Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-163/2025 04.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X12 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-cü il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2322/2024 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1799/2024 nömrəli qərardadı ilə Balakən rayonu Qullar Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 Könül Hizbullah qızının atası olmuşdur. X11 xx.xx.2006-cı il tarixdə ölmüş, ona məxsus olan əmlaklara vərəsəlik işi açılmışdır. X11 ərizə ilə Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.01 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 28 avqust 2000-ci il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolu və 03 saylı sərəncamı ilə Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. X11 12 oktyabr 2000-ci il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsinin hesabına o vaxtkı məzənnə ilə 154300 (yüz əlli dörd min üç yüz) manat ödəniş etmişdir. Eyni zamanda 30 avqust 2004-cü il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən akt tərtib edilərək X8 Balakən rayonu Qullar Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsinin sxemi və naturada yeri göstərilmişdir. X4 orada çörək köşkü inşa etmiş və və həmin əmlaka texniki pasport verilmişdir. Sonradan həmin köşk sökülmüşdür. - Göründüyü kimi X8 0.01 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ərizəçiyə satılmışdır. Hazırda iddiaçının hüquqi marağı 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə elektron arayışın verilməsinə nail olmaqdan ibarətdir. Buna görə də yuxarıda qeyd etdiklərini nəzərə alaraq Balakən rayonu Qullar kəndi ərazisində yerləşən Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolu və 03 saylı sərəncamı ilə satılmış 0.01 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə elektron arayışın verilməsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh orqan bundan imtina etmişdir.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsilləri, Balakən rayonu Qullar bələdiyyəsi tərəfindən tərtib edilmiş və Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair Akt” sənədi, Ləğv olunmuş DTXK-nin Balakən rayon şöbəsinin rəyi, Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Buna görə də, onun ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-T-0020- 8/2023 (**********27) nömrəli məktub ünvanlanmışdır.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Az-İİ 160416 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. - Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarından görünür ki, Balakən rayonu Qullar Bələdiyyəsi ərazisindən 0.01 ha X5 mülkiyyətinə verilmişdir. - Balakən rayonu Qullar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli arayışının surətı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X6 Balakən rayonu Qullar bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m sahəsinin TEKUİS məlumat bazasında kateqoriyası yaşayış məntəqələri torpaqları, alt kateqoriyası ümumi istifadədə olan torpaqlar, uqodiyası yollar və küçələr olmaqla Balakən rayonu Qullar bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi işlənilmişdir. Həmin kəndin DWG xəritəsində iddia olunan 100 kv.m torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində kənd təsərüfatına yararsız ictimai tikintilər üçün nəzərdə tutulan ərazi olmaqla Qullar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi işlənilmişdir. İddia olunan torpaq sahəsinin döngə nöqtələri, yerləşmə vəziyyəti və naturada ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə ounan torpaq sahəsi iddiaçıya ayrılmış 100 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-2322/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 08 saylı iclas nömrəli qərarının qəbul edildiyi 8 saylı iclas protokolunun əldə olunması üçün araşdırılma aparılmışdır. Dövlət arxivinin Şəki filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən sözügedən iclas protokolunun surəti məhkəməyə təqdim olunmuşdur. Həmin iclas protokolu nəzərdən keçirilmiş, protokolda X5 adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. - Göründüyü kimi, iddiaçının mərhum atasına torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin protokolda iddiaçının atasının adı olmamış, protokola əsasən ona torpaq satılması müəyyən edilməmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 3 saylı Sərəncamı özlüyündə etibarsız inzibati aktdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin, yəni kollegial orqanın qərarı ilə deyil, bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi Sərəncam əsasında ayrılmışdır. Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1814/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan mövqe.).
8. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2322/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci İnstansiya məhkəməsinin mövqeyi ilə razı deyillər və bildirirlər ki, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2322/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Hazırki işə baxan birinci instansiya məhkəməsi hazırki inzibati münasibətlərə qanunun tətbiqində səhvə yol vermiş, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmiş, nəticədə ciddi prosessual pozuntulara yol verməklə iddianı rədd etmişdir. - Belə ki, mübahisəli hüquq münasibəti xx.xx.2000-ci il tarixdə yarandığı halda, məhkəmə öz qərarını əsaslandırarkən Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə, Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanuna, "Bələdiyyə statusu haqqında haqqında" Azərbaycan Respublikası Qanununun 25 oktyabr 2011-ci il tarixli 215-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 16-cı maddəyə yeni məzmunda əlavə edilmiş 6-cı hissəsinə, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 1036-İİQ saylı Qanunu ilə təsdiq edilmiş İnzibati İcraat haqqında Qanuna istinad etmiş, tərəflər arasında yaranmış inzibati hüquq münasibətini yarandığı anda qüvvədə olan maddi hüquq normalarını tətbiq etməməklə işə baxıb düzgün həll etməmişdir. - Bundan əlavə inzibati orqan olan bələdiyyə tərəfindən iddiaçıya Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə torpaq sahəsinin ayrılması və ona bu barədə qərar və sərəncamın verildiyi halda, həmin qərarın arxivdə nüsxəsinin olmaması iddiaçının təqsiri nəticəsində deyildir. Arxivdə nüsxəsi aşkar edilmiş Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 03 saylı sərəncamının məzmunundan da görünür ki, Hizbullah Tütünçiyevə 0.01 ha torpaq sahəsi Balakən rayon Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas qərarı əsasında verilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti isə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. - Bununla yanaşı iddiaçının bələdiyyənin iclas protokolunda torpaq sahəsinin satılması nəzərdə tutulmuş Qullar Bələdiyyəsinin qərarının arxiv nüsxəsinin olmamasına baxmayaraq, torpaq sahəsinin iddiaçının mərhum atasına satılması iş materiallarında olan ödəniş qəbzindən də görünür ki, iddiaçı torpaq sahəsinin alqı-satqısı üçün Qullar Bələdiyyəsinə xx.xx.2000-ci il tarixdə o vaxtkı məzənnə ilə 157300 manat ödəniş etmişdir. - Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli aktdan da görünür ki, X8 ayrılmış 0.01 ha torpaq sahəsi ona natura şəklində yerində göstərilmişdir. - Həmçinin iş materiallarına əlavə edilmiş Balakən rayon X13 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X7 adına tərtib edilmiş texniki pasportdan da görünür ki, ona ayrılmış 0.01 ha torpaq sahəsi texniki pasportda öz əksini tapmışdır. - Bundan əlavə iş materiallarında Balakən rayonu Qullar kəndində yerləşən Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə ayrılmış, X8 məxsus 0.01 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemi Balakən rayon Qullar Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - Eyni zamanda Balakən rayon Qullar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 30 saylı arayışından görünür ki, Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı bələdiyyə iclasının qərarına və Bələdiyyə sədrinin xx.xx.2000-ci il tarixli 03 nömrəli sərəncamına əsasən X8 8x12.5m ölçüdə 0.01 ha torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsi üçün X11 tərəfindən Qullar Bələdiyyəsinin hesabına xx.xx.2000-ci ildə o vaxtkı məzənnə ilə 154300 (bir yüz əlli dörd min üç yüz) manat pul vəsaiti ödənilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan X8 ölçülərək təhvil verilmişdir. Hazırda həmin torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Balakən rayonu Qullar X1 satılmış 0.01 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz etmir. - İddiaçı qanuni əsasla bələdiyyədən pulunu tam ödəyərək torpağı almış, ona torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərar və sərəncamları verilmiş, bundan sonra iddiaçı inzibati orqana etimad edərək oraya sahiblənmişdir. Torpaq sahəsi də verildiyi ölçüdə hazırda istifadəsindədir, sərhədləri ilə bağlı qonşuları ilə hər hansı bir mübahisə yoxdur. Qeyd edilən hallar mütəxəssis rəyində də öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi isə iddiaçıya verilmiş sənədlərin qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt olmasına istinad etsə də, həmin sənədlərin hansı tələblərə cavab vermədiyini düzgün əsaslandırmamışdır. Belə ki, mütəxəssis rəyindən də görünür ki, ayrılan torpaq sahəsi bələdiyyəyə məxsus satılması mümkün olan ərazidir, iddiaçıya verilmiş torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə çıxarışlar verilməklə müxtəlif şəxslərin mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçıya verilmiş bələdiyyənin qərar və sərəncamlarında olan möhürlərin Balakən rayonu Qullar Bələdiyyəsinə məxsus olmasını təkzib edən hər hansı sübutlar yoxdur. O ki qaldı qərar və sərəncamların bələdiyyə kitabında əks olunmamasına münasibətdə isə həmin vəzifə bələdiyyə orqanına aid olduğundan, vətəndaşın bununla bağlı hər hansı öhdəliyi olmadığından və bu vəzifənin icrasına nəzarətin dövlət orqanına məxsus olduğundan, xx.xx.2000-ci il tarixdə Bələdiyyələrin statusu haqqında Qanunda belə bir normanın mövcud olmadığından hazırki işə münasibətdə etimadın qorunması prinsipi tətbiq edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 2322/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2322/2024 nömrəli dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Balakən rayonu Qullar Bələdiyyəsinin sədri X17 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2322/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2322/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 55. torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Maddə 66. 1-ci hissə. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
21. "Bələdiyyə statusu haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 16.6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
22. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
23. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
24. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: .
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ...
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
20. Yerquruluşu işləri (planlama) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.
25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
26. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. İş materiallarından görünür ki, iddiaçının hazırkı mübahisə üzrə hüquqi marağı mərhum X5 adına Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli iclas protokolu əsasında satılmış 100 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir.
32. İddiaçı apellyasiya şikayətinin ilk dəlili olaraq qeyd etmişdir ki, xx.xx.2000-ci il tarixli bələdiyyə iclasının qərarı ilə torpaq sahəsi mərhuma ayrılmışdır, lakin birinci instansiya məhkəməsi bu sənədləri tam və hərtərəfli araşdırmamışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülmüş dəlillərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəki Rayon Filialına sorğular ünvanlamışdır. Sorğulara cavab olaraq təqdim edilmiş 11 mart 2025-ci il tarixli 3-48-DA-12F/2-xx/xx/2025 nömrəli və 19 may 2025-ci il tarixli 3-48-DA-12F/2- 39/160/2025 nömrəli məktublara əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 3 nömrəli sərəncamı həmin tarixli 8 nömrəli iclas protokolu ilə birlikdə arxivə təqdim olunmuşdur. Lakin təqdim olunmuş iclas protokolunun məzmununda X5 adı qeyd edilməmiş, ona torpaq sahəsi ayrılması faktı isə ümumiyyətlə təsbit olunmamışdır. Həmin protokola məhkəmə iclasında baxış zamanı da, həmin protokolda iddiaçının atasına 0,01 ha torpaq sahəsinin satılması barədə heç bir məlumat olmadığı müəyyən edilmişdir.
34. Göründüyü kimi, dövlət arxivinin təqdim etdiyi 2000-ci il tarixli 8 nömrəli iclas protokolu torpaq sahəsinin X6 verilməsi faktını təsdiqləmir. Məhz mövcud rəsmi sənədin məzmunu torpaq sahəsinin verilməsi faktının olmamasını birbaşa göstərdiyi halda, iddiaçı tərəfindən təqdim olunan ziddiyyətli sənədlərə üstünlük verilməsi qanunla yolverilməzdir.
35. Belə ki, iddiaçının atasına Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 3 nömrəli sərəncamı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq, həmin tarixli 8 nömrəli iclas protokolunda onun adı olmamış, qərara əsasən ona torpaq satılmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası razılaşır ki, belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 3 nömrəli sərəncamı özlüyündə etibarsız inzibati aktdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin, yəni kollegial orqanın qərarı ilə deyil, bələdiyyə sədrinin fərdi olaraq, səlahiyyəti olmadan qəbul etdiyi sərəncam əsasında iddiaçıya ayrılmış, ən əsası isə bələdiyyə sədri tərəfindən imzalanan həmin sərəncamın əsasını təşkil edən Balakən rayonu Qullar Bələdiyyəsinin 28 avqust 2000-ci il tarixli 8 saylı iclas protokolun arxiv nüsxələrində iddiaçının adı və ona torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir.
36. Kollegiya apellyasiya şikayəti üzrə bələdiyyə sədrinin 28 avqust 2000-ci il tarixli 3 nömrəli sərəncamına istinad edilməsinə də münasibət bildirərək qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin verilməsi yalnız bələdiyyə iclasının kollegial qaydada qəbul edilmiş qərarı əsasında mümkündür. Bələdiyyə sədrinin fərdi qaydada verdiyi sərəncam hüquqi nəticə doğurması üçün mütləq onu legitimləşdirən bələdiyyə qərarı ilə təsdiqlənməlidir. Belə qərar mövcud olmadığına görə, 28 avqust 2000-ci il tarixli 3 nömrəli sərəncam hüquqi qüvvəyə malik olmayan, etibarsız inzibati akt hesab olunur və mülkiyyət hüququ yarada bilməz.
37. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
38. Belə bir halın mövcud olmadığı onu deməyə əsas verir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənəd mötəbər sənəd olmamaqla mövcud vəziyyəti düzgün şəkildə əks etdirmədiyindən hüquqların qeydə alınmasından imtina üçün əsasdır.
39. Apellyasiya şikayətində qeyd edilmiş etimad hüququna gəlincə məhkəmə kollegiyası bildirir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır.
40. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati aktın mötəbərliyi müəyyən edilmədiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.
41. Kollegiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi bələdiyyə arayışlarına da qiymət verərək bildirir ki, arayış hüquqmüəyyənedici sənəd deyil və yalnız öz mənbəyində - yəni müvafiq bələdiyyə qərarında təsbit edilmiş məlumatlara uyğun olduğu halda hüquqi əhəmiyyət kəsb edə bilər. İclas protokolunun məzmunu torpaq sahəsinin X6 ayrılması faktını təsdiq etmədiyindən, arayışın bu faktı təsbit etməsi hüquqi dəyər daşımır və hüquq yarada bilməz.
42. Həmçinin kollegiya iş materiallarında olan natura aktı, ödəniş qəbzi, texniki pasport və torpaq sahəsinin sxeminin də ayrılıqda hüquqmüəyyənedici sənəd statusuna malik olmadığını xüsusi olaraq vurğulayır. Bu sənədlər yalnız müvafiq hüquqi əsas — bələdiyyə iclasının torpaq verilməsi barədə protokolu (şəxsə torpaq sahəsinin ayrılmasının müzakirə olunmasına dair) olduqda hüquqi nəticə doğura bilər. Əsas hüquqi sənəd mövcud olmadıqda köməkçi sənədlərin mülkiyyət hüququ yaratması qanunla mümkün deyil.
43. Apellyasiya şikayətində iddiaçı ayrıca olaraq protokolda iddiaçının adının olmamasının vətəndaşın təqsiri olmadığını irəli sürmüşdür. Kollegiya bu dəlilə qiymət verərək bildirir ki, hazırkı işdə söhbət, sərəncamın verilməsinə əsas olan protokolun arxivdə olmaması və ya natamamlığından deyil, mövcud rəsmi sənədin məzmununda torpaq sahəsinin ayrılması faktının ümumiyyətlə göstərilməməsindən gedir. Yəni hüquqi fakt sənədin olmaması səbəbi ilə deyil, sənədin məzmunu ilə təsdiqlənmədiyinə görə mövcud hesab edilmir. Hüquqi faktın mövcudluğu fərziyyə və ya ehtimal əsasında müəyyən edilə bilməz.
44. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş Baş X13 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş fevral 2002-ci il tarixli texniki pasporta münasibətdə qeyd edir ki, həmin texniki pasport 0.01 ha torpaq sahəsinin üzərində yerləşən çörək köşkünə (qeyri-yaşayış binası) dair hazırlanmışdır.
45. Həmin texniki pasport Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmamış, eyni zamanda həmin Fərmanın təsir dairəsinə də düşmür.
46. Odur ki, qeyd edilən texniki pasport Balakən rayonu Qullar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolunun qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına əsas vermir.
47. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
48. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
50. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
51. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
52. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2322/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.