Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-162/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə- cavabdeh) qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-N(NN6)-36N/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N964-cü ildə Yevlax rayonu Qarxun kəndində anadan olmuşdur. O, xx.xx.N993-cü ildə Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin 4cü MAT-un şəxsi heyətinin siyahısına daxil edilmiş, komandirin xx.xx.N993-cü il tarixli 95 nömrəli əmri ilə xidmətini davam etdirmək üçün 5-ci MAT-un tərkibinə keçirilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-cü il tarixli əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli əmrlərində iddiaçının yaralanması barədə məlumat aşkar edilməmiş, eləcə də N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmamışdır. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.20N9-cu il tarixli N/Q-N4928 nömrəli cavab məktubunda bildirmişdir ki, iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hospitaldan hərbi hissəyə qayıtması və N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumatlar arxiv sənədlərində öz əksini tapmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.N-cü ildə N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı sağ diz nahiyəsindən travma almış, hərbi hissədə ona ilkin tibbi yardım göstərildikdən sonra o, xx.xx.N-cü ildə N nömrəli hərbi hissəyə (hospitala) göndərilmişdir. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, o, müalicədən sonra N nömrəli hərbi hissəyə qayıtmış, lakin ona şifahi olaraq bildirilmişdir ki, evinə gedə bilər və o, çıxıb getmişdir. İddiaçı əlavə olaraq bildirdi ki, o, hərbi xidmətə getdiyi zaman hərbi bileti evdə qaldığına görə hərbi biletdə xidməti ilə bağlı heç bir qeydiyyat yoxdur. Şəki İnzibati Məhkəməsinin (hakim V.Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2-N(NN6)- 36N/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Belə ki, onunla bağlı Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli arxiv arayışında xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş, xx.xx.N995-ci il tarixdə isə şəxsi heyətin siyahısından çıxarılmışdır. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxx 2007-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Onun döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordudan tərxis olunması ilə bağlı iş materiallarında sənədlər olsa da məhkəmə bunlara əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir və ləğv edilməsini iddiasının təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. İşdə olan НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N982-ci ildən xx.xx.N984-cü ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli N/Q- N4928 nömrəli cavab məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hospitaldan hərbi hissəyə qayıtması və N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumatlar arxiv sənədlərində öz əksini tapmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. İşdə olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş xx.xx.20N9-cu il tarixli tələbnamədən görünür ki, İddiaçı cinayətməsuliyyətinə cəlb olunması barədə məlumat yoxdur. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2xx.xx.20N9-cu il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətininəlifba qeydiyyatı kitabında İddiaçı komandirin xx.xx.N993-cü il tarixli 74nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin xx.xx.N-cü il tarixliəmrinə əsasən komandirin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısındançıxarılması barədə məlumatlar vardır. İddiaçı N nömrəli hərbi hissəkomandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmri ilə 4 MAT-un şəxsi heyətinin siyahısına vəbütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komsndirinin yanvar N-cü il tarixli əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. Həmin hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmamışdır. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-62 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı xx.xx.N993-cü ildə Yevlax RHK dan çağırılmış, komandirin xx.xx.N993-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N-cü il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmrilə şəxsi heyətin sıyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrilə 4-cü MAT-un şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.N993-cü il tarixli 95 nömrəli əmri ilə 5-ci MAT-un tərkibinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə heç bir məlumat yoxdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmamışdır. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2- 38N nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda - N99N-ci il oktyabrın 9-dan N-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N997-ci il 20 may tarixli 53 nömrəli qərarı; N998, № 5, maddə 35N; N999, № 9, maddə 558; 200N, № 2, maddə NN6; 2002, № N0, maddə 635; 2003, № 6, maddə 342; 2004, № N0, maddə 87N; 2006, № 7, maddə 64N, №NN, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 20N0, № N2, maddə NNN6; 20N5, № 5, maddə 668; 20N6, № 9, maddə N585, № NN, maddə N926; 20N7, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözlərivə “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. İddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə görə, Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında iqeyd etmişdir ki, yuxarıda qeyd edilən Əsasnamənin N-cihissəsininbirincibəndininsəkkizinciyarımbəndində göstərilən şəxslərə (AzərbaycanRespublikasının ərazibütövlüyü uğrunda özünümüdafiə dəstələrininvə birləşmələrinintərkibində döyüşmüş şəxsləristisnaolmaqla)müharibə veteranı adı və müvafiqveteranvəsiqəsi (ocümlədən, onundublikatı) şəxsinhalhazırdaxidmətkeçdiyi (qulluqetdiyi), əvvəllərehtiyatavə istefayaburaxılmış şəxslərə isəsonuncuxidmətkeçdiyi (qulluqetdiyi) yerdənasılı olaraq, aidiyyəti üzrə AzərbaycanRespublikasınınMüdafiə Nazirliyi, AzərbaycanRespublikasınınDaxili İşlərNazirliyi, AzərbaycanRespublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən faktiki halları və həmin hallara münasibətdə tətbiq edilən hüquq normalarının tələblərindən müəyyən edilir ki, iddiaçı xx.xx.N993-cü ildə YevlaxRHK-dan çağırılmış, komandirin xx.xx.N993-cü iltarixli N nömrəli əmrilə şəxsiheyətinsiyahısınadaxiledilmişdir. Müdafiə Nazirliyinin xx.xx.N-cü iltarixlimüvafiq əmrinə əsasənkomandirin xx.xx.N995-ciiltarixli 27 nömrəli əmriilə şəxsiheyətinsıyahısından çıxarılmışdır. N nömrəlihərbihissə komandirinin xx.xx.N993-cü iltarixli N nömrəli əmrilə 4-cü MAT-un şəxsiheyətininsiyahısınadaxiledilmiş, xx.xx.N993-cü iltarixli 95 nömrəli əmriilə 5-ciMAT-untərkibinə keçirilmişdir. N nömrəlihərbihissə komandirininyanvar N-cü iltarixlinizamihissə üzrə əmrlərində iddiaçınınyaralanması barədə heç birməlumatyoxdur. N nömrəlihərbihissə komandirinin xx.xx.N995-ciiltarixli 27 nömrəli əmrivə N nömrəlihərbihissə komandirininnizamihissə üzrə əmrləriMüdafiə Nazirliyininmərkəziarxivinə daxilolmamışdır. Eyni zamanda, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 9/2-38N nömrəli məktubunda N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat vardır. Məhkəmə kollegiyası işin faktiki hallarına münasibətdə tətbiq edilən yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunmasına dair sübutlar olmalıdır. Belə ki, yuxarıda qeyd edilən hərbi hissənin tərkibində iddiaçının həmin hərbi hissədə və ya digər hərbi hissələrdə hərbi qulluqçu olaraq xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı bir qeydiyyat mövcud deyil, onun qanuni əsaslarla ehtiyata və istefaya buraxılmasına dair əsaslı sübut yoxdur. İş materiallarında iddiaçının Müdafiə Nazirliyinin xx.xx.N-cü il tarixli müvafiq əmrinə əsasən komandirin xx.xx.N995-ci il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin sıyahısından çıxarılığı qeyd edilir. Cavabdeh inzibati orqanın etirazına əlavə edərək təqdim edilən Müdafiə Nazirliyinin xx.xx.N-cü il tarixli qeyd edilən əmrindən müəyyən edilir ki, həmin əmr hərbi hissələrin, qospitalların, öz hərbi hissəsini özbaşına tərk etmiş hərbi qulluqçulara verilmiş, həmçinin evakuasiya zamanı yaralananların müalicə aldığı hərbi hospitalların və müalicə müəsissələrinin əmlakının silinməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədəcavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-N(NN6)-36N/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-162/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-162/2020
06.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver