Məhkəmə qərarları › İş №2-1(107)-164/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-164/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-164/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Azərdəmiryol” Bankının cənub hissəsindəki baş ərazidə əsas fasadı şimala baxan sahəsi 4x6 metr ölçüdə olan qeyri-yaşayış binası üzərində əri X1 mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)- 127/2020nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə İddiaçı Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/19 nömrəli Sərəncamı ilə ünvan 1 ünvanında yaşayan X1 ərizəsi nəzərə alınaraq “Azərdəmiryol” Bankının cənub hissədindəki boş ərazidə əsas fəsadı şimala baxan, sahəsi 4x6 metr ölçüdə olan mağazaya tikintiyə icazə verilmişdir. Həmin vaxtdan qeyri-yaşayış binası tikilmiş və bu günə kimi, də istifadəsindədir. X2 onun həyat yoldaşım olub. O, xx.xx.2004cü il tarixdə vəfat edib. “Azərdəmiryol” Bankının cənub hissəsindəki boş ərazidə əsas fəsadı şımala baxan, sahəsi 4x6 metr ölçüdə olan qeyri-yaşayış binası üzərində mərhum həyat yoldaşı X1 mülkiyyət hüququnu qeydə alaraq çıxarış verilməsi üçün DƏDRX-nin 12 saylı X6 müraciət etmiş. Cavabdeh orqan xx.xx.2019-cu il tarixli imtina məktubu göndərmişdir. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, “Azərdəmiryol” Bankının cənub hissəsindəki baş ərazidə əsas fasadı şimala baxan sahəsi 4x6 metr ölçüdə olan qeyriyaşayış binası üzərində mülkiyyət hüququnu qeydə alaraq hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Vətəndaşın ərazi idarəsinə müraciət zamanı ərizəyə Şəki şəhər, S.Mümtaz küçəsində mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsinin ayrılması barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1/19 saylı sərəncamını və baş memar tərəfindən təstiqlənmiş eskiz layihə əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslar – Azərbaycan Respublikasının Şəhərsalama və Tikinti Məcəlləsi qüvvəyə minnədək (2013cü il yanvarın 1-dək) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikinti obyektinin istismara qəbul aktının təqdim edilməməsi və sözügedən əmlaka keçirilən baxış zamanı Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1/19 saylı sərəncamı ilə mağaza tikintisi üçün 24.0 kv.m ayrılmasına baxmayaraq, tikinlinin inşasının 41.6 kv.mdə aparıldığı müəyyən edildiyindən, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, 015166 nömrəli xx.xx.2005-ci il tarixli lisenziya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 xx.xx.2019-cu il tarixli **********39 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X4 xx.xx.2013-cü il tarixli 1248 nömrəli arxiv çıxarışı, Ölüm Haqqında Şəhadətnamənin təsdiqlənmiş surəti, Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 xx.xx.2019-cu il tarixli **********60 nömrəli etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-127/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “Azərdəmiryol” Bankının cənub hissəsindəki baş ərazidə əsas fasadı şimala baxan sahəsi 4x6 metr ölçüdə olan qeyri-yaşayış binası üzərində əri X1 mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-127/2020 nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir.Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının mərhum ərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir.Həmin qərarı aşağıdakılara görə qanunsuz və əsassız hesab edirəm.Tərəfimdən məhkəməyə faktiki istifadəmizdə və sahibliyimizdə olan qeyri-yaşayış binasının Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinit Şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsi təqdim edilmişdir. Məhkəmə tərəfindən məhkəmə araşdırmasının predmeti kimi həmin eskiz layihə nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir.Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/19 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yaşayan X1 ərizəsi nəzərə alınaraq "Azərdəmiryol" Bankının cənub hissəsindəki boş ərazidə əsas fasadı şimala baxan, sahəsi 4x6 metr ölçüdə olan mağazaya tikintiyə icazə verilmişdir. Qeyri-yaşayış binası uzunmüddət inşa olunub istifadə edildiyindən hazırda istismara qəbul və ya istismara icazə sənədinin tərtibedilməsi mümkün deyil. Ona görə də iddia ərizəsində qeyd etmişdim ki, məhkəmə tikinti ekspertizası keçirilərsə, tikintinin istismara yararlı olduğu müəyyən edilə bilər. İstismara icazə sənədinin də məqsədi tikintinin istismara yararlı olub-olmamasını müəyyən etməkdən ibarətdir.Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin xx xxxxxx 1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş və xx xxxxxx 2000-ci ildə qüvvəyə minmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları" nm (Az DTN 1.6-1 Qaydaları) 2.6-cı bəndinin 2-ci abzasına əsasən torpaq sahəsinin ayrılması barədə qəbul edilən qərar eyni zamanda yerli icra hakimiyyətinin və ya bələdiyyənin obyektin tikintisinə dair ilkin icazəsi hesab edilir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/19 nömrəli Sərəncamından göründüyü kimi X1 ərizəsi nəzərə alınaraq "Azərdəmiryol" Bankının cənub hissəsindəki boş ərazidə əsas fasadı şimala baxan, sahəsi 4x6 metr ölçüdə olan mağazaya tikintiyə icazə verilmişdir.Göründüyü kimi insa edilmiş qeyri-yaşayış binasının eskiz layihəsi Səki səhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş, qeyriyaşayış binasının tikintisi basa çatmış və uzun müddətdir ki, istifadəmizdədir. X2 tərəfindən aparılan tikinti-quraşdırma işlərinin gedişində qüvvədə olan normativ sənədlərin mütləq tələblərinin yerinə yetirilməməsi ilə bağlı tikinti-quraşdırma islərinin aparılmasına olan icazənin qüvvəsinin yerli icra hakimiyyəti, bələdiyyə və digər müvafiq səlahiyyəti olan orqanlar tərəfindən dayandırılması müəyyən edilməmişdir.Göründüyü kimi X1 inşa etdirdiyi qeyri- yaşayış binası Şəki şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/19 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsində tikilmiş, həmin qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi üçün eskiz layihə işlənib hazırlanmış, eskiz layihə Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiqlənmiş, həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Qeyri-yaşayış binası yerləşdiyi ərazidə şəhərin memarlıq üslubuna xələl gətirmir, tikinti bu günkü yaşayış normalarına uyğun olaraq inşa edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-127/2020 saylı qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsinixahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki,birinci instansiya məhkəməsi iddia tələbin təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissəhissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda, iddiaçının mərhum ərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə kollegiyasıqeyd edir ki, istismara qəbul edilməyən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-127/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar