Məhkəmə qərarları › İş №2-1(107)-161/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-161/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-161/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 493R planşet nömrəsi ilə qeyd olunan Balakən rayonu, Kortala kəndində yerləşən 0,3521 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-768/2024 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı”nda 493R planşet nömrəsi ilə qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 saylı qərarı, JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Balakən rayonu, Kortala kəndində 1,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətə verilmişdir. Qeyd olunan 1,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla kəndin müxtəlif ərazilərində yerləşir. Həmin torpaq sahələrindən JN seriyalı 493 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"nda 493E planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü çoxillik əkmələr olan 7762,20 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)- 52/2018 iş nömrəli qərarı ilə çıxarış verilmişdir. Hazırkı tələblə cavabdehə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir.

3. Cavabdeh iddia tələbinə dair etirazı onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan 0,3521 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan DWJ xəritələrində başqa vətəndaşa məxsus JN-692 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunmuş torpaq sahsəsinin cizgiləri ilə üst-üstə düşür. Bu səbəbdən onun ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-3753/2023 (**********53) nömrəli məktub göndərilmişdir. Sərəncamın 4-cü hissəsinin icrası ilə bağlı iddiaçının müraciəti ilə əlaqədar icraat materialları və JN- 692 KOD 40106018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsinin təsdiq olunmuş surəti təqdim olunur. Həmin “Dövlət Aktı” sənədi əsasında daşınmaz əmlakın dövlət reyestrində əməlliyyatlar aparılmamışdır. - Məhkəmənin nəzərinə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edirlər.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - JN-493 kod 40106018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.69 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 29 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - RX seriyalı ******* qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Balakən rayon Kortala kəndi ərazisində yerləşən 0.7762 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. - A seriyalı 292521 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-52/2018-ci il tarixli qətnaməsi əsasında İddiaçı1 0.7762 kv.m torpaq sahəsi ayrılmışdır. - JN-692 kod 40106018 saylı Dövlət Aktının surətindən görünür ki, 1.69 ha torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 29 saylı qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2865/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, xx.xx.2002-ci il tarixli Balakən rayonu Kortala kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı1 və ailə üzvlərinin adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-493 nömrəli və JN-692 Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli sxemlər tərtib edilmişdir. İddiaçı1 və qeyrilərinə JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3524 ha torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildiririk ki, İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Balakən rayonu, Kortala kəndi ərazisində ölçüləri 1.13 hektardır və bundan 0.7762 ha hissəsi İddiaçı1 ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********24 olan Çıxarış sənədi ilə rəsmiləşdirilmiş, qalan 0.3521 ha hissəsi isə Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Faktiki istifadə olunan torpaq sahəsi JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi ilə üst-üstə düşmür. JN- 692 nömrəli Dövlət Aktının koordinatları həmin subyektin faktiki istifadə etdiyi yerə uyğundur. JN 493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üstüstə düşür və həmin torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisdir. Ancaq iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, TEKUİS-ə əsasən faktiki istifadə edilən torpaq sahəsi JN-692 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşmür. JN-692A nömrəli “Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı"na əsasən təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı”nın 493R planşetində qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər torpaq sahəsi ilə əvəz edilməsi, yerinin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının və ya bələdiyyənin qərarı idarənin arxiv fondunda aşkar edilməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-768/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı”nda 493R planşet nömrəsi ilə qeyd olunan 0.3521 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçıların adı aşkar edilmiş, aqrar islahat zamanı onların mülkiyyətinə 1.69 ha torpaq sahəsi verilmişdir. İddia olunan 0.3521 ha torpaq sahəsi aqrar islahat zamanı iddiaçıya ayrılan torpaq sahəsi ilə eyni deyildir. Belə ki, təqdim olunan mütəxəssis rəyindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, faktiki istifadə edilən torpaq sahəsi TEKUİS-ə əsasən JN-692 nömrəli Dövlət Aktının koordinatları ilə üst-üstə düşmür. Həmin torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla aqrar islahat zamanı iddiaçıya ayrılan torpaq sahəsi ilə eyni deyildir. Həmçinin, torpaq sahəsinin yerinin dəyişdirilməsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri).

7. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-768/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-cı ıl tarixli, 29 saylı qərarına əsasən ümumi birgə mülkiyyətlərinə Balakən rayonu, Kortala kəndində 1,69 ha kənd təsərrüfatı təyiantlı torpaq sahəsi verilmiş və onların həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 493 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 1,69 ha kənd təsərrüfatı təyiantlı torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla kəndin müxtəlif ərazilərində yerləşir. - Həmin torpaq sahələrindən JN seriyalı 493 nömrəli "Torpağa mülkiyyət huququna dair Dövlət aktı"nda 493E planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü çoxillik əkmələr olan 7762,20 kv.m kənd təsərrüfat, təyinatlı torpaq sahəsinə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-52/20218 iş nömrəli qərarı əsasında çıxarış almışlar. Həmin torpaq sahəsi üzərində də eyni bəhanə ilə hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Hazırki ərizə ilə məhkəməyə müraciət etmələrinin səbəbi JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı"nda 493R planşet nömrəsi ilə qeyd olunan 0,3521 ha kənd təsərrüfat, təyinatlı torpaq sahəsi üzərində də əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlıdır. - Qeyd olunun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmişlər, lakin 12 oktyabr 2023-cü il tarixli məktub ilə hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Nəticədə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilməsi öhdəliyinin iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. - Şəki İnzibati Məhkəməsi hazırda mübahisələndirilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-52/20218 iş nömrəli qərarını əldə etməmiş və hazırkı işlə analoji vəziyyət təşkil edən həmin işi araşdırmamışdır. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsi 16 aprel 2024-cü il tarixli, 2-1(116)-768/2024 iş nömrəli qərarı qəbul olunan zaman maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur ki, bu da həmin qərarın apellyasiya instansiyası tərəfindən ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddiaçılar tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək icraata qəbul edilməsini xahiş etdi. Əlavə olaraq Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-768/2024 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilərək Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 493R planşet nömrəsi ilə qeyd olunan Balakən rayonu, Kortala kəndində yerləşən 0,3521 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2025-ci il tarixli, 2- 1(107)-161/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-768/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək göstərdi ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə müvafiq olaraq iddianın təmin edilməsinə etirazları yoxdur.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

21. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

23. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

Apellyasiya şikayətinin mümkünlüyü

25. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

26. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçılar mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyirlər.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətinin və iddianın dəyişdirilməsi barədə ərizənin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İş materiallarından görünür ki, iddiaçıların hüquqi marağı Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən birgə mülkiyyətlərinə verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 493R planşet nömrəsi ilə qeyd olunan Balakən rayonu, Kortala kəndində yerləşən 0,3521 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan torpaq sahəsi iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə mülkiyyətə verilmiş, bu hal iddiaçılara həmin vaxtda təqdim edilmiş müxtəlif sənədlərdə təsbit edilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən “iddiaçıların birgə mülkiyyətlərinə 1,69 ha torpaq sahəsi verilmişdir. JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən çizgidə göstərilən sərhəd daxilində 1,69 hektar kənd təsərrüfat məhsullarının istehsalı üçün torpaq mülkiyyətə verilmişdir.

32. “Dövlət Aktı”na əlavə edilmiş torpaq sahəsinin planından müəyyən olunur ki, iddiaçıların mülkiyyətinə verilmiş 1,69 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla kəndin müxtəlif ərazilərində yerləşir. “Dövlət Aktı”nın 493E saylı planşet hissəsində 0,7762 ha torpaq sahəsi, 493R saylı planşet hissəsində 0,3521 ha torpaq sahəsi və 0493 planşet hissəsində isə 0,5599 ha torpaq sahəsi qeyd olunmuşdur.

33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçılara yuxarıda qeyd edilən dövlət aktı əsasında 0.3521 ha torpaq sahəsi ayrılsa da, iddiaçıların faktiki istifadəsində də eyni ölçüdə torpaq sahəsi mövcuddur. Lakin həmin istifadədə olan torpaq sahəsi iddiaçıların adına tərtib olunmuş dövlət aktında göstərilən koordinatlardan kənarda yerləşir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir, ona görə də, iddiaçı, “Dövlət Aktı”na əlavə edilmiş torpaq sahəsinin planında göstərilən əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasının cavabdeh orqandan tələb etməkdə haqlıdır.

35. İş materiallarından müəyyən olunur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-52/20218 nömrəli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına birgə mülkiyyətlərinə verilmiş, JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmiş, Dövlət Aktında 493E planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü çoxillik əkmələr olan Balakən rayonu Kortala kəndində yerləşən 7762,20 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.

36. Bundan başqa, cavabdeh orqanın imtinasının və etirazının dəlili də ondan ibarət olmuşdur ki, qeyd olunan 0,3521 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan DWJ xəritələrində başqa vətəndaşa məxsus JN-692 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunmuş torpaq sahəsinin cizgiləri ilə üstüstə düşür.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın bu dəlili iddiaçıya verilmiş JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktı üzrə göstərilmiş 0,3521 hektar torpaq sahəsi ilə bağlı olmuşdur. Halbuki, məhkəmə kollegiyası tərəfindən bu torpaq sahəsinə deyil, iddiaçıların faktiki istifadə etdiyi torpaq sahəsinə münasibətdə iddiaya baxılır, iddiaçılar da faktiki istifadələrində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edirlər.

38. Bu halları nəzərə alan məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən məhkəməyə 14 sentyabr 2023-cü il tarixli müşayiət məktubu ilə birlikdə təqdim edilmiş mütəxəssis rəyinə münasibətdə imtinanın dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

39. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-493 nömrəli və JN-692 Dövlət Aktlarının DWJ və TEKUİS bazasında yerləşmə vəziyyəti barədə müqayisəli sxemlər tərtib edilmişdir. İddiaçı1 və qeyrilərinə JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3524 ha torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildiririk ki, İddiaçı1 naturada istifadə etdiyi torpaq sahəsi Balakən rayonu, Kortala kəndi ərazisində ölçüləri 1.13 hektardır və bundan 0.7762 ha hissəsi İddiaçı1 ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********24 olan Çıxarış sənədi ilə rəsmiləşdirilmiş, qalan 0.3521 ha hissəsi isə Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Faktiki istifadə olunan torpaq sahəsi JN-493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi ilə üst-üstə düşmür. JN-692 nömrəli Dövlət Aktının koordinatları həmin subyektin faktiki istifadə etdiyi yerə uyğundur. JN 493 KOD 40106018 olan Torpağa mülkiyyət hüququ haqqında Dövlət Aktına əsasən verilmiş 0.3521 ha torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahəsi Balakən rayonu Kortala bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisdir. Ancaq iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.

40. Göründüyü kimi, 0,3521 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi iş materiallarında olan JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə təsdiq edilir. Həmçinin həmin “Dövlət Akı”nın mötəbərliyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-52/2018 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzbati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

41. Həmçinin iddiaçılar hazırda faktiki istifadələrində olan 0.3521 ha torpaq sahəsinin adlarına qeydiyyata alınmasını xahiş edirlər. İş materiallarında olan sübutlarla da təsdiq olunur ki, iddiaçılar tərəfindən faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin koordinatları sənəd üzrə texniki səhv olaraq başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərinə vurulsa da, onların faktiki istifadələrində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyindən iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları onların faktiki istifadələrində olan torpaq sahəsi üzərində qeydə alınmalıdır.

43. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

45. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

47. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

48. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı, eyni zamanda həmin qərarın əsasında verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar və onun verilməsinə əsas olmuş Torpağın mülkiyyət hüququna dair dövlət aktı öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə Balakən rayon Aqrar İslahat Komissiyasının torpaq sahəsinin iddiaçılara verilməsi haqqında qanuni qüvvədə olan 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə verilmiş JN seriyalı 493 nömrəli (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən faktiki istifadədə olan həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin dövlət aktı iddiaçıların faktiki istifadələrində olan 0.3521 ha torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yetərli əsas sayılmalıdır.

50. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

51. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

52. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

53. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 493R planşet nömrəsi ilə qeyd olunan Balakən rayonu, Kortala kəndində yerləşən 0,3521 ha torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır.

54. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların apellyasiya şikayəti əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.

55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)-768/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmiş JN seriyalı 493 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, 493R planşet nömrəsi ilə qeyd olunan Balakən rayonu, Kortala kəndində yerləşən 0,3521 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar