Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-164/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X12 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X1 və X5 adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1280/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şabanova X2 rayon Göyəm kəndində anadan olmuş və həmin rayonun Aşağı Tala kəndində yaşayır. Onun oğlu X11 xx.xx.1993-cü ildə Zəngilan rayonunda ölmüşdür. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun S.Vurğun adına kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə iddiaçının əri X6 adına şəhid ailəsinin başçısı kimi 1 ha torpaq sahəsi ilə bağlı A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinin icarəyə verildiyi göstərilmişdir. "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"nda X6, İddiaçı, X7, X3 adları göstərilmiş, adların qarşısında şəhid ailəsi yazılmışdır. Siyahıdan görünür ki, hər adama düşən norma 0,33 ha olmaqla, adları sadalanan 4 nəfərə 1,32 ha torpaq sahəsi ayrılmış, həmin rəqəmdən ailənin zəbt etdiyi 0,40 ha çıxılaraq 0,92 ha qalmış, qalan torpaq sahəsinə bir pay da (0,33 ha) əlavə olunmuş və ailəyə cəmi 1,25 ha torpaq sahəsi ayrılması göstərilmişdir. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq edilmişdir. Həmin cədvəldə bir nəfərin payı 0,33 ha olmaqla X6 adının qarşısında subyektlərin sayı 5 nəfər, cəmi torpaq pay norması 1,65 ha göstərilmiş, eyni zamanda, "Qeyd" sətrində "Şəhid ailəsi" yazılmışdır. Həmin cədvəldə X8 0,33 ha, X9 ailəsinə (cəmi 2 nəfər) 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. qərara alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, iddiaçının əri X6 adına 9211 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A164934 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", 3655 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-163889 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 9211 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X6, İddiaçı, X7, X4 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, X1 adına 5054 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-163488 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", X5 adına isə 3398 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A165616 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək istifadəsində olan torpaq sahəsinə dair digər şəxslərin adlarına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, oğlu xx.xx.1993-cü ildə şəhid olmuş, 1998-ci ildə şəhid ailəsi kimi onlara 1 ha torpaq sahəsi ayrılmış, bununla bağlı "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Onlar həmin torpaq sahəsini uzun müddət istifadə etmişlər. Lakin təkrar torpaq islahatı zamanı həmin torpaq sahəsi səhvən X1 və X5 istifadəsinə verilmiş, onların adına qanunsuz olaraq "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmışdır. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********21 nömrəli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarından görünür ki, rayonun S.Vurğun adına kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə iddiaçının əri X6 adına şəhid ailəsinin başçısı kimi verilmiş A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə"dən görünür ki, 1 ha torpaq sahəsi icarəyə verilmişdir. İşdə olan, "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"ndan görünür ki, siyahıda X6, İddiaçı, X7, X3 adları göstərilmiş, adların qarşısında şəhid ailəsi yazılmışdır. Siyahıdan görünür ki, hər adama düşən norma 0,33 ha olmaqla, adları sadalanan 4 nəfərə 1,32 ha torpaq sahəsi ayrılmış, həmin rəqəmdən ailənin zəbt etdiyi 0,40 ha çıxılaraq 0,92 ha qalmış, qalan torpaq sahəsinə bir pay da (0,33 ha) əlavə olunmuş və ailəyə cəmi 1,25 ha torpaq sahəsi ayrılması göstərilmişdir. İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"dən görünür ki, bir nəfərin payı 0,33 ha olmaqla X6 adının qarşısında subyektlərin sayı 5 nəfər, cəmi torpaq pay norması 1,65 ha göstərilmiş, eyni zamanda, "Qeyd" sətrində "Şəhid ailəsi" yazılmışdır. Həmin cədvəldə X8 0,33 ha, X9 ailəsinə (cəmi 2 nəfər) 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. İşdə olan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarından görünür ki, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. qərara alınmışdır. İşdə olan, A-164934 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli 110 nömrəli qərarına əsasən, iddiaçının əri X6 adına 9211 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, A-163889 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli 110 nömrəli qərarına əsasən, iddiaçının əri X6 adına 3655 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 9211 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X6, İddiaçı, X7, X4 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, A-163488 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli 110 nömrəli qərarına əsasən, X1 adına 5054 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. İşdə olan, A-165616 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003cü il tarixli 110 nömrəli qərarına əsasən, X5 adına 3398 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1280/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X12 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "X1 və X5 adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsi" barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1280/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, Zaqatala rayon Göyəm kəndində anadan olmuş və həmin rayonun Aşağı Tala kəndində yaşayır. Onun oğlu X11 xx.xx.1993cü ildə Zəngilan rayonunda ölmüşdür. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun S.Vurğun adına kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə ərim X6 adına şəhid ailəsinin başçısı kimi 1 ha torpaq sahəsi ilə bağlı A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinin icarəyə verildiyi göstərilmişdir. "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"nda X6, İddiaçı, X7, X3 adları göstərilmiş, adların qarşısında şəhid ailəsi yazılmışdır. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq edilmişdir. Həmin cədvəldə bir nəfərin payı 0,33 ha olmaqla X6 adının qarşısında subyektlərin sayı 5 nəfər, cəmi torpaq pay norması 1,65 ha göstərilmiş, eyni zamanda, "Qeyd" sətrində "Şəhid ailəsi" yazılmışdır. Həmin cədvəldə X8 0,33 ha, X9 ailəsinə (cəmi 2 nəfər) 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. qərara alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, əri X6 adına 9211 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-164934 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", 3655 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-163889 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 9211 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X6, İddiaçı, X7, X4 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, X1 adına 5054 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A- 163488 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", X5 adına isə 3398 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-165616 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Cavabdehə ərizə ilə müraciət edərək istifadəmdə olan torpaq sahəsinə dair digər şəxslərin adlarına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş. xx.xx.1993-cü ildə şəhid olmuş, 1998-ci ildə şəhid ailəsi kimi onlara 1 ha torpaq sahəsi ayrılmış, bununla bağlı "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Onlar həmin torpaq sahəsini uzun müddət istifadə etmişlər. Lakin təkrar torpaq islahatı zamanı həmin torpaq sahəsi səhvən X1 və X5 istifadəsinə verilmiş, onların adına qanunsuz olaraq "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmışdır. Şəki İnzibati Məhkəməsi işə mahiyyəti üzrə xx.xx.2020-ci il tarixdə baxaraq 2-1(116)-1280/2020 saylı qərarla iddia tələbin təmin etməmişdir. Şəki İnzibati Məhkəməsinin həmin qərarını qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də şikayətə apelyasiya instansiya məhkəməsində obyektiv baxılaraq ləğv edilməli və iddia təmin edilməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1280/2020 saylı qərarı ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1280/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası X12 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddiaçı iddia ərizəsində ləğvini tələb etdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin rekvizitlərini göstərmədiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif edilmiş, lakin iddiaçı məhkəmənin təklifinə cavab verməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən müvafiq orqanlara sorğu edilərək həmin sənədlərin surətləri alınmış və məlum olmuşdur ki, X1 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nün nömrəsi A-163488, X5 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nün nömrəsi A-165616-dır. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı əsassız hesab etmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (1-ci hissənin 1-ci abzası). Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsində deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsinin xx.xx.2020-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin birinci cümləsində deyilir ki, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının əri X6 adına şəhid ailəsinin başçısı kimi A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" əsasında verilmiş 1 ha torpaq sahəsi mülkiyyətə deyil, icarəyə verilmişdir. Bundan sonra torpaq islahatı aparılarkən tərtib edilmiş "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"nda iddiaçının ailəsinə 4 nəfər ailə üzvünün paylarından əlavə şəhid ailəsi kimi əlavə bir torpaq payı da verilmişdir. Daha sonra "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"də yenə də iddiaçının 4 nəfər ailə üzvünün paylarından əlavə şəhid ailəsi kimi bir torpaq payı da verilmişdir. Hazırda həmin sonuncu cədvəl qüvvədədir. Hər bir subyektin yalnız bir dəfə torpaq payı almaq hüququ olduğuna və iddiaçının mərhum oğluna görə ailəyə əlavə bir torpaq payı verildiyinə görə onun əlavə torpaq tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"də X8 0,33 ha, X9 ailəsinə 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. İddiaçının mübahisələndirdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri də məhz həmin cədvəl və Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmişdir. Həmin qərar isə hal-hazıradək qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1280/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1280/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-164/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-164/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver