Məhkəmə qərarları › İş №2-1(107)-160/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-160/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-160/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “xx.xx.2013-cü il tarixdə doğulmuş, iddiaçının qızı Osmanova Jasmin Məhəmməd qızının Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 60% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-543/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9 tərəfindən verilmiş apellyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyənetdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013-cü il tarixdə doğulmuş, iddiaçının qızı Osmanova Jasmin Məhəmməd qızının Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 60% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 dekabr 2024-cü il tarixli 2- 1(116)-543/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2013-cü il doğumlu Osmanova Jasmin Məhəmməd qızına təyin edilmiş “orqanizmin funksiyalarının pozulmasının 50% dərəcəsi”nin dəyişdirilməsi və xx.xx.2023-cü il tarixindən ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə üzərinə qoyulmuşdur. Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-543/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 Məhkəməsində mahiyyəti üzrə baxılan zaman cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına vəsatət daxil olmuş və vəsatətdə göstərilmişdir ki, iddiaçının övladı Osmanova Jasmin Məhəmməd qızının sağlamlıq vəziyyətinə xx.xx.2024-cü il tarixli göndərişinə baxılaraq qiymətləndirilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.3.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 85 % (səksən beş faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da birinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının tələbi tərəflərindən təmin olunduğundan iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6DZJ4EQ0015 nömrəli qərarından görünür ki, Osmanova Jasmin Məhəmməd qızına müddətsiz, orqanizmin funksiyalarının 85% (səksən beş faiz) pozulması, yəni 1-ci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin istinad olunan normasının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə iddiaçının qızı Osmanova Jasmin Məhəmməd qızına Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 60% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunmasından ibarət olsa da, hazırda Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 6DZJ4EQ0015 nömrəli qərarına əsasən Osmanova Jasmin Məhəmməd qızına müddətsiz, orqanizmin funksiyalarının 85% (səksən beş faiz) pozulması, yəni 1-ci dərəcə əlillik dərəcəsi təyin edilmiş, iddiaçının tələbi təmin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının qərarı və işdə olan digər materialları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “xx.xx.2013-cü il tarixdə doğulmuş, iddiaçının qızı Osmanova Jasmin Məhəmməd qızının Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 60% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar