Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-160/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X28 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN- 1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN 1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ev və yerləşdiyi həyətyanı torpaq sahəsi barədə vahid daşınmaz əmlak kimi onun adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərardadı ilə X11, X13 və Oğuz bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, iddiaçının adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 25 oktyabr 1999-cu il tarixdə Oğuz rayon Yaqublu kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X21 ərə getmişdir. X29 ilə rəsmi nikahda olduğu müddətdə o, 16 noyabr 2001-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi alqı-satqı müqaviləsi bağlamaqla ünvan 2 ünvanında 990 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın almışdır. Həmin müqavilə əsasında X42un adına xx.xx.2001-ci il tarixdə qeyd edilən fərdi yaşayış evi barəsində 2732 saylı Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. X42 xx.xx.2022-ci il tarixdə Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisində rəsmi daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamaqla qeyd edilən evi ona bağışlamışdır. O qeyd edilən evə dair hüquqların adına qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etdikdə müqavilə əsasında əldə etdiyi evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə dair evin əvvəlki mülkiyyətçisi X10 adına xx.xx.2006-cı il tarixli JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnamə hazırlandığı bildirilmişdir. X42 evi satın alarkən Oğuz şəhərində yerləşən evlərin həyətyanı torpaq sahələrinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr hazırlanıb hüquq sahiblərinə verilməmişdir. Evi satın alandan uzun müddət sonra, evin yerləşdiyi 0,99 hektar həyətyanı torpaq sahəsinin 0,06 hektar hissəsinə dair evin əvvəlki sahibinin, yəni X10 adına xx.xx.2006-cı il tarixli, JN-1702A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. X17 da 28 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümü Oğuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 112 № ilə qeyd edilmişdir. X3 X11 və X13 adlı iki övladının, yəni birinci növbəli vərəsəsinin olduğu iddiaçıya məlumdur.
6. İddiaçı cavabdeh orqana müraciət edərək həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin də qeyd edilən müqavilə və digər müvafiq sənədlər əsasında adına qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın hazırlanmasını xahiş etsə, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X10 adına tərtib edilmiş xx.xx.2006-ci il tarixli, JN 1702A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və Oğuz şəhəri, H.Aslanov küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 990 kv.m həyətyanı torpaq sahəsinin vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq adına çıxarışın verilməsi ilə bağlı tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil.
8. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanma müqaviləsi bağlarkən torpaq sahəsi bağışlama predmeti olmamışdır.
9. Bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv qovluğunda iddia olunan Oğuz şəhəri, H.Aslanov küçəsi ev 9 ünvanında yerləşən 990 kv.m həyətyanı torpaq sahəsinə dair hər hansı bir sənəd təqdim etməmişdir.
10. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Üçüncü şəxs Xədicə Qurbanova iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum X17 5 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat edəndən sonra onun vərəsələri X11, X13 analarından qalan əmlakı faktiki olaraq qəbul etsələr də, vərəsəlik haqqında şəhadətnamə almamışlar.
13. X20 adına olan torpaq sahəsi təxminən 16 sot olmuş, onun bir qismini digər şəxslərə satmışlar. Sonuncu qalan torpaq sahəsinin təxminən 3 sot hissəsini adlarını unutduqları şəxsə satıblar. Həmin şəxs isə iddiaçının əri X4. Bundan başqa, xəritəyə uyğun olaraq yalnız ev olan hissə satılmışdır. Qalan 6 sotda olan hissə yəni, “fındıqlıq, qaraj, donuz damı, naves olan hissələr isə satılmamışdır. Mərhum anası vəfat edəndən sonra iddiaçı onlara zəng edərək Bakıda yaşadığını, 6 sot torpaq sahəsinin onlara lazım olmadığını bildirərək gedib vərəsəlik haqqında Şəhadətnamə alıb onların adına alqı-satqı müqaviləsi bağlamasını istəmişlər. Onlar, özlərinə məxsus olan 6 sot torpaq sahəsini heç kimə vermək niyyətinin olmadıqlarını bildirmişlər. Hazırda vərəsəlik haqqında şəhadətnamə alınması üçün notariat xidmətinə müraciət ediblər. Odur ki, vərəsəlik haqqında Şəhadətnamə verilənədək inzibati işin icraatının dayandırılması xahiş edilmişdir.
14. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iş üzrə icraatın dayandırılması ilə bağlı üçüncü şəxsin vəsatəti təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
16. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun bilik sahəsinə aid olmadığı üçün məhkəmə ekspertizası təyin edib müəyyən etməli idi ki, 16 noyabr 2001-ci il tarixli müqavilədə qeyd edilmiş iyirmi səkkiz milyon iki yüz min manat pul vəsaiti ilə fərdi yaşayış evi ilə birlikdə 0,1035 ha torpaq sahəsini almaq olardımı? Əsaslı araşdırılma aparılıb məhkəmə ekspertizası təyin edilsəydi məhkəmə maraq nə olursa olsun bu cür əsassız qərar çıxara bilməzdi. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, icraatın dayandırılması barədə ərizədə əqdin etibarsızlığı barədə mübahisələndirilməmiş yalnız fərdi yaşayış evi ilə birlikdə 3 sot torpaq sahəsi satıldığı bildirilmişdir. Bundan başqa, həqiqətən Ülfət Səfərova 0.1035 ha torpaq sahəsi satılmış olsaydı mərhum Məhsəti Qasımova sağ olarkən mübahisələndirilərdi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, digər üçüncü şəxs Oğuz bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, Vartaşen şəhəri H.Aslanov küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X15muş, evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049,8 kv.metr qeyd edilmişdir. - 25.03.1976-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1964-cü ildə anadan olmuş X25 - Vartaşen rayon Kommunal təsərrüfat şöbəsinin verdiyi xx.xx.1976-cı il tarixli 89 №-li arayışına əsasən xx.xx.1969-cu ildə vəfat etmiş mərhum X6 üzrə vərəsəsi hesab edilmiş və vərəsəlik əmlakı olaraq “Vartaşen şəhəri Şaumyan küçəsində yerləşən 896 man inventar qiymətində bina” qeyd edilmişdir. - xx.xx.1990-cı il tarixli müqavilədən görünür ki, X26 (X19 nümayəndəsi olmuşdur) Vartaşen şəhəri H.Aslanov küçəsi 13 ünvanında yerləşən evi vətəndaş X2. - xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, X17 (X30 nümayəndəsi olmuşdur) Oğuz şəhəri H.Aslanov küçəsi 9 №də 990 kv.metr torpaq sahəsində yerləşən 1948-ci ildə saman kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 34,6 kv.metr ümumi sahəsi 34,6 kv.metr əsas yaşayış sahəsi olan iki otaqdan ibarət yaşayış evini X4. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 2732 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Oğuz şəhərində H.Aslanov küçəsi ev 9, 2 (iki) yaşayış otağından ibarət yaşayış evi X22 adına mülkiyyət hüququ əsasında xx.xx.2001-ci il tarixdə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X41 şəhərində H.Aslanov küçəsi ev 9, 2 (iki) yaşayış otağından ibarət yaşayış evini İddiaçı bağışlamışdır. - JN-1702A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı X14 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli N-87/12 nömrəli məlumatından görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.2021-ci il tarixli 112 №-li akt qeydi tərtib olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:
1. iddia olunan fərdi yaşayış evi JN-1702A kod 40501004 nömrəli şəhadətnamənin cizgisindəki torpaq sahəsi ilə üst-üstə düşür,
2. JN-1702A kod 40501004 nömrəli şəhadətnamədəki torpaq sahəsinin ölçüsü 0,06 hektardır, Oğuz rayon Aqrar islahat Komissiyasının 05 noyabr 1998-ci il qərarı ilə X10 xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla Oğuz şəhəri İnzibati ərazisinin sərhədləri daxilində yerləşir, İddiaçı istifadəsindədir, digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür.
3. İddiaçının faktiki istifadəsində olan 0,1035 ha torpaq sahəsinin 0,06 ha hissəsi JN-1702A kod 40501004 nömrəli şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli qərarı ilə X10 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 0,0435 ha hissəsi isə Oğuz şəhəri İnzibati ərazi dairəsi sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq məhkəmə kollegiyası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan JN-1702A olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” 9 saylı Qəbələ İdarəsində mövcud olan elektron bazada (DWJ) öz əksini tapmışdır. - Oğuz şəhəri üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından çıxarışda X10 adı 1702 sıra nömrəsində qeyd edilmiş və 0.06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2001-ci il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb).
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315http://eqanun.az/framework/13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
27. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X36 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X36 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X36 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.
29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X36 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X9 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X36 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X36 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X36 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
30. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X35 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X9 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.
32. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X35 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X35 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.
33. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.
34. “İnzibati icraat haqqında” Qanun: 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
35. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
36. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
37. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
38. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. İş materiallarından və üçüncü şəxsin vəkilinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan görünür ki, apellyasiya şikayəti verməkdə üçüncü şəxslərin hüquqi marağı mübahisə predmeti olan 0,1035 ha həyətyanı torpaq sahəsinin 0.04 ha hissəsi üzərində hüquqi vərəsələr kimi gələcəkdə torpaqla bağlı üstünlük hüququ əldə etməkdən ibarət olmuşdur.
41. Kollegiya vərəsəlik hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və iddia tələbinin 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1049,8 kv.m qeyd edilmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi üzrə ilk hüquq subyekti X15muş, daha sonra Qurqen Culfayev xx.xx.1969-cu ildə vəfat etdikdən sonra X12 qanun üzrə vərəsəsi hesab edilmiş və sonuncunun anası (X26) tərəfindən sözügedən fərdi yaşayış evi xx.xx.1990-cı il tarixli müqavilə əsasında X1. X17 isə həmin fərdi yaşayış evini xx.xx.2001-ci il tarixli müqavilə ilə X5, sonuncu isə xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında sözügedən yaşayış evini iddiaçıya bağışlamışdır.
43. Məhkəmə kollegiyasının tərəfindən mübahisənin obyektiv həlli ilə əlaqədar zəruri olduğu üçün JN-1702A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin elektron bazada mövcud olub-olmaması və aqrar islahat zamanı, Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsinin verilməsi nəzərdə tutulan subyektlər siyahısında X10 adının mövcud olub-olmaması barədə məlumatın təqdim edilməsi üçün cavabdeh inzibati orqana edilmiş sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən qeyd olunan JN-1702A olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” 9 saylı Qəbələ İdarəsində mövcud olan elektron bazada (DWJ) öz əksini tapmışdır.
44. Həmin məktuba əlavə edilmiş Oğuz şəhəri üzrə torpaq sahəsi ayrılan subyektlərin siyahısından çıxarışda X10 adı 1702 sıra nömrəsində qeyd edilmiş və ona 0.06 ha torpaq sahəsinin verilməsi göstərilmişdir.
45. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1049,8 kv.metr olmuş, lakin torpaq islahatı aparılan zaman X14 verilmiş JN- 1702A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X14 0,06 ha torpaq sahəsi ayrılmışdır.
46. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, X9 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.
47. Yuxarıda istinad olunan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X36 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X9 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X36 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X36 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir.
48. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsinə dair tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmiş, həmin normaların tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də iddia tələbi 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissədə qismən təmin edilərək, 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı, onun adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
50. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq qeyd edir ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin sahibi Qurqen Culfayev olması işdə olan noyabr 1962-ci il tarixli, 26 inventar nömrəli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportla sübut olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur.
51. xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağalanarkən də iddia olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları iddiaçıya keçmişdir.
52. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə 0.06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmalı, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarı qismən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına hazırlanmış JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0,1035 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissədə ləğv edilsin. İnzibati iş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilsin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-1702A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X14 verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulsun. Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2-1(116)-1440/2023 nömrəli qərarı qalan hissədə (fərdi yaşayış evinə münasibətdə) dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.