Məhkəmə qərarları › İş №2-1(107)-163/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-163/2020

13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-163/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Balakən rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-140/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və Balakən rayon Qullar kəndində yaşayır. Ona xx.xx.2019-cu ildə elektron qaydada xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək pensiyanın xx.xx.2017-ci ildən təyin olunmasını, pensiyanın yenidən hesablanmasını və fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.2017-ci ildə (gecə saat 24.00da) 63 yaşı tamam olmuş və həmin andan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli arayışında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, ölkədə xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək pensiya yaşı 63 yaş 6 ay olmuş, iddiaçı həmin yaşa xx.xx.2018-ci ildə çatmış, bu səbəbdən ona pensiya həmin tarixdən təyin edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-140/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 1954-cü il tarixdə doğulmuşdur. 30 iyun2017-ci il tarixdə saat 24.00-da 63 yaşı tamam olub və həmin andan da yaşa görə əmək pensiyası hüququ yaranmışdır.Amma buna baxmayaraq DSMF-in Balakən rayon şöbəsi yaşa görə əmək pensiyasını 01yanvar 2018-ci il tarixdən təyin etmişdir.DSMF-in Balakən rayon şöbəsi xx xxxx 2017-ci il tarixdən əmək pensiyası təyin etməkdən imtinaya səbəb kimi Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543- VQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyşikliklərin xx xxxx 2017-ci il tarixdən qüvvəyə minməsini əsas göstərmişdir.Şəki İnzibati Məhkəməsi iddiaçının 63 yaşına çatmasını xx.xx.2017-ci ildə deyil, xx.xx.2017-ci ildə çatdığını qeyd etməklə, pensiya qanunvericiliyində pensiya yaşı ilə bağlı dəyişikliyin də məhz xx.xx.2017ci il tarixdə qüvvəyə mindiyini göstərir. Amma birinci instansiya məhkəməsi xx.xx.2017-ci ildə qüvvyə minmiş həmin qaydaların qanunvericiliyə əsasən xx.xx.2017-ci il tarixdə baş verən hadisələrlə tətbiq edilməsi məsələsinə aydınlıq gətirməmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə qanun qüvvəyə mindiyi gün baş verən münasibtlərə şamil edilmir, onlar qüvvəyə mindikdən sonra baş verən hadisələr üçün hüquqi nəticələr yaradır. Bu baxımdan da, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş pensiya qanununda edil-miş dəyişikliklər xx.xx.2017-ci ildə baş verən münasibətlərə yox, 01 iyul tarixdən sonra baş vermiş münasibətlər üçün hüquqi nəticələr yaradır. xx xxxx 2017-ci il tarixdə “Pensiyalar haq-qında” Qanunda 2010-cu il yanvar ayının 01-dən qüvvəyə minmiş qaydalar qüvvədə ol-muşdur. Ona görə də xx.xx.2017-ci il tarixdə baş vermiş münasibətlərə 2010-cu ilyanvar ayı-nın 01-dən qüvvəyə minmiş “Pensiyalar haqqında”Qanunun müddəaları tətbiq edilməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 140/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı teleqram göndərərək karantik rejimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə bildirişi vasitəsilə iddiaçının məhkəmə iclasında iştirak edə biləcəyini əsas gətirərək tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 16.1,62.1-ci mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 xx.xx.2018-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası hüququ 63 yaş 6 ay tamam olduğu müddətdən yaranacaqdır. DSMF-in Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu ildən elektron qaydada xx.xx.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, xx.xx.2006-cı ildən pensiya hüququ yaranan xx.xx.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına əsasən 173,87 manat pensiya təyin edilmişdir. Əyani təhsil müddəti nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 193,10 manat pensiya təyin olunmuşdur. Cavabdeh xx.xx.2018-ci ildən iddiaçıya ödənilməmiş məbləğin aylar üzrə ona ödəniləcəyini qeyd etmişdir. DSMF-in Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********1 nömrəli arayışından görünür ki, İddiaçı 63 yaş 6 ayı xx.xx.2018-ci ildə tamam olduğundan pensiya hüququ da həmin tarixdən yaranır. İddiaçıya xx.xx.2019-cu il tarixdən elektron qaydada 28 il sığorta stajına və 6975,41 manat kapitala əsasən 173,88 manat məbləğdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-140/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və Balakən rayon Qullar kəndində yaşayır. Ona xx.xx.2019-cu ildə elektron qaydada xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək pensiyanın xx.xx.2017-ci ildən təyin olunmasını, pensiyanın yenidən hesablanmasını və fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin xx.xx.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göstərilən maddənin xx.xx.2017-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin xx.xx.2017-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 2-ci maddəsində deyilir ki, bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Göründüyü kimi, kişilər üçün pensiya yaşı xx.xx.2017-ci ildən etibarən 63 il 6 ay müəyyən edilmiş, həmin gündən əvvəl isə, o cümlədən xx.xx.2017-ci ildə 63 yaş olmuşdur. Tərəflər arasında olan hazırkı mübahisə iddiaçının pensiya yaşına məhz hansı tarixdə çatması ilə bağlıdır. İddiaçı 63 yaşına xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə keçən gecə saat 00.00-da çatdığını, bu səbəbdən ona qanunvericiliyin əvvəlki normasının tətbiq edilməli olmasını iddia edir, cavabdeh isə bununla razılaşmır və iddiaçının 63 yaşına xx.xx.2017-ci ildə çatdığını, həmin gün isə tələb olunan pensiya yaşının 63 il 6 ay olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı aya bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. (369.1-ci maddə) Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. (369.6-cı maddə) Normativ hüquqi haqqında Azərbaycan Respublikasınını Konstitusiya Qanununun: - 85.1-ci madddəsinə əsasən. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. -85.2-ci maddəsinə əsasən X2 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. -86.1-ci maddəsinə görə normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. -87.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. -88.1-ci maddəsinə görə normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. - 88.2-ci maddəsinə əsasən normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. İstinad olunan milli qanunvericilik normalarından göründüyü kimi, qanunlar qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda “xx.xx.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır” dəyişikliklər edilməsi barədə Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək hesab edir ki, iddiaçı 63 yaşına xx.xx.2017-ci ildə deyil, xx.xx.2017-ci ildə çatmışdır və pensiya qanunvericiliyində pensiya yaşı ilə bağlı dəyişiklik də məhz xx.xx.2017-ci ildə qüvvəyə minmişdir və xx.xx.2017-ci ildə 63 yaşına çatmış kişi pensiya hüququ əldə edə bilirdisə, ertəsi gün, yəni xx.xx.2017-ci ildə artıq bu yaş kifayət etmirdi və onun 63 yaş 6 aya çatması tələb olunurdu. “İnzibati icraat haqqında” Qanunun: -20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-140/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar