Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-164/2022 22.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" ASC-nin maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi, "xxxx" ASC-yə aid olunan məlumatları və vergi bəyannamələrinin təsdiq olunmuş surətlərini ona təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, "xxxx" ASC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Torpaq vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, ”BALACANS” MMC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Torpaq vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, "xxxx" ASC tərəfindən təsis edilmiş “Aqroferma” müştərək müəssisə haqqında məlumatlar, 2011-2021-ci illərdə "xxxx" ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi borcları haqqında məlumatların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2- 1(116)-216/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" ASC-nin maliyyə hesabatlarının birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatları formasında qəbul edilməsi, "xxxx" ASC-yə aid olunan məlumatları və vergi bəyannamələrinin təsdiq olunmuş surətlərini ona təqdim etməkdən imtinasının qanunsuz hesab edilməsi, "xxxx" ASC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Torpaq vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, ”BALACANS” MMC-nin (VÖEN **********) 2019-2020-ci illər üzrə “Mənfəət vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Əmlak vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Gəlir vergisinin bəyannaməsi və onun Əlavələri”nin, “Torpaq vergisinin bəyannaməsi və onun Əlavələri”nin, "xxxx" MMC-nin “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış, "xxxx" ASC tərəfindən təsis edilmiş “Aqroferma” müştərək müəssisə haqqında məlumatlar, 2011-2021-ci illərdə "xxxx" ASC-də səyyar vergi yoxlaması keçirilməsi barədə, vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi borcları haqqında məlumatların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarını xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Lakin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Onun tərəfindən sözügedən qərardan vaxtında apellyasiya şikayəti verməməsinin səbəbi Azərbaycan Respublikasında olmaması olmuşdur. Çünki xx.xx.2022-ci il tarixdə o, Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan və ağır xəstə olan atasının yanına getmişdir. xx.xx.2022-ci ildə atasının vəfatından sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2- 1(116)-216/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin onun tərəfindən buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 22 iyun 2022-ci il tarixə, saat 10:45-ə təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərarın surəti xx.xx.2022-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Dağıstan Respublikası getmiş, xx.xx.2022-ci il tarixdə ölkəyə qayıtmışdır. Göründüyü kimi, İddiaçı Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2- 1(116)-216/2022 nömrəli qərarını xx.xx.2022-ci il tarixdə almış, xx.xx.2022-ci il tarixdə Dağıstan Respublikasına getmişdir. Belə ki, iddiaçı qərarı aldıqdan sonra 2 gün ərzində ölkə ərazisində olsa da apellyasiya şikayətini verməmiş, ölkəyə qayıtdıqdan sonra xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 43 gün ötürmüşdür. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Göründüyü kim, İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(116)-216/2022 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-164/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-164/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver