Məhkəmə qərarları › İş №2-1(107)-161/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-161/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-161/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-410/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-410/2020 nömrəli qərarı ilə iddiaçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətindən imtina edərək geri götürülməsi və şikayətə xitam verilməsi barədə ərizə verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçi İddiaçı apelyasiya şikayətindən imtina etdiyini buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3cü mаddəsi). Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: 88.1-ci mаddəsinə əsasən, şikаyət аpelyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 88.4-cu maddəsində göstərilmişdir ki,şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. İş materiallarından görünür ki, İddiaçı apelyasiya şikayətini geri götürməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçıŞəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-410/2020 nömrəli qərarından vermiş olduğu apelyasiya şikayətini geri götürməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-410/2020 nömrəli qərarından vеrmiş olduğu apelyasiya şikayətini geri götürməsinə dair ərizəsi qəbul еdilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-410/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar