdiyyə sədri tərəfindən icra edilməmişsə, onda həmin müqavilə mötəbər sübut kimi qəbul edilə bilməz və bundan sonra tərəflərə aid torpaqların üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün müvafiq ekspertizanın keçirilməsinə heç bir zərurət qalmır. Ona görə də şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanımasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən üçüncü şəxs Şəki rayonu Turan bələdiyyəsinin sədri Elşən Piriyev bildirmişdir ki, hal-hazrıda Fuad Abbasovun ərizəsi ilə bağlı Turan bələdiyyəsində nə müraciətlərin qeydiyyatı kitabı, nə bələdiyyə qərarı, nə bələdiyyə iclasının protokolları yoxdur. Bununla bağlı vəkilim və mən X3 də sorğu göndərmişik, ancaq indiyədək cavab gəlməyib. Fuad Abbasova torpaq ayrılmasına dair müqavilə bağlanarkən Turan bələdiyyəsinin sağ olan üzvlərini isə məhkəmə iclasına gətirə bilmədik. X25 bələdiyyəsinə 360 manat rüsum ödəməsi barədə bələdiyyədə heç bir qəbz yoxdur. Ümumiyyətlə heç bir qəbz yoxdur. Odur ki, torpaq sahələrinin üst-üstə düşübdüşməməsini müəyyən etmək üçün ekspertizanın təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. X20 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinə xx.xx.2010-cu il tarixli 07 nömrəli, xx.xx.2015-ci il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin, həmçinin 2 ədəd xx.xx.2008-ci il tarixli Şəki Turan bələdiyyəsinə məxsus kompleks ətrafında olan örüş torpaq sahəsinin sxeminin, 2 ədəd Şəki rayonu Turan qəsəbəsinin "Yurd yeri" adlanan ərazisində yerləşən örüş sahəsinin sxeminin, X20 tərəfindən Şəki rayon Turan bələdiyyəsinə 200 manat örüş sahəsi üçün icarə vergisi ödənilməsi barədə xx.xx.2019-cu il tarixli qəbzin, 360 manat məbləğlə bağlı Şəki rayon Turan bələdiyyəsi tərəfindən X16 verilmiş xx.xx.2015-ci il tarixli AAE-028935 nömrəli kassa mədaxil orderinin qəbzinin təsdiq olunmamış kserosurətlərini əlavə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla torpaq sahəsi ilə bağlı X20 tərəfindən məhkəməyə təqdim edilmiş həmin sənədlər iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxtdan sonrakı illərə aiddir. İkincisi isə X16 ayrılmış torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi onun təqdim etdiyi sənədlərlə müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəsinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş 1(075)-33/2018 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək, üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs X20 həmin məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilin aprel ayında mal-qarasını otarmaq üçün Turan qəsəbə bələdiyyəsinin sədrindən örüş kimi icarəyə torpaq götürmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxx 2015-ci ildə Turan bələdiyyəsinin sabiq sədri Narıngül Heydərovaya ərizə ilə müraciət etmiş, sonuncu da ərizəni qəbul edib onunla icarə müqaviləsi bağlayaraq, 120 hektar örüş sahəsini mal-qara otarmaq üçün ona bir il müddətinə icarəyə vermişdir. O da həmin örüş sahəsindən bir il istifadə etmiş və həmin örüş sahəsini istifadə etməsinə görə 1 hektara 3 manat olmaqla, ümumilikdə 360 manat vergini ödəmişdir. 2015-ci ilin oktyabr ayında əkin sahəsi lazım olduğu üçün Narıngül Heydərovaya müraciət etmiş, sonuncu ilə razılaşıb örüş kimi istifadəsində olan 120 hektar sahəsinin daxilindən 24 hektar sahəni taxıl əkmək üçün icarəyə götürmüşdür. O da həmin 24 ha sahənin bir hissəsinə, yəni 7 hektar sahəyə arpa, 17 hektar sahəyə isə buğda əkmişdir. Əkdiyi 24 hektar sahəyə görə hər hektara 15 manat olmaqla cəmi 360 manat vergi ödəmişdir. 2016-ci ilin aprel ayında sabiq bələdiyyə sədri Narıngül xanımla bağladığı müqavilənin müddəti bitdiyi üçün sonuncu ilə yenidən müqavilə bağlamaq qərarına gəlmiş və bu məqsədlə ərizə ilə ona müraciət etmişdir. 2016-cı ilin aprel ayında sabiq bələdiyyə sədri Narıngül Heydərova ilə müqavilə bağlayıb 60 hektar sahəni örüş sahəsi kimi bir il müddətinə icarəyə götürmüş və yenə də bir hektarı 3 manatdan olmaqla ümumilikdə 192 manat vergini ödəmişdir. Həmin müqavilənin müddəti 2017-ci ilin aprel ayında bitmişdir. Lakin ayrıca əkin üçün icarəyə götürdüyü 24 hektar torpaq sahəsinin icarə müddəti isə 2016-cı ilin noyabr ayında bitmişdir. Buna görə o, həmin 24 hektar sahəni də 2016-cı ilin oktyabr ayında şumladıb buğda və arpa əkmişdir. 2017-ci ilin iyun ayında Narıngül xanım bələdiyyə sədri vəzifəsidən çıxarılmışdır. Narıngül xanım bələdiyyə sədri işlədiyi müddətdə 2017-ci ilin aprel ayında o, sonuncuya şifahi şəkildə müraciət edərək, həmin torpaq sahələrini həm örüş, həm də əkin üçün onunla icarə müqaviləsi bağlayıb onun adına rəsmiləşdirməsini xahiş etmişdir. Narıngül xanım da həmin torpaq sahəsini sənədləşdirəcəyinə söz vermiş, lakin heç bir müqavilə bağlamamışdır. Ancaq sonradan Narıngül xanımın işdən çıxarıldığını eşitmişdir. Bundan sonra o, yeni təyin olunmuş bələdiyyə sədri Səyyad müəllimin yanına gedib ondan ona əkin və örüş sahəsi üçün icarəyə torpaq sahəsi verilməsini xahiş etmişdir. Səyyad müəllim də ona gözləməsini təklif etmiş, yenilik yaranan kimi ona icarəyə torpaq sahəsi verəcəyini bildirmişdir. O da 2017-ci ilin oktyabr ayının sonuna kimi gözləmiş, lakin Səyyad müəllimdən bir xəbər çıxmamışdir. Buna baxmayaraq, bir çox şəxslər həmin ərazidəki sahələri şumlayıb taxıl əkmişlər. O da əvvəl əkin üçün və örüş sahəsi kimi icarəyə götürdüyü torpaqlardan ümumilikdə 49 hektar sahəni şumladıb taxıl əkmişdir. Əkdiyi sahə Turan qəsəbəsinin “Baynçala” adlanan ərazisinin yaxınlığında 20 hektar və 29 hektar ayrı-ayrı yerlərdə yerləşmiş, 29 hektar sahəyə ancaq arpa, 20 hektar sahənin isə təxminən 14 hektarına buğda, 6 hektarına isa arpa əkmişdir. 2018-ci ilin yanvar ayında onun və digər şəxslərin taxıl əkdikləri sahəyə baxış keçirilmiş və baxış keçirilən zaman onun taxıl əkdiyi sahələrin 20 hektar və 29 hektar olması, həmin sahələrdən 29 hektarında arpa, 20 hektarın 14 hektarına buğda, 6 hektarına isə arpa əkilməsi müəyyən edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Mövlamov Səyyad İsrəfil oğlu məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, xx xxxx 2017-ci ildən Şəki rayonu Turan qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ondan əvvəl həmin vəzifədə Turan qəsəbə sakini Narıngül Heydərova işləmişdir. Turan Bələdiyyəsinin balansında 2230 hektar örüş sahəsi, 4680 hektar isə qəsəbə sakinlərinə məxsus əkinə yararlı pay torpaq sahələri vardır. Bundan başqa Turan qəsəbəsinin ərazisində islahat başa satdıqdan sonra həmin qəsəbənin ərazisindən əlavə 296 hektar əkin təyinatlı ehtiyat torpaq sahəsi bələdiyyənin sərəncamına verilmişdir. Həmin torpaq sahəsindən 80 hektara qədər torpaq sahəsi isə Böyük Vətən müharibəsi əlillərinə, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş şəxslərə, Çernobıl əlillərinə və siyahıda adı olmayan bəzi şəxslərə pay torpağı kimi verilmişdir. Turan Bələdiyyəsinə məxsus sahələri bir çox şəxslər özbaşına tutub şumlayıb taxıl əkmişlər. Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şəki rayonu Turan qəsəbəsində məskunlaşımş X32 Bələdiyyəsinə məxsus, keçmiş kompleks adlanan ərazinin yaxınlığında cəmi 49 hektar torpaq sahəsini özbaşına şumlayıb taxıl əkmişdir. Belə ki, 2018-ci ilin yanvar ayının 10-da Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsinin və X26 idarəsinin əməkdaşları, eləcə də iki nəfər hal şahidlərinin iştirakları ilə birlikdə həmin əraziyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Fuad Abbasov həmin ərazidə 20 hektar və 29 hektar olmaqla cəmi 49 hektar sahəyə taxıl əkmişdir. Həmçinin baxış zamanı məlum olmuşdur ki, Fuad həmin sahələrdən 20 hektar sahənin 14 hektarına buğda, 6 hektarına arpa, 29 hektar sahəyə isə arpa əkmişdir. X12 Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən «CPS» ölçmə aparatı ilə ölçüb Fuadın əkdiyi taxıl sahəsinin ölçüsü müəyyən edilmişdir. Eyni zamanda X23 İdarəsinin aqronom mütəxəssisi həmin sahəyə baxıb taxılın normal cücərdiyini bildirmişdir. Baxış zamanı protokol tərtib olunmuş və iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Fuad sahəni əkməmişdən əvvəl gəlib ondan həmin sahəyə görə icarə müqaviləsi bağlamasını xahiş etmiş, lakin həmin ərazi örüş sahəsi olduğu üçün Fuada əkin əkmək üçün icarə müqaviləsi bağlamağa səlahiyyətinin olmadığını bildirmiş və Fuada dəfələrlə izah etmişdir ki, onun əkin əkmək üçün icarəyə götürmək istədiyi torpaq sahəsi örüş üçün nəzərdə tutulmuşdur. Buna görə də həmin sahəni şumlamağın qanunla qadağan edildiyini bildirmişdir. Buna baxmayaraq Fuad ona məhəl qoymamış və həmin sahəyə taxıl əkmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş 1(075)-33/2018 saylı hökmündə məhkəmə belə nəticəyə gəlmişdir ki, X20 2017-ci ilin oktyabr ayında Turan bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı cəmi 49 hektar torpaq sahəsini torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına şumlayıb əkib becərmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına becərmə cinayətini törətmişdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 1(075)- 33/2018 saylı hökmü Fuad Abbasovun şikayəti üzrə hazırda baxılan iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, həmin hökm ilə Fuad Abbasovun 2017-2018-ci illərdə Turan bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmaması, o cümlədən icarə müqaviləsinin olmaması müəyyən edilmişdir. İşin ilk məhkəmə baxışına qədər İddiaçı məhkəmə kollegiyasına vəsatət və Şəki rayon Turan bələdiyyəsinin 2015-2017-ci illərdə sədri vəzifəsində işləmiş Narıngül Heydərovanın notarial qaydada təsdiq olunmuş ərizəsini göndərərək bildirmişdir ki, X14 bələdiyyəsinə sədrlik etdiyi dövrdə Turan bələdiyyəsi ilə X20 arasında 2015-2020-ci illər üçün icarə müqaviləsi bağlanmamış, müqavilə Fuad Abbsasov tərəfindən saxtalaşdırılmışdır. Buna görə də xx.xx.2015-ci il tarixli 08 nömrəli icarə müqaviləsində bələdiyyənin sədri olmuş Narıngül Heydərovanın adından icra edilmiş imzanın Narıngül Heydərova tərəfindən icra olunub-olmamasını yoxlamaq üçüçn məhkəmə xətşünaslıq eskpertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası xx xxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının qərarı ilə iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə ərizəçinin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirmək məqsədilə məhkəmə xətşünаslıq və sənədlərin məhkəmə texniki ekspertizаsı təyin etmişdir. Ekspertizаnın аpаrılmаsı üçün iş materialları Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə göndərildikdən sonra Narıngül Heydərova və onun qayınatası Əziz Hedydərov notarial qaydada təsdiq olunmuş ərizə ilə xx xxxx 2020-ci ildə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Narıngül Heydərova ərizəsində bildirmişdir ki, icraatınızda olan 2-1(107)-160/2020 nömrəli iş üzrə mübahisə predmeti olan və Şəki rayon Turan bələdiyyəsi tərəfindən X16 verilmiş xx xxxxx 2015-ci il tarixli icarə müqaviləsinin mətnini mənim əvəzimə qayınatam X17 doldurmuş, müqavilə isə mənim tərəfimdən imzalanmışdır. X17 isə öz ərizəsində bildirmişdir ki, yazıb sizə bildirirəm ki, icraatınızda olan 2-1(107)- 160/2020 nömrəli iş üzrə mübahisə predmeti olan və Şəki rayon Turan bələdiyyəsi tərəfindən X16 verilmiş xx xxxxx 2015-ci il tarixli icarə müqaviləsinin mətnini gəlinimin əvəzindən mən doldurmuşam. Həmin müqavilə ilə X2 tərəfindən mənim şahidliyimlə imzalanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixdə məhkəmə kollegiyasına daxil olmuş 5/729-5/290 nömrəli rəyində göstərilmişdir ki, təqdimata təqdim edilmiş xx.xx.2015-ci il tarixli 08 nömrəli torpaq icarə müqaviləsinin 1.1ci bəndinin 3-cü sətrində olan “müddəti yazı ilə” sözlərin yerləşdiyi qrfadakı əllə yazılmış 5 (beş il) rəqəm və sözlərin üzərindən eyni məzmunlu yazılar təkrarən icra edilmişdir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndinə əsasən diyircəkli qələmlərin icra müddətinin müəyyən edilməsi üçün ekpertin istifadəsində etibarlı və mənalı qəbul olunmuş metodika olmadığına görə, qərarda göstərilən xx.xx.2015-ci il tarixli 8 nömrəli icarə müqaviləsinin boş qrafalarında düz xətt üzərində sonradan yazılmış sözlər (məsələn Şəki rayonu, Turan bələdiyyəsi) hansı vaxta təsadüf edir sualına cavab vermək mümkün olmamışdır. Həmin Mərkəzin xx xxxx 2020-ci il tarixli 4/62 nömrəli rəyində isə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2015-ci il tarixli 08 nömrəli torpaq icarə müqaviləsində “İcarəyə verən” qrafasındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan sonra Şəki rayon Turan bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 48 nömrəli məktubuna əsasən, 2014-cü ildən 2019-cu ilədək Turan bələdiyyəsinə seçilmiş 9 bələdiyyə üzvü şahid qismində məhkəmə kollegiyasının iclasına dəvət edilmiş, lakin onlardan heç biri məhkəməyə gəlməmişlər. Bundan əlavə, həmin zaman Turan bələdiyyəsində olmuş müraciətlərin qeydiyyatı kitabı, müqavilələrin qeydiyyatı kitabı, bələdiyyə iclaslarının keçirilməsi ilə bağlı sənədlər, habelə bələdiyyənin qəbul edtdiyi qərarlarla bağlı iclas protokolları və s. bələdiyyə sədri Elşən Priyevdən istənilmiş, lakin o, hazırda Şəki rayon Turan bələdiyyəsində belə sənədlərin mövcud olmadığını, bununla bağlı ƏN-nin X4 müraciət etdiklərini, lakin sorğularına cavab verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şəki rayon Turan bələdiyyəsinin keçmiş sədri X2 ifadəsində bildirmişdir ki, Fuad Abbasov 2015-ci ildə Turan bələdiyyəsinə ərizə ilə müraciət etdi və Turan bələdiyyəsinin sədri kimi 120 ha torpaq sahəsinin bir il müddətə icarəyə verilməsinə dair onunla müqavilə bağladım. Fuad Abbasov buna görə bələdiyyəyə 360 manat icarə haqqı ödədi. Keçən məhkəmə iclasında mənə müqavilə göstəriləndə həmin müqavilə mənə tanış gəlmədiyinə və mənim xəttim olmadığına görə ekspertə verilməsini xahiş etdim. Həqiqətən də, mənim xəttim deyildi. Çünki, həmin vaxt təcrübəsiz olduğumdan qayınatam-sabit Turan bələdiyyəsinin sədri Əziz Heydərov bu müqaviləni doldurmuşdu. Uzun müddət keçdiyi üçün bu müqavilənin necə, hansı şəraitdə yazıldığını xatırlamıram. xx.xx.2015-ci ildə Turan bələdiyyəsinin sədri kimi X20 ilə 120 ha torpaq sahəsinin 5 il müddətə icarəyə verilməsi haqqında müqavilə imzalamamışam. Mən onunla 1 il müddətə müqavilə bağlamışam. Həmin müqavilənin hansı şəraitdə yazıldığı yadımda deyil. 2015-2020-ci illərə dair Fuad Abbasovla müqavilə bağlamamışam və onu imzalamamışam. xx xxxx 2020-ci il tarixli notarial qaydada təqsdiq edilmiş ərizəni məhkəməyə ona görə göndərmişik ki, Fuad Abbasovla bağladığım 1 il müddətə müqaviləni qayınatam doldurmuş, mən də imzalamışam. Barəmdə sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi açılmayıb. Vəzifə səhlənkarlığım olub. X32 bələdiyyəsinə müqavilə ilə bağlı ərizə ilə müraciət edib. Ərizə müvafiq qeydiyyat kitabında qeyd olunub, iclasda protokol-qərar da qəbul olunub. Bələdiyyə üzvlərinin onunla bağlı məlumatı olub. Əvvəlki məhkəmə iclasında mənə göstərilmiş və iş materiallarına əlavə edilmiş 5 il müddətə bağlanmış müqaviləni mən imzalamamışam. Notarial qaydada təsdiq edilmiş ərizəni verəndə mən qeyd etdiyiniz müqaviləni nəzərdə tutmamışam. Fuad Abbasov 1 illik müqaviləsi bitdiyinə görə 2016-cı ildə ərizə ilə Turan bələdiyyəsinə müraciət edib. Kənd təsərrüfatı idarəsindən yalnız hərrac yolu ilə torpaq verilə biləcəyi barədə məlumat daxil olduğuna görə, onun ərizəsini daşınmaz əmlaka göndərdik. Daha sonra işdən çıxdığıma görə onunla müqavilə bağlaya bilmədim. Fuad Abbasovla 1 il müddətinə müqavilə bağlamışam. Ərizə daxil olduğu zaman onu kitaba qeyd edirdik. Onun üzərinə dərkanar yazıb tarix qoyurduq. Ərizə bələdiyyədə saxlanılırdı. Ərizənin surəti vətəndaşa verilirdi. Cinayət işi üzrə araşdırma aparıldıqda mən Fuad Abbasovla üzləşdirildim və həmin müqavilə barədə ifadəmizi aldılar. Müqavilənin bir il müddətə olduğunu oradan xatırlayıram. İş materiallarına əlavə edilmiş müqavilədəki imza mənim imzama oxşasa da, mən bu cür müqavilənin necə yazıldığını xatırlamıram. Həmin dövrdə müqavilə bu formada tərtib olunurdu. Həmin ərəfələrdə möhür məndə olurdu. Bir illik müqavilə üçün 360 manat rüsum ödənilir. Fuad Abbasovun 360 manat ödəməsi barədə qəbz var. Sərxan Əsədovla hər hansı müqavilə bağlamamışam, amma o mövsümdə icarə haqqını ödəyirdi. Mən Turan bələdiyyəsinin sədri olan zaman mübahiləli torpaq sahəsinin Əsədovların istifadəsində olub-olmamasını bilmirəm, torpaqları yaxşı tanımamışam. Fuad Abbasovla bir il müddətinə müqavilə bağladığım zaman icarəyə verilən torpaq sahəsinin koordinatları aqronom vasitəsi ilə müəyyən edilib. Aqronom torpaq sahəsini olçdüyü zaman həmin torpaq sahəsi Əsədovların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmürdü. Belə bir hal olsa idi mübahisə 2015-ci ildən başlayardı. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid X17 bildirmişdir ki, 2014-ci ilin dekabr ayında gəlinim X14 bələdiyyəsinin sədri seçilmişdir. Səhv etmirəmsə, 2015-ci ilin aprel ayında Fuad Abbasov örüş torpağına dair icarə müqaviləsi bağlamaq istədiyini bildirdi. Gəlinimin müqaviləni doldurmağa səriştəsi olmadığına görə, müqaviləni mən yazdım, təsdiq edilməsi üçün ona verdim. Mən müqavilənin hansı müddətə bağladığını bilmirəm. Müqavilənin müddətini müəyyən etmək mənim səlahiyyətində deyildi. Mən yalnız mətni yazdım. Mən özüm Narıngülə bildirdim ki, müddət, imza, möhür mənlik deyil. Müddət qrafasında yazını mən yazmamışam. Mən latın əlifbası ilə müqaviləni doldurdum. Amma latın əlifbası ilə biraz yazdıqdan sonra kiril əlifbası ilə qarışdırıram. Müqavilənin müddətinə qətiyyən qarışmamışam. İcarə verilən torpaq sahəsinin neçə hektar olduğu yadımda deyil. Mən müddətlə bağlı qrafanı, imza çəkilən və möhür vurulan yerləri boş saxlamışam. Müqavilədəki xətt mənə məxsusdur. Bu müqaviləni mən yazdım. Mən beş il müddətə müqaviləni yazmamışam. Beş il müddətə müqavilənin bağlanıbbağlanmadığını gəlinim özü bilir. Müqavilənin saxta olub-olmamasını bilmirəm. Bircə onu bilirəm ki, mən həmin müqavilənin yazılmasında iştirak etmişəm, müqaviləni necə yazmaq olduğunu gəlinim Narıngülə öyrətdim və müddəti, imzanı və möhürü onun özü tərəfindən həll edilməli olduğunu bildirdim. Mən heç vaxt Turan bələdiyyəsinin torpaqlarını qarış-qarış axtarmamışam. Aqronom torpaq sahələrinin sxemini çəkirdi, mən də onu təsdiq edirdim. Həmin aqronom vəfat edib. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərin araşdırıb, belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmasına dair Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının üzərində icarə hüququnu qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ilə ərizəçinin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə aydınlıq gətirməli, bu məsələnin araşdırılması xüsusi bilik tələb etdiyindən ekspertiza təyin etməli, torpaq sahələrinin üst-üstə düşməsi təsdiq edildiyi halda, Fuad Abbasovu üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməldir. Ali Məhkəmənin qeyd olunan göstərişinin icrası olaraq Şəki rayon Turan bələdiyyəsinin ərazısındən 120 ha torpaq sahəsinin beş il müddətə Fuad Abbasovun icarəsinə verilməsinə dair Turan bələdiyyəsi ilə Fuad Abbasov arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 8 nömrəli icarə müqaviləsində “İcarəyəverən” qrafasında olan imzanın həmin zaman bələdiyyə sədri olmuş Narıngül Heydərova tərəfindən imza edilməməsi barədə məsələnin mübahisənin həllinə əhəmiyyətli dərəcədə təsirini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Fuad Abbasova mübahisə etmək üçün hüquq verən sənəd, yəni icarə müqaviləsi qanuni yolla əldə edilməmişsə, müqavilə tərəflərinin həqiqi iradə ifadəsini daşımamışsa, onda iddiaçıya məxsus torpaq sahəsi ilə Fuad Abbasovun mübahisələndirdiyi 120 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməsini müəyyən etmək üçün ekspertiza keçirilməsinə zərurət yoxdur. Bu səbəbdən məhkəmə xətşünаslıq və sənədlərin məhkəmə texniki ekspertizаsı keçirilmiş və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 08 nömrəli torpaq icarə müqaviləsində “İcarəyə verən” qrafasındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə, Turan bələdiyyəsinin hazırki sədri Elşən Piriyev bildirmişdir ki, halhazrıda Fuad Abbasovun ərizəsi ilə bağlı Turan bələdiyyəsində nə müraciətlərin qeydiyyatı kitabı, nə bələdiyyə qərarı, nə bələdiyyə iclasının protokolları yoxdur... ...Fuad Abbasova torpaq ayrılmasına dair müqavilə bağlanarkən Turan bələdiyyəsinin sağ olan üzvlərini isə məhkəmə iclasına gətirə bilmədik. Bundan əlavə, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş 1(075)-33/2018 nömrəli qanuni qüvvəsini almış hökmün surətindən də görünür ki, X20 xx xxxxx 2015-ci ildə Turan bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq 120 hektar örüş sahəsini mal-qara otarmaq üçün ona bir il müddətinə icarəyə verildiyini bildirmişdir. X5 bələdiyyəsinin sədri kimi xx.xx.2015-ci ildə X20 ilə bağlanmış 08 nömrəli icarə müqaviləsinə tərəf kimi imza etməsi barədə ziddiyyətli ifadələrinə tənqidi yanaşan məhkəmə kollegiyası hesab edir ki, onun bu ifadəsi elmi əsaslarla müəyyən edilmiş ekspert rəyini şübhə altına ala bilməz. Göründüyü kimi, X30 bələdiyyəsi arasında 120 ha torpaq sahəsinin beş il müddətə icarəyə verilməsinə dair xx.xx.2015-ci il tarixli 08 nömrəli müqavilənin mötəbərliyi təsdiq edilmədiyi üçün Fuad Abbasovunona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin üst-üstə düşməsi də müəyyən edilə bilməz. Belə olan halda Fuad Abbasovun üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinə əsas qalmır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə görə, (Torpaqların icarəyə verilməsinin ümumi qaydaları) Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci (Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri) maddəsinə görə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun 11-ci (Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi) maddəsinə görə: 11.1. Bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. 11.2. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. İstinad olunan qanunvericilik normalarına əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İşin mübahisəsiz hallarına görə, Fuad Abbasov açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə Turan bələdiyyəsinin mülkiyyətindən torpaq əldə etməmişdir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, Fuad Abbasovun mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hər hansı iddia irəli sürmək üçün hüququ yoxdur. Belə olan halda, Şəki rayon Turan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 nömrəli qərarı ilə İddiaçı 35 il müddətinə icarəsinə verilmiş 65 ha örüş torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə tələbinin təmin edilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərarı ilə ərizəçi Fuad Abbasovun maraqlarına toxunulması, hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə Ali Məhkəmənin göstərişinə də uyğundur. Belə ki, İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-621/2019 nömrəli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizası xərci olan ikin yüz qırx beş manat X10 tutulub dövlət xəzinədarlığı agentliyinin (Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına köçürülsün. Məhkəmə qərardadının tam formada təqdim edildiyi gündən on gün müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar